Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml



Yüklə 145,09 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü145,09 Kb.
#50839


35 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

TARİX

 

 

 

UOT 94(479.24) 

 

QANUN

İ HAKİMİYYƏT VƏ YA HAKİMİYYƏTİN 

QANUN

İLƏŞDİRİLMƏSİNİN SOVET TƏCRÜBƏSİ 

 

Ş.R.MƏMMƏDOVA 

Bakı Dövlət Universiteti 

shalale01@yahoo.com 

 

M

əqalə  1920-1930-cu illərdə  Sovet  Azərbaycanını  idarə  etmiş  bolşevik  partiyasının 

siyasi hakimiyy

ətinin  leqitimləşdirilməsi  metodları  və  üsullarının  təhlilinə  həsr  olunmuşdur. 

Siyasi hakimiyy

ətin legitimləşdirilməsi və leqallaşdırılmasında ideoloji vasitələrin, xüsusilə də 

t

əhsilin rolu, sovet hüquqi təfəkkürünün formalaşdırılması cəhdləri ön plana çəkilir.   

 

Açar sözl

ər:  hakimiyyətin leqallaşdırılması, hakimiyyətin legitimləşdirilməsi, hüquqi 

t

əfəkkür, siyasi imic, siyasi təbliğat, hakimiyyət əfsanəsi 



 

Son dövrl

ərdə dünya tarixşünaslığında hakimiyyət fenomeninin öyrənil-

m

əsində  mühüm dəyişikliklər  baş  vermişdir.  Uzun  müddət tədqiqatçıların 



diqq

ət mərkəzində olan siyasi proseslər və onların «islahat» və «antiislahat», 

«liberalizm» v

ə «konservatizm» prizmalarından qarşı-qarşıya qoyulması haki-

miyy

əti  ənənəvi nöqteyi-nəzərdən öyrənməyə  imkan verirdi. Müasir dövrü-



müzd

ə  isə  hakimiyyətin məhz  bir  fenomen,  bir  tarixi  varlıq  kimi  tədqiqinə 

böyük ehtiyac duyulur. Aliml

ər hakimiyyət fenomeninin hərtərəfli  araşdırıl-

ması üçün artıq müraciət edilmiş mənbələrdən və istifadə olunmuş metodoloji 

prinsipl


ərdən əl çəkərək, tədqiqatlara yeni baxış formalaşdırmağa cəhd göstə-

rirl


ər. Hakimiyyətə  yeni münasibət  ənənəvi  «siyasi  ritorikanın  verbal  forma-

sından», yəni aşağılardan yuxarılara doğru müxtəlif əlaqələr sistemindən qey-

ri-verbal kommu

nikasiya formalarına müraciət və onların öyrənilməsinə şərait 

yarat

mışdı.  


Keç

ən əsrin siyasi problemlərinin təhlili ali hakimiyyətin qanuniləşdiril-

m

əsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini söyləməyə əsas verir. 1920-



1930-cu ill

ərdə  Azərbaycanda  formalaşmağa  başlamış  inzibati-amirlik siste-

minin  hüquqi  bazasının  yaradılmasında  da  hakimiyyətin qanuniləşdirilməsi  

ön

əmli yer tutub. Hakimiyyətin qanuniləşdirilməsi və  ya legitimləşdirilməsi 




36 

olduqca mühüm m

əsələdir və  istənilən hakimiyyətin  mövcudluğu  onun  legi-

timl


əşdirilməsi səviyyəsindən  asılıdır.  Hakimiyyətin legitimləşdirilməsi, yəni 

əhalinin, kütlələrin mövcud hakimiyyətə inamının yaradılması və hakimiyyəti 

müdafi

ə etməsi hakmiyyətin effektivliyinin başlıca göstəricisidir. Məhz buna 



gör

ə istənilən hakimiyyət xalqın inamını qazanmağa və onu stimullaşdırmağa 

çalışır. 

Keç


ən əsrin ziddiyyətli sosial-iqtisadi və siyasi qarmaqarışıqlığı axarın-

da siyasi hakimiyy

əti ələ keçirən bolşeviklər bu hakimiyyətin qanuniləşdiril-

m

əsi üçün ilk vaxtlar «proletar diktaturası» və «fəhlə-kəndli hökuməti» mifin-



d

ən istifadə  edirdilər. Azərbaycan  reallığına  gəldikdə  isə  1920-ci il aprel 

çevrilişindən sonra respublikada hakimiyyəti təmsil edən  bolşeviklər «fəhlə-

k

əndli» hökumətini  («proletar  diktaturası»  termini  məlum səbəblər üzündən 



Az

ərbaycana uyğun gəlmirdi) bərqərar etdiklərini iddia edirdilər. Qurulmaqda 

olan, b

ərqərar olan rejim kimi qiymətləndirilən 1920-1930-cu illər siyasi haki-



miyy

əti yenicə güc toplamış quruluşun əsaslarının, fundamentinin qoyulması 

istiqam

ətində  inkişaf  etməli idi. Qeyd etmək  lazımdır  ki,  uzun  müddət həm 



sovet, h

əm də xarici tarixşünaslıqda 1920-1930-cu illər siyasi sistemi və rejimi 

inqilabaq

ədərki Rusiya tarixindən təcrid  olunmuş  halda  təqdim və  tədqiq 

olunurdu. Lakin son zamanlar keç

ən  əsrin  əvvəllərində  əsası  qoyulmuş  və 

tarixi 

ədəbiyyatda ən çox Stalin rejimi adlandırılan siyasi sistemin Rusiyanın 



inqilabaq

ədərki dövrü, imperiya dövrü ilə sıx əlaqəli şəkildə tədqiqi üstünlük 

t

əşkil edir. Bu istiqamət müasir Rusiya tarixində özünü daha qabarıq göstərir 



(1). 

Bu baxımdan rus dövlətçilik ənənələrinin 1920-1930-cu illər Rusiya par-

tiya-dövl

ət rejiminin formalaşmasındakı roluna xüsusi diqqət verilir. Alimlər 

bolşeviklərin  geniş  tətbiq etdikləri  iqtisadiyyatın  dövlətləşdirilməsi, dövlətin 

unitarlaşdırılması  və  federalizm prinsiplərindən imtina edilməsi  kimi  addım-

larının  məhz klassik rus dövlətçiliyi  ənənlərindən  olduğunu  sübut  etməyə 

çalışırlar.  Bu  nöqteyi  nəzərdən Azərbaycanın  1918-1920-ci illər müstəqillik 

dövrü n

əzərə  alınmazsa,  bolşeviklərin respublikada hakimiyyətə  gəlməsi ilə 



hakimiyy

ətdə irsilik və ardıcıllıq prinsipinə tam riayət olunması qeyd olunma-

lıdır.  Beləki, imperiya dövründə  Rusiya  ucqarlarından  olan  Azərbaycan 

bolşevik sistemində də müstəqillik ideyası ilə vidalaşmalı olmuşdu. 

Az

ərbaycanda sovet rejiminin  hüquqi  bazasının  formalaşması  və  sovet 



sisteminin qanunil

əşdirilməsi prosesi tədricən, mərhələli şəkildə həyata keçi-

ril

mişdi.  Bu  tarixi  proses  1920-ci il aprelin 8-də  Azərbaycan Cümhuriyyəti 



parlamentinin ali hakimiyy

ətin  İnqilabi  komitəyə  təhvil verilməsi  haqqında 

q

ərarla başlandı. Təəssüf ki, respublika arxivlərində bu komitənin özünün nə 



zaman v

ə hansı orqan tərəfindən yaradılması haqqında mənbələr aşkarlamaq 

mümkün olmamışdır. Məlumdur ki, 1920-ci il aprelin 27-də XI ordu dəstələri 

Az

ərbaycan sərhədlərini keçərkən Azərbaycan Cümhuriyyəti parlamenti 



t

ərkibində  M.H.Hacınski,  M.Ə.Rəsulzadə, Q.B.Qarabəyov,  Ə.B.Səfikürdski, 

S.Ə.Ağamalı  oğlu  və  Ə.b.Qardaşov  olmaqla  fövqəladə  səlahiyyətlərə  malik 

xüsusi nümay

əndəlik yaratdı. Bu nümayəndəlik yeni yaranmış AK(b)P MK-sı 



37 

il

ə  siyasi hakimiyyətin təhvil verilməsi  haqqında  danışıqlar  aparmalı  idi.  Bu 



nümay

əndəlik,  arxiv  materiallarına  görə, səlahiyyətlərin  İnqilabi  komitəyə 

(İK)  verilməsi məsələsini müzakirə  etmişdir.  Bəzi tarixi əsərlərdə  İnqilabi 

komit


ənin partiyanın 1920-ci il aprel plenumunda yaradılması haqqında məlu-

mat verilir. Lakin bu informasiya arxiv materialları ilə təsdiq olunmur. Belə ki, 

AK(b)P MK-

nın  ilk  plenumu  aprel  çevrilişindən iki ay sonra iyulun 23-də 

keçirilmişdir.  Çox  güman  ki,  Azərbaycan Cümhuriyyəti parlamentinin siyasi 

hakimiyy


əti təhvil  verdiyi  İnqilabi  komitə  bolşeviklərlə  danışıqlar  aparılan 

zaman  yerli  bolşeviklərin təşəbbüsü, yaxud da mərkəzin qərarı  ilə  yaradıl-

mışdır.  Beləliklə, 1920-ci il aprel hadisələri  zamanı  Azərbaycanda siyasi 

hakimiyy


ətin təhvil verilməsi, yəni hakimiyyətin irsilik məsələsini izləmək 

mümkün deyil.  

Hakimiyy

ətin legitimləşdirilməsi çox zaman hakimiyyətin özünə bəraət 

qazandırması prosesi və ya vasitəsi kimi qiymətləndirilir. Bu baxımdan istəni-

l

ən hakimiyyətin legitimləşdirilməsinin bir neçə  məlum metodu var. Haki-



miyy

ətin legitimləşdirilməsi ilk növbədə  siyasi hakimiyyətin xarakterindən 

asılıdır.  Məs.,  əgər demokratik sistemlərdə  hakimiyyətin legitimləşdirilməsi 

əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması, qayda-qanunların möhkəm-

l

əndirilməsi və  onlara total riayət  olunması  hesabına  həyata keçirilirsə, to-



talitar v

ə ya diktator rejimlərdə bu üsullar keçərli deyil. Sərt və ya təkhakimiy-

yt

əliliyin, təkpartiyalılığın  mövcud  olduğu  siyasi  şəraitdə  hakimiyyətin 



legitiml

əşdiriməsi əsasən xarizmatik obrazların yaradılması və ideoloji vasitə-

l

ərlə  həyata  keçirilir.  Xarizmatizm  siyasi  liderin  ideallaşdırılmış  obrazının 



yara

dılması  və  onun mif və  əfsanələrlə  möhkəmləndirilməsini ehtimal edir. 

İdeoloji təzyiq vasitələri də məhz bu imicin qorunmasına xidmət edir. Azər-

baycan SSR-d

ə  ideallaşdırılmış  Lenin  və  Stalin  obrazı  ümumtəhsil məktəb-

l

ərində, ali məktəblərdə,  elm  ocaqlarında  partiya  və  ictimai təşkilatların 



f

əaliyyəti ilə təbliğ olunurdu. Həmin dövrdə nəşr olunmuş dərsliklərin, tarixi, 

ədəbi əsərlərin, ictimai elmlər sahəsindəki tədqiqatların mövzularının araşdırıl-

ması Lenin-Stalin obrazının ideallaşdırılaraq, böyüməkdə olan nəslin təfəkkü-

rün

ə  həkk edilməsi cəhdlərini  açıq-aydın  hiss  etmək olar. Yerli liderlərin 



ideallaşdırılmış  obrazına  gəlincə  burada  iki  şəxsin  adı  qeyd  olunmalıdır  - 

«şərqin Lenini» adlandırılan N.Nərimanovun və «ədalətli , cəsarətli bolşevik» 

adlandırılan M.C.Bağırovun. Sovet hakimiyyətinin qurulduğu ilk illərdə yerli 

az

ərbaycanlı  əhaliyə  qarşı  keçirilən cəza tədbirlərinə  sərt təpki verən, qeyri-



mill

ətlərin nümayəndələri  qarşısında  azərbaycanlıların  hüquq  və  nüfuzunu 

qoruyan N.N

ərimanov yoxsul təbəqənin ümumi məhəbbətini  qazanmış  bir 

lider

ə  çevrilmişdi.  Uzun  müddət respublikaya  rəhbərlik  etmiş  digər lider - 



M.C.Bağırovun  da  imicinə  dərs vəsaitlərində  rast gəlinmir. Bununla belə 

M.C.Bağırovun partiya lideri təyin olunduğu gündən respublikanın bütün icti-

mai-siyasi v

ə sosial həyatını nəzarətdə saxlamaq cəhtləri, yerlərdən gələn mək-

tub, teleqramm v

ə  qeydlərə  operativ reaksiya vermə  praktikası,  incidilmiş, 

günahsız  məhkum  olunmuşların  ona  səmimi müraciətləri partiya katibinin 



38 

«

ədalətli və  səmimi  kommunist»  imicinin  mövcudluğuna  dəlalət edirdi. 



M.C.Ba

ğırova  gələn məktublar onun həqiqətən  respublikanın  bütün  içtimai 

sfera

ları ilə məşğul olmaq və hər bir sahəni əhatə etmək cəhdlərinin olduğunu 



sübut edir. 1939-cu ild

ə onun ünvanına gələn məktublardan biri əsasında Bakı 

univer

mağının  direktoru  Şafirovun  məsələsi müzakirə  olunmuşdu.  Sovet 



ticar

ətinin bütün çatışmayan cəhətləri, nöqsanları, bu sahədə olan küllü miq-

darda yeyintil

əri nəzərə  alsaq, partiya liderinin ən kiçik ticarət nöqtəsinin 

m

əsələsi ilə belə maraqlanmasının səbəbini aydınlaşdıra bilərik (2).  



Sovet hakimiyy

ətinin legitimləşdirilməsində təhsil və mədəniyyətin rolu 

misilsiz idi. Sovet 

ədəbiyyatının  formalaşdırılması  zamanı  tarixi  ənənələr və 

irsd

ən yalnız inqilabi işin məzmun və sturkturuna uyğun gələn əsərlərin təbli-



ğinə geniş yer verilirdi. Bu baxımdan M.F.Axundov klassik nümunə ola bilər. 

Özünün f


əlsəfi  əsərlərində  M.F.Axundov mürtəce  rejimə, mütilik və  ümid-

sizliy


ə, dinə və dini fanatitzmə qarşı mübarizəni ön plana çəkirdi. Sovet höku-

m

ətinin  M.F.Axundova  olan  marağı  da  məhz bununla izah olunurdu. 



M.F.Axundov 

əsərlərinin geniş nəşri və təbliğatı dinə qarşı onun amansız mü-

bariz

əsi, köhnə  əlifbanın  ləğvinə  çalışması,  monarxiya  üsuluna  qarşı  etirazı, 



insan azadlığının təcəssümü, Rusiya faktorunun şərq üçün olduqca xeyirli və 

g

ərəkli  olması,  Azərbaycanın  Rusiya tərkibinə  qatılmasının  tarixi  əhəmiyyət 



k

əsb etməsini sübuta yetirməsinə cəhdi ilə şərtlənir.  

Dövl

ət hakimiyyətinə  münasibət  M.F.Axundov  yaradıcıdlığının  dayaq 



nöqt

əsini təşkil  edirdi.  XVIII  əsrin 50-ci illərində  (“Aldanmış  kəvakib”) o, 

ağıllı  və  ədalətli, maarifpərvər  monraxiyanın tərəfdarı  kimi  çıfxış  edir,  60-cı 

ill


ərdə  (“Hind  şahzadəsi Kəmalüddövlənin  fars  şahzadəsi Cəlalüddövləyə  üç 

m

əktubu və axırıncının onlara cavabı”) o, konstitusiyalı monraxriyanın tərəf-



da

rına çevrilir, 70-ci illərdə isə (Yek kəlmənin tənqidi) inqilabi hərəkatın təsiri 

altında  maarif  və  tövsiyyələrin  xalqların  zülmünü  azaltmayacağına  əmin 

olaraq, xalqları zülümkarı güc yolu ilə devirməyə və öz idarə üsulunu qurmağa 

çağırır (3, 199).  

Bolşevik  hakimiyyətinin legitimləşdirilməsinin digər vasitəsi  xalqın 

tarixi 

ənənələrinə cavab verən bir siyasi sistemin formalaşdırılması idi. Burada 



Rusiya aliml

ərinin 1920-30-cu illərdə  SSRİ-də  yaradılmış  siyasi  rejimin  çar 

idar

ə-üsulunun davamı kimi, siyasi sistemdə irsilik prinsipinin qorunması kimi 



iddiaları ilə razılaşmalı oluruq. Beləki, çar Rusiyasında siyasi sistem təkhaki-

miyyy


ətli, patrimonial hakimiyyət kimi qiymətləndirilir. Bu sistem hakimin 

arzu v


ə  istəklərinin  qanun  şəklində  formalaşması  və  onun iradəsinin müza-

kir


əsiz qəbulu ilə xarakterizə olunur.  

Bol


şevik hakimiyyətinin imici təkcə  partiya  orqanları  vasitəsi deyil, 

onun t


ərəfindən  yaradılmış  minlərlə  ictimai təşkilat,  dərnək, komitə  və  or-

qanlar vasit

əsilə  də  təbliğ  edilirdi.  Pioner,  komsomol  komitələri, həmkarlar 

t

əşkilatı,  mədəniyyət, təhsil, müdafiə  və  s. sahələrdə  yaradılmış  qurumların 



iclasları,  həyata keçirdiyi tədbirlər,  onların  mətbuat vasitələri, nəşr  olunan 

plakatlar, h

ətta  nişanlar  belə  bolşevik  hakimiyyətinin  populyarlaşdırılmasına 



39 

xidm


ət edirdi. 1926-cı il iyunun 7-də partiyanın kommunist ali məktəblərində, 

f

əhlə  fakültələrində  və  texnikumlarda ictimai elmlərin tədrisi ilə  bağlı  qəbul 



etdiyi q

ərar da məhz bu istiqamətdə atılan addım idi. Qərarda göstərilirdi ki, 

elmi  işin  partiyanın  qarşısında  duran  problemlərlə  əlaqələndirilməsi, ictimai 

elml


ərin tədrisinin gücləndirilməsi, bu elmlər üzrə imtahanların təşkili mühüm 

əhəmiyyət kəsb edir (4, 28-29) .   

Sovet hakimiyy

əti və kommunist partiyası qüdrətinin artırılmasında tarix 

elminin xüsusi xidm

ətləri  qeyd  olunmalıdır.  1931-ci  ilin  dekabrında  tarixçi-

marksistl

ər cəmiyyəti  fraksiyasının  iclasında  müzakirə  edilən məsələlər tarix 

elminin g

ələcək  inkişaf  istiqamətlərinin müəyyənləşdirilməsində  mühüm rol 

oynadı. Əvvəla, qeyd etmək lazımdır ki, partiya tarixçi-marksistlər qarşısında 

Az

ərbaycan tarixinin yenidən  yazılması  və  bunu partiya və  sinfi mübarizə 



ç

ərçivəsində edilməsi məsələsini qoymuşdu. Bu mənada indiyə qədər yazılmış 

tarixi  kitablarda  (5)  ciddi  nöqsanlar  aşkarlanır.  Kommunistlər tarix elmi 

qarşısında  fərqli bir tarixin yaradılması  məsələsini qoyurlar. Bu tarixdə  sinfi 

mübariz

ə, xalqın tarixi, yoxsul insanların həyatı ön plana çəkilməli, çarlar və 



sülal

ələrin tarixinə cüzi yer ayrılmalıdır. Tarixin fundamental məsələləri mark-

sist-

leninçi  konsepsiya,  kommunist  ideologiyası  çərçivəsindən izah olunma-



lıdır.  Azərbaycanda təhkimli kəndlilərin  olması,  iqtisadi  və  siyasi geriliyin 

mövcudluğu vurğulanmalıdır. Tarixi dərsliklərdə pantürkizm, islamçılıq ideya-

larına,  milli  hərəkat və  s. məsələlərə  yer  olmamalıdır.  Tarix  fəhlə  hərəkatı, 

sinfi mübariz

ə,  inqilablar  tarixi  olmalıdır.  Kommunitslər yeni bir perdmetin, 

par


tiya tarixinin yaradılmasını və onun əsas fənnə çevrilməsi məsələsini qarşı-

ya  qoyurdular.  Qeyd  olunan  iclasda  çıxış  edən M.N.Tixomirov tarixçilərin 

qarşısında aşağıdakı vəzifələrin durduğunu vurğulamışdı: «Tarix elmi MK-nın 

31 dekabr q

ərarına əsasən bizdən tələb edilən işə qoşulmalıdır» (6, f.1, siy.5, iş 

67, v.15). Marksist-tarixçil

ərin iclasında iştirak edən V.İ.Polonski öz çıxışında 

tarixin akademik izahdan çox, ümd

ə  həyatla  əlaqəyə  ehtiyacı  olduğunu 

vurğulayır.  «Siz  Marksdan  sitat  gətirəndə  onu Leninlə,  Sovet  İttifaqının 

reallıqları  ilə  bağlamalısınız.  Zaqafqaziya  proletariatının  mübarizə  tarixini 

yazmalısınız» (7, f.1, siy.5, iş 67, v.33).  

1928-ci il iyulun 7-d

ə  AzK(b)P  MK  yanında  26  komissarın  tarixinin 

yazılması üçün keçirilən müşavirədə Bakı Kommunası hadisələrinin bərpasına 

c

əhd edilir. Partiya tarixi institutunun nümayəndələri V.M.Kirşon və Y.A.Rat-



qau

zerin  sullarını  cavablandıran  A.Şaumyan,  S.M.Əfəndiyev,  H.Sultanov və 

b. öz çıxışlarında bolşeviklərin tamamilə fərqli bir imicini yaradırlar. V.M.Kir-

şonun  «partiyadaxili  diskussiyalar  və  qruplararası  mübarizələr o dövrdə 

mövcud idimi?» sualına həmin hadisələrin şahidləri və iştirakçıları bir ağızdan 

«çox xırda mübahisələri nəzərə almasaq, heç bir ixtilaf və qarşıdurmalar yox 

idi»  cavabı  alınır.  Bolşeviklər  partityanın  indiki  vəziyyəti ilə  analogiya 

g

ətirərək, 1918-ci ildə  bolşevik  partiyasında  tam  yekdilliyin  olmasını  sübut 



etm

əyə çalışırlar. Partiyanın lideri, düşünən beyni, strategi kimi S.Şaumyanı, 

onun vuran ür

əyi kimi isə A.Caparidzeni təqdim edən iştirakçılar 1918-ci ildə 




40 

Bakıda  yaranmış  vəziyyəti belə  təsvir edirdilər:  «Aclıq  idi,  soyuq  idi,  biz 

f

əhlələri çörəklə təmin edə bilmirdik, ona görə də onlar ingilislərin şəhərə də-



v

ət olunmasının tərəfdarı idilər. Onlar belə hesab edirdilər ki, ingilislər gələn 

kimi çör

ək verəcəklər. Bizi isə  onları  qozla  qidalanmağa  vadar  etməkdə 

günahlandırırdılar».  S.M.Əfəndiyev  öz  çıxışında  S.Şaumyanı  ilahiləşdirərək, 

o

nu «peyğəmbər» adlandırmaqdan belə çəkinmir. Zaqafqaziya federasiyasının 



mövcud olduğu bir dövrdə Bakı kommunası dövrünün iştirakçıları S.Şaumya-

nın federasiyaya qarşı çıxdığını və Qafqaz xalqlarına heç bir müstəqilliyin və 

milli siyas

ətin  lazım  olmadığını  iddia  etdiyini  vurğulayırlar:  «S.Şaumyan 

hesab edirdi ki, Qafqaz xalqları rus dili vasitəsilə ümumi mədəniyyətə qovuş-

ma

lıdırlar»  (8,  f.1  siy.142.  iş  32,  v.1-9).  Köhnə  bolşeviklər yerli fəhlələr və 



k

əndlilər  arasında  N.Nərimanovun və  M.Əzizbəyovun böyük  hörmətə  malik 

olduğunu bildirir, xüsusən də N.Nərimanova hamının özününkü kimi baxdığı-

nı göstərirdilər. Bu çıxışlar və verilən suallar Partiya tarixini yaratmağa çalışan 

tarixçi-aliml

ərin hansı bir tarixi yaradacaqlarını aydınlaşdırmağa və bunun nə 

m

əqsədlə edildiyini anlamağa imkan verir.  



Partiya r

əhbər işçilər üçün təşkil olunan xüsusi yığıncaqlarda mühazirə 

v

ə  müzakirələrin  əvvəlcədən müəyyən  edilmiş  ədəbiyyat  siyahısına  daxil 



edilmiş kitablar ətraında aparılmasına diqqət verirdi. Məs., 1937-ci il üçün təs-

diq  edilmiş  siyahıya  İ.V.Stalin,  M.C.Bağırov,  D.M.Molotov  və  başqalarının 

müxt

əlif  partiya  yığıncaqlarında  çıxışları,  K.Marks,  F.Engels,  V.İ.Lenin  və 



dig

ərlərinin siyasi əsərləri  daxil  edilmişdi  (9,  f.1,  siy.125,  iş  521,  v.90). 

Marksizm-leninizm klassikl

ərinin  əsərlərinin rus dilindən  Azərbaycan  dilinə 

professional t

ərcüməsini həyata keçirmək üçün xüsusi tərcüməçi və redaktor 

qruplarının yaradılması zəruriliyi 1934-cü ilin fevralında AzK(b)P MK katibi 

M.C.Bağırovun  iştirak  etdiyi  müşavirədə  müzakirə  edilmişdi.  Söhbət Mark-

sizm-

Leninizm İnstitutu və Ali Partiya İnstitutunda 10-15 nəfərdən ibarət iki 



qrupun  yaradılmasından  gedirdi.  Məsələnin MK-da, özü də  birinci katibin 

bilavasit

ə  iştirak  etdiyi  müşavirədə  müzakirəsi onun nə  dərəcədə  əhəmiyyət 

k

əsb etdiyini göstərir (10, f.1, siy.142, iş 64, v.15-168). Bolşevik hakimiyyəti-



nin legitiml

əşdirilməsində təkcə tarix deyil, ədəbiyyatın da imkanlarından var 

gücü il

ə istifadə edilirdi. Yazıçı və şairlərin xalq arasında nüfuz və hörmətin-



d

ən istifadə edərək, partiyanın imicini möhkəmləndirməyə və onu populyarl-

aşdırmağa çalışan kommunistlər bu sahədə yalnız yeni nəslin nümayəndələrinə 

arxalanır, S.Rüstəm, Ə.Cavad, H.Cavid kimi yazıçılara kifayət qədər təsir edə 

bilmirdil

ər (11, f.1, siy.142, iş 70, v.37, 47). Püxtələşmiş sənətkarlar partiyanın 

sifarişi və buyruğu ilə yazmaqdan imtina edir, kütləvi yığıncaq və toplantılarda 

iştirak etmirdilər. Onlara qarşı təzyiqlərə üsyan etməkdən belə qorxmurdular. Mü-

şavirədə iştirak edən C.Xəndan R.Rzanı Baş ədəbiyyat idarəsini çar senzurasından 

da pis idar

ə adlandırmaqda gunahlandırır (12, f.1, 29, siy.142, iş 70, v.40).  

Hakimiyy


ətin təhlilində  onun legitimləşdirilməsindən  başqa  leqallaşdı-

rılması  məsələsi də  aktuallıq  təşkil  edir.  Hakimiyyətin legitimləşdirilməsinə 

nisb

ətən onun leqallaşdırılması bir qədər asan və uzun sürməyən bir prosesdir. 




41 

Bel


ə  ki,  əgər hakimiyyətin legitimləşdirilməsi hakim qüvvələr tərəfindən 

g

ərgin əmək və küllü miqdarda vəsait tələb edirsə, hakimiyyətin leqallaşdırıl-



ma

sı, yəni hüquqi cəhətdən sənədlərdə möhkəmləndirilməsi o qədər də çətin 

deyil. Hakimiyy

əti ələ keçirmiş bolşeviklərin hakimiyyətlərini leqallaşdırması 

müvafiq hüquqi s

ənədlərin və  dövlət  orqanlarının  yaradılması  ilə  həyata ke-

çirilirdi. Hakimiyy

ətin leqallaşdırılması ona xalq inamını qazandırmadığı üçün 

onun qiym

əti də yüksək deyildi. Məhz buna görə bolşeviklər öz hakimiyyət-

l

ərinin leqqallaşdırılmasından çox legitimləşdirilməsinə diqqət verirdilər. So-



vet t

əcrübəsində  əvvəlcə  bolşevik  hakimiyyəti  orqanları  yaradılır,  fəaliyyətə 

başlayır, sonra isə onların hüquqi bazası formalaşdırılırdı. SSRİ-nin digər res-

publika


larında  olduğu  kimi  Azərbaycanda da sovet hakimiyyətinin leqallaş-

dırılması  iki  istiqamətdə  həyata  keçirilirdi:  birincisi,  yeni  sovet  qanunları  və 

aktlarının yazılması və onların işləmə mexanizmlərinin müəyyənləşdirilməsi, 

y

əni sovet qanunvericiliyinin yaradılması və ikincisi, sovet hüquqi təfəkkürü-



nün formalaşdırılması.  

Hüquqi t


əfəkkürün formalaşması mühüm olduğu qədər çətin bir proses-

dir. Hüquqi t

əfəkkürün  sturkturasına  əsasən ideoloji, praqmatik-rasional və 

psixoloji komponentl

ər daxildir. Sovet hüquqi təfəkkürünün formalaşmasında 

ideoloji v

ə psixoloji amillər üstünlük təşkil edirdi. Bunun bir neçə səbəbi var 

idi.  Əvvəla, sovet hakimiyyəti qurulduqdan  sonra  geniş  fəhlə  və  kəndli sin-

finin siyasi hakimiyy

ətə  və  dövlət idarəçiliyinə  cəlb edilməsi cəhdləri kütlə-

l

ərdə bu dövlətin həqiqətən də yoxsulların dövləti olması fikrini möhkəmlən-



dirirdi. Bu c

əhətdən 1930-cu illərin  sonlarına  qədər sovetlərə  keçirilən seç-

kil

ərdə  xalqın  aktivliyinin  təmin edilməsi və  səsvermə  hüququndan məhrum 



ed

ərkən,  xüsusi  ehtiyatlılıq  göstərilməsi  əhali içərisində  sovet dövləti və 

bolşevik  hakimiyyətinin  demokratik,  açıq  və  xalqa  yaxın  olmasını  nümayiş 

etdirirdi. 1939-cu ild

ə Sovetlərə seçkilərə yekun vuran partiya bu sahədə əldə 

edilmiş  «nailiyyətləri» «sadə  xalqın  dövlətin idarəçiliyinə  qoşulması»  kimi 

şərh edirdi. Bu seçkilərdə  minlərlə  fəhlə  və  kəndlinin  iştirakı  xalqda  məhz 

dövl


ətin idarəçiliyində iştirak etmə illyuziyası yaratmaq cəhdi kimi qiymətlən-

dirilm


əlidir. Bu kütləvi aksiya və  kompaniyalar psixoloji eyforiya durumu 

yaradaraq, sad

ə xalqın geniş siyasi hüquqlara malik olduğunu göstərməli idi. 

1939-cu ild

ə  partiyanın  verdiyi  məlumata görə  yerli kənd, qəsəbə, rayon və 

şəhər sovetlərinə  23.996 nəfər  deputat  seçilmişdi.  Onların  8288  nəfəri  qadın 

idi, deputatların 14661 nəfəri (yəni 61%) ilk dəfə deputat seçilmişdi. Əslində 

bu sovetl

ər və onlara seçilmiş deputatlar heç bir dövlət məsələsinin müzakirəsi 

v

ə həllində iştirak etmir və həlledici səsə də malik deyildilər. Lakin kütləvilik 



v

ə onu müşayət edən atributlar (deputat kitabçası, deputatların kitabçada qeyd 

olunan hüquq v

ə  səlahiyyətləri,  onlar  üçün  yaradılmış  bəzi imtiyazlar və  s.) 

sad

ə kütlədə mühüm bir işdə iştirak etmə fikrini formalaşdırırdı.  



Keçmiş hökumətdən qalmış məhkəmə işlərinə olan münasibət də sovet 

hüquqi t


əfəkkürünün  hansı  istiqamətdə  formalaşdığını  göstərən faktorlardan 

biridir. Xalq 

ədliyyə komisarlığının 1920-ci il may-noyabr hesabatında göstə-



42 

rilirdi ki, «musavat hökum

ətindən 10890 məhkəmə  işi  qalmışdı.  Sovet  xalq 

m

əhkəməsi bu işlərə sosialist hüquqi təfəkkürü və ədaləti nöqteyi-nəzərindən 



baxır, onların həlli zamanı sovet hakimiyyətinin dekretlərini rəhbər tutur. Bu 

işlər keçmiş hüquq sistemi çərçivəsində ədalətli və qanunauyğun həll olunsalar 

da onlar inqilabi qanunvericiliy

ə zidd olduğu üçün ləğv edilir» (13, f.1, siy.1, 

iş 80, v.45-49).  

Hüquqi savadı inkişaf etdirmək üçün konstitusiyaların ümumxalq müza-

kir

əsinin təşkili,  bununla  əlaqədar yerlərə  hazırlıqlı  ziyalıların  göndərilməsi, 



konstitusiyanın maddələri üzrə xüsusi mühazirələrin keçirilməsi bu istiqamət-

d

ə görülən tədbirlər sırasında idi. Sovetlərə seçkilər ərəfəsində xüsusi dərnək-



l

ər təşkil  olunurdu.  Bu  dərnəklərdə  «SSRİ  Ali  Sovetinə  seçkilər  haqqında 

qayda» mövzusunda mühazir

ələr dinlənilirdi. Bu dərnəklərə əhalinin yarıdan 

çoxu c

əlb  olunurdu  (14,  f.1,  siy.125ş  iş  511,  v.8).  Sovet qanunvericiliyinin 



əsasını  təşkil  edən siyasi və  vətəndaş  hüquqları,  səsvermə  hüququ və  s. 

m

əsələlər üzrə buraxılan materiallar sovet hüquqi təfəkkürünün formalaşdırıl-



ma

sında əvəzedilməz əhəmiyyətə malik idilər. 1923-cü ildə hazırlanmış belə 

materiallardan biri-«K

ənd icraçısı» adlı məcmuə kənd soveti və dairə icraiyyə 

komit

ələrinin  işçilərinin stolüstü  kitabına  çevrilmişdi.  Məcmuədə  sovetin 



mahiyy

ətindən tutmuş sovet seçki hüququ, kənd sovetlərinin vəziyyəti, kənd 

soveti s

ədrlərinin hüquq və vəzifələri və s. kimi məsələlərə aydın və anlaşılan 

dild

ə izahlar verilirdi (15, f.1, siy.125, iş 319. v.191) .  



Sovet hüquqi t

əfəkkürünün  formalaşmasında  1925-ci  ilin  mayında 

keçirilmiş III SSRİ Sovetlər Qurultayında qəbul edilmiş qərarlar mühüm əhə-

miyy


ət kəsb edirdi. Sovetlərin  işi  və  seçkilər məsələsinə  toxunan  SSRİ  rəh-

b

ərliyi sovetlərin və  digər dövlət sturkturlarının  işində  qeydə  alınan  nöq-



sanların əsas səbəblərindən biri kimi xalq kütlələrinin hüquqi savadının kifayət 

q

ədər  olmaması  və  öz  hüquqlarını  bilməməsində  görürdü: «Qurultay hesab 



edir ki, 

ən mühüm vəzifələrdən biri sovet qanunlarının düzgün hyata keçiril-

m

əsi və  sovet inqilabi qanunvericiliyinin əsaslarının  möhkəmləndirilməsidir. 



Bu v

əzifə ikili xarakter daşıyan tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: 

inqilabi qanunvericiliyin pozulmasına qarşı mübarizəni və əhalinin qanunlarla 

v

ə rəhbərliyin qeyri-qanuni hərəkətlərinə şikayət vermənin qaydaları ilə tanış 



edilm

əsini (16, 543-547).  1934-cü ildə Səlyan rayon partiya təşkilatının yox-

lanılması zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması, bəzi 

işçilərə qarşı qeyri-obyektiv münasibət narazı şəxslərin birbaşa M.C.Bağırova 

müraci

ət etməsi və məsələyə aydınlıq gətirilməsi ilə nəticələnir. Səlyan rayon 



partiya komit

əsi  katibi  Əmiraslanov  həmin məktubda Zərgərovun  ona  qarşı 

gördüyü t

ədbirləri «qeyri-qanuni»  adlandıraraq,  şəxsi  münaqişə  zəminində 

yaranmış qarşıdurmaya milis orqanlarının cəlb edilməsinin «tamamilə yolve-

rilm


əz  olduğunu»  qeyd  edir  (17,  f.1,  siy.9,  iş  15,  v.184-188).  Nəinki məsul 

v

əzifəli  şəxslərin, həmçinin sadə  insanların  birbaşa  ali  rəhbərliyə  müraciət 



etm

əsi və hətta cavab alması və tədbirlər görülməsi mümkünlüyü, insanların 

qanunlar v

ə  konstitusiya  hüquqları  çərçivəsində  öz  haqlarını  tələb etmələri 




43 

hüquqi t


əfəkkürün lazımi istiqamətdə formalaşdırılmasından xəbər verir.  

Sovet hüquqi t

əfəkkürünün  formalaşmasında  işlək vasitə  kimi təbliğat-

t

əşviqat  orqanlarının  işi  mühüm  əhəmiyyət kəsb  edirdi.  Partiya  yarandığı  və 



hakimiyy

ətə  gəldiyi ilk gündən kütləvi informasiya vasitələrinin fəaliyyətini 

istiqam

ətləndirmək, xüsusi kütləvi tədbirlər təşkil etməklə bu məsələni yönəlt-



m

əyə cəhdlər göstərirdi. Düzdür, 1920-ci illərin əvvəllərində bir sıra səbəblər 

üzünd

ən bu sahədə böyük müvəffəqiyətlər əldə etmək mümkün deyildi. Təb-



liğat-təşviqat işində çalışa biləcək müsəlman kadrların, əhalinin kütləvi əlifba 

v

ə siyasi savadsızlığı, təbliğat-təşviqat işi aparmaq üçün vasitələrin (ədəbiyyat,  



q

əzetlər, plakatlar və s.), mərkəzlə sıx əlaqənin olmaması və s. faktorlar bu işi 

lazımi  səviyyəyə  qaldırmaq  imkanı  vermirdi.  1921-ci ildə  Təbliğat-təşviqat 

işinin axsaması və bu sahədə olan ciddi nöqsanların qeyd edildiyi iki hesabat 

(C

əbrayıl  və  Nuxa qəzaları)  xüsusilə  diqqəti cəlb edir. Hesabatlarda göstəri-



lirdi ki, «..bu sah

ədə işlərin yalnız kağız üzərində layihələri mövcuddur» (18, 

f.1, siy.2, iş 111, v.64, 68). Sovet hüquqi təfəkkürünün formalaşdırılmasında 

dig


ər faktor kimi kütləvi partiya tədbirləri də  qeyd  olunmalıdır.  Məsələn, 

K

əlbəcər rayonunda kütləvi partiya tədbirləri sırasında velosiped yarışlarının 



keçirilm

əsi,  spartakiadanın  təşkili,  kolxoz  hamamlarının  tikintisi  kimi  işlər 

qeyd olunurdu. Hesabatda göst

ərilirdi ki, bu tədbirlər kolxozlararası yarışların 

t

əşkili,  kənd sovetləri  arasında  birinciliyin  müəyyənləşdirilməsi məqsədi 



daşıyırdı  (19,  f.1,  siy.9,  iş  171,  v.106).  Əslində  isə  bu tədbirlər  insanların 

kütl


əvi olaraq konkret tədbirlərə qoşulması və onların maraq və diqqətlərinin 

ümumi işə yönəldilməsi, birlik, ümumilik abı-havasının yaradılması məqsədi 

daşıyırdı.  Bu  isə  öz növbəsində  kollektiv  psixologiyanın  idarə  olunmasının 

effektiv vasit

ələrindən biri idi.  

Sovet  adamlarını  məhkəmə  sistemi, məhkəmələrin  iş  üslubu,  təşkili  və 

keçirilm

əsi ilə  tanış  etmək məqsədilə  partiya yerlərdə  ailə, məişət və  qadın 

m

əsələləri üzrə nümunəvi məhkəmə iclaslarının keçirilməsinə mühüm əhəmiy-



y

ət verirdi. Sovet məhkəmələrində  inqilabi qanunvericiliyin populyarlaşdırıl-

ması  məqsədilə  məhkəmə  işçilərinin kənd və  dairə  yığıncaqlarında  çıxışları 

t

əşkil edilirdi (20, f.1, siy.142, iş 25, v.39).  



Sovet hökum

ətinin  leqallaşdırılmasında  insanların  uyğun  təfəkkürünün 

formalaşdırılması  da  mühüm  əhəmiyyət kəsb edirdi. Azərbaycanda sovet 

hakimiyy


ətinin qurulduğu ilk dövrlər bu proses kommunist ideyalarının siste-

matik v


ə bütün istiqamətlərdə təbliği, yerlərə xüsusi təbliğat-təşviqat briqada-

la

rının  göndərilməsi, müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi və  s. 



vasit

ələrlə  reallaşdırılırdı.  1921-ci  ilin  noyabrında  «26-lar  adına»  təbliğat 

qatarının təşkili buna misal ola bilər. Qatar Azərbaycanın bir sıra rayonlarını 

g

əzərək, müxtəlif mitinqlər,  yığıncaqlar  təşkil  edir,  kommunistlərin  həyatını 



əks etdirən filmlər nümayiş etdirirdi. Bu tədbirlərə xalq arasında böyük nüfuz 

qazanmış mədəniyyət xadimləri, şairlər, bəstəkarlar və s. cəlb olunurdu. 1920-

ci ilin dekabrından 1921-ci ilin 5 noyabrına kimi Ağstafa məntəqəsində olan 

«26-


lar  adına»  təbliğat  qatarı  6  konsert,  çoxlu  sayda  mitinqlər təşkil  etmiş


44 

ümumi  iclas  çağırmışdı.  İclasda  «III  Kominternin  II  Konqresi»  adlı  film 

nümay

əiş  etdirilmişdi.  Keçən  əsrin  əvvəlləri üçün Azərbaycan qəzalarında 



böyük yenilik olan bu t

ədbirlər sadə əhalinin marağını cəlb edir, onun sovet 

hökum

ətinin qüdrətinə, gücünə inamını artırırdı (21, f.1, siy.2, iş 166, v.153). 



Sovet t

əfəkkürünün formalaşdırılmasının digər işlək vasitəsi kommunist 

m

əsləkini, bolşevizm ideyalarını təbliğ edən ədəbiyyatın, mətbuat vasitələrinin 



n

əşrinin təşkili və yayımı idi. 1920-ci ildən başlayaraq, Azərbaycan ərazisində 

n

əşr olunacaq bütün vəsaitlər bilavasitə MK-nın təsdiq etdiyi siyahı əsasında 



h

əyata keçirilirdi. 1920-ci il 21 oktyabr tarixində tərtib edilmiş belə siyahılar-

dan biri a

şağıdakı kitabları daxil edildi: Leninin əsərləri, Kommunitslərin dö-

yüş  mahnıları,  P.Ivanov  «Sovet  hakimiyyəti Rusiyada nə  etdi», S.Minin 

«Kommunistl

ər kimlərdir», N.Lukin «Kilsə və dövlət», A.M.Kollontay «Kom-

munist dövl

ətinin ailəsi», inqilabi mövzuda  plakatlar,  çağırışlar  və  vərəqələr 

v

ə  s.  (22,  f.1,  siy.2,  iş  166,  v.196).  Tərcümə  mərkəzlərinin  işi  də  məhz bu 



siyahılarla  nizamlanırdı.  1921-ci il üçün rus dilindən türk dilinə  tərcümə 

olunacaq 

ədəbiyyat  siyahısına  aşağıdakılar  daxil  idi:  K.Marks,  F.Engels 

“Manifest”, K.Kautski, V.Lenin, M.P.Pokrovskinin 

əsərləri,  İ.Stalinin  «Milli 

m

əsələ və marksizm» əsəri, Frigenin «Rusiyada fəhlə hərəkatının tarixi» əsəri, 



Mendelsonun  «Paris  kommunası,  mənşəyi,  əhəmiyyəti»  əsəri və  s. (23, f.1, 

siy.2, iş 166, v.177). Nəşr olunan marksist ədəbiyyatın partiya işçiləri və sovet 

qulluqçuları arasında, fəal partiyaçılar və komsomolçular arasında paylaşdırıl-

ması da bilvasitə partiya rəhbərliyi tərəfindən nizamlanırdı. 1922-ci ildə MK 

katibi Ə.H.Qarayevin imzası ilə bütün qəza, dairə, kənd partiya təşkilatı rəh-

b

ərlərinə  ünvanlanan məktubda göstərilirdi:  «SSRİ  Dövlət Nəşriyyatının 



Siyasi idar

əsi yerli dövlət mədəni-maarif və  partiya təşkilatlarının  çoxsaylı 

t

ələblərini nəzərə alaraq, marksist klassikləri əsərlərinin geniş yayımını təşkil 



ed

ərək, Azərbaycanda  da  böyük  kompaniya  açmışdı»  (24,  f.1,  siy.2,  iş  166, 

v.259).  M

əktubda MK-nın tövsiyəsi açıqlanırdı: bütün məsul işçilər və bütün 

partiya üzvl

əri  arasında  marksist  əsərlər komplektinə  kollektiv və  ya fərdi 

yazılma  kompaniyası  keçirmək; hər  partiya  kitabxanası  üçün  komplekt  əldə 

etm


ək. Marksist əsərlər komplekti 100 kitabdan ibarət idi və  250  qızıl  rubl 

m

əbləğində qiymətləndirilmişdi.  



Qeyd etm

ək  lazımdır  ki,  hakimiyyətin qanuniləşdirilməsi ilk növbədə 

siyasi hakimiyy

ətin möhkəmləndirilməsinə  yönəlmişdi.  Siyasi  hakimiyətin 

möhk

əmləndirilməsi üçün istifadə edilən üsul və vasitələr eyni zamanda əhali 



arasında etibarın, inamın qazanılması deməkdir. Bolşeviklərin siyasi hakimiy-

y

ətinin möhkəmləndirilməsi ilk növbədə onların hakimiyyətinin keçmiş impe-



riya s

ərhədlərində yayılması və gücləndirilməsini nəzərdə tuturdu. Azərbacan 

SSR-d

ə bu proses bir il ərzində həyata keçirilsə də, bolşeviklərin respublikanı 



tam n

əzarətə alması üçün bir neçə il lazım oldu. Bolşevik siyasi hakimiyyəti-

nin Az

ərbaycanda yayılması yerlərdə əvvəlcə yoxsul komitələrinin, sonra isə 



Sovetl

ərin yaradılması ilə müşayiət olunurdu. Hakimiyyətlərini gücləndirmək 

üçün  bolşeviklər  siyasi  sistemin  optimallaşdırılması  və  ya öz məqsəd və 



45 

v

əzifələrinə yaxınlaşdırılmasına can ataraq, bütün ölkəni fövqəladə komitələr, 



üçlükl

ər və komissiyalarla əhatə etdilər. Fövqəladə rejim bolşeviklərə dövlə-

tin, partiya qurumlarının və hətta seçki sisteminin fövqəladə rejimə salınma-

sına  imkan  verdi.  Yerlərdə  sosialist  ədalətini  bərqərar etmək üçün üçlüklərə 

geniş səlahiyyətlərin verilməsi, məhkəmə qərarı olmadan vətəndaşların ən ali 

c

əzaya-  güllələnməyə  məhkum edilməsi  imkanı,  aşağı  dövlət və  partiay 



qurumlarının  yuxarı  instansiyalara  tabeçiliyi  bu  sistemi  bolşeviklərin idarə 

üsulu v


ə siyasi məqsədlərinə yaxınlaşıdıran xüsusiyyətlərdən idi.  

 

ƏDƏBİYYAT 

1.

 



Власть и реформы: от самодержавной к советской России / Под ред. Ананьич Б.В. 

СПб., 1996, 294 с.; Кром М.М. Политическая антропология: новые подходы к изу-

чению феномена власти в истории России // Исторические записки. М.: 2001, 477 с.; 

Пивоваров Ю.С. Власть, собственность и революция в России: проблемы анализа в 

контексте  методологических  сдвигов  современной  науки  //  Историк    во  времени. 

Третьи зиминские чтения. Доклады и сообщения научной конференции. М.: РГТУ, 

2000, 171 с. 

2.

 



Az

ərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f.1, 

siy.53, iş 14, v.210 

3.

 



Ахундов М.Ф. Избранные философские произведения. Баку: Азернешр, 1982, 340 c. 

4.

 



КПСС в резолюциях и решениях съездов, конференций и пленумов. ЦК. М.: Поли-

тическая литература, 1984,т.5, 446 с.  

5.

 

Пахомов Е.А. Краткий курс истории Азербайджана: с приложением   экскурса  по 



истории Ширваншахов XI-XIV веков. Баку: АзФАН, 1923, 48 с.;. Сысоев В.М. Краткий 

очерк истории Азербайджана (Северного). Баку: Наркомпрос АССР, 1925, 143 с. 

6.

 

ARPİİSSA, f.1, siy.5, iş 67, v.15 



7.

 

ARPİİSSA, f.1, siy.5, iş 67, v.33 



8.

 

ARPİİSSA, f.1 siy.142. iş 32, v.1-9 



9.

 

ARPİİSSA,f.1, siy.125, iş 521, v.90 



10.

 

ARPİİSSA, 10, f.1, siy.142, iş 64, v.15-168 



11.

 

ARPİİSSA, f.1, siy.142, iş 70, v.37, 47 



12.

 

ARPİİSSA, f.1, 29, siy.142, iş 70, v.40 



13.

 

ARPİİSSA, f.1, siy.1, iş 80, v.45-49 



14.

 

ARPİİSSA, f.1, siy.125ş iş 511, v.8 



15.

 

ARPİİSSA, f.1, siy.125, iş 319. v.191 



16.

 

Собрание  законов  и  распоряжений  рабоче-крестьянского  правительства  Союза 



ССР.  1925  г.  Отдел  опубликования  законов  Управления  делами  совета  народных 

комиссаров СССР. М.: 1926, № 35,  1221 с. 

17.

 

ARPİİSSA, f.1, siy.9, iş 15, v.184-188 



18.

 

ARPİİSSA, f.1, siy.2, iş 111, v.64, 68 



19.

 

ARPİİSSA, f.1, siy.9, iş 171, v.106 



20.

 

ARPİİSSA, f.1, siy.142, iş 25, v.39 



21.

 

ARPİİSSA, f.1, siy.2, iş 166, v.153 



22.

 

ARPİİSSA, f.1, siy.2, iş 166, v.196 



23.

 

ARPİİSSA, f.1, siy.2, iş 166, v.177 



24.

 

ARPİİSSA, f.1, siy.2, iş 166, v.259 




46 

ЛЕГИТИМНАЯ ВЛАСТЬ ИЛИ СОВЕТСКИЙ ОПЫТ ЛЕГИТИМАЦИИ ВЛАСТИ 

 

Ш.Р.МАМЕДОВА 

 

РЕЗЮМЕ 

 

Легитимация власти является основным критерием эффективности любой поли-



тической системы. В демократических, открытых, гражданских обществах легитимация 

власти осуществляется за счет преобразований социально-экономического характера и 

гуманизации правовых нормативов. Наоборот, в тоталитарных, авторитарных режимах 

легитимации  высшей  власти  добиваются  с  помощью  идеологического  воздействия  и 

карательно-репрессивных  методов.  Данная  статья  посвящена  основным  методам  и 

средствам  легитимации  власти  большевиков  в  первые  годы  установления  Советской 

власти  в  Азербайджане.  Анализируя  деятельность  Азербайджанской  Коммунистичес-

кой партии большевиков, основные правовые документы, регулирующие политическую 

систему страны, автор выделяет важные направления в легитимации и легализации по-

литической власти, показывает приоритетные сферы в этом вопросе.  



 

Ключевые слова:  легитимация власти, легализация власти, юридическое мыш-

ление, политический имидж, политическая пропаганда, миф власти  

 

LEGAL POWER OR SOVIET EXPERIENCE  

OF LEGITIMIZATION OF POWER 

 

Sh.R.MAMMADOVA  

 

SUMMARY 

 

Legitimization of power is the main criteria of any political system. In democratic, 



open and civil societies legitimization of political power realizes due to the socio-economical 

transformation and juridical reorganizations. In totalitarian and authocratic regimes it happens 

because of the ideological impact, repressive and punitive sanctions. The article devotes to the 

principle methods and means of legitimization of the Bolshevik authority in Azerbaijan in the 

first two decades of establishment of the Soviet  power. Analysing the activity of Azerbaijan 

Communist Party, as well as the important documents regulating the  political system in  the 

country, the author describes main directions in legitimization and legalization of the political 

power, and shows the priorities of this question. 



 

Key words: legal power, legitimization of power, juridical intellection, political image, 

political propaganda, myth of power  



 

                     



Yüklə 145,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə