Baki universitetiNİn xəBƏRLƏRİ №2 T



Yüklə 86,95 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü86,95 Kb.
#37373


 

 

117 



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

T

əbiət elmləri seriyası 

 

 

2012 

 

 

 

 

UDK 556.3 (479.24) 

 

AZƏRBAYCANDA TERMAL SULARIN TƏDQİQİ VƏ 

İSTİFADƏ VƏZİYYƏTİ 

 

 

 



 

 

O.M.ƏHMƏDOVA 



Bakı Dövlət Universiteti 

o.ahmedova@mail.ru 

 

M



əqalədə  Azərbaycan  Respublikasında  formalaşan  termal  sular  və  onların  inkişaf 

tarixi  haqqında  məlumat verilir.  Həmçinin  bu  suların  xarici  ölkələrdə  istifadə  baxımından 

əhəmiyyəti və istifadə sahələri də şərh edilir

 

Açar sözl

ər: Azərbaycan Respublikası, termal sular, hidrogeoloji tədqiqatlar və istifadə 

aspektl


əri. 

 

Müst



əqillik əldə etmiş respublikamız sosial-iqtisadi problemlərin həllini 

müt


ərəqqi  ölkələrin təcrübəsindən istifadə  edərək,  qəbul  etdiyi  öz  qanunları 

əsasında həyata keçirməyə  başlamışdır.  Bu  baxımdan  da  həmin qanunlarda 

t

əbii resurslardan və təbii sərvətlərdən daha düzgün, səmərəli, eyni zamanda 



itkisiz istifad

ə və ölkənin sosial-iqtisadi problemlərinin həllini elmi əsaslarla 

əsaslandırmağa üstünlük verilir. Bu təbii səvətlərdən biri də yeraltı sulardır.  

Az

ərbaycanda termal suların axtarış və kəşfiyyatına 1960-cı ildə qəbul 



edil

miş  475  saylı  “Böyük  kimya”  proqramı  və  1963-cü ildə  (19 aprel) 445 

saylı “Yer təkinin istiliyindən xalq təsərrüfatında istifadə edilməsi haqqında” 

q

ərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı olmuşdu.   



M

əlumdur ki, yeraltı sulardan insanların və xalq təsərrüfatının tələbatını 

öd

əmək üçün istifadə edilir. Təbii sərvətlər sırasına daxil olan yeraltı sular da 



öz növb

əsində əmələ gəlməsinə, yatım şəraitinə, formalaşmasına, qaz-kimyəvi 

t

ərkibinə,  temperaturuna,  minerallaşma  dərəcəsinə,  hidrostatik təzyiqinə, 



istismar  ehtiyatlarına,  xalq təsərrüfatında  istifadəsinə  və  s.  görə  müxtəlifdir. 

Bu sular müxt

əlif tipli olduqları kimi istifadə sahələri də başqa-başqadır. Belə 

ki,  müxt

əlif tipli və kimyəvi tərkibli yeraltı suların yaranması və paylanması 

onun t


əbii şəraitinin mürəkkəbliyi və müxtəlifliyi ilə əlaqədardır. İstifadəsin-

d

ən  asılı  olaraq,  eyni zamanda xalq təsərrüfatında  əhəmiyyətinə  görə  yeraltı 



sular 4 qrupa ayrılır: şirin (içməli), mineral, sənaye və termal sular. Bunlar bir-

birind


ən bir sıra xüsusiyyətlərinə görə fərqlənir.  


 

 

118 



Şirin  sular  -  əsasən az minerallaşmış  (1-3q/l) olur və  kimyəvi tərkibcə 

HCO


3

-Ca-lu su tipin

ə aid edilir. Ondan əhalinin su təchizatı bazası kimi, həm 

d

ə məişət (texniki və suvarma) işlərində istifadə edilir.  



Mineral sulara –  ion duz t

ərkibində  aktiv komponentlər,  qazlar  iştirak 

ed

ən və insan orqanizminə müalicəvi təsir göstərən sular aid edilir. Bu sular 



bir sıra xəstəliklərin müalicəsində əvəzedilməzdir. 

S

ənaye sulara - tərkibində bir çox xalq təsərrüfatı əhəmiyyəti olan kim-



y

əvi element və  onların  birləşmələrini,  duzları,  turşuları  cəmləşdirən sular 

daxil edilir.  Y

əni tərkibindən ayrılması və xalq təsərrüfatında səmərəli istifa-

d

əsi mümkün olan yüksək miqdarda faydalı komponentlər və onların birləşmə-



l

ərinin mövcud olduğu sulardır. 

Termal sular dedikd

ə isə dərinlik mənşəli, temperaturuna kimyəvi və qaz 

t

ərkiblərinə görə fərqlənən və istifadəyə yararlı, eyni zamanda istilik enerjisi 



əhəmiyyəti daşıyan sular başa düşülür. 

Dem


əli,  yeraltı  suların  öyrənilməsində  əsas məqsəd  -  onlardan  planlı 

t

əsərrüfatında, su təchizatında, tibbdə kimya sənayesində, məişətdə və s. sahə-



l

ərdə səmərəli və düzgün istifadə etməkdir.   

İlk  dəfə  olaraq,  əhali kütləsinin mineral-termal sularla təmin  edilməsi 

İtaliya, Fransa və Çexiyada başlanmışdı. İtaliyada-Pançenko, Fransada –Liya 

Byülbyül v

ə  Çexiyada-Karlovı-Varı  adlanan  mineral  su  bulaqları  üzərində 

dünya miqyasında şöhrət tapmış sanatoriyalar inşa edilmişdir. 

Rusiyada is

ə mineral-termal suların öyrənilməsinə XVIII əsrin ortaların-

dan başlanmışdı. Belə ki, termal suların öyrənilməsi I Pyotrun adı ilə bağlıdı. 

Buna is

ə  səbəb həmin dövrdə  I Pyotrun Çexiyanın  Karlovı-Varı  mineral  su 



bulağı üzərində tikilmiş sanatoriyada müalicə olunaraq, xəstəlikdən (sağalma-

sı)  azad  olması  olmuşdu.  Elə  həmin vaxtdan I Pyotr mineral-termal  suların 

böyük müalic

əvi  əhəmiyyətini dərk edərək,  ölkədə  mineral  termal  suların 

axtarışına dair sərəncam vermişdi. Eyni zamanda ölkədə mineral termal suları 

t

ədqiq etmək üçün Rusiya Elmlər Akademiyasının yaranmasına təkan vermiş-



di.  1735-1740-

cı  illərdə  Stepan  Kraşennikov  Kamçatka  qeyzerlərini öyrən-

m

əklə termal suların dəqiq təsvirini vermişdi. Bununla əlaqədar olaraq, Qaf-



qazda Yesentuki, Pyatiqorski v

ə Jeleznovodski kimi mineral termal su bulaq-

la

rı aşkar edilmişdi.   



1946-

cı ildə isə Fransada Leon Morenin dərs vəsaitində termomineral su 

bulaqları və onların formalaşmasının ümumi nəzəri məsələləri şərh edilmişdi. 

1974-cü ild

ə A.B.Şerbakov, N.D.Kozlov, Q.N.Simernovanın “Termal suların 

qazla


rı” adlı elmi əsəri çapdan çıxmışdı. Gürcüstanda isə mineral termal sular-

la İ.M.Buaçidze, M.Q.Paqava, T.S.Meliva və başqaları məşğul olmuşlar. 

Yer t

əkinin istiliyinin təbii  daşıyıcıları  olan  termal  sular  yer  qabığının 



çökm

ə  süxurlarında,  vulkanik rayonlarda və  maqmatik  rayonlarında  inkişaf 

tapmışdı.  Termal  suların  formalaşmasına  təsir göstərən faktorlar isə  aktiv 

tektonik h

ərəkətlər,  fiziki,  kimyəvi proses və  reaksiyalar,  müasir vulkanizm, 

maqmatizm-termometamorfizm,  geoloji strukturlar,  eyni zamanda seysmik 




 

 

119 



hadis

ələr,  geotermik qradient və  s.  mühüm  rol  oynayır.  Vulkan  püskür-

m

ələrinin fəaliyyəti zamanı isə bu suların temperaturu daha yüksək olur.    



Ümumiyy

ətlə,  Yer  kürəsində  yerləşən  isti  sular  (termal)  cavan  dağlıq 

silsil

ələrdə  və  vulkanik  rayonlarda  geniş  yayılmışdı.  Çatlar vasitəsilə  yeraltı 



sular 

əlverişli şəraitdə yerin dərin qatlarına keçərək yüksək temperatura malik 

olurlar. 

Bunlarla  yanaşı  termal  suların  çox  böyük  dinamikliyi  və  istilik 

tutumuna malik olması yayıldığı layların yüksək təzyiqi ilə də əlaqədardı.  

Termal  suların  əlavə  məsrəfə  ehtiyac olmadan və  istənilən həcmdə 

çıxarıla  bilməsi mümkünlüyü ilə  yanaşı  onların  tükənməzliyi və  daim təbii 

şəkildə təzələnməsi, yer səthinə nəql olunması ekolji cəhətdən tam təmizliyin 

t

əminatının olması onun əhəmiyyətini daha da artırır. Demək olar ki, dünyanın 



50-i ölk

əsində  termal sulara rast gəlinir.  Planetimizin xarici ölkələrindən-

İslandiya, Yeni Zelandiya, İtaliya, Fransa, Türkiyə, Yaponiya, Macarıstan, Ru-

minya,  Çin,  Efiopiya,  Geniya,  Salvador,  Monqolustan, 

ABŞ  və  s.  ölkələr 

müasir texnologiya 

əsasında bu sulardan xeyli gəlir götürürlər. Termal sulara 

(q

ələvi termlər-Si-lu termal sular) əsasən Kamçatka,  Alp  qırışıqlığı,  Pamir, 



Kopet dağ, Qafqaz, Tbilisi, Saxalin, Karpat və Bolqarıstanda rast gəlinir. Belə 

ki,  bu terml

ər  Bolqarıstan  (xüsusilə  500-dən  artıq  su  yatağı  vardı)-Qornaya 

Banya,  Xisar,  Belenqrad, Ruminya-Viktoriya, Yuqaslaviya-Vran-Banya, 

Saxalin-Sineqorski, Karpat-Qornaya Tissa, Qutaisi-Zubi kimi termal su 

yataqları artıq məşhurdur. Kamçatkada 20 ildən artıqdı ki, hidrotermal elektrik 

enerjisi f

əaliyyət göstərir. Onlardan həm istilik enerji mənbəyi kimi, həm də 

bir s

ıra  xəstəliklərin müalicəsində (dəri-zöhrəvi,  ürək-damar sistemi) istifadə 



edilir.  Mü

əyyənləşdirilmişdi  ki,  temperaturu 100

0

C q


ədər olan termal sular 

əsasən cavan platformaların dağarası və dağətəyi çökəklik sahələrində təzyiqli 

su sistemind

ə  inkişaf  tapmışdı.  Ucuz  elektrik  enerjisi  “Qırmızı  kömür”  kimi 

adlanan  termal  sulardan  geniş  mənada istifadə  Qroznı  şəhərində  olmuşdu. 

Orada 300 min 

əhalini təmin edən geotermik stansiya (isti yeraltı sular) tikil-

mişdi. Mahaçqala, Qroznı və başqa şəhərlərdə arat işlərində isti sulardan geniş 

istifad

ə  edilir.  Abxaziya  Respublikasında  isə  quşçuluq  fabrikində  (inqiba-



torların  çıxarılmasında)  termal  sulardan  istilik  mənbəyi kimi istifadə  olunur. 

Belokurix,  Raxmanovski,  Klyuçi v

ə Abakan termal su yataqları üzərində bö-

yük h


əcmli sanatoriyalar fəaliyyət göstərir.  Qırğızıstanda  İssık  –  Ata,  Xaba-

revski d


ə - Kuldur, Bolqarıstanda-Saparevo və s. termal su bulaqları üzərində 

sanatoriyalar f

əaliyyət göstərir. Kazbek və Elbrus dağlarında fəaliyyətdə olan 

d

ərinliyi  1000-1500 m-dən 3000-3500 m-ə  qədər olan vulkan ocaqlarından 



axtarış quyuları hesabına termal sular alınmışdı. Eyni zamanda həmin ərazidə 

mantiya q

ədər qazılacaq quyularda, həm də yerin dərin qatlarından, yəni nüvə-

d

ən giqant yüksək temperaturlu isti sular alınacağı müəyyənləşdirilmişdi.  



T

əbiət bizim Azərbaycan  torpağına  da  külli  miqdarda  mineral-termal 

sular (bulaq, 

çeşmə,  çıxış  və  yataqlar  şəklində) bəxş  etmişdi.  Ümumiyyətlə, 

Az

ərbaycan Respublikasında mineral sular kimi termomineral və termal sular 



geniş  yayılmışdı.  Onlar təbii  çıxışlar  (bulaqlar)  vasitəsilə  yer səthinə  çıxır. 


 

 

120 



Bundan başqa axtarış və kəşfiyyatı quyular vasitəsilə yerin dərinliklərində də 

aşkar edilmişdi. Aydındır ki, termal suların tədqiqi və istifadəsi bir qədər mü-

r

əkkəbdir. Aparılmış hidrogeoloji tədqiqat işləri nəticəsində respublika ərazi-



sind

ə mövcud olan termal su ehtiyyatları 420 min m

3

 gün h


əcmində hesablan-

mışdı. Termal sular əsasən dərinlik mənşəlidir. Onların dərində əmələ gəlmə-

sini sübut ed

ən indikatorlar Li, Rb, Cs (nadir qələvilər), həmçinin onlarda iş-

tirak ed

ən B, Br, Si, F (hologenlər qrupuna daxil olanlar) və turşular HBO

2



H



2

SiO


3

 

olmasıdır.  



1973-cü ild

ə Q.B.Kəngərli tərəfindən “Azərbaycan SSR-nin termal sula-

rı xəritəsi“ məcmuəsi tərtib edilmişdir.  

1982-ci ild

ə S.A.Əliyev, T.H.Hacıyev, D.H.İsrafilov və başqaları “Azər-

baycan SSR hidrotermik x

əritəsi“ni dərc etdirmişlər. Bu xəritədə Azərbayca-

nın Böyük və Kiçik Qafqaz ərazilərinin, Naxçıvan, Talış və Kür çökəkliyində 

yayılmış, formalaşmış mineral və termal sular haqqında geniş məlumat veril-

mişdi. Eyni zamanda ayrı-ayrı ərazilərdə yerləşən müxtəlif mineral termal su 

horizontları və kompleksləri üçün də xəritə və qrafiklər tərtib edilmişdi. 1977-

1978-ci ill

ərdə Azərbaycan Respublikasının Elm və Texnika Komitəsinin el-

mi-t


ədqiqat işlərinin planına uyğun olaraq, hidrogeoloqlarımız respublika əra-

zisi


nin  hidrogeotermal  resurslarının  öyrənilməsinin qiymətləndirilməsi üzrə” 

tematik  işlər  aparmağa  başlamışlar.  1982-1983-cü illərdə  Kür çökəkliyinin 

m

ərkəzi hissəsində  Dəliməmmədli sahəsində  neft,  qaz  yataqlarının  axtarışı 



zamanı təbaşir, paleosen,  maykop çöküntülərində 1700-1800  m dərinliklərdə 

termal sulara rast g

əlinmişdi. Respublikada, həmçinin dərin kəşfiyyat quyuları 

(2000-3000 m) vasit

əsilə  böyük istilik enerji mənbəyinə  malik olan yüksək 

temperaturlu (60-1050

0

C) sular aşkar edilmişdi. 



2000-2002-ci ill

ərdə isə aparılmış hidrogeoloji işlərin nəticəsində Azər-

baycan Respublikasının 1:500 000 miqyaslı termal sular xəritəsi tərtib edilmiş-

di. 


Burada  termal  suların  ərazi cəhətdən  çox  geniş  yayılmaya  malik  olduğu 

göst


ərilir. Bunlarla yanaşı digər tipli yeraltı suların da istismar və proqnoz eh-

tiyatları da hesablanmışdı. Respublikamızda dərin horizontların yeraltı suların 

ümumi öyr

ənilməsi neft-qaz yataqlarının kəşfiyyatı və istismarı zamanı səth və 

lay  sularının  tədqiqi ilə  əlaqədar  olmuşdu.  Belə  ki,  bu  horizontların  yüksək 

d

ərəcədə minerallaşmış sularından və yer təkinin geotermik enerjisindən yara-



nan  termal  sular  maye  şəkilli xammal bazasına  əsaslanan alternativ enerji 

m

ənbəyindən (Günəş, külək, geotermal enerji və s.) biri olmuşdu. 



Hal-

hazırda  bu  suların  öyrənilməsi və  müxtəlif sahələrdə  istifadəsi 

Az

ərbaycan hidrogeoloqlarının qarşısında bir problem kimi durur. 



Ekoloji c

əhətdən tam təhlükəsiz olan termal sulardan sənaye miqyasında 

istifad

əyə başlanması respublikamızda keçən əsrin (XX əsr) 20-30-cu illərinə 



t

əsadüf etsə  də,  ondan hal-hazırda  istifadənin müxtəlif istiqamətlərinin elmi 

əsaslandırılması bir problem kimi qarşıda durur. Belə ki, termal sulara qazıl-

mış  quyularda  texniki  nəzarət həyata keçirilməli,  monitorinq sisteminin 

yaradılması lahiyələşdirilməlidir. Buna görə də termal suların mövcud olduğu 



 

 

121 



quyular üz

ərində nüfuzlu texniki yoxlama, təftiş işlərinin aparılması, sıradan 

çıxmış  quyuların,  fonton  avadanlıqlarının  dəstləşdirilməsi və  təmiri,  bu su 

m

ənbələrinin (quyuların) bütün göstəriciləri üzrə tədqiq edilməsi, suların hid-



rogeokimy

əvi,  hidrodinamik və  hidrotermik parametrlərinin  zamandan  asılı 

olaraq d

əyişməsi tendensiyalarının müəyyən edilməsi hidrogeoloji parametrlə-

rin yenid

ən qiymətləndirilməsi, yüksək təzyiqə malik yeraltı suların müəyyən 

edildiyi quyular üz

ərində uzunmüddətli və sistemli monitorinqin aparılmasına 

z

ərurət  yaradır.  Bəzən kənar mexaniki təsirlər səbəbindən quyulardan ətrafa 



sızmalar başlayır və tədbir görülmədikdə ətrafa yayılaraq, ətraf mühitə, torpa-

ğa, bitki örtüyünə, yeraltı su hövzələrinə və s.neqativ təsir göstərir.  

T

ədqiqatlar nəticəsində mövcud olan termal su ehtiyatları 11 əsas vila-



y

ətdə cəmləşdirilmişdi. Bunlar Abşeron yarımadası, Böyük Qafqaz, Xəzərya-

nı-Quba, Kür çökəkliyi, Kiçik Qafqaz, Lənkəran dağətəyi düzənliyi, Cəlilabad, 

Şamaxı-Qobustan,  Acınohur,  Kür,  İori  çayları  və  Naxçıvan  hidrotermik 

rayonlarıdır.40 ilə yaxın müddətdə aparılmış mərkəzi hidrogeoloji tədqiqatlar 

n

əticəsində  yuxarıda  göstərilən  ərazilərin  termal  suların  istismar  ehtiyatları 



hesablanmış  və  daimi kondisiyaların  texniki  iqtisadi  əsaslandırılması  aparıl-

mışdı. Kür çökəkliyində (Yevlax–Ağcabədi zonası) Qusar və Lənkəran dağə-

t

əyi düzənliklərində daha yüksək temperatura və böyük istismar ehtiyatlarına 



malikdirl

ər ki, onlar da müxtəlif dərinliklərə qazılmış quyular vasitəsilə aşkar 

edilmişdir.  Kür çökəkliyində  bu  quyuların  dərinliyi 305-1600  m,  Qusar 

düz


ənliyində 800-3385 m və Lənkəran düzənliyində isə 48-1000 m-ə qədərdir. 

Kimy


əvi tərkiblərinə görə isə bu sular Cl-Na ionlarının üstünlüyü ilə müşahidə 

olunur. D

ərinliyə getdikcə onların minerallaşma dərəcəsi və temperaturu artir. 

Ümumiyy


ətlə, yüksək istilik potensialına malik sahələr Kür çökəkliyində-Carlı 

(90


0

C-d


ən çox), Bərdə-Ağcabədi (36-90

0

C) v



ə s. sahələrdir. Həmçinin Samur-

D

əvəçi düzənliyində  də  müxtəlif  yaşlı  mezokaynazoy  süxurlarında  termal 



sular aşkar edilmişdir. 

 

Respublika daxilind



ə  Böyük Qafqaz və  Talış  zonasında  daha  çox  rast 

g

əlinir və onlar  əsasən tektonik çatlarla əlaqədardır. Böyük Qafqazın cənub-



q

ərb  yamacında  intişar  tapmış  çoxlu  saydakı  termal  bulaqlar  şimal-şərq 

istiqam

ətində xətti birzonallıq təşkil etməklə anomal hidrotermal sahə yaradır 



ki,  b

unlarda  İlıqsu  (31-44

0

C),  Gürmüx (31



0

C),  Xalxal (32-33

0

C),  Bum (33-



39

0

C), Caqan (31



0

c) v


ə s. 

Talış zonasının Astara rayonu sahəsində İstisu çayı dərəsi boyunca for-

ma

laşan Ərkivan (50



0

C), Donuzöt

ən (43-48

0

C), Qotursu (63-64



0

C), L


ənkəran 

sah


əsində Xovtixoni (30-40

0

C), 



İbadisu (30-42,6

0

C) bulaqlarının temperaturu 



öyr

ənilmişdi. Bu bulaqların debiti adətən yüksək olmayıb 3-5 l\san-dən artıq 

deyildi. 

Əksərən isə 0,5-1,2l/san arasında dəyişir. Bu sular mürəkkəb tərkibə 

malik olmaqla Cl-HCO

3

-Na-HCO



3

-SO


4

-Na-Ca-Mg; HCO

3

-Na-lu su tipin



ə 

aid edilir. 

Bu suların minerallaşma dərəcəsi də müxtəlif olub,1,3-1,5-dən 10-

17ql-


ə  qədər dəyişir.  Qaz tərkibinə  görə  bu termal sular N,CH

4

 



qazlı  olur.

 

Onların tərkiblərində çox vaxt kükürd qazı da iştirak edir.  




 

 

122 



Bu regionlardan f

ərqli olaraq Kiçik Qafqazda əsasən mineral sular 

formalaşmışdı. Bu ərazidə təsadüfi hallarda rast gəlinən termal suların yaran-

ma

sında cavan vulkanizmin xüsusi rolu vardı. Buradakı Kəlbəcərdə-İstisu və 



Tutğun-Minkənd-Əhmədli sahəsinin  bulaqlarını  göstərmək  olar ki,  onlar da 

əsasən hidrotermik bir zona təşkil edir. Kimyəvi tərkibcə HSO

3

-Ca;SO


4

-Na-lu 


olan bu sular da 

əsasən karbon qazlı, bəzən isə S və Ra qazlıdır.  

İstilik  enerji  əhəmiyyətli  bu  suların  ehtiyatları  (420000 

3

/gün) hesab-



lanmışdır. 

Ümumiyy


ətlə,  Azərbaycanda  Ə.H.Əsgərov  tərəfindən  xarakterik  beş 

hidrotermal zona 

ayrılmışdır: 

1. L


ənkəran 

2. 


Abşeron-Babazənan 

3. Xaltan 

4. K

əlbəcər 


5. Goranboy-Qanabulaq 

Termal suların axtarışı-kəşfiyyatı və çıxarılması zamanı onlara qazılmış 

quyulara n

əzarət etmək (tam nəzarətsiz qoymamalı) quyubaşı fontan avadan-

lıqlarının  yüksək təzyiq və  minerallaşmaya  malik  suların  təsiri  altında 

korroziya v

ə  digər kənar təsirlər  (insanların  müdaxiləsi) nəticəsində  daşmış 

sular  özbaşına  axaraq  ətraf  mühitin  ekoloji  tarazlığının  qorunub  saxlanması 

üçün 

əlavə  problem mənbəyinə  çevrilmişdi.  Respublikamızda  mineral  sular 



kimi termal suların da geniş miqyasda yayılmasına və böyük ehtiyatlara malik 

olmasına baxmayaraq onlardan səmərəli və düzgün istifadə edilmir. Belə ki, 

yer s

əthinə 40-45



0

C-d


ən 60-65

0

C temperatur arasından çıxan bu sulardan ucuz 



istilik enerji m

ənbəyi kimi istifadə etməyin vaxtı çoxdan çatmışdı. Son illərdə 

respublika 

ərazisində istilik mənbələrinin (qaz, neft, odun, elektrik enerjisi və 

daş  kömür)  çatışmazlığı  üzündən  meşə  və  yaşıllıqların  məhv edilməsi bu 

sulardan istifad

ənin daha da vacibliyini göstərir. Ona görə də respublikamızda 

termal sulardan istifad

ənin elmi əsasının layihəsi və bu yataqlardan istifadənin 

qiym


ətləndirilməsi kimi məsələlər ən ümdə məsələlərdi. Bunun üçün İtaliya, 

İslandiya, Bolqarıstan, Çexiya, Türkiyə, Yeni Zelandiya, ABŞ, Dağıstan və s. 

kimi ölk

ələrin təcrübəsini öyrənmək  lazımdı.  Son zamanlarda ümumdünya 

t

əcrübəsi və  qəbul  edilmiş  “Su  məcəlləsi”,  ”Ətraf mühitin mühafizəsi”  və 



“Ekoloji t

əhlükəsizlik” və  s.  həyata keçirilən tədbirlər diqqətəlayiq və  xüsusi 

əhəmiyyətə malikdir.   

N

əhayət,  Azərbaycan  Respublikasının  qanunlarının  müddəalarını  rəhbər 



tuta

raq yeraltı suların hədər axmasının qarşısının alınması, onların infiltirasi-

ya

sı və itkisinin qarşısının alınması sahəsində hidrogeokimyəvi və hidrodina-



mik rejim–

müşahidə  işləri  araşdırılmalıdır.  Hal-hazırda  fiziklər,  riyaziyyatçı-

lar, elektro-energetikl

ər və digər mütəxəssislər bütün Yer kürəsində termal su-

lardan geotermik istifad

ənin orijinal metodların potensial yollarlarını tapmağa 

ça

lışırlar. 




 

 

123 



ƏDƏBİYYAT 

1.

 



Барабанова  Л.Н.,  Полака  Б.Т.,  Сугробова  В.М.  Изучение  и  использование  геотер-

мических ресурсов. М.: Мир 1975, 340 с. 

 

2.

 



Сухаров  Г.М.  Подземные  воды  -  огромной  источник  тепловой  энергии.  М.:  Нура 

1964, 40 с.    

 

3.

 



Тагиев  И.И.,  Ибрагимова  И.М.,  Бабаев  А.М.  Ресурсы  минеральных  и  термальных 

вод Азербайджана. Баку: Чашыоглу, 2001, 166 с. 

4.

 

Бабаев  А.М.  Минеральные  воды  горночатых  областей  Азербайджана.  Баку:  Ча-



шыоглу, 2000, 383 с. 

5.

 



Aslanov A.D.,  Axundov V.Ç., 

Əhmədova O.M.  Mineral və  termal sular.  Bakı:  BDU, 

1997, 107 s. 

 

ПРИМЕНЕНИЕ И ИСПОЛЬЗОВАНИЕ ТЕРМАЛЬНЫХ 

ВОД В АЗЕРБАЙДЖАНЕ 

 

О.М.АХМЕДОВА 

 

РЕЗЮМЕ 

 

В статье даётся информация о термальных водах, образованных в Азербайджане 



и их история развития. В том числе, обсуждается применение и области использования 

этих вод в заграничных странах. 

 

Ключевые слова: Азербайджанская Республика, термальные воды, гидрогеоло-

гические исследования и аспекты использования 

 

 

EXPLORATION AND USE OF THERMAL WATERS IN AZERBAIJAN 



 

O.M.AHMADOVA  

 

SUMMARY 

 

The  article provides information about the thermal waters formed in Azerbaijan 

and their history of development. In particularwe discuss the application and the use of these 

waters in foreign countries. 



 

Key words:  Azerbaijan Republic, thermal watershydrogeological studies and as-

pects of their use 



 

 

 

Redaksiyaya daxil oldu: 10.03.2012-ci il. 

Çapa imzalandı: 31.05.2012-ci il. 

 

 

 

 

 

 

 

Yüklə 86,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə