Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial



Yüklə 87,06 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü87,06 Kb.
#7840


 

92 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2012 

 

 

 

 

FƏLSƏFƏ 

 

 

УДК 1.001.8(075)  

 

SİNERGETİK İDEYALARIN SOSİOHUMANİTAR  

ELMLƏRƏ ADAPTASİYASI PROBLEMİ 

 

L.N.NƏZİRZADƏ 

Bakı Dövlət Universiteti 

leyla976@mail.ru 

 

Məqalə sinergetik paradiqmanın sosial idrakda yaratdığı geniş imkanların və mühüm 

koqnitiv  potensialın  təhlilinə  həsr  olunmuşdur.  Burada  formalaşmaqda olan yeni elmin – 

sosial  sinergetikanın  əsas  təşəkkülü  istiqamətləri  açılır.  Bununla  əlaqədar  olaraq,  vətəndaş 

cəmiyyətinin  formalaşmasında,  sosial  idarəçilik  proseslərində,  antropoloji  problemlərin 

həllində  sinergetikanın  qeyri-xəttilik,  özünütəşkil  və  qeyri-müəyyənlik  prinsiplərinin  roluna 

xüsusi diqqət yetirilir və sinergetikanın ekoloji və kulturoloji səpkilərinin təhlilinə geniş yer 

verilir,  tarixin  dövrləşdirilməsində  və  qlobal  problemlərin  həllində  onun  malik  olduğu 

üstünlüklər əsaslandırılır. 

 



ar  sözlər:  sosial  sinergetika,  sinergetik  antropologiya,  özünütəşkil,  sosial  idrak, 

vətəndaş cəmiyyətinin sinergizmi, sinergetik ekologiya  

 

Bu 


gün inkişafı özünüinkişaf və özünütəşkil kimi nəzərdən keçirən yeni 

bir  cərəyanın  –  özünütəşkil  fəlsəfəsinin  meydanа  çıxması  artıq  danılmaz 

faktdır.  Belə  fəlsəfənin  bir  çox  kateqoriyaları  dialektikanın  kateqoriyaları  ilə 

üst-


üstə düşür. Bununla belə sinergetik metodoloji yanaşmada bəzi məqamlar 

tamamilə  yeni  tərzdə  şərh  olunur.  Bu,  xüsusən  də  inkişaf  yollarının 

vari

ativliyinə, dönməzliyinə aiddir. Sinergetik və dialektik baxışların oxşar və 



fərqli  cəhətləri  İ.Dobronravovanın,  Q.Ruzavinin  əsərlərində  kifayət  qədər 

hərtərəfli göstərilmişdir [7; 13; 14]. 

Təfəkkür  tərzinin  araşdırılması  sinergetika  ətrafında  gedən  fəlsəfi dis-

kussi


yaların əsas mövzularından biridir. Dünyanın yeni, qeyri-xətti mənzərəsi 

və  onu  əks  etdirməyə  qadir  olan  yeni,  qeyri-xətti  təfəkkür  –  sinergetik  

təsəvvürlərdən irəli gələn ən ümumi fəlsəfi-dünyagörüşü nəticələri bunlardan 

ibarətdir. Belə təfəkkürün ən maraqlı nəticələrindən biri hadisələrin universal 




 

93 


qanunauyğunluğunun özünün şübhə altına alınmasıdır. O, klassik elmi idrakın 

diqqətindən kənarda qalan təsadüfü, gözlənilməzliyi təsdiq edir.  

Qərb elmində qeyri-xətti təkamül problemlərinə ən yeni baxışlardan biri  

ABŞ  filosofu  E.Yançın  "özünütəşkil  edən  kainat"  haqqında  təsəvvürləridir. 

Onun konsepsiyasının əsasında İ.Priqojinin və onun əməkdaşlarının əsərlərin-

də tətbiq olunmuş dissipasiya və dissipativ strukturlar anlayışı durur. Dissipa-

siya 

fenomeninin özünü Yanç materiyanın  özünütəşkil dəyişikliklərinə qadir 



olma

sının sübutu kimi nəzərdən keçirir və bu prosesləri elementar hissəciklər-

dən başlayıb sosial strukturlaradək materiyanın bütün mövcudluq səviyyələrin-

də  təhlil etməyə cəhd göstərir [16]. 

Hazırda sinergetikanın yeni metodologiya kimi potensialından bəhs edən 

əsərlərin  sayı  durmadan  artmaqdadır.  Post-qeyri-klassik  elm üçün sinergeti-

kanın açdığı imkanlar haqqında danışan E.Knyazeva bildirir ki, qeyri-xəttilik, 

stoxastiklik,  qeyri-

müəyyənlik  kimi  kateqoriyalar  müasir  elmin  cavablandıra 

bilmədiyi  bir  sıra  suallara,  məsələn,  "tarix  haraya  axır?",  "dünyanın  gələcək 

quruluşu neçə olmalıdır?" suallarına cavab verir [9, 81-82]. Buradan da aydın 

olur ki, onun əhatə etdiyi məsələlər məkanı kifayət qədər genişdir və özünün 

qloballığı  ilə  fərqlənir.  Doğrudur,  onların  həlli  bir  çox  cəhətdən  gələcək 

tədqiqatların öhdəsinə düşür, lakin bu məsələləri gündəmə gətirmək imkanını 

sinergetika  artıq  bu  gün  açır.  Sinergizm  prinsipi  təbii  varlığın  ən  yüksək  və 

spesifik forması olan sosial həyatın araşdırılmasına yönəlməkdədir. 

Qeyd olunmalıdır ki, sinergetika təlimi formalaşmağa başladığı dövrdən 

(XX  əsrin  70-ci  illərindən),  onu  cəmiyyətə  və  sosiohumanitar  elmlərə  tətbiq 

edib,  etməməyin  mümkünlüyü  məsələsi  çoxsaylı  geniş  müzakirələrin  və 

mübahisələrin obyekti olmuşdur. Hətta müasir fəlsəfi təlimlərdə də sinergeti-

kanın  sosial  idrakı  potensialını  kifayət  dərəcədə  yüksək  qiymətləndirənlərlə 

yanaşı, onun əleyhdarları da az deyildir. Sonuncu qəbildən olan baxışlar sosial 

həyatın (buna müvafiq olaraq onu öyrənən elmlərin də) özünəməxsusluqlarını 

əsas götürməklə, çox vaxt onları şişirtmə mövqeyində dururlar. Bununla belə, 

son  dövrdə  mürəkkəb  sistemlər  nəzəriyyəsinin  cəmiyyətə  tətbiqində  böyük 

imkanlara və üstünlüklərə malik olduğunu qəbul edən və onun real istiqamət-

lərini  açıb  göstərməyə  yönələn  elmi  araşdırmaların  sayı  getdikcə  çoxalmaq-

dadır.  Müasir  dünya  və  qərb  elmində  sozügedən  istiqamətdə  əhəmiyyətli 

uğurlar  əldə  olunmuşdur.  Elmin  inkişafının  bu  səpkisinə  diqqət  yetirilməsi 

müasir cəmiyyət üçün çox zəruri və faydalıdır. 

Sinergetikanın sosial  yönümünün genişlənməsi  meyli fikrimizcə, tama-

milə obyektiv və məntiqidir, çünki cəmiyyət öz-özünü təşkil edən mürəkkəb 

açıq sistemlərin yüksək tipinə məxsus olduğu üçün, burada sinergetikanın əsas 

prinsiplərinin  tətbiqi  nəinki  mümkündür,  hətta  zəruridir.  Sonuncu  məqam 

bununla  izah  edilir  ki,  postneoklassik  elmin  mərkəzində  duran  sinergetik 

paradiqma varlığın digər sahələrində olduğu kimi, cəmiyyətin öyrənilməsində 

ənənəvi  metodoloji  yanaşmaların  birtərəfliliyi  və  nöqsanlarını  aradan  qaldır-

maqla, sosial sistemi qeyri-

xəttilik və xaotik baxımından hərtərəfli təhlil etmək 



 

94 


üçün real imkanlar açır. Məsələnin mahiyyəti bundadır ki, cəmiyyət, texniki, 

mexaniki  və  hətta  kibernetik  sistemlərdən  prinsipcə  fərqlidir.  Burada  şüura, 

zəkaya və iradəyə malik olan insanlar və sosial qruplar sistemin altsistemlərini 

və  ünsürlərini  təşkil  etdiyindən,  daha  yüksək  mürəkkəblik  səviyyəsi  və 

rəngarənglik  çalarları  mövcud  olduğundan,  qeyri-xəttilik,  “qeyri-müəyyənlik 

onlar  ilə  şərtlənən  qeyri-stabillik  (bu  anlayış  ictimai-siyasi  mənada  deyil, 

özünütəşkil prosesinin zəruri tərəfi kimi götürülür) meylləri daha çox yer tutur. 

Odur  ki,  sistemlərin  digər  tiplərinin  və  növlərinin  öyrənilməsində  səmərəli 

görünən kəmiyyət metodları cəmiyyətşünaslıqda onun obyektini kifayət qədər 

hərtərəfli əhatə etməyə qadir deyildir. Cəmiyyət fövqəlmürəkkəb  humanistik 

sistem”  (Lütfi  Zadə)  olduğundan,  onun  fəaliyyəti  və  davranışını  hərtərəfli, 

dəqiq  və  adekvat  təsvir  edə  bilən  paradiqmaya  kəskin  ehtiyac  yaranır  ki,  bu 

funksiyanı  sinergetik  metodologiya  yerinə  yetirməyə  israrlıdır.  Bu  həqiqətin 

dərk  olunması  nəticəsidir  ki,  son  illərdə  sinergetika  təliminin  bilavasitə 

cəmiyyətdəki  prosesləri  öyrənməklə  məşğul  olan  xüsusi  səpkisi  –  sosial 

sinergetika təşəkkül tapıb, inkişaf etməkdədir. 

Müasir dövrdə ümumilikdə elmi idrak prosesində olduğu kimi onun ay-

rılmaz  tərkib  hissəsi  olan  sosial  epistemologiyada  da  metodoloji  transforma-

siya baş verir, ənənəvi  marksist  yanaşmanın məhdudluqları aradan qaldırılır, 

postneoklassik təmələ arxalanan elmlərarası paradiqmalar və metodoloji plüra-

lizm tədricən geniş miqyasda tətbiq olunur. Bütün bunlar dəqiq və humanitar 

elmlərin  sintezinə  şərait  yaradan  sinergetik  yanaşma  mövqeyindən  ayrılmaz-

dır. Hazırda dünya və qərb elmində həmin istiqamətdə qazanılmış nailiyyətlərə 

arxalanmaqla  və  dərindən  öyrənməklə  Azərbaycanda  milli  müstəqil  dövlət 

quruculuğunun  çoxtərəfli  vəzifələrinin  həllində  onlardan  istifadə  olunması 

imkanları və perspektivlərini nəzərdən keçirmək tələbatı yaranmışdır. 

Müasir dövrdə ölkəmizin qarşısında duran əsas strateji məqsədlərin – və-

təndaş  cəmiyyəti  və  hüquqi  dövlətin  formalaşması  proseslərinin  elmi, 

metodoloji  və  nəzəri  əsaslarının  işlənib  hazırlanmasında  sinergetik  yanaşma 

paradiqması əvəzsiz rol oynayır. Bu, hər şeydən əvvəl onunla şərtlənir ki, öz 

təbiəti  və  mahiyyəti  etibarilə  vətəndaş  cəmiyyəti,  ictimai  həyatın  və  sosial 

qaydaların öz-özünü təşkil edən xüsusiyyətlərinə nəinki zidd deyildir, əksinə 

bir çox cəhətdən onlara əsaslanır. Belə ki, ictimai proseslərin qanunların ali-

liyinə və vətəndaşların azadlığına arxalanan sərbəst inkişafı, həmin cəmiyyətin 

təməl xarakterli müqəddəm şərtləri olmaqla, sinergizmin qeyri-xəttilik, açıqlıq 

və digər əsas prinsipləri ilə vəhdət təşkil edir və onlardan ayrılmazdır. Sərbəst 

rəqabəti və normal bazar münasibətləri mexanizmlərinin fəaliyyətini nəzərdə 

tutan bu cəmiyyət, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə 

və  özünütəsdiq  imkanları  və  bütövlükdə  yaradıcılıq  qabiliyyətlərinin  reallaş-

dırılması  üçün  ən  əlverişli  şərait  yaradır.  Bu  məqam  mürəkkəb  sistemlərin 

təşkili nəzəriyyəsinin ayrılmaz tərkib hissəsi olan sinergetik antropologiyanın 

tələbləri  və  prinsipləri  ilə  həmahəng  səslənir.  Deyilənlərdən  əlavə,  insanın 

özünütəşkil edən mürəkkəb sistem kimi öyrənilməsi ona müxtəlif elmlər tərə-



 

95 


fin

dən ənənəvi yanaşmada özünü göstərən birtərəfliliyi aradan qaldıraraq, onu 

va

hid və bütöv vəhdət halında götürməyə, mürəkkəb humanistik sistem kimi 



mənalandırmağa real şərait yaradır. Sinergetik paradiqma insanın bütün həya-

tını fasiləsiz surətdə davam edən bifurkasiyalar silsiləsi kimi götürməklə, onun 

keç

diyi  əsas  mərhələləri  düzgün  müəyyənləşdirmək  və  onların  hər  birinin 



keyfiyyət özünəməxsusluğunu, habelə digərləri ilə ümumi və oxşar cəhətlərini 

dəqiqləşdirmək baxımından çox önəmlidir. Spesifik insan varlığının hüdudsuz 

po

tensialını şərtləndirən təbii, iqtisadi, sosial, mədəni, mənəvi və psixoloji de-



ter

minantlarının çoxsəviyyəli və iyerarxik qaynaqlarının aşkara çıxarmaq qüd-

rəti də (özü də təkcə rasional pillədə deyil, həm  də irrasional və intuitiv sə-

viyyədə) sinergetik yanaşmanın danılmaz üstünlüklərindən hesab edilməlidir. 

Bu  baxımdan  ilk  dəfə  Lütfizadənin  elmə  gətirdiyi  "fövqəlmürəkkəb 

humanistik sistem" an

layışı daha böyük maraq kəsb edir. O, texniki, mexaniki 

sistemlərdən  fərqli  olaraq,  insan  amilinin    iştirakı  məsələsində,  sistemin 

davranışında  qeyri-müəyyənlik və qeyri-sabitliyin hədsiz çoxalması ilə səciy-

yələnən  sistemləri  humanistik  sistem  adlandırırdı:  "Mənim  fikrimə  görə,  adi 

kəmiyyət  metodları  humanist  sistemlər  üçün  yararsızdır,  o  cümlədən,  bütün 

mürəkəb sistemlər üçün bu, məqbul deyil... Humanist sistemlər biz elə sistemə 

deyirik ki, onların davranışına insanın mühakimə, təfəkkür və emosiyaları çox 

güclü  təsir  göstərir.  Bu  sistemlərə  misal  olaraq  siyasi,  hüquqi,  iqtisadi, 

ümumtəhsil  və  s.  göstərmək  olar.  İnsan  özü  və  onun  təfəkkür  prosesləri  də 

mürəkkəb  humanist  sistem  kimi  qəbul  edilə  bilər"  [7,  9].  İnsanı  humanist 

sinergetik sistem kimi nəzərdən keçirən T.Allahyarova  da yazır: "belə sistem-

lər  mövcud  olmaq  üçün  daim  maddə,  enerji  və  informasiya  mübadiləsində 

olur,  fasiləsiz  dəyişən  mühitdə  qeyri-sabit  tarazlığı  təmin  edirlər...  Həyat 

ontoloji  bifurkasiyadır.  Özünütəşkil  permanent  ekstremum  vəziyyətidir... 

Müa

sir insanıın həyatı permanent (fasiləsiz) bifurkasiya və ekstremum xarak-



terli  olması  ilə  fərqlənir.  Necə  deyərlər,  100  il  əvvəl  olduğu  kimi,  cəmiyyət 

artıq insana "rahat" inersiyalı həyat sürməyə imkan vermir" [1, 40-41]. Buna 

görə  də  insan  kapitalı  konsepsiyasının  müəyyən  edilməsi  və  praktiki  tətbiqi  

hazırda ictimai elmin ən vacib  məsələlərindən biridir. 

Postqeyri-

klassik elmin qarşısında duran antropoloji problemlərin həlli kon-

tekstində  antropoloji sinergetika cərəyanı  daha  perspektivlidir.  Bu istiqamətdə 

V.Arşinovun,  Y.Svirskinin,  Y.Danilovun,  V.Tarasenkonun  tədqiqatları  mühüm 

əhəmiyyətə  malikdir.  Onlar  sinergetika  ideyalarının  müasir  antropologiyanın 

qarşısında  duran  problemlərin    həllində  geniş  imkanlarını  araşdıran  əsərlər 

ya

zmışlar  [3;  4;  5].  Məsələn,  V.Tarasenko  özünütəşkil  ideyalarından    İnternet 



şəbəkəsini  kommunikativ  mühit  kimi  təsvir  etmək  üçün  istifadə  edir.  Müəllifin 

fikrinə  görə,  bu  mühitdə  cərəyan  edən  özünütəşkil  prosesləri  spontan  nizama, 



insanın yaşayış mühitinin məkan-zaman bütövlüyünün strukturlaşmasına gətirir.      

Sinergetik paradiqmanın sosial idrakı baxımdan böyük potensiala malik 

ol

duğu müasir cəmiyyətdə idarəçilik elminin inkişafında və real idarəçilik pro-



ses

lərinin təşkilinin səmərəliliyinin artırılmasında daha aydın görünür. Sosial 




 

96 


proseslərin  idarə  olunmasının  marksizmə  arxalanan  metodoloji  əsasları, 

cəmiyyətdə mövcud olan bütün sosial qrupların, etniki birliklərin və fərdlərin 

yaradıcı mahiyyəti və təşəbbüskarlığının tam dolğunluğu ilə reallaşdırılmasını 

təmin edə bilməmişdir. Bu təlim sosial idarəçilikdə zorakılığı və dağıdıcılığı 

əsas  götürür,  yalnız  fəhlə  sinfi  və  kəndlilərin  idarəçilik  proseslərinə  geniş 

miqyasda cəlb olunmasını nəzəri cəhətdən əsaslandırırdı. Beləliklə də, cəmiy-

yətdə sosial təbəqələrin və fərdlərin malik olduğu çoxtərəfli və praktiki olaraq 

tükənməz  xarakter  daşıyan  nəhəng  özünütənzimetmə  və  özünüifadə  etmə 

qüdrətinə, onların coşqun təşəbbüskarlığına lazımi diqqət yetirilmirdi. Ondan 

fərqli olaraq sosial sinergetik yanaşma ictimai həyatın hər bir sferasına məxsus 

olan  spesifikliyi  nəzərə  almaqla,  cəmiyyətdəki  bütün  sosial  subyektlərin 

mənafe  müxtəlifliyini  əlaqələndirməyə  və  bir-birilə  uzlaşdırmağa  imkanlar 

yaradır. Yeni paradiqma sosial qüvvələr arasında qarşıdurmaya deyil, cəmiy-

yətdaxili dözümlülüyə (tolerantlığa), hər bir insanın öz bilik və bacarığını azad 

surətdə  reallaşdırmasına  şərait  yaratmağa,  bütün  vətəndaşların  qarşılıqlı  hör-

mət və  əməkdaşlığına, ictimai həmrəyliyinə, şəxsiyyətin hərtərəfli fəallığına, 

mənəvi  zənginləşməsinə  və  məsuliyyətinə  əsaslanır.  Qeyd  olunan  keyfiyyət-

lərə  malik  olduğundan,  sinergetik  təfəkkür  üsulu  müasir  cəmiyyətdə  gedən 

demokratikləşmə proseslərini nəzəri cəhətdən əsaslandırır və onların məqsəd-

yönlü şüurlu tənzim olunmasını optimal istiqamətə yönəldir. 

Sinergetik  paradiqma  sosial  idrakın  məntiqi  əsaslarında  çox  mühüm 

yeniliklər  yaradır.  Onun  təməl  prinsiplərindən  biri  olan  qeyri-səlislik,  huma-

nitar elmlərin məntiqi əsaslarında sözün əsl mənasında çevriliş əmələ gətirir. 

Ənənəvi (klassik) məntiqin yalnız ikili qiymət vermə (doğru və ya yalan), bu 

günkü sosial reallığın məntiqi refleksiyası baxımından öz kasadlığını getdikcə 

daha aydın büruzə verir. Fövqəlmürəkkəb gerçəklik olan cəmiyyətin məntiqi 

təfəkkürdə adekvat mənalandırılmasında müasir dövrün görkəmli riyaziyyatçı-

sı və məntiqçisi olan Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi müstəsna 

əhəmiyyət kəsb edir. Burada qiymətləndirmənin qeyri-müəyyənlik meyarı və 

linqvistik  dəyişən  əsasında  aparılması,  cəmiyyətdə  baş  verən  son  dərəcə 

rəngarəng hadisə və prosesləri məntiqi təfəkkürdə hərtərəfli və dolğun  əhatə 

etmək iqtidarındadır. 

Sinergetikanın sosial idrakı potensialını araşdırarkən, onun müasir döv-

rün ən ağrılı problemlərindən olan ekoloji böhranın nəzəri mənalandırılması və 

həll edilməsi sahəsində yaratdığı üstünlüklər də diqqət mərkəzində saxlanılma-

lıdır.  Özünütəşkil  paradiqmasının  xüsusi  səpkisi  olan  sinergetik  ekologiya 

cəmiyyət  –  təbiət    sisteminin  çoxtərəfli  əlaqə  və  münasibətlərini  adekvat 

anlamağa, burada qarşıdurmanın deyil, harmonik vəhdətin əsas götürülməsini 

tələb edir. Bu yanaşma ekosistemin fraqmentar mənalandırılmasını, ona yalnız 

praqmatik  baxımdan  yanaşılmasını  yetərli  hesab  etmir,  təbiət  ilə  cəmiyyət 

arasındakı münasibətlərin noosfera prinsipləri üzrə qurulmasında digər şərtlər 

ilə  yanaşı,  insanın  dünyagörüşünün,  burada  təbiət  üçün  məsuliyyətin 

artırılması istiqamətində dəyişdirilməsini diqqət mərkəzinə çəkir. 



 

97 


Qeyri-

xətti    təhlil  ideyalarını  dünya  miqyaslı  qlobal  sistemlərdə  tətbiq 

edən    İmmanuil  Vallerstayn,  ümumdünya  inkişafının  qanunauyğunluqlarına  

dair çox maraqlı nəticələrə gəlir. Onun təsəvvürlərinin təməlini tsiklik (məkan-

zaman)  özünütəşkil modelləri təşkil edir. Sosial idrakın bu cərəyanını  mark-

siz


min  özünəməxsus versiyası kimi, yəni Priqojinin açıq sistemlərin dinami-

ka

sı  haqqında  təsəvvürləri  ilə  zənginləşdirilmiş  versiyası  kimi  qiymətləndir-



mək olar. Burada da əsas iştirakçılar siniflər hesab olunur, lakin  tarixin sub-

yek


ti onlar deyildir. Həmin təlimə görə tarixi burada iştirak edən insanlar ya-

rat


mırlar,  onlar  öz-özünü  təşkil  edən  və  vüsət  alan  hadisələrdə  iştirak  etmək 

məcburiyyətindədirlər. Məhz həmin gözə görünməyən əl  hadisələri müvafiq 

tarixi tsikllərə  yönəldir [6]. 

Postqeyri-

klassik elmin metodoloji təməli kimi sinergetik paradiqma ta-

rix elminə də daxil olmaqdadır. Son illər ədəbiyyatda sivilizasiyanın dinami-

ka

sına, tarixin dövrləşdirilməsinə sivilizasiya və formasiya yanaşmalarına çox 



diqqət yetirilir [2]. Birinci yanaşmanın tərəfdarları (N.Danilevski, O.Şpenqler, 

A.Toynbi) he

sab  edirlər  ki,  ictimai  inkişafın  əsasını  onların  sivilizasiya 

adlandırdıqları  sosiomədəni  tamlıqlar  təşkil  edir.  Bu  sivilizasiyalardan  hər 

birinin    öz  inkişaf  tsikli  var.  K.Marksdan  və  F.  Engelsdən  gələn  formasiya 

yanaşması  isə,  ictimai-iqtisadi formasiyalar  ideyasına  köklənir.  Tarixin  qa-

nuna

uyğunluqlarına olan bu iki baxış tamamilə fərqli futuroloji konsepsiyaları 



formalaşdırır,  sivilizasiyanın  gələcəyi  ilə  bağlı  müxtəlif  proqnozları  əsaslan-

dırır.  Bu  mənada  "gələcək  sivilizasiyaların  toqquşması  ilə  bağlı  olacaqdır" 

deyən S.Hantinqtonun vədləri daha kəskin diskussiyalara səbəb olmuşdur [15].  

Sinergetik metodologiya sözügedən problemin həllinə də mühüm töhfə 

verməkdədir.  Belə  ki,  onun  əsasında  duran  qeyri-xətti  inkişaf  ideyalarından 

faydalanmaqla,  "əvvəla,  sivilizasiya  və  formasiya  yanaşmalarının  sintezini 

təmin etmək; ikincisi, insanı onun təbii və sosial şəraitlə vəhdətdə təhlil etmək; 

üçüncüsü,  qərb  və  şərq  ənənələrinin  hər  birinin  məhdudluğunu  aradan 

qaldırmaqla onları birləşdirmək imkanını əldə etmiş oluruq" [10, 98]. 

Sinergetik  paradiqmanın  məhsuldarlığı  kulturoloji    təhlil  sferasında  da 

özü

nü  büruzə  verir.  Vaxtilə  Y.Lotman    mədəni  məkanda  dinamik  prosesləri 



izah etmək üçün  sinergetik anlayışlara əl atmışdı. Bu halda özünütəşkil pro-

ses


ləri  ilk növbədə mənayaratma sferasında baş verən proseslər kimi nəzərdən 

keçirilirdi.  Lotmanın    fikrinə  görə,  hər  bir  mədəniyyət  öz  inkişafında  hələ 

vüsət almamış məna məkanın alışmasının baş verdiyi bifurkasiya nöqtəsindən 

keçir.  Gələcək  inkişaf  yollarının  hamısı  potensial  olaraq  bu  məkanda  özünə 

yer almış olur. Tədqiqatçı burada özünütəşkil prosesləri üçün çox əhəmiyyətli 

olan aşağıdakı  məqamları qeyd edir: mədəni inkişaf yollarından birinin seçimi 

nə  səbəb-nəticə  əlaqələri,  nə  də  ehtimal  prinsipi  ilə  müəyyən  olunur, çünki 

bifurkasiya  partlayışı  anında  bu  mexanizmlərin  arası  kəsilir..."Gələcəyin 

seçimi təsadüf kimi realizə olunur... Sistemin partlayışı nəticəsində təsadüfən 

gələcək hərəkət imkanlarının mövcud olması cəlb olunmuş istənilən elementi 




 

98 


hakim element e

də  bilir.  Gələcək  hərəkəti  də  elə  həmin  bu  element  təyin 

edəcəkdir" [11, 28-29]. 

Yaradıcılıq,  kommunikasiya,  koqnitiv  proseslərin  mexanizmləri  prob-

lem

lərinin həllinə qoşulan  sinergetikanın metodoloji təcrübəsi  psixoloji idrak 



sferasına da daxil olur. Psixoloji yönəlişli özünütəşkil konsepsiyaları E.Knya-

ze

va və S. Kurdyumovun, V.Krılovun, O.Mitina və V.Petrenkonun, E.Qoryaç-



kinanın  əsərlərində inkişaf etdirilir. Məsələn, O.Mitina və V.Petrenko hesab 

edirlər  ki,  semantik  məkanların  təhlilində  özünütəşkil  ideyaları  çox  səmərəli 



ola  bilər:  "Düzdür,  biz  hamımız  vahid  fiziki  məkanda  yaşayırıq,  amma 

müxtəlif mentalitetə malik olan insanlar  sanki müxtəlif aksioma  və  səbəb-

nəticə qanunları  olan müxtəlif aləmlərdə yaşayır" [12]. 

Yuxarıda apardığımız təhlilə  yekun vuraraq qeyd etmək istərdik ki, si-

ner

getikanın mürəkkəb sistemlərin özünütəşkil prinsipləri, inkişafın qeyri-xət-



ti

liyi,  çoxvariantlı-lığı,  alternativliyi  və  hesablamalar  yolu  ilə  optimal  yolun 

se

çimi və sair ideyaları, sosial proseslərin adekvat nəzəri mənalandırılmasında,  



on

ların  idarə  olunması  ilə  bağlı  yetişmiş  problemlərin  həllində  yeni,  qeyri-

stan

dart  yanaşmaları inkişaf etdirmək baxımından son dərəcə mühüm və ak-



tual rol oynayır.    

 

ƏDƏBİYYAT 

1.

 



Allahyarova  T.B.  Sosial  sinergetika  cəmiyyət  haqqında  elmlərin  yeni  metodoloji  əsası 

kimi.  F.e.d....avtoreferat. Bakı, 2007, 53 s. 

2.

 

Əhmədli C.T. Cəmiyyət, siyasət, ideologiya // Siyasi biliyin əsasları. Bakı, 1997, 266 s. 



3.

 

Аршинов В., Данилов Ю., Тарасенко В. Методология сетевого мышления: феномен самоор-



ганизации // Онтология и эпистемология синергетики. М.: ИФРАН, 1997, с. 109-119. 

4.

 



Аршинов В.И., Панченко А.И. Человеческое измерение постнеклассической науки 

(Научно-аналитический  обзор)  //  Реферативный  журнал.  Общественные  науки  за 

рубежом. Сер. “Философия”. М.: 1991, № 5, с. 13-25. 

5.

 



Аршинов В.И., Свирский Я.И. От смыслопрочтения к смыслопорождению // Вопро-

сы философии. 1992, №2, с.145–154. 

6.

 

Валлерстайн И. Анализ мировых систем: системное видение мирового сообщества 



//  Социология  на  пороге  ХХI  века:  новые  направления  исследования.  М.: 

Гардарики, 1998, 521с. 

7.

 

Добронравова  И.С. 



Становление  нелинейного  мышления.// Totallogy. 

Постнекласичні дослідження. К., 1995, c.187–188.  

8.

 

Заде Л.А. Основы нового подхода к анализу сложных систем и процессов принятия 



решения // Математика сегодня. М.: Знание, 1974, 64 с. 

9.

 



Князева  Е.Н.  Одиссея  научного  разума.  Синергетическое  видение  научного 

прогресса. М.: Аспект-Пресс, 1995, с.81–82. 

10.

 

Ковалев А. Еще раз о формационном и цивилизационном подходах // Обществен-



ные науки и современность. 1996, №1, c. 97-104. 

11.


 

Лотман Ю. Культура и взрыв. М.: Гнозис, 1992, 272 с. 

12.

 

Петренко  В.Ф.,  Митина  О.В.  Психосемантическое  исследование  политического 



менталитета  (Россия:  1991-1993).  "Общественные  науки  и  современность".  1994, 

№6, с. 42-54.  

13.

 

Рузавин Г.И. Синергетика и диалектическая концепция развития// Философия нау-



ки. 1989, №5, c.11-21. 


 

99 


14.

 

Рузавин  Г.И.  Синергетика  и  принцип  самодвижения  материи  //  Вопросы  филосо-



фии. 1984, №8. c. 39-51. 

15.


 

Хантингтон С. Столкновение цивилизаций. М.: Издательский дом АСТ. 2006, 603 с. 

16.

 

Янч  Е.  Самоорганизующаяся  Вселенная  //  Общественные  науки  и  современность. 



1999, №1, c. 143-158. 

 

ПРОБЛЕМА АДАПТАЦИИ СИНЕРГЕТИЧЕСКИХ ИДЕЙ  



К СОЦИОГУМАНИТАРНЫМ НАУКАМ 

 

Л.Н.НАЗИРЗАДЕ  

 

РЕЗЮМЕ 

 

Статья посвящена анализу широких возможностей и огромного когнитивного по-

тенциала синергетической  парадигмы в социальном познании. В ней раскрыты основ-

ные направления формирующейся новой науки – социальной синергетики. В этой связи 

особое внимание уделяется значению роли основных принципов синергетики (нелиней-

ности  самоорганизации,  неопределенности),  в  становлении  гражданского  общества, 

социальном управлении и антропологии. Обосновываются преимущества синергетиче-

ского мышления в решении экологических культурологических проблем, а также в пе-

риодизации истории. 

 

Ключевые  слова:  социальная  синергетика,  синергетическая  антропология,  са-

моорганизация, социальное познание, синергизм гражданского общества, синергетиче-

ская экология 

 

 

THE PROBLEM OF ADAPTATION OF SYNERGISTIC IDEAS  

FOR SOCIAL-HUMANITARIAN SCIENCES 

 

L.N.NAZIRZADE 

 

SUMMARY 

 

This article is devoted to the analysis of opportunities and tremendous cognitive poten-

tial synergistic paradigms in social cognition. It discloses principal directions of the emerging 

new science – Social Synergy. In this regard, special attention is paid to the role of the funda-

mental principles of synergetics (non-linearity of self-organization, uncertainty) in the deve-

lopment of civil society, social management and anthropology. The benefits of synergy of 

thinking in solving environmental problems, as well as in the periodization of history are 

grounded.  



 

Key words: social anthropology, synergy, self-organization, social cognition, syner-

gies of civil society, synergy ecology 



Yüklə 87,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə