Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial



Yüklə 126,38 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü126,38 Kb.
#50985


 

26 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2012 

 

 



 

 

UOT- 341.24.047 



 

XƏZƏRİN STATUSU ZİRVƏ GÖRÜŞLƏRİNİN MÜZAKİRƏSİNDƏ  

(AŞQABAD SAMMİTİ) 

 

S.S.HƏSƏNOV 

AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 

Senan hesenov@hotmail 

 

1998-



ci ilin iyulunda “Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hü-

quqların həyata keçirilməsi məqsədilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haq-

qında”  saziş  imzalanmış,  2002-ci  ilin  mayında  isə  həmin  sazişə  müvafiq  protokol  qüvvəyə 

minmişdir.  2001-ci  il  noyabrın  29-da  və  2003-cü  il  fevralın  27-də  isə  Qazaxıstanla  Azər-

baycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol 

imzalandı.  Daha  sonra  2003-cü  il  mayın  14-də  Qazaxıstan  Azərbaycan  və  Rusiya  arasında 

Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş rəs-

miləşdirilmişdir.  Nəhayət,  Xəzəryanı  dövlətlər  2003-cü  ilin  noyabrında  Xəzərdə  dəniz  mü-

hitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzaladılar. Beləliklə də, Xəzəryanı dövlətlər 

məsələnin  həllinə  dair  mövcud  təcrübələri  və  normaları  özündə  birləşdirən  ilkin  kon-

vensiyanın ortaya qoyulmasına və onun əsasında dərin müzakirələrə başlamağa nail oldular.  

 

Açar sözlər: enerji, status, siyasət, maraqlar, əməkdaşlıq, təhlükəsizlik, strategiya 

 

Xəzərin statusunun həllinə dair bütün görüşlərdə hər yekun qərarın qəbul 



edilməsinə cəhd göstərilsə də bu, mümkün olmamış məsələnin Zirvə görüşləri 

səviyyəsində müzakirəsinə zərurət  yaranmış, həll variantının dərindən müza-

kirəsi həyata keçirmişdir. Bu danışıqlar içərisində 2002-ci il aprel ayının 22-

23-


də Aşqabadda keçirilmiş toplantı tarixi əhəmiyyətə malik idi. Sammit iki 

əsas  cəhəti  ilə  diqqəti  cəlb  edir.  Əvvəla,  ilk  dəfə  idi  ki,  Xəzəryanı  ölkələrin 

dövlət başçıları səviyyəsində bütövlükdə bu məsələ müzakirəyə çıxarılmışdır. 

İkincisi, Xəzərin statusu digər problemlərlə yanaşı rəsmi görüşlərdə müzakirə 

obyekti  olduğu  halda,  ilk  dəfə  Aşqabad  sammiti  Xəzərin  statusu  haqqında 

bütün sahilyanı ölkə başçılarının və rəsmi nümayəndələrin qarşılıqlı kompro-

mis  axtarışını  özündə  əks  etdirmişdir.  Azərbaycan  sammitə  öz  yığcam  və 

konkret  mövqeyi  ilə  gəlmişdi.  Bu  mövqeni  Azərbaycan  prezidenti  Heydər 

Əliyev  öz  dolğun  çıxışı  ilə  bütün  ölkələrin  rəhbərlərinə  bəyan  etmişdir  ki, 

“Xəzər dənizinin hüquqi statusu məsələsinin Xəzəryanı dövlətlər arasında həlli 

onların  suveren  hüquqlarına  hörmət,  qarşılıqlı  surətdə  faydalı  tərəfdaşlıq 

ruhunda,  dinc  vasitələrlə  həyata  keçirilməlidir”  (5).  Digər  Xəzəryanı  dövlət 




 

27 


başçıları da ilk dəfə bu səviyyədə öz dövlətlərinin mövqeyini ifadə etmiş, əsas 

detallar müzakirəyə çıxarılmışdır. Nəhayət, hansı tərəfin nə istədiyini və buna 

necə  nail  olmağın  yollarını  ilk  dəfə  qarşılıqlı  şəkildə  müzakirəyə  çıxardılar. 

Zirvə görüşündə Azərbaycan, Rusiya və Qazaxıstan dövlətlərinin rəsmiləşmiş 

mövqeyi problemin həllində optimal variant kimi göstərildi. Türkmənistan və 

İran  dövlətləri  isə  daha  kompromis  mövqe  tutdular.  Türkmənistan  tərəfi 

mübahisəli saydığı yataqların məsafəcə öz ölkəsinə yaxınlığını əsaslandıraraq 

onun xüsusi mülkiyyəti olması haqqında irəli sürdüyü ideyalar, digər sahilyanı 

ölkələr  tərəfindən  qeyri-qənaətbəxş  qarşılanmışdır.  Sahilyanı  ölkələr  yaxşı 

başa  düşürdü  ki,  dünya  praktikasında  yataqlar  və  su  əraziləri  məsafəyə  görə 

deyil,  su  hövzələrinin  yerləşmə  istiqamətinə  əsasən,  quru  ərazisinin  ən  son 

nöqtəsindən hesablanır. Lakin Azərbaycan tərəfi bu məsələnin yenə də danı-

şıqlar yolu ilə həllinə öz razılığını bildirdi. İran tərəfi isə, 1921, 1940-cı illər 

müqaviləsini  əsas  hüquqi  sənəd  hesab  etsə  də,  status  məsələsi  həll  olunana 

qədər təklif etdiyi 20%-lik ərazidə fəaliyyət göstərməyə etdiyi cəhdin əsassız 

olduğunu özü də başa düşürdü. Ümumiyyətlə isə, İran prezidenti bu toplantıda 

status  məsələsində  lazımi  kompromislərə  getməyə  daha  çox  yaxınlaşmışdı. 

Diqqəti çəkən məqam odur ki, İran əvvəllər olduğu kimi neft kəşfiyyatında və 

regiondan  enerji  daşınmasında,  dünya  bazarlarına  çıxarılmasında  maraqlı 

olduğunu  və  bu  işə  fəal  qarışmaq  istədiyini  bəyan  etdi.  İran  prezidenti  hətta 

təkid  edirdi  ki,  prosesə  ölkəsinin  cəlb  edilməsi  həm  İran  üçün  böyük 

əhəmiyyətə malikdir, həm də digər ölkələr üçün ucuz və sərfəlidir. Göründüyü 

kimi, İranın mövqeyində əsaslı dəyişikliklər baş vermiş, ancaq Türkmənistanla 

mübahisəli  yataqlar  neçə  illər  olduğu  kimi  yenə  öz  konkret  həllini  tapma-

mışdır.  Zirvə  görüşündəki  qapalı  iclasda,  aprelin  22-də  ekspertlər  qrupunun 

hazırladığı  bəyannamə  də,  əsasən  buna  görə  qəbul  olunmamışdır.  Əslində, 

Aşqabad  görüşü  belə  mövqe  ayrılıqlarının  olduğu  üçün  çox  ağır  keçmişdir. 

Təkcə həmin bəyannamə üzərində gedən gərgin iş buna sübut idi. Aprelin 22-

dən-23-ə  keçən  gecə  sabaha  qədər  ekspertlər  qrupu  bu  bəyannamə  üzərində 

yenidən işləmiş, 5 saat çəkən qapalı görüşdə dövlət başçıları bu barədə yenə də 

qəti  fikrə  gələ  bilməmişdir.  Hamı  tərəfindən  razılaşdırılacaq  variantın 

tapılacağı zaman dövlətlərin bu bəyannaməni imzalayacağı qənaətinə gəlmiş-

di

lər. Ancaq buna baxmayaraq, Xəzərin statusunun həlli problemi bütün ölkə-



lər  üçün  mühüm  əhəmiyyətə  malik  olduğuna  görə  dövlət  başçılarının  məsə-

lənin müzakirəsi ilə bağlı bir araya gəlmələri zərurəti gələcək hüquqi sənədin 

qəbul  edilməsi  baxımından  mühüm  addım  hesab  edilməlidir.  Vladimir  Putin 

zirvə  görüşünü  belə  qiymətləndirirdi:  «Dövlət  başçıları  Xəzər  regionunda 

qarşılıqlı  fəaliyyətin  bütün  cəhətlərini  tarixdə  ilk  dəfə  olaraq,  təfərrüatı  ilə 

müzakirə  etdilər»  (5).  Daha  önəmli  cəhət  sahilyanı  ölkələrin  bir-birinə  güc 

tətbiq etməməsi haqqında yekdil razılığa gəlmələri idi. Qazaxıstan prezidenti 

N.Nazarbayev  bu  haqda  deyirdi:  «Xəzər  dənizinin  hüquqi  statusu  haqqında 

çoxdan  davam  edən  danışıqlar  sübut  edir  ki,  qarşılıqlı  anlaşma,  tərəflərin 

maraqlarının  razılaşdırılması  obyektiv  və  subyektiv  xarakterli  çətinliklərlə 




 

28 


üzləşmişdir. Lakin belə danışıqlara sərf edilən vaxt əbəs olmamışdır. Ən əsası 

odur  ki,  Xəzəryanı  ölkələrin  iradəsi,  Xəzər  regionunda  siyasi  sabitliyin, 

sülhün, karbohidroge

n ehtiyatlarının kəşfi, çəkişmələr, həlli mümkün olmayan 

münaqişələrə  gətirib  çıxarmamışdır»  (4,  19).  N.Nazarbayev  Aral  dənizinin 

faciəli ekoloji vəziyyətinin Xəzərdə də baş verməməsini ölkələr qarşısında ən 

vacib  məsələlərdən  sayırdı.  Odur  ki,  görüşdə  Türkmənistan  Prezidenti 

Saparmurad Niyazov regional əməkdaşlığı genişləndirmək üçün beş dövlətin 

daimi  fəaliyyət  göstərən  şurasının  yaradılmasını,  Rusiya  Prezidenti  Vladimir 

Putin  isə  Xəzərin  daimi  monitorinqini  keçirmək  üçün  beştərəfli  hökumət-

lərarası  mərkəzin  təşkil  edilməsi  təklifini  irəli  sürmuşdür.  Azərbaycan  tərəfi 

Xəzər dənizinin sahilyanı dövlətlər arasında sektorlara bölünməsinin orta xətt 

prinsipi  nəzərə  alınmaqla,  bu  dənizdə  təşəkkül  tapmış  təcrübə,  beynəlxalq 

hüququn  ümumtanınmış  prinsipləri  və  sahilyanı  dövlətlərin  Xəzər  dənizində 

suveren hüquqlarının tətbiq olunması əsasında həyata keçirilməsinin tərəfdar 

olduğunu  yenə  də  əsaslandırmışdır.  Toplantıdan  sonra  keçirilən  mətbuat 

konfransında  çıxış  edən  prezidentlər  sammitin  ilk  növbədə  hər  bir  dövlətin 

mövqeyinin açıqlanması üçün əlverişli imkan yaratdığını bildirmişlər. 

  

Xəzərin  statusunun  müzakirəsi  elə  mərhələdə  idi  ki,  artıq  burada  nə 



qərb  ölkələri  ilə  əməkdaşlıq  nə  də  beynəlxalq  layihələrin  həyata  kecirilməsi 

yolunda  mane  törədəcək  amillər  müzakirə  mövzusu  deyildir.  Azərbaycan 

bütün bunların əhəmiyyətini, bölgədəki müsbət  nəticələrini  region ölkələrinə 

anlatmışdır. Dünya bu strategiyanın bütün ölkələr üçün əhəmiyyət kəsb etdiyi 

yeganə  fikri  müdafiə  edirdi.  Xəzərin  statusunun  həlli  yolunda  isə  əslində 

mühüm  baza  prinsipləri  və  sənədlər  öz  həllini  tapmışdır.  Bu  mərhələdə 

dövlətlər yalnız bir əsas məsələnin - Xəzərin statusunun tənzimlənməsi üçün 

qərarın  qəbul  edilməsinə  can  atmış,  bir  sıra  kompromislərə  razılaşmışlar. 

Hesab  edirik  bu  kompromislərə  cəhd  dövlətlərin  regionda  böyük  layihələrə 

qoşulmağın vacibliyini başa düşməsi ilə də bağlı idi.  

   

Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  bu  görüşdə 



demişdir: «Yeni şəraitdə Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirmək 

zərurəti  yaranmışdır.  Bizim  ölkələrimiz  bu  istiqamətdə  xeyli  iş  görmüşlər. 

Xəzəryanı  dövlətlərin  xarici  işlər  nazirlərinin  müavinləri  formatında  ekspert 

qrupları böyük iş aparmışlar. Xarici işlər nazirləri hökumət və dövlət başçıları 

səviyyəsində  ikitərəfli  əsasda  bir  çox  görüşlər  keçirmişlər.  Hesab  edirəm  ki, 

Xəzər  dənizinin  hüquqi  statusu  kimi  mühüm  məsələnin  müzakirəsi  və  bu 

barədə  qərar  qəbul  olunması  üçün  yaxşı  təcrübə  toplanmış  və  lazımi  zəmin 

yaradılmışdır (6, 29-31). 

 

Bütün  bunlar  Xəzərin  statusu  və  sektoral  bölgü  probleminin  həlli 



istiqamətində  Azərbaycanın  əhatəli  şəkildə  apardığı  xarici  siyasətdə  uğurlu 

diplomatik  fəaliyyət  kimi  qiymətləndirilə  bilər.  Azərbaycan  Respublikasının 

Prezidenti  Heydər  Əliyev  dünyanın  bütün  ölkələrindəki  görüşlərində  Xəzər-

dəki  əməkdaşlığın  prinsiplərini  müəyyənləşdirmək  yolunda  atılmış  addımları 

təhlil  edərək,  Azərbaycanın  həmişə  beynəlxalq  normalara,  tarixi  təcrübəyə 



 

29 


əsaslanan mövqeyinin obyektivliyini diqqətə çatdırmışdır. Zirvə toplantısından 

sonrakı işçi qruplarının görüşlərinin əsas mahiyyəti də bu prinsiplərə əsaslan-

mışdır.  Belə  görüşlərdə  razılaşdırılmamış  detallar  üzərindəki  iş  əsla  prosesin 

ləngiməsinə gətirib çıxarsa da problemin həllində hamını qane edəcək variantın 

tapılması  üçün  müsbət  hal  idi.  Odur  ki,  Tehran sammiti  ərəfəsində  «beş  ölkə 

prezidentinin  deklarasiya  imzalaması  statusun  bütün  məsələlərinin  qəti  həlli 

yolunda çox mühüm addım olacaq» deyən RF Xarici İşlər naziri S.Lavrov açıq-

la

masında bildirmişdi ki, Tehran sammitində Xəzərin statusu ilə bağlı razılaşdı-



rılmamış məsələlər də müzakirə olunacaq: «Biz prezidentlərin fikir mübadiləsi 

apa


rıb qalan məsələləri ən tez bir zamanda müəyyən edə biləcəklərinə ümid bəs-

ləyirik».  Qeyd  edək  ki,  Xəzəryanı  ölkələrin  dövlət  başçılarının  Aşqabad sam-

mitindən sonra ikinci sammitin 2003-cü ildə Tehranda keçirmək haqqında qərar 

qəbul edilsə də, Sammit bir necə dəfə təxirə salınmışdır. 2007-ci il oktyabrın 16-

da  baş  tutan  Tehran  sammitində  Azərbaycan  prezidenti  İlham  Əliyev  dövlə-

timizin mövqeyini aç

ıqlayarkən  demişdir:  “Rəsmi  Bakı  hamılıqla  qəbul 

edilmiş beynəlxalq-hüquqi orta xətt və onun əsasında Xəzərin milli sektorlara 

bölünməsi prinsipindən çıxış edir və bəyan edir ki, hər dövlət öz milli sektoru 

üzərində müstəsna suverenliyə malikdir. Azərbaycanın xarici şirkətlərlə birgə 

işlənməsini nəzərdə tutduğu yataqlar dənizin ona məxsus sektorunda yerləşir” 

(1, 317). 

Beləliklə, Xəzəryanı ölkələrin dövlət başçılarının Tehranda keçirilən 

II sammitinin yekunu olaraq Bəyannamə imzalandı. Azərbaycan, İran, Rusiya, 

Qazaxıstan  və  Türkmənistan  prezidentlərinin  imzaladığı  sənəd  25  bənddən 

ibarətdir. Bəyannamədə aşağıdakı məsələlər öz əksini tapmışdır: 

1.  Tərəflər  Xəzər  regionunu  sabitlik  və  sülh  regionu,  iqtisadi  inkişaf, 

sahil ölkələri arasında beynəlxalq hüququn təsbit olunduğu və rifah bölgəsinə 

çevrilməsinə  çalışacaqlar.  Onlar  ikitərəfli  və  çoxtərəfli  əlaqələr  çərçivəsində 

siyasi,  diplomatik,  ticari,  iqtisadi,  elmi,  texniki,  mədəni,  ictimai  və  başqa 

sahələrdə əməkdaşlıq etməkdə qərarlıdırlar. 

2. Tərəflər Xəzəryanı ölkə başçılarının görüşlərinin tərəflərin razılığı ilə 

da

vamlı keçirilməsini, sammitlərarası dövrdə XİN başçılarının, həmçinin, tə-



rəflərin  səlahiyyətli  ekspertlərinin  Xəzər  dənizi  ilə  bağlı  bütün  məsələlərin 

araşdırılması üçün görüşlərini dəstəkləyirlər. 

3. Tərəflər Xəzərdə olan resurslardan istifadə üçün çalışacaq, onun inki-

şaf  etdirilmə  qabiliyyətini  nəzərə  alaraq,  iqtisadi  sahədə,  xüsusilə  enerji  və 

yük

daşıma sahələrində bir-biriləri ilə əməkdaşlığı və danışıqları genişləndirə-



cəklər. 

4.  Tərəflər  regionda  daşınmaların  səmərəli  istifadəsi  üçün  beynəlxalq 

daşınmalar dəhlizi yaratmaqla bir-birlərinə kömək edəcəklər.  

5.  Tərəflər  bildirirlər  ki,  Xəzər  dənizi  və  onun  resursları  ilə  əlaqədar 

ancaq sahilyanı ölkələr hüquqa sahibdirlər.  

6.  Tərəflər  bildirirlər  ki,  Xəzərin  tam  hüquqi  statusu  “Xəzər  dənizinin 

hüquqi statusuna dair Konvensiya” imzalandıqdan sonra qüvvəyə minəcək.  

7.  Tərəflər  Xəzərin  yeni  hüquqi  statusunun  təyin  olunmasına  qədər 




 

30 


gəmilərin  gediş-gəlişi,  balıqçılıq  və  gəmiçiliyin  istifadəsinə  razıdırlar.  Bu  o 

halda  həyata  keçirilə  bilər  ki,  gəmilər  Xəzər  sahili  ölkələrin  bayrağı  altında 

hərəkət etsin. 

8. Tərəflər bildirirlər ki, Xəzərin tam hüquqi statusunun təsdiq olunması 

və bunun üçün dənizin hüquqi status konvensiyasının tez bir müddətdə bağlan-

ması ən mühüm vəzifədir. Bu konvensiya Xəzər dənizinin hüquqi statusunun 

əsas  sənədi  kimi  sahilyanı  ölkələrin  səlahiyyət  məsələlərini  o  ölkələrin 

hüququna  hörmət  bəsləyərək  müəyyən  etməli,  ekoloji  qaydalar  burada  əks 

olunmalıdır.  Təbii  mənbələrdən  ağıllı  istifadə  edilməsi,  o  cümlədən  Xəzərin 

canlı aləmindən, yataqlardan, gəmiçilik, eləcə də Xəzərdə fəaliyyətə aid bütün 

başqa məsələlər də buraya aiddir. 

9. Tərəflər elan edirlər ki, Xəzər sahili ölkələrin hamısı tərəfindən dəni-

zin yeraltı və yerüstü mənbələrinin sərhəd məsələləri haqda son razılaşma on-

la

rın hakim olduqları hüququ nəzərə alaraq və bir-birlərinin qanunlarına hör-



mət bəsləyərək icra olunacaq. 

10.  Tərəflər  Xəzərin  su  sərhədlərinin  təyin  olunması  üçün  danışıqlar 

davam etdirilməsi barədə razılığa gəliblər. 

11. Tərəflər bugünkü və gələcək nəsil qarşısında öz məsuliyyətlərini ba-

şa düşərək, Xəzəri qorumaq, onun ekoloji problemlərinin həllini bir-biriləri ilə 

əməkdaşlıq çərçivəsində həll etməkdə, o cümlədən ekoloji qorunma üçün milli 

fəaliyyətlərdə,  ekoloji  qorunmada  əməkdaşlıq  nizamını  yaratmaqda,  bioloji 

hiti qorumaqda, canlıların yetişdirilməsində və qorunmasında təkid edirlər. 



Tərəflər  bildirirlər  ki,  Xəzərin  ekoloji  vəziyyəti  kürünün  və  dənizin  ekoloji 

vəziyyətini  nəzərə  alaraq,  onun  pis  nəticələnməməsi  üçün  tez  bir  zamanda 

əməkdaşlıq etsinlər. Bu məqsədlə tərəflər Xəzərin hüquqi statusu konvensiyası 

əsasında lazımi hüquqi müqavilə əsasının yaradılması üçün regionda əməkdaş-

lığı davam etdirəcəklər. Tərəflər 2003-cü ilin noyabrında Tehranda imzalanan 

Xəzərin ekologiyasına aid olan sənədin icrasına razılıqlarını bildiriblər. Tərəf-

lər eləcə də konvensiyanın əsas müddəalarının tamamlanmasının lazımlılığını 

vurğulayıb, konvensiyanın daimi katibliyinin yaradılmasını xatırladırlar. 

12. Tərəflər Xəzərin mənbələrindən faydalanmaq, bir-birlərinə və ekolo-

gi

yaya  dəyən  ziyan  müqabilində  sahilyanı  ölkələrin  məsuliyyət  daşıdıqlarını 



təsdiq edirlər. 

13. Tərəflər bildirirlər ki, Xəzər ancaq sülh məqsədilə istifadə olunmalı-

dır  və  dənizə  aid  bütün  məsələlər  Xəzəryanı  ölkələr  tərəfindən  sülh  yolu  ilə 

həll  olunacaq.  Tərəflər  qarşılıqlı  inam  yaratmaq  və  möhkəmləndirmək  üçün 

hövzənin  təhlükəsizliyini  və  sabitliyini  təmin  etmək,  eləcə  də  qarşılıqlı 

əlaqələrdə hərbi qüvvələrdən istifadə etməməyə çalışacaqlar. 

14. Tərəflər təsdiq edirlər ki, onların silahlı qüvvələri hücum məqsədilə 

qarşı tərəf üçün istifadə olunmayacaq. 

15. Tərəflər başqa ölkələrə öz ərazilərindən sahilyanı dövlətə qarşı hərbi 

əməliyyatlar aparılmasına imkan verməyəcəklər. 

16. Tərəflər Xəzərin hüquqi statusu haqda müzakirələrin qarşılıqlı hör-



 

31 


mət və anlaşma əsasında, beynəlxalq hüquq çərçivəsində davam etdirilməsini 

məqsədəuyğun hesab ediblər. 

17.  Tərəflər  Xəzər  regionunda  sülh  və  əmin-amanlığın  əhəmiyyətini 

nəzərə  alaraq,  bütün  məsələlərin  araşdırılması  istiqamətində  müzakirələrin 

davam etdirilməsinin zəruriliyini vurğulayıblar. 

18. Tərəflər iqtisadi, siyasi, hüquqi sahələrdə bir neçə qütblü kamil və 

adil beynəlxalq sistemin yaradılması məqsədilə əməkdaşlığa çalışacaqlar. 

19.  Tərəflər  “Nüvə  silahlarının  yaradılması  və  çoxaldılması  müqavi-

ləsi”ni  beynəlxalq  sülhün  və  əmin-amanlığın  ən  mühüm  əsaslarından  hesab 

edib, bu müqavilənin gələcəkdə də icrasını istəyirlər. Tərəflər, eləcə də, “Nüvə 

silahlarının  yaradılması  və  çoxaldılması  müqaviləsi”nə  üzv  olan  ölkələrin 

nüvə enerjisindən sülh məqsədləri ilə istifadə, istehsal və tədqiqat aparmasını 

ayrı-seçkilik olmadan bu müqavilə çərçivəsində təsdiq etdilər. 

20.  Tərəflər  hər  bir  ölkənin  beynəlxalq  hüquq  normaları  çərçivəsində 

inkişaf haqqının olmasını təsdiq edərək, sahilyanı ölkələrin mədəni, ictimai və 

tarixi  dəyərlərini  nəzərə  alaraq,  bir-birlərinin  daxili  işlərinə  qarışmasını 

düzgün hesab etmirlər. 

21. Tərəflər inanırlar ki, regionda sülhün və təhlükəsizliyin  yaradılma-

sında  əsas  şərtlərdən  biri  kimi  BMT-nin  müvafiq  konvensiyasına  uyğun 

addımlar atılması məqsədəuyğundur. 

22. Tərəflər beynəlxalq terrorizmi, separatizmi, narkotik, psixotrop mad-

dələrin qanunsuz dövriyyəsi, insan alveri və silah satışı kimi qeyri-qanuni işlə-

rin 

həyata keçirilməsini dünyaya təhdid hesab edirlər.  



23. Tərəflər beynəlxalq terrorizmə, separatizm, narkotik, psixotrop mad-

dələrin qanunsuz dövriyyəsinin, insan alveri və silah satışı kimi qeyri-qanuni 

işlərin qarşısının alınmasında BMT çərçivəsində və beynəlxalq hüquqa riayət 

edərək, öz ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarını təsdiq edirlər.  

24. Tərəflər Tehranda keçirilən zirvə görüşünün nəticələrini alqışlayırlar. 

Sahilyanı  ölkələr  arasında  əməkdaşlığı  genişlənməsində  hərtərəfli  köməklik 

göstərəcəklərini bildirirlər. 

25.  Xəzəryanı  ölkələrin  prezidentlərinin  növbəti  iclası  2008-ci ilin 

oktyabrında Bakıda keçiriləcək (9). 

Bununla da, 

dövlətlərin  səlahiyyətli  nümayəndələrinin  Xəzər  dənizinin 

ququ statusunun müəyyənləşdirilməsinə imkan verəcək Konvensiyanın im-



za

lanması bu sammitdə də baş tutmamışdır. Sammitdən sonra məsələ ilə bağlı 

Teh

randa keçirilən konfransda işçi qruplarının əvvəllər də əsas mübahisə hə-



dəfi olan problemlərin aradan qaldırılmasında ortaq məxrəcə gələ bilməmələri 

əsas  səbəb  idi.  Tehran  konfransında  Azərbaycanı  təmsil  edən  xarici  işlər 

nazirinin  müavini,  prezidentin  Xəzərin  statusunun  müəyyənləşdirilməsi  üzrə 

səlahiyyətli nümayəndəsi, işçi qrupun sədri Xələf Xələfov göstərirdi ki, “Teh-

ran

da statusla bağlı problemin aradan qaldırılmasına mane olan faktorlar əv-



vəlki kimi həll edilməmiş qalıb”. Biz Tehranda statusun müəyyənləşdirilməsi-

nə mane olan amilləri yenidən nəzərdən keçirdik və bunların aradan qaldırıl-




 

32 


ması yollarını tapmağa çalışdıq. Ancaq müzakirələr zamanı ortaq məxrəcə gələ 

bilmədik”.  Tehran  sammitinin  əsas  məqsədi  Xəzərin  hüquqi statusuna dair 

kon

vensiya  layihəsinin  müzakirəsi  olmuşdur.  Azərbaycan beynəlxalq  hüquq 



nor

malarına  istinad  etmiş,  və  bunun  reallığı  əks  etdirdiyini  göstərmişdir.  Bu 

ba

xımdan  da  mövcud  reallığı  nəzərə  almadan  və  beynəlxalq  hüquq nor-



malarına istinad etmədən status məsələsində ortaq məxrəcə gəlmək çətin idi. 

Bu  normalar  isə  təəssüf  ki,  hamı  tərəfindən  eyni  qəbul  edilmirdi.  Lakin 

Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün imkanlar və perspektivlər 

böyük idi. Tehranda Xəzərin ekoloji problemlərinin həlli məsələsində də irə-

liləyiş əldə edilmiş və bununla bağlı protokol imzalanmışdır. Odur ki, Tehran-

da əsas müzakirə obyekti olan məsələlərlə bağlı ortaq məxrəcin tapılmaması 

Xəzəryanı  ölkə  başçılarının  növbəti  sammitinin  keçirilməsi  barədə  razılığın 

əldə  edilməsinə  imkan  verməmiş,  növbəti  belə  görüş  qeyri-müəyyən  tarixə 

qədər  təxirə  salınmışdır.  Ancaq  işçi qrupunun Tehran konfransında  tərəflər 

Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı növbəti danışıqların həmin ilin 

may ayında Bakıda keçirilməsi barədə razılığa gəlmişdilər (9). 

  

Ümumiyyətlə, Xəzərin  statusu haqqında belə gərgin siyasi-diplomatik 



danışıqların mahiyyətindəki qeyri-müəyyənlik əvvəllər Xəzərdə nüfuz bölgü-

sünü özündə əks etdirirdisə, indi dövlətlərin milli maraqları və bu maraqlarda 

beynəlxalq  layihələrin  və  proseslərin  yaxın  iştirakçısı  statusunu  qazanmaq 

cəhdi ilə bilavasitə bağlı idi. Lakin bir tarixi həqiqət mövcuddur ki, Xəzəryanı 

bölgə  ilə  bağlı  bütün  siyasi-iqtisadi  proseslər  dünyada  yalnız  Azərbaycanın 

irəli  sürdüyü  strateji  xətlə  müəyyənləşdirilirdi.  Xəzərin  statusunda  isə  vahid 

qərarın  qəbul  olunması  fikrimizcə  regional  dövlətlərin  bütün  proseslərə  fəal 

qoşulması üçün vacib idi. Artıq bu hövzədə hər bir dövlətin nüfuz imkanları 

əslində müəyyənləşdirilmişdir. Prosesə əsassız maneələr törətmək cəhdləri isə 

özünü do


ğrultmamışdır.  Bu  istiqamətdə  yekdil  qərar  qəbul  etmək  üçün 

nəhayət,  Bakıda  Xəzəryanı  ölkələrin  dövlət  başçılarının  üçüncü  sammiti 18 

noyabr 2010-

cu ildə baş tutdu. Görüşdə Xəzər dənizinin yeni hüquqi statusu-

nun müəyyənləşdirilməsi, ekologiya, o cümlədən, transxəzər boru kəmərləri-

nin  çəkilməsi,  eləcə  də  iqtisadi  əməkdaşlıq  məsələlərinin  müzakirə  edilməsi 

qarşıya qoyulmuşdur. Sammit ərəfəsində Rusiya prezidentinin köməkçisi Ser-

gey Prixodko qeyd edirdi ki, “Xəzər beşliyi”nin bu görüşü regional əməkdaş-

lıqda əsas məsələlərlə bağlı danışıqlara əhəmiyyətli impuls verməlidir. Bu, ilk 

növbədə, Xəzərin yeni hüquqi statusu, eləcə də neft-qaz yataqlarının işlənməsi 

və karbohidrogen ehtiyatlarının nəqli, maliyyə və sərmayə, ticarət, nəqliyyat, 

bio


resurslardan  istifadə,  ətraf  mühitin  mühafizəsi  kimi  sahələrdə  daha  sıx 

əməkdaşlıq məsələləri də daxildir. Daha sonra bildirilirdi ki, sammitin gündə-

li

yinə  Xəzərin  hüquqi  statusu  ilə  bağlı  danışıqların  hazırkı  vəziyyəti,  iqtisa-



diyyat,  nəqliyyat,  kommunikasiya  sahəsində  əməkdaşlıq  məsələləri  daxildir: 

“Biz, 


ilk  növbədə,  balıqçılıq,  gəmiçilik,  Xəzər,  Azov  və  Qara  dəniz  hövzə-

lərinin su nəqliyyatı ilə birləşməsi və Xəzər iqtisadi əməkdaşlığı təşkilatlarının 

fəaliyyətini  nəzərdə  tuturuq.  Xəzər  İqtisadi  Əməkdaşlıq  Təşkilatının  (XİƏT) 



 

33 


yaradılması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü ilə bağlı fəal irəliləyişə nail ol-

maq niyyətindəyik”. Doğrudur, sammitin əsas məqsədi Xəzər dənizinin hüqu-

qi  statusu  ilə  bağlı  konvensiya  üzərində  iş  olsa  da,  bu  görüşdə  işin  yekun-

laşmayacağı ehtimalı var idi. Lakin bütün ölkələrə məlum idi ki, Rusiyanın ya-

xın qonşuları - Azərbaycan və Qazaxıstanla Xəzər dənizinin statusu sahəsində, 

böyük mənada, heç bir problem yoxdur. Ölkələr akvatoriyanın delimitasiyasını 

həyata  keçiriliblər,  ətraf  mühitin  mühafizəsi  sahəsində  uğurlu  əməkdaşlıq 

edirlər.  Lakin  İran  və  Türkmənistanın  fərqli  mövqeləri  bu  işin  ləngiməsinin 

əsas səbəbi idi. 

Bu ərəfədə noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı ölkələrin döv-

lət  başçılarının  sammiti  Türkmənistan  hökuməti  tərəfindən  belə  xarakterizə 

edilirdi: 

“Xəzər  probleminin  aktual  məsələləri  üzrə  konsensusa  nail  olmaq 

üçün danışıqlar prosesinə sammit dinamika verməli, məqsədi Xəzərin həmişə-

lik  sülh,  dostluq,  və  həmrəylik  dənizi  statusunun  möhkəmləndirilməsi  olan 

əməkdaşlığın  optimal  formatının  hazırlanmasına  əməli  addım  olmalıdır",  Bu 

məqsədlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov sammitin 

işində iştirak etmək və bir sıra ikitərəfli görüşlər keçirmək üçün Bakıya səfər 

et

di. Rəsmi məlumatlarda qeyd edilirdi ki, forumun gündəliyi çərçivəsində ilk 



növ

bədə Xəzər dənizinin hüquqi statusunun hazırlanması, regional əməkdaşlı-

ğın inkişafı, xüsusən Xəzərdə təhlükəsizliyin təmini ilə bağlı kompleks aktual 

məsələlərdə Türkmənistan dövləti fəal mövqe nümayiş etdirmişdir. Bu barədə 

Türk

mənistan  rəsmisi  demişdir:  "Bərabərhüquqlu  qarşılıqlı  tərəfdaşlıq,  milli 



və ümumi maraqlar balansının gözlənilməsi prinsiplərinə əsaslanan sarsılmaz 

xa

rici siyasət kursunu həyata keçirməklə, müstəqil Türkmənistan sülhün möh-



kəmləndirilməsi  və  həmrəylik  naminə  konstruktiv  dialoqa,  Xəzər  zonasında 

həm ikitərəfli, həm də çoxtərəfli formatda effektiv əməkdaşlığın fəallaşmasına 

tərəfdardır". Qeyd edək ki, Türkmənistan 2002-ci ilin aprelində Aşqabadda baş 

tu

tan ilk Xəzəryanı sammitin keçirilməsinin təşəbbüskarı olub. 2007-ci ildə Teh-



randa  Xəzəryanı  ölkə  başçılarının  ikinci  sammitində  Xəzər  dənizinin  hüquqi 

statusu  haqqında  konvensiya  layihəsinin  yekun  razılaşdırılması  və  qəbulu  üçün 

gələcək işin konkret istiqamətləri müəyyən olunmasında təşəbbüskarlıq göstərib. 

Bu sammitin yekunları kimi dövlət başçıları imzaladıqları “Birgə Bəyannamədə” 

Xəzərin hüququ statusuna dair Konvensiya üzərində işi davam etdirmək niyyətini 

bir  daha  təsdiqlədilər.    APA-nın  “RİA  Novosti”yə  istinadən  yaydığı  məlumata 

görə, Birgə Bəyannamədə deyilir: “Tərəflər sahilyanı ölkələrin Xəzər dənizinə və 

onun  resurslarına  münasibətdə  suveren  hüquqlarını  tanıdıqlarını  bəyan  edirlər. 

Onlar  Xəzər  dənizinin  hüquqi  statusu  haqqında  Konvensiya  üzərində  işi  başa 

çatdırmaq  niyyətlərini  təsdiqləyirlər.  Bu  Konvensiya sahilyanı  ölkələrin  Xəzər 

dənizində fəaliyyətini tənzimləyəcək baza sənədi olacaq”. 

Sammitin yekunlarına həsr olunmuş brifinqdə Rusiya prezidenti Dmitri 

Medvedyev bildirib ki

, Konvensiya üzərində işi bir il ərzində başa çatdırmaq 

mümkündür (7). 

Qeyd etdiyimiz kimi, Bakıda Xəzər sammitinin keçirilməsinə 

ha

zırlıqlar çoxdan davam edirdi və ekspertlər, xarici işlər nazirlərinin müavin-




 

34 


ləri  səviyyəsində  dəfələrlə  məsləhətləşmələr  keçirilmişdi.  2002-ci  ildə  Aşqa-

badda keçirilən ilk sammitdə dənizin  demarkasiyası, hüquqi statusu və hüquqi 

rejiminə dair heç bir sənəd qəbul edilməmişdi. İkinci sammit isə 2007-ci ildə 

Tehranda  olmuş  konkret  razılaşma  əldə  olunmamışdır.  Lakin  yekunda  Birgə 

Bəyannamə qəbul edilmişdir. Bu bəyannamədə status məsələsi əksini tapmasa 

da  Xəzəryanı  ölkələrin  dəniz  ehtiyatlarının  səmərəli  istismarı  və  iqtisadi 

əməkdaşlığın  genişlənməsi,  enerji  və  nəqliyyat  sahəsində  əməkdaşlığı  elan 

edilmişdi. Bakı sammitində isə status məsələsinin həllini tapması ehtimalı yox 

idi, bununla belə, sammit region ölkələrinin bir araya gəlməsi və təkcə Xəzərin 

bölüşdürülməsi  məsələsi  ilə  kifayətlənməyib  dənizdə  təhlükəsizlik,  beştərəfli 

iqtisadi  əməkdaşlıq  formulu,  ekologiyanın  və  bioloji  ehtiyatların  qorunması 

kimi  hamını  maraqlandıran  mövzuları  müzakirə  etmək  baxımından  kifayət 

qədər  önəmli  hadisə  hesab  olunurdu.  2010-cu  il  noyabrın  17-də  sammitdə 

iştirak  etmək  üçün  Bakıya  ən  tez  İran  prezidenti  Mahmud  Əhmədinejad 

gəlmiş,  Azərbaycanla  əlaqələrini  genişləndirməyə  xüsusi  səy  göstərmiş,  no-

yabrın  17-də  Azərbaycan  Prezidenti  İlham  Əliyevlə  ikitərəfli,  habelə 

nümayəndə  heyətlərinin  iştirakı  ilə  danışıqlar  aparmışdır.  Görüşün  nəticəsi 

olaraq  tərəflər  birgə  bəyannamə  imzalamış,  ticarət  dövriyyəsinin  həcmini 

artırmaq, enerji sahəsində əməkdaşlığı genişləndirmək barədə isə vədlər ver-

mişlər. Digər ölkələrin dövlət başçıları da prezident İlham Əliyevlə ikitərəfli 

rüşlər  keçirmişlər.  İkitərəfli  görüşləri  başa  vuran  prezidentlər  daha sonra 



əsas məsələni – Xəzərin bölüşdürülməsini müzakirə etmək üçün bir yerə top-

laşmışlar. Əvvəlcədən məlum idi ki, prezidentlərə imzalamaq üçün iki sənəd 

təqdim  olunub:  birgə  bəyannamə  və  Xəzərdə  təhlükəsizliyə  dair  saziş.  Qeyd 

edək  ki,  Rusiya  prezidentinin  İlham  Əliyev  ilə  ikitərəfli  danışıqlarının  gün-

dəmi  Kreml  tərəfindən  bir  gün  əvvəldən  açıqlanmışdı  və  orada  deyilirdi  ki, 

tərəflər  qarşılıqlı  maraq  doğuran  digər  məsələlərlə  bərabər  Dağlıq  Qarabağ 

münaqişəsinin nizamlanmasını da müzakirə edəcəklər. “İnterfaks-Azərbaycan” 

agentliyinin  xəbərinə  görə,  görüşdə  Azərbaycan  prezidenti  Dağlıq  Qarabağ 

naqişəsinin həlli ilə bağlı danışıqlarda fəal iştirakına görə rusiyalı həmkarı-



na minnətdarlığını bildirmiş və demişdir. “Bizim görüşümüz mütəmadi mahiy-

yət  daşıyır  və  biz  münasibətlərimizi  detallı  şəkildə  müzakirə  etmək  imkanı 

əldə edirik. Mən sizə bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində 

fəal iştirakınıza görə təşəkkür etmək istəyirəm” (3). Qeyd edək ki, Bakı sam-

miti ənənəvi olaraq Xəzər məsələsində, xüsusən dənizdə təhlükəsizliyin təmin 

edil


məsi və ABŞ-ın bu prosesdən kənarlaşdırılmasında ortaq mövqedən çıxış 

edən Rusiya və İran arasında münasibətlərin korlandığı bir vaxta təsadüf edib. 

Ru

siya  İrana “S-300" raketlərini satmaqdan imtina edib,  BMT Təhlükəsizlik 



Şurasında  bu  ölkəyə  qarşı  sanksiyaları  dəstəkləyib  və  nüvə  məsələsində 

Tehranın  sıxılmasında  iştirakçıdır.  Bu  baxımdan  Xəzərin  5  bərabər  hissəyə 

bölünməli  olduğu  barədə  ənənəvi  mövqeyini  Bakı  sammiti  ərəfəsində  də 

təsdiqləyən İranın bu toplantıda təklənmə ehtimalı var idi. Bir gün əvvəl nüvə 

məsələsini  müzakirə  etmək  üçün  Rusiya  və  İran  prezidentləri  görüşmüşlər. 



 

35 


Digər  tərəfdən,  əvvəllər  Xəzərin  bölgüsünə  dair  Bakı  ilə  kəskin  mübahisəyə 

girən Türkmənistan da indi gərginliyi azaltmağa meyl edir və status məsələsi-

nə dair mübahisələri bir kənara qoyaraq Azərbaycanla münasibətləri yaxşılaş-

dırmaqda maraqlıdır. Xəzər sammiti beynəlxalq ekspertlərin də diqqət mərkə-

zin

də idi. Britaniyanın “Chatham House” institutunun eksperti Yuri Fyodorov 



“Deutsche  Welle”  radiosuna  müsahibəsində  sammiti  şərh  edərkən  demişdir. 

ki,  ona  müxtəlif  paytaxtlardan  daxil  olan  məlumatlar  iki  məqama  işarə  edir: 

Azərbaycan ev sahibi olaraq çalışır ki, sammitin Xəzərdə təhlükəsizliyin təmin 

edilməsi  baxımından  mühüm  hadisə  olduğunu  göstərsin.  Rusiyadan  gələn 

xəbərlər  isə  sammitdə  hansısa  ümumi  məzmunlu  bəyannamənin  imzalanma-

sından  o  yana  heç  nə  baş  verməyəcəyini  göstərir.  Ekspert  Y.Fyodrovun 

şərhinə görə “Xəzərin dibinin bölünməsini Azərbaycan, Rusiya və Qazaxıstan 

öz  aralarında  çoxdan  həll  ediblər.  Ancaq  Azərbaycan,  İran  və  Türkmənistan 

heç cür bu məsələdə razılaşa bilmir. Üstəlik İran dənizin 20 faizinə iddia edir 

ki,  bu  da  digər  sahilyanı  ölkələrdən  heç  birini  qane  edə  bilməz.  Hazırda 

tərəflər arasında ancaq bir məsələdə qismən də olsa ümumi anlaşma var. Bu, 

Xəzərin  ekologiyası  məsələsidir”.  Doğrudur,  tərəflər  dənizin  ekologiyasının 

mühafizəsinə  dair  memorandum  imzalayıblar,  onlardan  heç  biri  dənizdə 

ekologiyanın korlanmasında maraqlı deyil. Ancaq bu da nəzəri olaraq belədir. 

Praktikada heç də hamı dənizin təmizlənməsinə, nəsli tükənən nərə balıqları-

nın mühafizəsinə pul xərcləmək istəmir”. Dövlət başçılarının zirvə görüşündə 

açılış  nitqi  söyləyən  prezident  İlham  Əliyev  Xəzərin  hüquqi  statusunun 

müəyyən olunmasında konsensusa gəlməyin vacibliyini qeyd edirdi. Prezident 

öz nitqində qeyd edirdi ki, “Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin bölün-

məsində  razılığa  gəliblər”.  “Bu  gün  Xəzəri  dostluq  dənizinə  çevirmək  üçün 

beş  sahilyanı  ölkənin  iqtisadi  əməkdaşlığını  gücləndirmək  lazımdır”  (2). 

Rusiya prezidenti D.Medvedev isə öz çıxışında “Xəzəryanı ölkələr problemin 

həlli üçün qarşılıqlı səyləri zəiflətməməlidir. Əks halda bu məsələ ilə regiona 

dəxli  olmayan  başqa  dövlətlər  məşğul  olacaq.  Biz  sizinlə  bir  məsələdə  eyni 

mövqedəyik  ki,  bölgədəki  situasiyaya  görə  cavabdeh  məhz  bizik,  başqa  heç 

kim yox. Məhz buna görə bu sammitdə Xəzər bölgəsində təhlükəsizliyin təmin 

edilməsinin  bölgə  ölkələrinin  məsələsi  olduğu  vurğulanır.  Əgər  hansısa  mə-

qam


da biz qarşılıqlı səyləri zəiflətsək, sayıqlığı əldən versək o zaman şübhəniz 

olmasın  ki,  bizim  məsələlərimizlə  Xəzərə  heç  bir  dəxli  olmayan  başqa 

dövlətlər məşğul olacaq. Hansı ki, bu dövlətlər öz iqtisadi və siyasi maraqları 

na

minə  bu  regionda  peyda  olmağa  çalışırlar”.  Hadisələrin  gedişatı  göstərirdi 



ki, Xəzəryanı ölkələr ayrı-ayrı sahələrdə, o cümlədən regional təhlükəsizliyin 

təmin edilməsində daha effektiv işləmək üçün yeni formatlar tapmalıdır. Buna 

Bakıda  imzalanan  “Xəzərdə  təhlükəsizliyin  təmin  edilməsində  əməkdaşlıq” 

ad

lı saziş əsas ola bilərdi. Çünki bu sənədin imzalanması mühüm hadisə idi və 



Xəzərdə meydana çıxan təhlükə mənbələri ilə mübarizədə qarşılıqlı əməkdaş-

lıq  imkanlarını  genişləndirirdi.  Rusiya  prezidentinin  “Xəzərə  dəxli  olmayan 

ölkələr”  dedikdə  isə  məhz  ABŞ-ı  nəzərdə  tutduğu  tamamilə  aydındır.  Çünki 



 

36 


məhz ABŞ 2000-ci illərin əvvəllərindən başlayaraq Xəzərdə təhlükəsizlik mə-

sələləri  ilə  məşğul  olmağa  başlayıb,  bu  istiqamətdə  Qazaxıstan  və  Azərbay-

can

la bir sıra layihələr həyata keçirib, onlara hərbi yardımlar göstərib. Lakin 



indi  keçmiş  sovet  respublikalarında  itirdiyi  mövqeləri  bir-bir geri qaytaran 

Rusiya  ABŞ-ı  Xəzərdə  təhlükəsizlik  məsələsindən  kənarlaşdırmağın  əsasını 

qoyur və Bakı sammitində prezidentlərin təhlükəsizliyə dair imzaladığı sənəd 

də  məhz  buna  xidmət  edirdi.  Qeyd  etmək  lazımdır  ki,  bu  məsələdə  İran  da 

Rusiya  ilə  eyni  fikirdə  idi.  ABŞ-ın  Xəzərdə  iştirakı  uzun müddətdir  Tehranı 

narahat  edirdi  və  neft  layihələrindən  sonra  Birləşmiş  Ştatların  təhlükəsizlik 

məsələlərinə  də  cəlb  olunması  qonşu  ölkədə  narahatlığı  daha  da  artırmışdı. 

Qərb mənbələri dəfələrlə belə məlumatlar  yaymışdı ki, Xəzərdən  İrana  qarşı 

mümkün hərbi əməliyyatlarda istifadə oluna bilər. Beləliklə, Bakı Sammitində 

Xəzərin  statusunu  müəyyənləşdirmək  mümkün  olmamış,  ancaq  Rusiyanın 

str

ateji  əhəmiyyətli  Xəzər  bölgəsində  təhlükəsizlik  məsələsini  öz  nəzarəti 



altına almasına növbəti siyasi gediş özünü göstərmişdir. Hadisələrin xarakteri 

isə onu göstərirdi ki, ümumiyyətlə, “status” anlayışının ətrafında dolanan belə 

si

yasi  maraqlar  və  irəli  sürülən  iddialar  prosesin  uzun  sürən  müzakirə  möv-



zusu  olmasını  şərtləndirmişdir.  Elə  “bu  faktlar  da  məsələnin  həllinə  maneə 

olan  ən  başlıca  amildir”  desək  səhv  etmərik.  Lakin  ortada  müzakirə  olunan 

mövcud konsepsiyanın isə, fikrimizcə, alternativi yoxdur.  

 

ƏDƏBİYYAT 

1.

 

Əliyev İ. Azərbaycanıma inanıram. Bakı: Azərnəşr, 2007, 456 s. 



2.

 

Əliyev  M.  Rusiya  Xəzərin  hüquqi  statusuna  dair  konvensiya  üzərində  işlərin 



sürətlənməsinin tərəfdarıdır. “Trend” agentliyinin 26 aprel 2007-ci il tarixli məlumatı. 

3.

 



Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının  Zirvə görüşü keçirilmişdir.  “Xalq qəzeti”, 

2010-cu il 20 noyabr, 

№253. 

4.

 



Лунейев  В.  «Государство  и  право»  на  тему  «Терроризм:  психологические    и 

правовые // Государство и право // Жур. «Круглый  стол»,  М., 2005, №4, c. 9.  

5.

 

X



əzərin  statusuna  dair  Aşqabad  sammiti  keçirilmişdir.  «Respublika  qəzeti» 2003, 25 

aprel, 


№ 76. 

6.

 



X

əzər dənizinin hüquqi statusu üzrə Azərbaycan Respublikası və İran İslam Respublikası 

arasında  ikitərəfli  danışıqların  davam  etdirilməsi üçün Azərbaycan Respublikasının 

nümay


əndə  heyətinin 15 iyul 2003-cü il tarixdə Tehran şəhərinə səfəri. // “Diplomatiya 

al

əmi” jurnalı 2003, iyul-sentyabr, № 4.  



7.

 

Xəzər qonşuları birləşdirdi. Şərq qəzeti ,19 noyabr 2010, №203. 



8.

 

www. deyerler. org.    



9.

 

www. azeroo. com. 



 


 

37 


СТАТУС КАСПИЯ В ДИСКУССИИ НА САММИТЕ ВСТРЕЧ ГОСУДАРСТВ 

 

С.С.ГАСАНОВ 

 

РЕЗЮМЕ 

 

После  восстановления  независимости  в  Азербайджане  статус  Каспия  вышел  на 

передний  план  в  приоритете  национальных  интересов  государственной  безопасности. 

Анализу  решения  данной  проблемы  в  процессе  ее  решения  на  саммитах  в  Ашгабаде 

Тегеран-Баку  посвящена предлагаемая статья. Отражается  теоретическое отношение к 

проблемам уравновешенности интересов в регионе.  

 

Ключевые  слова:  энергия,  статус,  политика,  интересы,  сoтрудничество,  безо-

пасность, стратегия.  

  

 

THE STATUS OF THE CASPIAN AT THE DISCUSSION OF SUMMIT MEETINGS 



 

S.S.HASANOV 

 

SUMMARY 

 

After the restoration of independence in Azerbaijan, the problem of the Caspian sea be-



came the foreground priority of the security. The present article is dedicated to the analysis of 

solving this problem in the process of its settlement at the summits in Ashgabad-Teheran-



Baku. Theoretical attitudes to the problems of balance of interests in the region are analyzed. 

 

Key words:  energy, policy, status, interests, cooperation, security, strategy. 

 

Yüklə 126,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə