Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 63,21 Kb.
Pdf görüntüsü
tarix03.10.2017
ölçüsü63,21 Kb.
#3108


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

Sosial-siyasi elmlər seriyası 

 

  2010 

 

 

 

QEYRİ-RASİONAL ƏMƏLİYYATLAR VƏ YARADICILIQ PROBLEMİ 

 

P.Ə.HƏSƏNOVA 

Bakı Dövlət Universiteti 

social-sciences@bsu.az 

 

Məqalədə qeyri-rasional və yaradıcı fenomenlərdən, onların  xüsusiyyətlərindən bəhs 



olunur. Burada insanın fəal həyat təcrübəsində hadisələrə qeyri-şüuri münasibəti də verilir. 

Məqalədə elmi yaradıcılığın insan həyatı üçün əhəmiyyəti, onun tipləri, strukturu və 

qnoseoloji yükü açıqlanır. 

 

Son illər elmi-fəlsəfi  ədəbiyyatda tez-tez təsadüf edilən aktual məsələlərdən 



biri də idrakda rasional və qeyri-rasional əməliyyatın qarşılıqlı  əlaqəsi məsələsidir. 

Bəşəriyyətin elmi idrak üzrə apardığı çoxəsrlik müşahidələr və tədqiqatlar sübut edir 

ki, idrak prosesində rasional əməliyyatlarla yanaşı, qeyri-rasional əməliyyatlar da 

iştirak edir. Rasionallıq insan idrakına xas olan və onun təfəkkürünün atributuna 

çevrilən  ən yüksək intellektual məziyyətlərdən biridir. İnsanın idrakı  fəaliyyətinin 

atributu sayılan qeyri-rasional əməliyyatlar da rasional əməliyyatlar kimi obyektiv 

proseslər olub, insanların  şüur və iradəsindən asılı olmayaraq beynin müxtəlif 

sahələrinə  təsir göstərən biososial qanunauyğunluqlar  əsasında baş verirlər. Lakin 

rasional  əməliyyatlardan fərqli olaraq qeyri-rasional əməliyyatlar insanlar üçün 

məqsədəuyğun forma almadıqlarından bütünlüklə onları təmin etmirlər. Bununla belə 

hər cür rasional formalar kimi qeyri-rasional əməliyyatlar da insan şüurundan və onun 

idrakı fəaliyyətindən kənarda qalmayıb, bu təbii fəaliyyətin atributu, zəruri məqamı, 

qanunauyğun momenti və təbii məhsulu kimi mövcuddur.  

İdrakda təsir göstərən qeyri-rasional əməliyyatların mexanizmini, spesifikasını 

və onların idrakı rolunu yaradıcılıq anlayışı timsalında aydınlaşdıraq.  

Yaradıcılıq fenomeninin fəlsəfi mahiyyətini açıqlamazdan əvvəl qeyd edək ki, 

bir sıra hallarda yaradıcılıq prosesinin təsviri göstərir ki, sadəlövh insanlar yaradıcılıq 

anlayışının mahiyyətinə toxunmadan elmi kəşflərin baş tutmasını  bəxtin gətirməsi 

kimi başa düşürlər. Halbuki tale həmişə yalnız əzmkar və əməksevər insanların üzünə 

gülür və «təsadüfü kəşflər», heç də bəzilərinin düşündüyü kimi təsadüfi olmur. İstər 

incəsənətdə, istərsə də elmdə üç komponent - əməksevərlik, istedad və bəxtin gətir-

məsi təsir göstərir. Elmi uğurun bu komponentlərini biz fəlsəfi leksikonda aşağıdakı 

sözlərlə ifadə edə bilərik: professionallıq, qabiliyyət və müvəffəqiyyət. Elmdə 

yeniliyin aşkara çıxarılması, o cümlədən Mendeleyevin, Darvinin, Mendelin tədqiqat-

larının naməlum sahələrini necə  aşkara çıxarmaq olar? Bu məsələnin araşdırılması 

artıq yaradıcılıq prosesinin özünün mahiyyətinin və baş vermə mexanizminin 

açıqlanmasi ilə bağlıdır. 

Məlumdur ki, insanlar həyatda vaxtaşırı  dəyişə bilən ekstremal situasiyalarla 

rastlaşdıqda ümumi davranış normaları ilə yanaşı, bu normalarla uzlaşmayan bir sıra 

qeyri-strandart qərarlar da qəbul etməli olurlar. Təfəkkürdə baş verən bu proses 

 

118



yaradıcılıq adlanır (3, 59-61). Qədim yunan filosofu Platon yaradıcılığı  ağılsızlığın 

xüsusi növü, insana ilahi tərəfindən verilmiş fövqəltəbii qabiliyyət adlandırırdı. Orta 

əsrlərin xristian ənənələri isə yaradıcılığı ilahi varlığın insan təbiətində  ən yüksək 

təzahürü hesab edirdi. Yaradıcılığı dahilik əlaməti, o cümlədən elmi fəaliyyəti – iste-

dad, həqiqi yaradıcılığı isə insanın insanın yüksək məziyyəti yalnız böyük şəxsiy-

yətlərə – peyğəmbərlərə, filosoflara, yazıçılara nəsib olmuş dahilik əlaməti adlandı-

rırdılar.  

Psixoanaliz cərəyanının nümayəndələri: Freyd, Adler. Kreçmer, Yunq, Fromm 

və başqaları yaradıcılıq aktlarını insan psixikasının qeyri-şüuri, qeyri-rasional sa-

həsinə aid edərək onun dərkedilməzliyi, rasional idraka uyuşmazlığı ideyasını təbliğ 

edirdilər.  

Tədqiqi və  təhlili mühüm idrakı  əhəmiyyət kəsb edən yaradıcılıq prosesinin 

daxili mexanizmini bu günədək  ətraflı öyrənmək mümkün olmamışdır.  İnsanın 

biososial təkamülünün məhsulu kimi meydana çıxan və onun idrakı  və praktiki 

fəaliyyətində mühüm rol oynayan yaradıcılıq aktının elementar formalarına heyvan-

ların da hərəkət və davranışlarında rast gəlmək mümkündür. Məsələn, heyvanlar 

üzərində aparılmış  təcrübələr göstərir ki, sıçanlar göstərdikləri bir neçə  təşəbbüsdən 

sonra ən dolaşıq labirintlərdən belə çıxa bilirlər. Maraqlı faktlardan biri də bundadır 

ki, lal-karların dilini öyrənmiş şimpanze yüzlərlə sözü və qramatik formaları mənim-

səyərək rastlaşdığı qeyri-standart şəraitlə bağlı insanlara yeni məzmunlu informa-

siyalar verməklə diqqətçəkən yaradıcılıq nümayiş etdirmişdir. Göstərilən faktlarla 

bağlı olaraq bir sıra müəlliflər «yaradıcılıq» anlayışının məzmun sərhədlərini, 

həcmini həddən artıq genişləndirərək onun aşağı formalarının yalnız canlı aləmdə 

deyil, eyni zamanda cansız təbiətdə də axtarırlar. Belə tədqiqatçılar həm insanın, həm 

cəmiyyətin üzvü aləmin, həm də cansız təbiətin yaradıcılığından bəhs edirlər. 

Məsələn, müasir rus psixoloqlarından olan Y.A.Ponomaryovun baxışları buna misal 

ola bilər. O yazır ki, «Yaradıcılıq materiyanın inkişafının və yeni formalarının 

təşəkkülünün zəruri şərtidir, həm də yeni formalar yarandıqca yaradıcılıq formaları da 

dəyişir. Yaradıcılıq məhsuldar inkişafın mexanizmini təşkil edir, yaradıcılığı həmişə 

hərəkətin bəsitdən aliyə doğru istiqamətləndirməyi yerdə axtarmaq lazımdır».  

Göründüyü kimi, bu halda müəllif materiyanın daxili ziddiyətlərindən irəli 

gələn öz-özünə inkişafı, özünütəşkiletməni ümumiyyətlə, yaradıcılıq prosesi kimi 

qələmə verir. 

Yaradıcılıq, o cümlədən elmi yaradıcılıq fövqəltəbii, yerdən xaric hadisə olma-

yıb, insan və cəmiyyət həyatının mühüm momenti, insan xarakteristikasının mahiyyət 

elementidir. Din xadimləri və ilahiyyətçilər yaradıcılığın ilahi mənşəli olduğunu iddia 

edirlər, onlar sübut etməyə çalışırlar ki, yaradıcılıq qüvvəsinə yalnız ilahi varlıq 

malikdir və insani əhatə edən hər şey ancaq onun fəaliyyətinin məhsuludur. Bununla 

onlar insanın yaradıcı  fəaliyyəti olmasını inkar edirlər. Belə  əsərlərdən iki sitat 

gətirək: 

 İ.Tissen yaradıcılıq sahəsindəki axtarışlarında yazırdı ki, «İlahi –Yaradıcıdır. 

Hər bir şey öz mövcudluğunu Ondan alır.  İlahi- Öncəgörəndir. O, yaratdığı  hər bir 

şeyi onların sonuna doğru istiqamətləndirir. O, hər  şeyə  sərbəst mövcudluq bəxş 

etmişdir». 

Digər bir xristian ilahiyyatçısı Dyubart yazırdı ki, «İlahi yaradıcı olub, öz ya-

ratdıqlarından çox-çox yüksəkdə durur. O, Göyün və Yerin və bütün digər  şeylərin 

cisimlərin, psixi halların və fikirlərin yaradıcısıdır».  

 

119




İlahiyyətçinin nəticəsi belədir: «İlahi ona görə yaratmamışdır ki, özünü təkmil-

ləşdirsin və ya özünün xoşbəxtliyini artırsın. Bu, mümkün deyil və buna lüzum 

yoxdur. İlahi mükəmməldir və bütöv səadətə malikdir. İlahi yeganə həqiqi varlıqdır. 

Ondan kənarda mövcudluq üçün yer yoxdur, mövcudluqla yalnız o, ünsiyyətə girə 

bilər. Yaradıcılıq onun üçün hifz olunub saxlanan fəaliyyətdir. Yaratdıqları bütün-

lüklə onun özünə məxsusdur».  

Göründüyü kimi, yaradıcılıq haqqında dini baxışlar sübuta ehtiyacı olmayan 

xəyali aksiomadan başqa bir şey deyil. Lakin yaradıcılıq haqqında elmi təsəvvürlər də 

vardır.  

İnsanın yaradıcılığı onun idraki qabiliyyəti  əsasında baş verir, yaradıcılığın 

mahiyyəti də  məhz idraki fəaliyyətdə açıqlanır. Təsadüfi deyil ki, insanın yaradıcı 

komponentləri onun həm hissi təsəvvürlərində, həm anlayışlı obrazlarında, həm canlı 

şeirində, həm də empirik və  nəzəri biliklərində  təsirini göstərir.  İnsanın  şüurunda 

gələcəyə istiqamətlənən ideal tipli anlayışlar da funksiyalaşır. Burada abstrakt təfək-

kürün məhsulu olan və gələcəyin obrazını ehtiva edən hissi təsəvvürlər də mövcud-

dur. Onlarda inikas tipli təsəvvürlər cəmləşir, başqa sözlə, hissi inikas praktika ilə, 

gələcəklə, gələcəyi özündə  təcəssüm etdirən yeni yaradan təsəvvürlərlə müəyyən 

olunur.  

Belə bir nöqteyi-nəzərə tam bəraət qazandırmaq lazımdır ki, idrakda bir-

birindən asılı olmayan iki paralel, biri inikasa, digəri isə yaradıcılığa xidmət edən 

mexanizm yoxdur, idrakda belə mexanizmləri seçib ayırmaq mümkün deyil, zira 

yaradıcılıq bütün idraki prosesə nüfuz edir. Digər tərəfdən idrakın heç bir forması da 

«xalis inikas», obyektin üzünün köçürülməsi deyil.  

Yaradıcılığın insanın obyektiv qanunlar əsasında öz məqsəd və  tələbatlarına 

uyğun olaraq gerçəkliyi təbiət və  cəmiyyəti dəyişdirmə  fəaliyyəti kimi anlamı elmi 

dairələrdə geniş yayılmışdır. Bəzən belə fikirlərə də rast gəlinir ki, güya yaradıcılıq 

elə bir yeninin yaradılmasıdır ki, o ümumi əhəmiyyətə malik olmaqla bəşəriyyətin 

mütərəqqi inkişafına xidmət edir. Lakin belə nöqteyi-nəzər tənqid olunur. Tarixən 

məlumdur ki, bir çox hallarda insanların yaradıcı fikrinin görkəmli nailiyyətləri belə 

ictimai əhəmiyyətli olmamışdır.  

Fəlsəfi ədəbiyyatda yaradıcılıq haqqında belə bir tərifə rast gəlirik: yaradıcılıq- 

insan fəaliyyətinin keyfiyyətcə yeni maddi və  mənəvi dəyərlər yarada bilməsi 

prosesidir.  

Yaradıcılıq bir sıra elmlərdə öyrənilir. O cümlədən fəlsəfəni, psixologiyanı, 

pedaqogikanı, elmşünaslığı, kibernetikanı, informatikanı  və s. misal göstərmək olar. 

Son dövrlərdə daha bir yeni elm - məşhur yunan alimi Arximedin «Evrika» («Mən 

tapdım») sözündən alınmış evristika elmi də meydana gəlmişdir. Evristikanın  əhatə 

etdiyi problemlərin dairəsi çox genişdir: yaradıcılıq fəaliyyətinin spesifik cəhətləri, 

yaradıcılıq prosesinin strukturu və mərhələləri, yaradıcılıq fəaliyyətinin tipləri elmi və 

bədii yaradıcılığın nisbəti, yaradıcılıqda fəaliyyətin rolu, istedad və dahilik, yara-

dıcılıq prosesini stimullaşdıran və ləngidən amillər, yaradıcılıq fəaliyyətində əsaslan-

dırma və  şəxsi amillər, insanın yaradıcılıq qabiliyyətinin təzahürünə  və yaradıcılıq 

prosesinə sosial şəraitin təsiri, yaşın yaradıcılıqda rolu, elmdə  və yaradıcılıqda 

təfəkkür üslubu, dialoq və diskussiyaların elmi yaradıcılıığın vasitə və formaları kimi 

seçilməsi və s.  

Yaradıcılıq anlayışı insanın gerçəkliyə münasibətinin mühüm bir tərəfini, 

inikasın sosial formasının spesifikasını ifadə edir.  

 

120




Yaradıcılıq öz mahiyyətinə görə sosial hadisə olub, cəmiyyətdən kənarda deyil. 

İnsan öz fəaliyyətinin bütün sahələrində – iqtisadi, siyasi, ideoloji və sosial sferasında 

yüksək yaradıcılıq qabiliyyəiti nümayiş etdirməyə qabildir. Yaradıcılıq insan varlığı-

nın həyati zərurəti, onun keyfiyyət müəyyənliyinin mühüm elementlərindən biridir. 

Yaradıcılıq subyektin maddi mənəvi fəallığı onun əllərinin və əqlinin yaradıcılığıdır. 

Yaradıcılıq prosesi öz mahiyyəti etibarilə subyektiv olub, konkret fərdə  məx-

susdur. Hər bir yaradıcılıq prosesində insan konkret tarixi şəxsiyyət olmaq etibarilə 

maddi və  mənəvilik, rasional və emosionalın, məntiqi və psixinin, şüuri və qeyri-

şüurinun və bir sıra digər xarakteristikaların sosial sistemi kimi çıxış edir, yalnız insan 

maddinin ideala çevrilməsinin yaradıcı prosesini həyata keçirməyə qadirdir. Qeyd 

edək ki, yaradıcılığın təməli sadəcə insanın biofiziki və neyrofizioloji strukturunda 

deyil, onun «funksional arxitekturasında» qoyulmuşdur. Bu sonuncu işə beynin 

müxtəlif sahələrinin fəaliyyəti ilə  həyata keçirilən mütəşəkkil və  məntiqi, abstrak-

siyaların yaradılmasının ardıcıl  əməliyyatlar sistemi olub, beyində hissi obrazlarını 

işarə informasiyalarının işlənib hazırlanmasını  və yaddaşda qorunub saxlanmasını, 

yaddaşın müxtəlif element və bloklarının qarşılıqlı əlaqəsinin bərqərar olmasını təmin 

edir (6, 144). Özünün bioloji və neyrofizioloji strukturuna görə insan beyni ali hey-

vanların beynindən mürəkkəb və çoxaspektli olduğu kimi, onun funksional 

arxitekturası da heyvanınkından xeyli fərqlidir: Sözsüz ki, bu da insan beynində yeni 

informasiyaların işlənib hazırlanması və onların yaddaşda möhkəmləndirilməsi üçün 

əlavə stimmullar yaradır.  

Yaradıcılıq insanın mövcudluğunu və  təmin edən inkişafını ona rəngarəng və 

dəyişkən dünyamıza uyğunlaşmağa imkan verən mürəkkəb fizioloji mexanizmdir. Bu 

mexanizmin formalaşmasında isə obyektiv aləmlə yanaşı, insanın mənəvi dünyası, 

hissi və  həyəcanları, psixi durumu, əhval-ruhiyyəsi, emosiyaları, fantaziyası, iradə 

aktları və s. mənəvi fenomenləri də mühüm rol oynayır. 

Yaradıcılıq aktı insanın nəzəri və praktiki qaydaları, normaları, standartları, 

etalonları ehtiva edir. Buna görə də rasionallıq və yaradıcılıq bir-birinə əks olmayıb, 

biri digərini qanunauyğunluqla tamamlayan obyektiv proseslərdir. Yaradıcılıq nə 

irrasional, nə rasionala zidd olan, nə də orta əsr ilahiyyatının israr etdiyi kimi şeytan 

əməlidir.  

Yaradıcılıq qeyri-şüuri, sövqi-təbii cərəyan edən,  ənənəvi xarakter daşıyan, 

qayda və standartlara tabe olmayan elə fəaliyyətdir ki, o rasional fəaliyyətlə birləşərək 

idrakın yeni çalarlarının və növlərinin yaranmasına səbəb olur. Məsələn, Leonardo 

da-Vinçinin, Rafaelin, Mikelanjelonun bədii yaradıcılığı, N.Tusinin, Q.Qarayevin, 

N.Konpernikin, N.Lobaçevskinin, A.Eynşteynin, Z.Freydin, Lütfi Zadənin və başqa-

larının elmi yaradıcılığı hazırda müasir mədəniyyətin və elmin ayrılmaz hissəsinə 

çevrilmişdir. Halbuki yaradıcılıqlarının başlanğıcında bu alimlər böyük çətinliklərə

müqavimətlərə rast gəlmişlər.  

Zəmanəmizin  ən böyük alimlərindən biri milli qürurumuz və iftixarımız olan 

həmyerlimiz Lütfi Zadənin (ABŞ) «qeyri-səlis məntiq» nəzəriyyəsi ABŞ-da yara-

dılmasına baxmayaraq uzun müddət, hətta ən mütərəqqi amerikan alimləri tərəfindən 

belə elmi nəzəriyyə kimi qəbul edilməmişdir, yalnız sonralar yapon, rus və Avropa 

alimləri tərəfindən qəbul təsdiq edildikdən sonra Amerikanın elmi mühitində müasir 

dövrün  ən böyük nailiyyətlərindən biri kimi özünə yer almışdır. Hazırda dunyanın 

qabaqcıl ölkələrində, o cümlədən respublikamızda Lütfi Zadə irsinin öyrənilməsinə 

böyük maraq göstərilir.  

 

121




Deməli, insanın yaradıcılıq məhsulu olan kəşflərin, yeni ideya və nəzəriyyələ-

rin irəliləyiş yolları heç də hamar olmur, yenilik, böyük kəşflər özünə həmişə çətin-

liklərlə yol açır.  

 Hər bir insan müəyyən yaradıcılıq qabiliyətinə malikdir. Uşaq ətraf aləmi dərk 

etməklə, dil öyrənməklə, mədəniyyətə yiyələnməklə  həqiqi yaradıcılıq nümunəsi 

nümayiş etdirir. Lakin yaşlı adamlara görə  uşaqlar ancaq başqaları  tərəfindən kəşf 

olunmuş və hamıya məlum olan biliklərə yiyələnirlər. Buna görə fərd üçün yeni olan 

hər bir şey cəmiyyət üçün heç də  həmişə yeni olmur. Bu baxımdan mədəniyyətdə, 

siyasətdə, elmdə, istehsalatda nümayiş etdirilən yaradıcılıq  əsasən  əldə edilmiş 

nəticələrin prinsipial yeniliyi və tarixi əhəmiyyəti ilə ölçülür.  

Yaradıcılıq prosesində subyekt öz-özünə dayaq olur. İnsanın öz-özünə dayaq 

olması yaradıcılığın  əsasını  təşkil edir. Yaradıcılıq yalnız obyektiv gerçəkliyin sub-

yektiv inikası olaraq qalmır, eyni zamanda subyektin daxili halını  və çoxcəhətli 

fəallığını da əks etdirir. Başqa sözlə, yaradıcılıq insanın öz-özünü dərk etməsidir. Hər 

bir özünüdərk isə öz növbəsində şüurun inkişafı olub, onun zənginləşməsidir. Yara-

dıcılıq, hətta elmi yaradıcılıq belə xalis məntiqi proses deyil. Şeylərin dərki, onların 

mahiyyətinin açıqlanması emosional prosesdi. Bu proses insanın nəinki böyük 

gərginlik tələb edən  əqli-məntiqi qabiliyyəti ilə, həm də  həyəcan və ehtirasları ilə, 

ilham və yaradıcılıq sevincləri və  əziyyətləri ilə bağlıdır. Yaradıcılıq prosesində 

insanın məntiqi təfəkkürü ilə yanaşı, onun ruh yüksəkliyi, təxəyyülü də  iştirak edir. 

V.İ.Vernadski yaradıcılıqda emosiyaların rolunu yüksək qiymətləndirərək yazmışdı: 

«deyirlər ki, güya yalnız ağılla hər  şeyi dərk etmək mümkündür. İnanmayın!.... Bir 

əlaqə-ağıl, digər yaradıcılıq prosesində kəsişirlər».  

Yaradıcılıqla bağlı belə bir cəhəti də qeyd edək ki, yaradıcılıq insanın güclü 

psixi gərginliyi ilə bağlı olsa da, onun pozitiv-nəticələrinin subyektdə yaratdığı razılıq 

hissi sonrakı yaradıcılıq aktları üçün də əlavə stimullar yaradır. 

İnsanın yaradıcılıq prosesi onun məhsullarının, yaradıcılığının durmadan 

təkmilləşməsini tələb edir, yaradıcılıq prosesi öz mahiyyətinə görə mövcud olanları 

subyektivcəsinə  dəyişdirir.  Əbəs yerə demirlər ki, qələmin ucu – beynin alətidir. 

Yaradıcılıq prosesində subyekt öz-özünü ifadə edir və özünü yenidən hasil edir, 

gerçəkliyin məqsədyönlü dəyişdirilməsi zamanı insan gerçəkliyə  nəinki yeni şeylər 

əlavə edir, o, həm də özünün yaratdığı «əsərlərdə» yaşamaqda davam edir, yaratdığı 

məhsul onun ikinci təbiətinə çevrilərək özünə nisbi müstəqil həyat statusu qazanır. 

Əlbəttə, yaradıcılıq prosesində, insan mövcudluğu ixtiyari şəkildə deyil, yalnız ciddi 

tələblər, prinsiplər, normalar, qaydalar əsasında baş verir. 

İnsan yalnız möhtəşəm vasitələrdən və qaydalardan istifadə etməklə özünün 

yaradıcılıq imkanlarını nümayiş etdirir. Məsələn, subyekt yaradıcılıq prosesində təd-

qiqat metodlarından olan analogiyadan geniş istifadə edir. Buna görə də, yaradıcılıq 

prosesində  həmişə  bənzətmə elementləri iştirak edir. Yaradıcılığın bu xüsusiyyətini 

qədim yunan filosofları da başa düşmüşdülər. 

Bununla belə, yaradıcılıq prosesində analogiyanın rolunu nə  şişirtmək, nə  də 

mütləqləşdirmək olmaz. Yaradıcılıq prosesində mütləqləşdirilməsi son nəticədə yara-

dıcılığın özünün inkarına gətirib çıxara bilər. Gerçəkliyi dəyişdirməyi qarşısına 

məqsəd qoyan hər bir insan analogiyadan bir vasitə kimi istifadə etsə  də, o, bu 

prosesdə keyfiyyətcə yeni və orijinal bir şey yaradır.  Əlbəttə yeniliyin yaranması 

yaradıcılıq prosesinin özəlliyi və səciyyəvi cəhətidir.  

 Yaradıcılıq subyektin «kəşf», «ixtira» və «axtarış» anlayışları ilə təsvir olunan 

 

122




fəaliyyətidir. Yaradıcılıq prosesində subyekt hazırda mövcud olmayan elə bir şey 

axtarır ki, onu dəyişdirmək yolu ilə öz fikrini reallaşdırıb həyata keçirir. Bu prosesdə 

subyekt  ətraf mühiti məqsədyönlü dəyişdirməyə imkan verən üsulları, metodları  və 

formaları da axtarır. Təsadüfi deməmişlər ki, «axtarmağı bacarmayan adam tapmağı 

da bacarmaz».  

Yaradıcılıq prosesinin tipik formalarından biri də  kəşf və ixtiralardır. Elmi 

yaradıcılıqda qazanılan hər bir uğur yeniliyin kəşfi ilə  nəticələnə bilər. Kəşf 

anlayışına münasibətdə yanlış mövqedə dayanan Buarel yazır: «Kəşf – həyatın əsas 

xarakteristikasından biridir. Canlı varlıqlar təkamülləşmə prosesində  həyat  şəraitinə 

uyğunlaşmaq üçün naməlum formalar kəşf edirlər» (3, 64).  

J.J.Russo, «Emil və ya tərbiyə haqqında» əsərində yazır ki, «verilmiş həqiqətin 

dərki o qədər də vacib deyil, vacib olan həqiqəti necə açmağın yolunu göstərməkdir». 

Bununla da Russo kəşfin özünəməxsusluğunu və izahının ixtiyari olduğunu qeyd edir. 

Halbuki insana məxsus olan yaradıcılıq onun mütləq azadlığından heç də asılı deyil, 

yaradıcılıq təsadüfi səciyyə daşımayıb, sosial determinə olunmuş hadisədir. Yaradıcı-

lığın bu aspekti aşağıdakı  cəhətləri  şərtləndirir: 1. Yaradıcılıq cəimiyyətin sosial 

həyatının ayrılmaz elementidir. 2. Yaradıcılıq və onun hər bir elementi sosial tamın 

təbiətinin daşıyıcısıdır.  3. Yaradıcılığın xarakteri və nəticələri onun həyata keçirildiyi 

sosial şəraitdən asılıdır.  

Yaradıcılıq anlayışı iki mənada- sözün geniş və dar imənasında başa düşülür. 

Sözün geniş  mənasında yaradıcılıq insan təfəkkürünə  və praktikasına immanent xas 

olan elə  fəaliyyətdir ki, onun gedişində,  əvvəla, obyektiv gerçəklikdə mövcud 

olmayan yeni əşyalar və hadisələr, o cümlədən gerçəklik haqqında yeni biliklər

maddi əşyavi ixtiralar (alətlər, aparatlar, cihazlar, maşınlar və s.) formalaşır; ikincisi, 

insanın yaratdığı maddi və  mənəvi törəmələr inkişaf etdirilir və  təkmlləşdirilir; 

üçüncüsü, dünyanın dərki və praktiki dəyişdirilməsi məqsədi ilə yeni metodlar, 

formalar və vasitələr hazırlanır. 

 Sözün  nisbətən dar mənasında isə yaradıcılıq insanın fəaliyyəti və  təfəkkürü 

qarşısına qoyulan yüksək tələbləri  əks etdirir. Elmi kəşflər və fundamental ixtiralar 

məhz yaradıcılığın sözün dar mənasında başa düşülməsi ilə bağlıdır. 



 

ƏDƏBİYYAT 

1.

 



Бройл Л.Д. По тропам науки. М.: Мысль, 1962, 424 с. 

2.

 



Быков Г.В. Август Кекуле. Очерк жизни и деятельности. М.: Мысль, 1964, 176 с.  

3.

 



Гиргинов Г. Наука и творчество. М.: Прогресс, 1979, 365 с. 

4.

 



İsmayılov F. Ziqmund Freyd. Bakı: Gənclik, 1994, 142 s.  

5.

 



Интуиция, логика, творчество. М.: Мысль, 1978, с. 312 с.  

6.

 



Лук А.Н. Мышление и творчество. М.: Политиздат, 1976, 144 с.  

7.

 



Məmmədov Əziz. Dialekt, idrak və ümumelmi tədqiqat metodları. Bakı: Azərnəşr, 1997, 312 s.  

8.

 



Пономарев E.Я. Психология и творчество. М.: Наука, 1976, 284 с. 

9.

 



Həsənova P. Mədəniyyət sistemində elm. BDU, 2001, 52 s.  

10.


 

Məmmədov  Ə.B., Həsənova P.Ə. Yaradıcılıq və intuisiya haqqında fəlsəfi düşüncələr. 

Bakı, 2009, 70 s. 

11.


 

Məmmədov Ə.B., İsmayılov V.İ., Məmmədov F.Ə. Rasionallıq və qeyri-rasionallıq. Bakı, 

Elm, 2010, 878 s. 

12.


 

Məmmədov Ə.B., Bəşirov R.İ. Müasir təbiətşünaslıqda konseptual yanaşma. Bakı, Elm, 

2001, 754 s. 

 

123




ИРРАЦИОНАЛЬНЫЕ ПРОЦЕССЫ И ПРОБЛЕМА ТВОРЧЕСТВА 

 

П.А.ГАСАНОВА  

 

РЕЗЮМЕ 

 

В  данной  статье  анализируются  иррациональные  и  творческие  феномены  и  их  



особенности, бессознательное отношение человека к совокупности своей деятельности 

в обществе, значение научного творчества для жизни человека, его типы, структуры и 

гносеологические нагрузки.  

 

 



NON-RATIONAL PROCESSES AND THE PROBLEM OF CREATIVITY 

 

P.A.HASANOVA 

 

SUMMARY 

 

Non-rational and creative phenomena, their characteristics are analysed in the article. Non-



rationaI relation to events in men’s active experience of life is studied as well. 

The significance of scientific creativity in man’s life, its types, structure and gnosio-

logical load are elucidated in the article.  

 

 



 

124

Yüklə 63,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə