Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 282,63 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü282,63 Kb.
#53813


 

31 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 



 

 

UOT 821.512.162  



 

AZƏRBAYCAN TƏZKİRƏLƏRİNİN NƏŞRİ VƏZİYYƏTİ 

 

V.A.MUSALI 



Bakı Dövlət Universiteti 

tezkireshinas@gmail.com 

 

M

əqalədə  Azərbaycan təzkirələrinin nəşri  tarixi  tədqiqata cəlb  olunmuşdur.  Araşdır-

malarımız  nəticəsində  məlum  olmuşdur  ki,  Azərbaycan təzkirəçiləri  bu  janrda  qırxdan  artıq 

nümun

ə qələmə alsalar da, bunlardan yalnız on dördü Azərbaycanda və xaricdə nəşr olunmuş-

dur. Bu t

əzkirələrdən altısı Azərbaycanda işıq üzü görmüşdür. Qeyd olunan digər əsərlər isə 

İran və Türkiyədə çap edilmişdir. Məqaləmizdə Azərbaycan təzkirələrinin nəşr tarixi izlənmiş

çap olunan 

əsərlər təhlil olunmuşdur. Son olaraq qeyd etmək lazımdır ki, Azərbaycan təzkirə-

çiliyinin neç

ə-neçə öyrənilməmiş səhifəsi var və onlar öz tədqiqatçısını gözləməkdədirlər.  

 

Açar sözl

ər: Azərbaycan, təzkirə, nəşr, ədəbiyyat, vəziyyət 

 

Çox t



əəssüf ki, Azərbaycan təzkirəşünasları azərbaycanlı təzkirəçilər sı-

rasında indiyə kimi təxminən iyirmi müəllifin adını xatırlatmışlar. Azərbaycan 

t

əzkirələri dedikdə, biz müəlliflərin milli mənsubiyyətini əsas götürürük. Belə 



ki,  yazıldığı  dildən və  məkandan  asılı  olmayaraq,  azərbaycanlı  müəlliflərin 

q

ələmə aldıqları təzkirələri Azərbaycan təzkirələri hesab edirik. Bundan əlavə, 



Az

ərbaycanın müxtəlif şəhər və bölgələrində doğulmuş, bu şəhər və bölgələrin 

adlarını  özlərinə  nisbə  seçmiş  müəlliflərlə  yanaşı,  Azərbaycan  xalqının  tari-

xind


ə və etnogenezində fəal iştirak etmiş şamlu, qacar kimi türk-oğuz boyla-

rının  nümayəndələrini  də  “azərbaycanlı  təzkirəçilər”  sırasına  daxil  etmək la-

zımdır.  

Az

ərbaycan təzkirəçiliyi  sahəsindəki tədqiqatlar üç istiqamətdə  aparıl-



mışdır: 

1.

 



Ayrı-ayrı təzkirələrin tərcüməsi, transfoneliterasiyası və elmi-tənqidi 

m

ətnlərinin tərtibi; 



2.

 

T



əzkirələrə dair tədqiqatlar və dissertasiyaların yazılması; 

3.

 



T

əzkirələrin nəzəri baxımdan tədqiqi, sistemləşdirilməsi, biblioqrafi-

ya

sının hazırlanması. 




 

32 


4.

 

Burada Az



ərbaycan təzkirəçiliyinin tədqiq tarixini təqdim edərkən 

xronoloji prinsipi 

əsas götürməyi və hər bir təzkirəyə dair aparılmış 

t

ədqiqatları sistemli şəkildə verməyi məqsədəuyğun hesab edirik.  



Bizə  məlum  olan  ilk  Azərbaycan  təzkirəsi  XVI  əsrdə  Səfəvi  şahzadəsi 

Sam mirzə tərəfindən fars dilində qələmə alınmış “Töhfeyi-Sami”dir. Bu təz-

kirəni ilk dəfə Hindistandakı Pətənə Universitetinin professoru Mövləvi İqbal 

seyn çap etdirmişdir. O, təzkirənin V fəslini Pətənə Universiteti kitabxana-



sındakı  iki  qədim  (XVI  əsr)  əlyazma  əsasında 1934-cü ildə  nəşr  etdirmişdir. 

Daha sonra İran alimi Vəhid Dəstgərdi əsəri Ağayi Nəcmabadi kitabxanasın-

dakı nüsxə əsasında nəşrə hazırlamış və bu əsər 1936-cı ildə Tehranda “Ərmə-

ğan” jurnalına əlavə kimi tam şəkildə çap olunmuşdur (26).  

1969-

cu ildə isə Rüknəddin Fərrux Hümayun beş nüsxə əsasında (Astani-



Qüdsi-Ri

zəvi, Baetin şəxsi kitabxanasındakı əlyazma, Məhəmməd Müin kitab-

xanas

ı, Pətənə Universiteti kitabxanası, Ağayi-Nəcmabadi kitabxanası) “Töh-



feyi-Sami”nin elmi-

tənqidi  mətnini  hazırlamışdır  (25).  Onu  da  qeyd  edək  ki, 

XV əsrin ikinci yarısı və XVI əsrin birinci yarısında yaşayan 713 şair haqqında 

məlumat verən təzkirə hələ də Azərbaycan dilinə tərcümə olunmamışdır. 

Türk 

ədəbiyyatı üçün qiymətli mənbə olan “Gülşəni-şüəra” təzkirəsinin 



17 nüsx

ə  əsasında  elmi-tənqidi mətni Pamukkale Universitetinin əməkdaşı 

Süleyman Solmaz t

ərəfindən  hazırlanmış  və  2005-ci ildə  Atatürk Kültür 

M

ərkəzi Başkanlığı tərəfindən çap olunmuşdur (1).  



S.Solmazın 2012-ci ildə işıq üzü görən “XVI yüzyıl tezkirelerinde (Ahdi, 

Gelibolu


lu Ali, Kınalızade, Beyani) şairin dünyası” adlı monoqrafiyası “Gülşə-

ni-


şüəra”da şair və əsərləri ilə bağlı fikirlərin təhlili baxımından dəyərlidir (20). 

İndiyə  kimi  Əhdi  təzkirəsində  haqqında  məlumat verilən  şairlər və  onların 

yaradıcılığı  ciddi,  ayrıntılı  şəkildə  və  monoqrafik səviyyədə  tədqiqata cəlb 

olun


mamışdır.  Kitabda  “Gülşəni-şüəra”da bəhs olunan  şairlər  haqqındakı 

bioqrafik m

əlumatlar və təhlillər (şairin adı, təxəllüsü, ləğəbi, doğulduğu yer, 

zaman, ail

əsi, soyu və s.), şairin təhsili, elmi səviyyəsi, şəxsi keyfiyyətləri və 

xüsusiyy


ətləri, şeir yazmağa başlaması, üslubu dəyərləndirilmişdir. Daha sonra 

şairin əsərləri ilə bağlı təhlillərə yer verilmişdir. 

XVII 

əsr məşhur Azərbaycan xəttatı, rəssam, şair və təzkirə müəllifi Sa-



diq b

əy  Sadiqinin  cığatay  türkcəsində  qələmə  aldığı  “Məcməül-xəvas” təzki-

r

əsini İran alimi Əbdürrəsul Xəyyampur h.ş.1327/1948-ci ildə Təbrizdə nəşr et-



dir

mişdir (24). Tərtibçi müqəddimədə Sadiqinin həyatı, ədəbi fəaliyyətinə dair 

fikirl

ərini vermiş, elmi-tənqidi mətnin hazırlanmasından bəhs etmişdir. Bu el-



mi-t

əndiqi mətn  İstanbul  Universiteti  4085  şifrəli  əlyazma  əsasında  hazır-

lanmış,  Nurosmaniyə  kitabxanalarındakı  3720  şifrəli nüsxə  əsas mətnlə  müqa-

yis


ə olunmuşdur. Xəyyampur kitabda əvvəlcə türkcə hər hansı şair haqda olan 

hiss


əni, daha sonra həmin sətirlərin farsca tərcüməsini vermişdir.  

F.ü.f.d.  M.Muradova  uzun  müddət  ərzində  “Məcməül-xəvas”  üzərində 

tədqiqatlar aparmış, “Sadiq bəy Sadiqinin həyat və yaradıcılığı” adlı monoqra-

fiya nəşr etdirmiş (1999) və təzkirənin Təbriz külliyyatındakı nüsxəsini Azər-




 

33 


baycan di

linə  çevirərək  nəşrə  hazırlamışdır.  Təəssüf  ki,  bəzi  səbəblərdən  bu 

tərcümə işıq üzü görməmişdir. 

“Məcməül-xəvas”ın Təbriz külliyyatındakı nüsxəsi Ə.Bağırov tərəfindən 

qısa  ön  sözlə  2008-ci  ildə  nəşr  olunmuşdur  (16).  Tərcümə  zamanı  təzkirənin 

Təbriz Dövlət Kitabxanasında mühafizə olunan “Külliyyat”a daxil olan nüsxəsi 

əsas  götürülmüş,  h.1327-ci  il  Ə.R.Xəyyampur  nəşri  ilə  müqayisə  edilmişdir. 

Tərcümə  zamanı  sadəcə  şair  bioqrafiyaları  Azərbaycan  dilinə  tərcümə  olun-

muş, farsca nümunələr isə Azərbaycan dilinə çevrilməmişdir. Kitabda yer alan 

şərhlərdə  yanlışlıqlara  yol  verilmişdir.  Tərcüməçi  kitabın  sonunda  Sadiq  bəy 

Sadiqi  Əfşarın  Təbriz  əlyazma  külliyyatına  əlavə  olunmuş  türk-Osmanlı 

şairlərin siyahısını təqdim etmişdir və burada ciddi səhvlərə rast gəlmək müm-

kündür (16, 359-

360).  Məsələn,  Qalatanı  Qəltə,  Berqamanı  Bəzəmə,  İzniki 

Əznik, yeniçərini gəmiçəri, Gelibolunu Gülbivi və s. şəklində təqdim etmişdir.  

XVII  əsr  Azərbaycan  təzkirəçisi  Lütfəli  bəy  Azərin  “Atəşkədə”sinin 

nəşri məsələlərindən f.ü.f.d. M.Məmmədova bəhs etmiş, bu nəşrlərin mənfi və 

müsbət  tərəfləri  haqqında  məlumat  vermişdir  (11,  124-133).  Belə  ki,  “Atəş-

kədə”  ilk  dəfə  h.  1249/1833-cü  ildə  Kəlküttədə  nəşr  olunmuşdur.  Təzkirənin 

ikinci  çapı  Dorn  tərəfindən  həyata  keçirilmiş  və  1844-cü  ildə  Londonda  işıq 

üzü  görmüşdür.  Təzkirə  h.1277/1860  və  h.1299/1881-ci  illərdə  Hindistanda 

daşbasması  üsulu  ilə  nəşr  olunmuşdur.  M.Məmmədova  təzkirənin  Bombey 

nəşrlərinin  dəqiq  işləndiyini  və  əhəmiyyətli  olduğunu  vurğulayır.  Tədqiqatçı 

əldən-ələ keçən, müxtəlif şəxslər tərəfindən işlənib üzü köçürülən “Atəşkədə” 

əlyazmalarının  və  çap  nüsxələrinin  hamısında  çoxlu  təhriflərə  yol  verildiyini 

yazır (11, 125-126).  

Təzkirənin  bir  nüsxəsinin  (h.1247-ci  ildə  Əli  Şeydayi  Tusərqaninin 

köçürdüyü  əlyazma)  faksimile  mətni  ön  söz  və  şərhlərlə  Seyid  Cəfər  Şəhidi 

tərəfindən h. 1337/1958-ci ildə nəşr olunmuşdur.  

“Atəşkədə”nin  elmi-tənqidi  mətni  1956-1962-cu  illərdə  İranda  işıq  üzü 

görmüşdür.  Elmi-tənqidi  mətn  Həsən  Sadat  Nasiri  tərəfindən  hazırlanmışdır. 

Həsən Sadat təzkirəni üç cilddə çap etdirmişdir. Hər cildin əvvəlində İran ədə-

biyyatşünaslarının  kitaba  yazdıqları  müqəddimə  və  rəylərdə  Azərin  alimlik 

mövqeyi  müəyyənləşdirilir.  Həsən  Sadat  təzkirədə  olan  şeirləri  şairlərin 

divanlarının mətni ilə müqayisə etmiş və “Atəşkədə” ilə “Divan”lar arasındakı 

fərqləri səhifə altında göstərmişdir.  

XIX  əsrdə  yaşayıb-yaratmış  türk  ədibi  Məhəmməd  Zehni  əfəndinin 

“Məşairün-nisa”  adlı  əsərini  Marağalı  Məhəmmədhəsən  xan  Etimaüssəltənə 

“Xeyrati-

hesan” adı altında sadəcə tərcümə etməmiş, buraya azərbaycanlı şairə-

lər haqqında məlumat əlavə edərək 1886-1888-ci ildə üç cilddə nəşr etdirmişdir. 

T.e.d.  Tahirə  Həsənzadə  “Xeyrati-hesan”  əsərindəki  159  azərbaycanlı-türk 

qadını haqqında məlumatı fars dilindən Azərbaycan dilinə tərcümə etmişdir (9).  

XIX 


əsrin görkəmli Azərbaycan şairi və təzkirəçisi Seyid Əzim Şirvani-

nin 


əsərlərini üç cilddə 1967-1974-cü illərdə  Süleyman Rüstəmov nəşr  etdir-

mişdir. Tədqiqatçı şairin irsini diqqət və səylə toplamış, onları elmi prinsiplər 




 

34 


üzr

ə tərtib etmişdir. Seyid Əzim Şirvaninin təzkirəsi bu əsərlərin üçüncü cildi 

kimi geniş şərhlərlə 1974-cü ildə çap olunmuşdur (18).  

Qeyd ed


ək  ki,  Seyid  Əzim  Şirvaninin  təzkirəsi AMEA  Əlyazmalar 

İnstitutunda mühafizə olunmaqdadır. Təzkirə Əlyazmalar İnstitutunun fonduna 

daxil olark

ən son dərəcə pərakəndə şəkildə olmuşdur. Təzkirəni nəşrə hazırla-

yan m

ərhum S.Rüstəmov qeyd edir ki, təzkirənin pərakəndə  vərəqləri f.e.d. 



S.Hüseynov  t

ərəfindən tutuşdurularaq nömrələnmiş, bəzi vərəqlər tapılmadığı 

üçün 

əlyazmanı olduğu kimi bərpa etmək mümkün olmamışdır. Yəni təzkirəni 



şairin  müqəddimədə  göstərdiyi  quruluşda  bərpa etmək üçün əsəri yenidən 

t

ərtibə salmaq lazım gəlmişdir (18, 452). 



Türkiy

əli tədqiqatçı,  Nevşehir  Universitetinin  dosenti  Ömər  Bayramın 

“Az

ərbaycan sahəsi təzkirələri və Seyid Əzim Şirvaninin təzkirəsi” mövzusun-



da dissertasiyasında da Azərbaycan təzkirəçiliyinin mərhələləri müəyyən qədər 

t

ədqiqata cəlb olunmuşdur  (3). Etiraf etmək  lazımdır  ki,  Azərbaycan təzkirə-



l

ərinin, demək olar ki, heç biri bu qədər əhatəli və ciddi şəkildə tədqiqata cəlb 

olunmamışdır.  Bundan  əlavə  Ö.  Bayram  Seyid  Əzim  Şirvani  təzkirəsinin 

m

ətnini müqayisəli  şəkildə  nəşrə  hazırlamışdır.  Bu  zaman  təzkirənin AMEA 



Əlyazmalar İnstitutunda mühafizə olunan yeganə nüsxəsi əsas götürülmüş və 

1974-cü il n

əşri ilə müqayisə olunmuşdur. Təzkirə Türkiyə Cümhuriyyəti Kül-

tür v


ə Turizim Bakanlığının elektron kitab layihəsi çərçivəsində hazırlanmışdır 

(19). 


Şərqşünas ailm f.ü.f.d. Nəsrəddin Qarayevin təzkirələr üzərində apardığı 

araşdırmalar və nəşrə hazırladığı “Təzkireyi-Nəvvab” da bu baxımdan diqqətə-

layiqdir. Bel

ə  ki, N.Qarayev Nəvvab təzkirəsini Azərbaycan dilinə  tərcümə 

ed

ərək tam şəkildə çapa hazırlamışdır. Mərhum alimin nəşrə hazırladığı bu iri 



h

əcmli təzkirənin mətni AMEA Əlyazmalar İnstitutunun elmi arxivində müha-

fiz

ə olunmaqdadır. Əsər 1980-ci ildə tamamlanaraq elmi arxivə təhvil verilmiş-



dir. Kita

bın redaktoru iranşünas alim f.ü.f.d. Məmmədağa Sultanovdur. Təzkirə 

çapa  hazırlandıqdan  sonra  f.ü.f.d.  Şaməddin Xəlilov tərəfindən də  təkrar 

gözd


ən keçirilmiş və bəzi düzəlişlər edilmişdir. Ancaq bu abidənin nəşrini gör-

m

ək N.Qarayevə  nəsib  olmamışdır. Ömür vəfa etmədiyindən  əsər uzun illər 



ali

min  Əlyazmalar  İnstitutundakı  elmi  arxivində  qalmışdır.  Nəhayət, “Təzki-

reyi-N

əvvab” 1998-ci ildə Azərbaycan nəşriyyatında işıq üzü görmüşdür (15). 



Bu kitabın titul vərəqində əsərin 1998-ci ildə çap olunduğu yazılmışdır. Ancaq 

titul v


ərəqinin  arxasında  yer  alan  məlumatda 1995-ci il qeyd olunmuşdur. 

Y

əqin ki, bu texniki qüsurdur.  



T

əzkirənin N.Qarayev tərəfindən hazırlanmış (1980) nüsxəsi ilə 1998-ci 

il n

əşri tərəfimizdən tam şəkildə müqayisə olunmuş və maraqlı faktlar aşkar-



lanmışdır. Xoşbəxtlikdən onun çapa hazırladığı əsərin həm əlyazması, həm də 

makina 


çapı arxivdə saxlanılır. Təəssüf ki, uzun illər bu əsəri nəşrə hazırlayan 

m

ərhum  N.Qarayevin  adı  mütərcim kimi deyil, sadəcə  türkcə  mətnləri trans-



foneliterasiya ed

ən  şəxs  kimi  qeyd  edilmişdir.  Bundan  əlavə,  kitabın  ön 

sözünd

ə  oxuyuruq:  “Əsərin türkcə  mətnlər olan hissələrini mərhum təd-




 

35 


qiqatçımız  N.Qarayev  çevirib  qurtarmaq  üzrə  idi. Ancaq bu əsərin yubiley 

n

əşrini  planlaşdıranlar  unutmuşlar  ki,  Nəvvab XIX əsr ikidilli ədib-alimlər 



sırasında  gedir...  təzkirənin bütün nəsr hissəsi,  şeirlərin böyük bir qismi fars 

dilind


ə idi” (16, 3). Təzkirənin 1998-ci il nəşrini çapa hazırlayan və ön sözün 

əllifi faktiki olaraq N.Qarayev nüsxəsini  əsas götürsə  də, mərhum alimin 



yalnız  təzkirənin kiçik bir hissəsini  əhatə  edən türkcə  mətnləri çevirdiyini 

dön


ə-dönə qeyd edir. Halbuki təzkirənin tərcüməsi bütünlüklə (yəni həm fars, 

h

əm də türkcə olan hissələr – V.M.) on səkkiz il öncə (1980) N.Qarayev tərə-



find

ən  tamamlanmış,  tanınmış  iranşünas  alim  M.Sultanov  tərəfindən ciddi 

redakt

ə  olunaraq nəşrə  hazır  şəkildə  elmi arxivə  təhvil  verilmişdir.  Bizim 



burada t

əzkirənin N.Qarayev tərəfindən çapa hazırlanmış  nüsxəsi  haqqında 

geniş məlumat verməyimizin məqsədi “Təzkireyi-Nəvvab” kimi iri həcmli əsər 

üz

ərində  işləyərək  onu  tam  şəkildə  çapa  hazırlayan  mərhum tədqiqatçının 



xidm

ətini uzun illərdən sonra obyektiv  şəkildə  qiymətləndirmək, bu barədə 

elmi ictimaiyy

əti bilgiləndirmək və  Nəsrəddin Qarayevin  adını  Azərbaycan 

t

əzkirəşünaslıq tarixinə daxil etməkdən ibarətdir. 



M

əhəmməd  ağa  Müctəhidzadənin “Riyazül-aşiqin”  təzkirəsi hələ  müəl-

lifin sağlığında 1910-cu ildə İstanbulda çap olunmuşdur (5). Sədi Çögənli və 

R

əcəb Toparlı isə təzkirənin 1910-cu il nəşrini, ön söz əlavə olunmaqla 1992-ci 



ild

ə  Ərzurumda çap etdirmişlər (6). Təzkirə  transliterasiya olunaraq 1995-ci 

ild

ə Bakıda çap olunmuşdur (13). 



M.Müct

əhidzadənin həyatı, yaradıcılığı və təzkirəsi isə Aljira Topalova 

t

ərəfindən öyrənilmişdir. Kitabda öncə Yaxın Şərqdə və Azərbaycanda təzki-



r

əçilik ənənəsindən bəhs olunmuş, ikinci fəsildə isə Müctəhidzadənin həyat və 

yaradıcılığı tədqiqat obyektinə çevrilmişdir (21). 

Böyük Az


ərbaycan alimi və  ədibi Məhəmmədəli Tərbiyətin fars dilində 

q

ələmə  aldığı  “Danişməndani-Azərbaycan”  adlı  təzkirəsi 1354/1935-ci ildə 



Tehranda çap olun

muşdur. Təzkirə İsmayıl Şəms və Qafar Kəndli tərəfindən Azər-

baycan dilin

ə tərcümə olunaraq geniş ön sözlə 1987-ci ildə nəşr edilmişdir (10).  

XX 

əsr Azərbaycan təzkirəçisi  Seyyid  Əbdülhəmid Xalxali “Təzkireyi-



şüərayi-müasiri-İran”  adlı  əsərin müəllifidir.  Əsərin  birinci  cildi  35  şairdən 

b

əhs edir və h.ş.1333 / 1954-cü ildə Tehranda “Təhuri” nəşriyyatında çap olun-



muşdur. İkinci cildi isə 73 şairdən bəhs edir. H.ş. 1337/1958-ci ildə Tehranda 

h

əmin nəşriyyatda işıq üzü görmüşdür 



Az

ərbaycan  alimi  Əziz  Dövlətabadi 1956-cı  ildən “Süxənvərani-Azər-

baycan”  adlı  təzkirəsini tərtibləməyə  başlamışdır.  Təzkirə  1956-cı  ildə  iki 

cildd


ə  nəşr  olunmuşdur.  Təzkirəçi bu əsərdə  851 nəfər Azərbaycan  şairinin 

h

əyat və yaradıcılığı haqqında məlumat vermişdir. 



Güney Az

ərbaycandan  olan  soydaşımız  Məhəmməd Dəyhim öz təzki-

r

əsini dövr məhdudiyyəti  qoymadan,  coğrafi prinsip  əsasında  tərtib  etmişdir. 



“T

əzkireyi-şüərayi-Azərbaycan” 1989-1992-ci illərdə Təbrizdə beş cilddə nəşr 

olun

muşdur.  




 

36 


XXI əsrdə ilk təzkirəni Ş.Fazil qələmə almışdır. Təzkirədə XIX əsrin 80-

cı  illərində  yaradılmış,  43  il  fəaliyyət  göstərən,  1980-cı  ildə  yenidən  bərpa 

olunan “Məcməüş-şüəra” və onun üzvlərindən bəhs olunur. “Təzkireyi-Şahin” 

2006-


cı ildə nəşr olunmuşdur.  

Apardığımız  araşdırmaların  nəticəsi olaraq deyə  bilərik ki, Azərbaycan 

t

əzkirəçiliyinin nəzəri  baxımdan,  eləcə  də  sistemli  şəkildə  tədqiqinə  ciddi 



ehtyac  vardır.  Belə  ki, XVI əsrdən  başlayaraq  XX  əsrə  qədər azərbaycanlı 

əlliflər tərəfindən 44 təzkirə qələmə alınmışdırsa da, indiyə kimi onlardan 



sad

əcə  6-sı  Azərbaycan dilində  nəşr  olunmuşdur. Qeyd olunan bütün Azər-

baycan t

əzkirələrinin tərcüməsi, elmi-tənqidi və ya faksimile mətnlərinin hazır-

lanması təzkirəşünaslarımız qarşısında duran mühüm vəzifələrdəndir. Bunlar-

dan 


əlavə hər bir Azərbaycan təzkirəsinin monoqrafik səviyyədə araşdırılması 

Az

ərbaycan  ədəbiyyatının  müxtəlif mərhələlərini, ümumiyyətlə,  mədəniyyət 



tariximizi t

ədqiq etmək üçün əhəmiyyətlidir. 

 

ƏDƏBİYYAT 

1.

 



Ahdi  ve  Gülşen-i  şuarası  (İnceleme-metin) / Haz.: Süleyman Solmaz. Ankara: Atatürk 

Kültür Merkezi Başkanlığı, 2005, IX +626 s. 

2.

 

Ateş A. Mecma al-Havas // İstanbul edebiyat fakültesi Tarih dergisi, 1953, s.183-187. 



3.

 

Bayram Ö. Azerbaycan sahası tezkireleri ve Seyid Azim Şirvaninin tezkiresi. - DT. Gazi 



Üniversitesi, Ankara, 2005. - XCIX+519 s. 

4.

 



Bland N. Account of the Atesh Kedah, a Bibliographical work of the Persian Poets, by 

Haji Lutf Ali Beg, of Ispahan // Journal of the Royal Asiatic Society, VII. - London: Royal 

Asiatic Society, 1843. – 345 - 392 pp. 

5.

 



Karabağlı  Müctehid-zade  Mehmed  Aka.  Tezkiretü’ş-şuara Riyazül-aşıkin.  –  Dersaadet: 

Karabet Matbaası, 1328, 284 s. 

6.

 

Karabağlı  Müctehid-zade  Mehmed  Aka.  Tezkiretü’ş-şuara  Riyazü’l-aşıkin  /  Ön  söz.  M. 



Sadi Çöğenli ve R.Toparlı. – Erzurum: 1992, 300 s.  

7.

 



Kutluk İ. Sadıkı Kitabdar. Macma-al-havas // Türk dili ve edebiyatı dergisi, 1949, № 3- 4, 

s.577-580. 

8.

 

Qarayev N. XIX 



əsr Azərbaycan ədəbi məclisləri. Bakı: Nurlan, 2010, 325 s.  

9.

 



Marağalı  Məhəmmədhəsən xan Etimadüssəltənə. Xeyrati-hesan (Gözəllər sərvəti) / 

T

ərcümə edən: T.Həsənzadə. Bakı: Nurlan, 2003, 103 s.  



10.

 

M



əhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı: Azərnəşr, 1987, 464 s. 

11.


 

M

əmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı: Örnək, 2001, 139 s. 



12.

 

Mir Möhsün N



əvvab. Təzkireyi-Nəvvab.  Bakı:  Orucov  qardaşlarının  elektrik  mətbəəsi, 

1310 245 s. 

13.

 

Müct



əhidzadə Məhəmmədağa. Riyazül-aşiqin. Bakı: Azərbaycan, 1995, 248 s. 

14.


 

N

əvvab Mir Möhsün  Ağamirzadeyi-Qarabaği.  Təzkireyi-Nəvvab / Tərcümə  edəni: 



N.S.Qa

rayev. Bakı: 1980. AMEA Əlyazmalar İnstitutu elmi arxiv. Nəsrəddin Qarayevin 

arxivi. Qovluq N 152, 153, 154, 155, 175 v

ə 176. 


15.

 

N



əvvab Mir Möhsün. Təzkireyi Nəvvab. Bakı: Azərbaycan, 1998, 559 s.   

16.


 

Sadiq b


əy Sadiqi. Məcməül-xəvas. Bakı, Nurlan, 2008, 411 s. 

17.


 

Salmanov Ş. Rüstəmov Süleyman // Azərbaycan mətnşünaslığı məsələləri, Bakı, 1979, s. 

184-187. 

18.


 

Seyid Əzim Şirvani. Əsərləri. III cild. Bakı.Elm, 1974, 499 s. 

19.

 

Seyyid  Azim  Şirvânî  -  Tezkîretü’ş-Şu’arâ  / haz.: Ö.Bayram. Ankara, T.C. Kültür ve 



Turizm Bakanlığı Yay. (e-kitap), 2010, 543 s. 


 

37 


20.

 

Solmaz S. XVI 



yy. tezkirelerinde şairin dünyası. Ankara, Akçağ, 2012, 670 s. 

21.


 

Topalova  A.  Ədəbiyyat  tarixinin  öyrənilməsində  təzkirələrin  rolu  və  ağa  Məhəmməd 

Müct

əhidzadənin «Riyazül-aşiqin» təzkirəsi. Bakı: Elm, 2001, 97 s. 



22.

 

Yazıcı T. Ateşkede. Diyanet Vakfı İslam Ansiklopedisi. IV c., İstanbul, 1991, s 59. 



23.

 

Саттаров А. Тухфаи Соми ва хусусиятхои он. Душанбе, 1972, 133 с.  



24.

 

 



25.

 

 



26.

 

 



 

О ПУБЛИКАЦИИ АЗЕРБАЙДЖАНСКИХ ТЕЗКИРАХ 

 

В.А.МУСАЛЫ 

 

РЕЗЮМЕ 

 

В статье исследуются даты публикаций азербайджанских тезкире и дается полный 



анализ опубликованных работ. На основе наших исследований можно утверждать, что 

из более сорока примеров этого жанра, написанных азербайджанскими авторами в раз-

ные  периоды  всего  лишь  четырнадцать  были  опубликованы,  причем  6  из  них  были 

опубликованы в Азербайджане, а остальные в Иране и Турции.  

 

Ключевые слова: Азербайджан, тезкире, публикация, литература, состояние 

 

ABOUT PUBLICATION OF AZERBAIJANI TAZKIRAS 

 

V.A.MUSALI 

 

SUMMARY 

 

The article deals with the dates of publication of Azerbaijani  tazkiras and provides a 



complete analysis of published papers. Based on our research, it can be argued that only four-

teen of more than forty examples of this genre, written by Azerbaijani authors in different pe-

riods were published, 6 of which have been published in Azerbaijan, and the others in Iran and 

Turkey. 


 

Keywords: Azerbaijan, tazkira, publishing, literature, situation 

 

Yüklə 282,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə