Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 216,79 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü216,79 Kb.
#67477


 

104 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 



 

 

UOT: 930255 

 

ŞİMALİ AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATININ VƏZİYYƏTİ 

QAFQ

AZ ARXEOQRAFİYA  

KOMİSSİYASININ SƏNƏDLƏRİNDƏ 

 

C.Ş.QULİYEV  

Lənkəran Dövlət Universiteti 

cemil.quliyev.1983@mail.ru 

 

M



əqalə  XIX  əsrin  əvvəllərində  Şimali  Azərbaycan  çar  Rusiyası  tərəfindən  işğal 

olunduqdan sonra k

ənd təsərrüfatının  vəziyyətinə  həsr  olunmuşdur.  Aparılan  araşdırmalar 

n

əticəsində müəllif belə qənaətə gəlir ki, bütün xanlıqlarda kənd təsərrüfatında oxşar vəziyyət 

hökm sürürdü, k

ənd əhalisinin başlıca məşğuliyyəti əkinçilik olub, əsasən, buğda çəltik və arpa 

yetişdirilirdi.  Bütün  bunlar  məqalədə  ilkin mənbə  xarakteri  daşıyan  Qafqaz  Arxeoqrafiya 

Komissiyasının sənədləri əsasında obyektiv şəkildə işıqlandırılmışdır. 

 

Açar sözl

ər: kənd təsərrüfatı, vəziyyət, Qafqaz Arxeoqrafiya Komissiyasının sənədləri 

 

1813-



cü  il  Gülüstan  və  1828-ci  il  Türkmənçay  müqavilələri  ilə  tarixi 

Azərbaycan  torpaqları  Rusiya  və  İran  arasında  ikiyə  parçalandıqdan  və 

bütövlükdə  Qafqazın  Rusiya  İmperiyası  tərəfindən  işğal  edilməsindən  sonra, 

Tiflis  şəhəri  Cənubi  Qafqazın  inzibati  və  mədəni  mərkəzi  kimi  fəaliyyət 

göstərməyə başlamışdır. Qafqazda yaşayan yüzlərlə xalqı idarə etmək üçün çar 

Rusiyası  orada  bir  sıra  inzibati  təşkilat,  idarə  və  cəmiyyətlər  açmış,  müxtəlif 

elmi və mədəni müəssisələr təşkil etmişdir. XIX əsrin əvvəllərindən etibarən, 

həmin  idarə  və  təşkilatlar  müxtəlif  kitab,  məcmuə,  jurnal  və  qəzetlər  çap 

etməyə  başlamışdır.  Bunların  arasında  “Tiflis  quberniyasının  təsviri  üçün 

məcmuə”,  “Qafqazın  təqvimi”,  “Qafqaz  dağlıları  haqqında  məlumatlar 

toplusu”, “Kənd təsərrüfatı üzrə Qafqaz İmperator Cəmiyyətinin məcmuəsi”ni 

və  s.  göstərmək  olar.  XIX  əsrdə  Tiflisdə  nəşr  olunan  məcmuələr  arasında 

Şimali  Azərbaycan  xanlıqlarının  ictimai-iqtisadi,  siyasi,  eləcə  də  Şimali 

Azərbaycan  xanlıqlarının  Rusiya  tərəfindən  işğalı  probleminə  dair  külli 

miqdarda  sənəd  və  materialları  özündə  cəmləşdirən  “Qafqaz  Arxeoloji 

Komissiya

sının  Aktları”  mühüm  yer  tutur.  Qeyd  etmək  lazımdır  ki,  Qafqaz 

Arexeoqrafiya  Komissiyasının  Aktları  görkəmli  şərqşünas  və  qafqazşünas 

A.P.Berjenin  redaktorluğu  ilə  1866-ci  ildən  nəşrə  hazırlanaraq  oxucuların 



 

105 


diqqətinə çatdırılmışdır. Azərbaycanın bəhs olunan dövrünə aid qymətli mənbə 

olan Aktlarda 

Şimali Azərbaycan xanlıqlarının ictimai-iqtisadi və siyasi həyatı, 

Şimali Azərbaycanın Rusiya tərəfindən işğalına dair külli miqdarda sənəd və 

materiallar mövcuddur. 

Şimali Azərbaycan xanlıqlarının siyasi, ictimai-iqtisadi vəziyyətinə dair 

çoxsaylı tədqiqatlar aparılsa da, Qafqaz Arxeoqrafiya Komissiyasının sənədləri 

əsasında  bu  günədək  bəhs  olunan  məsələ  demək  olar  ki,  tədqiqatçılar 

tərəfindən işlənilməmişdir. 

Məlumdur ki, uzun müddət İranın hökmranlığı altında olmuş Azərbaycan 

XVIII  əsrin  ortalarında  yenidən  istiqlaliyyət  əldə  etdi.  Lakin  həmin  dövrdə 

Azərbaycan vahid dövlət deyil, siyasi cəhətdən müstəqil dövlət qurumlarından-

xanlıqlardan ibarət idi. Görkəmli Azərbaycan tarixçisi A.A.Bakıxanov Şimali 

Azərbaycan  xanlıqlarının  yaranması  barədə  yazırdı:  “İndi  də  Nadir  şahın 

ölümündən  sonra  Dağıstan  və  Şirvanın  nə  halda  olduğunu  nəzərdən  keçirək. 

Nadir  şahın  vəfatından  sonra  İran  qoşunu  bu  ölkədən  çıxıb  getdi.  Hər  bir 

vilayətdə  bir  həşəmət  sahibi  baş  qaldıraraq,  istiqlaliyyətdən  dəm  vurub 

başqasına tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli xan sultan Əhməd 

xan  oğlu  Xudat  qalasını  köçürüb,  indiki  Quba  şəhərinin  Qudyal  adlı  yerində 

tikdirməyə  başladı.  İğtişaş  zamanı  da  bu  ölkənin  özbaşına  qalan  bir  çox 

mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmməd-

həsən  bəy  Qorçunu  xanlığa  seçdilər.  Nadir  şahın  yaxın  əmirlərindən  sayılan 

bakılı  Mirzə  Məhəmməd  xan  Dərgah  xan  oğlu  Bakı  ölkəsini  müstəqil olaraq 

ixtiyarına  keçirdi.  Xançobanı  tayfasından  olan  Əsgər  bəy  Sərkərarın  oğulları 

Şirvan  elatı  arasında  hakimiyyət  bayrağı  qaldırdılar.  Nuxulu  Hacı  Çələbi 

Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq Şəki, Qəbələ və Ərəş mahallarını 

özünə  tabe  etdi”  [4,  66].  Məlumatlardan  da  göründüyü  kimi,  Nadirin 

ölümündən sonra Şimali Azərbaycan ərazisində siyasi cəhətdən müstəqil olan 

ayrı-ayrı  xanlıqlar  meydana  gəlmişdir.  Bu  isə  Azərbaycanın  siyasi  tarixində 

ardı-arası  kəsilməyən  feodal  vuruşmaları,  qanlı  saray  çevrilişləri  və  yadelli 

işğalçılara  qarşı  mübarizə  ilə  bağlı  olmasını  fikrini  söyləməyə  əsas  verir. 

Bununla belə, ölkə ərazisinin kiçik dövlətlərə-xanlıqlara parçalanması, xanlar 

arasında  gedən  ara  müharibələri  Azərbaycanda  məhsuldar  qüvvələrin,  o 

cümlədən  kənd  təsərrüfatının  inkişafına  əngəl  törədirdi.  Lakin  bu  heç  də  o 

demək  deyildir  ki,  kənd  təsərrüfatında  durğunluq  və  tənəzzül  baş  vermişdi. 

Əldə  olan  materialların  böyük  əksəriyyəti,  xüsusilə  Qafqaz  Arxeoqrafiya 

Komissiyasının  sənədləri  əsasında  ayrı-ayrı  xanlıqlar  üzrə  kənd  təsərrüfatının 

vəziyyətini aşağıdakı kimi səciyyələndirə bilərik. 

Şamaxı  xanlığında  kənd  əhalisinin  başlıca  məşğuliyyəti  əkinçilik  idi, 

əsasən buğda, arpa və çəltik əkirdilər [6, 103-123]. Salyanətrafı ərazilərdə və 

Seyidan adlanan yerdə əsasən çəltikçiliklə məşğul olurdular [7, 20]. Bu çəltik əkin 

sahələri yerli bəylərin mülkiyyətində idi və bütün işləri rəncbərlər görürdülər. 

XVIII  əsrin  son  rübü-XIX  əsrin  birinci  yarısında  Azərbaycan  kəndinin 

sosial-


iqtisadi quruluşundan bəhs edən tədqiqatçı alim M.M.Gülmalıyev yazır 


 

106 


ki, Şamaxı xanlığının aran torpaqlarında, həmçinin Şamaxı və Salyan şəhərlə-

rin


də və onların həndəvərində ipəkçilik, barama istehsalı və tütünçülüklə məş-

ğul olurdular. Şirvan Zaqafqaziyanın ən zəngin əyalətidir. Şirvanın mühüm his-

səsində ipəkçiliklə məşğul olurlar və burada çoxlu bağ var. Şamaxı xanlığı Ru-

siya  tərəfindən  işğal  edildikdən  üç  il  sonra  orada  5000  puda  yaxın  barama 

isteh

sal olunmuşdu. Azərbaycanın sosial-iqtisadi tarixinin ilk sovet tədqiqatçı-



la

rından biri Ə.Qubaydulinin verdiyi məlumata görə, Şamaxı xanlığında ipək-

çilik 

çox inkişaf etmişdi. Burada 70-ə qədər tut bağı olan bəylər var idi [7, 21].  



Xanlığın  aran  yerlərində  tut  bağları  ilə  yanaşı  meyvə  bağları  salınmış, 

burada  bağçılıq  və  üzümçülüklə  məşğul  olurdular.  Xanlığın  Xozayurt  və 

Sərdərin  mahallarında  meyvəçilik,  Gürcüvan  və  Mədrəsə  kəndlərində  isə 

üzümçülük daha çox inkişaf etmişdi [8, 135]. Burada tut bağlarının sahəsi 2600 

desyatinə, meyvə bağlarının sahəsi 800 desyatinə, üzümlüklərin sahəsi isə 600 

desyatinə  çatırdı.  Xanlığın  bu  hissəsində  az  da  olsa  pambıqçılıqla  məşğul 

olurdular.  Burada  pambığın  “qara  qoza”  növünü  yetişdirir  və  istehsal  olunan 

məhsul  onu  yetişdirənlərin  özlərinin  istifadəsinə  gedirdi.  Şamaxı  xanlığında 

pambıqçılıq  barəsində  o  dövrdə  bu  ərazidə  olmuş  səyyahlar  da  məlumat 

verirlər  [1,  sənəd  85,  48].  Qeyd  edək  ki,  adı  çəkilən  məlumatları  Şamaxı 

xanlığının  müasir  dövr  tədqiqatçılarından  olan  N.Bayramova  da  təsdiqləyir. 

Müəllif yazır ki, Şamaxı yaxınlığında Pirsaat çayından suvarma məqsədilə üç 

arx  çəkilmişdi.  Belə  arxlardan  Xan  arxı,  Qoşqar  arxını  xüsusilə  qeyd  etmək 

olar [3, 52]. 

Şamaxı  xanlığında,  xüsusən  də  onun  dağlıq  hissəsində  geniş  surətdə 

maldarlıqla da məşğul olurdular. Dağlıq hissədən fərqli olaraq, onun düzənlik 

yerlərində  qoyunçuluqla  çox  az  məşğul  olur,  əsasən  iribuynuzlu  heyvan 

saxlayırdılar. Cüzi də olsa burada dəvəçilik də inkişaf etmişdi [3, 53]. 



Bakı xanlığının ərazisinin torpaqları əsasən qumlu torpaqlar olduğundan 

suvarma  üçün  zəruri  olan  suyun  olmaması  üzündən  burada  əkinçilik  zəif 

inkişaf etmiş, əhali əsasən üzümçülük və zəfərançılıqla məşğul olurdu [7, 25]. 

Yalnız iqlim şəraiti Bakı xanlığının digər yerlərindən fərqlənən Güzdək, Qobu, 

Saray və Hökməli kəndlərində əkinçilik az-çox inkişaf etmişdi. Bu kəndlərdə 

dəmyə  buğda  və  arpa  əkilirdi.  Onlar  buğda  əkininə  daha  çox  əhəmiyyət 

ve

rirdilər.  Burada  orta  hesabla  57600  pud  buğda,  38  min  pud  arpa  məhsulu 



götürürdülər  [7,  25].  Qafqaz  Arxeoqrafiya  Komissiyasının  sənədlərindən 

məlum olur ki, Bakı xanlığı kəndliləri bostançılıqla da məşğul olur, qarpız və 

yemiş yetişdirirdilər. Bostanlar əsasən quyu suyu ilə suvarılırdı. Xanlıqda az da 

olsa pambıqçılıqla da məşğul olurdular. Bakı xanlığında 600 pud zəfəran, 3000 

pud pambıq istehsal olunurdu [2, sənəd 95, 81]. 

Bakı  xanlığında,  xüsusilə  Abşeron  yarımadasında  üzümçülük  geniş 

inkişaf tapmışdı. Zəfəran becərilməsi isə əhalinin əsas məşğuliyyəti sırasında 

idi. Abşeron yarımadasının 11 kəndinin sakinləri bu gəlirli təsərrüfat sahəsi ilə 

məşğul  olurdu.  İldə  orta  hesabla  600-1000  puddan  çox  məhsul  götürürdülər. 

Zəfərançılıqda qadın və uşaq əməyindən geniş istifadə olunurdu[2, sənəd 37, 38].  




 

107 


Bakı xanlığında maldarlıq zəif inkişaf etmişdi. Burada iribuynuzlu hey-

vanların  sayı  20  minə,  qoyunların  sayı  30  minə  çatırdı.  Burada  dəvə  də  sax-

lanılırdı.  Xanlığın  əhalisi  balıqçılıqla  məşğul  olurdu.  Balıq  məhsulları  əmtəə 

xarakteri daşıyır,  balıqçılar  əldə  etdiyi  məhsulları  satış  bazarına  çıxarır,  hətta 

ixrac edirdilər. İxrac olunan balıq məhsulları içərisində suiti yağı və dərisi də 

var idi. Bu məhsullar və balıq kürüsü Rusiyaya da ixrac olunurdu [2, sənəd 37, 

38]. 

Azərbaycanın digər xanlıqlarında olduğu kimi Naxçıvan xanlığı əhalisi-



nin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Zəngəzur kəndindən başlamış 

Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı Qərbi 

Azərbaycanın  böyük  bir  hissəsini  əhatə  edirdi.  Görkəmli  rus  tədqiqatçısı 

S.P.Zelinskinin  məlumatlarına  istinad  edən  F.Əliyev  Naxçıvan  xanlığının  xa-

rici görünüşünü təsvir edərək yazır: “Susuz şoran çöllər, müxtəlif formada olan 

dağ qayalıqları, dərə-təpəli sahələr, gözəl otlaq yerləri, təsəvvüredilməz düzən-

liklər, səs-küylü saysız-hesabsız vadilər və dərələrdən axan və yayda tamamilə 

quruyan dağ selləri bu uzaq guşənin xarici aləmini özündə əks edir”[5, 21]. 

Tarixi  ədəbiyyatın  və  dövrün  mənbələrinin  məlumatına  görə  Naxçıvan 

xanlığında əsas kənd təsərrüfatı sahəsi taxılçılıq idi. Taxılçılıqla demək olar ki, 

əhalinin  əksəriyyəti  məşğul  olurdu.  Hətta  bəzən  maldarlar  da  öz  şəxsi 

istifadələri üçün taxıl əkirdilər [5, 34]. Burada, Azərbaycanın başqa yerlərinə 

nisbətən  pambıqçılıqla  daha  geniş  məşğul  olurdular.  “Naxçıvan  əyalətinin 

statistik  təsvir”  adlı  mənbənin  məlumatına  əsasən  deyə  bilərik  ki,  xanlığın 

Rusiya  tərəfindən  işğal edildiyi il  6  min  pud  pambıq  yetişdirilmişdir  [9, 86]. 

Mütəxəssislərin də qeyd etdiyi kimi, yuxarıda göstərilən rəqəmlər 1828-ci ilə 

aid  olduğundan,  onlar  istər  taxıl  və  istərsə  də  pambıq  istehsalında  düzgün 

mənzərəni yarada bilməz. Nəzərə alsaq ki, bəhc olunan ildə Naxçıvan xanlığı 

Rusiya  tərəfindən  işğal  edilmişdi,  onda  həmin  ildə  taxıl,  pambıq  zəmiləri  və 

digər  sahələrin  belə  bol  məhsul  verməsi  şübhəli  görünə  bilər.  Təbii  ki, 

müharibənin  belə  qızğın  vaxtında  bol  məhsul  götürmək  mümkün  deyildi. 

Təsadüfi deyildir ki, “Naxçıvan əyalətinin statistik təsviri”ndə istehsal olunmuş 

taxılın miqdarını göstərən iki rəqəm gətirilir: biri yuxarıda qeyd etdiyimiz 250 

min,  digəri  isə  10  min  xalvar,  yəni  160  min  pud  rəqəmi,  təəssüf  ki,  birinci 

rəqəmin  dəqiq  ili  göstərilmir,  ikinci  rəqəm  isə  1828-ci  ilə  aiddir.  Həmin  il 

Naxçıvan xanlığında 10 min pud çəltik istehsal edilmişdir [9, 88].  

“Naxçıvan  əyalətinin  statistik  təsviri”ndən  məlum  olur  ki,  xanlığın 

əhalisinin  müəyyən  hissəsi  baramaçılıqla  məşğul  olurdu.  Təkcə  Ordubad 

mahalında 100 min tut ağacı var idi. Ipəkçiliklə Naxçıvan xanı da məşğul olur, 

öz  bağlarında  kənd  əhalisinin  əməyindən  istifadə  edirdi  [9,  89].  Naxçıvan 

xanlığında  bağçılıq  da  xeyli  inkişaf  etmişdi,  xanlıq  öz  meyvələri  ilə  şöhrət 

tapmışdı. Naxçıvan meyvələri qurudulur və ixrac edilirdi. Naxçıvan üzümü də 

məşhur idi. Burada 60 növ üzüm yetişdirilir. Arıçılıq bütün xanlıqda olmasa da, 

Ordubad  mahalında  geniş  yayılmışdı.  Burada  1000  arı  təknəsi  var  idi.  Adı 

çəkilən mənbə daha sonra məlumat verir ki, burada maldarlıq da geniş inkişaf 



 

108 


etmişdi.  Rusiya  tərəfindən  işğal  ərəfəsində  Naxçıvan  xanlığında  10  min  baş 

qara mal, 15 min qoyun-keçi, 1500 at var idi [9, 93]. 



Şəki  xanlığının  bütün  mahallarında  əkinçiliklə  məşğul  olurdular. 

Xanlığın Şəki mahalında Bozdağ adlanan yer taxılçılıq üçün çox yararlı olub 

əkinlər süni suvarma tələb edirdi. 

Şəki xanlığının kənd əhalisinin başlıca məşğuliyyəti ipəkçilik, daha doğ-

ru

su barama yetişdirmək idi. Xanlığın təkcə Ağdaş mahalında 204 tut bağı var 



idi. “Qafqaz təqvimi”nin məlumatlarına görə Şəki xanlığında bağçılıq da xeyli 

inkişaf  etmişdi.  Xanlıqda  otlaqların  kifayət  qədər  olmaması  üzündən  burada 

başqa xanlıqlara nisbətən maldarlıq zəif inkişaf etmişdi. Burada yaylaqlar alp 

çəmənlikləri olan dağlarda, qışlaqlar isə Ərəş, Ağdaş, Xaçmaz və Bum mahal-

la

rında,  həmçinin  şəhərin  aşağı  hissəsində  idi.  Şəhərin  bu  hissəsi  Qışlaq  ad-



lanırdı [6, 411]. Qeyd etmək lazımdır ki, Qafqaz Arxeoqrafiya Komissiyasının  

sənədləri əsasında Şimali Azərbaycan xanlıqlarının təsərrüfat vəziyyətinin tam 

mənzərəsini  canlandırmaq  mümkün  deyildir.  Boşluğu  aradan  qaldırmaq  üçün 

dövrün digər mənbələri və tarixi ədəbiyyatı bizə yardımçı olmuşdur.  



İrəvan xanlığının sosial-iqtisadi həyatı bütövlükdə Azərbaycanın sosial-

iqtisadi  münasibətlərinin  tərkib  hissəsi  idi.  XVIII  əsrdə  Azərbaycanın 

qərbində-Ağrı  vadisində,  Naxçıvanda,  Qafanda  və  ətraf  əyalətlərdə  əmtəə 

isteh


salı kifayət qədər geniş inlişaf etmişdi. 

Dövrün  mənbələrindən  məlum  olur  ki,  İrəvan  xanlığından  ixrac  olunan 

mallar əsasən kənd təsərrüfatı məhsulları idi. İ.Şopenin qələmə aldığı əsərində 

kənd  təsərrüfatı  məhsullarının  əksəriyyətini  Azərbaycan  türkcəsində  belə  sa-

dalayır: “İrəvan ətrafındakı bölgələr, Qırxbulaq, Sərdarabad, Şorəyəl, Pəmbək 

taxıl  istehsalı  ilə  məşhur  idi.  Əkin  sahələri  əsasən  yazlıq  və  payızlıq  olurdu. 

Burada arpa, buğda, küncüt, pambıq, gənəgərçək və s. əkilirdi”[10, 738-746]. 

İrəvan  xanlığında  texniki  bitkilərdən  pambıq  əsasən  aran  yerlərində 

becərilirdi.  Zəngibasar,  Sərdarabad  və  Sürməli  mahalları  pambıq  istehsalına 

görə  fərqlənirdi  [10,  743].  İ.İ.Şopenin  məlumatlarından  aydın  olur  ki,  İrəvan 

xanlığının  kənd  təsərrüfatında  ipəkçilik  də  geniş  yayılmışdı.  Müəllifə  görə, 

bütün xanlıq ərazisində toxmaçarlıqların çox olması burada vaxtilə ipəkçiliyin 

böyük rol oynamasından xəbər verirdi [10, 753].  

XVIII  əsrin  II  yarısında  İrəvan  xanlığında  maldarlıqla  məşğul  olan 

əhalinin bir hissəsi bazarda satmaq üçün yağ, pendir və digər süd məhsulları 

istehsal edirdi. Heyvandarlığın başqa sahələrinə nisbətən qoyunçuluq daha çox 

inkişaf etmişdi. Qırxbulaq, Göyçə, Abaran, Dərəçiçək, Gərnibasar, Vedibasar, 

Talın,  Sürməli  mahallarının  otlaqları  maldarlıq  üçün  daha  əlverişli  idi.  Mal-

darlıq əsasən yaylaq-qışlaq və qismən köçəri maldarlığa bölünmüşdü [10, 519-

525].  Məlumatlar  digər  Azərbaycan  xanlıqlarında  olduğu  kimi  İrəvan 

xanlığında  kənd  təsərrüfatında  oxşar  vəziyyəti  təsdiq  edir.  Beləliklə,  Qafqaz 

Arexeoqraf

iya  Komissiyasının  sənədlərindən  və  dövrün  digər  mənbələrindən 

əldə olunan məlumatlar göstərir ki, ölkədə vahid siyasi hakimiyyətin  yoxluğu 

üzündən vahid torpaq fondunun olmadığı bir şəraitdə dövlət torpaqları üzərində 



 

109 


ali mülkiyyətçilik hüququ bütün ölkənin əvəzinə ayrı-ayrı xanlıqların hüdudları 

çərçivəsində  məhdudlaşmışdı.  Bütün  xanlıqlarda  kənd  təsərrüfatında  oxşar 

vəziyyət  hökm  sürürdü,  kənd  əhalisinin  başlıca  məşğuliyyəti  əkinçilik  olub, 

əsasən,  buğda  çəltik  və  arpa  yetişdirilirdi.  Dağlıq  və  dağətəyi  yerlərdə  ipək-

çilik, barama və tütünçülük geniş yayılmışdı. 

                                                     

ƏDƏBİYYAT 

1.

 



AKAK, III cild, Tiflis, 1869, s

ənəd 85 


2.

 

AKAK, IV cild, Tiflis 1870, s



ənəd 95, sənəd 37 

3.

 



Bayramova N. Şamaxı xanlığı. Bakı: Təhsil, 2009,  396 s. 

4.

 



Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı: Minarə, 2000, 224 s. 

5.

 



Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı: Azərnəşr, 1996, 106 s. 

6.

 



Кавказский календарь на 1852 г., Тифлис 1851, 3-го отд., с. 103-123.  

7.

 



Gülmalıyev M.M. XVIII əsrin son rübü-XIX əsrin I yarısında Azərbaycan kəndinin sosial-

iqtisadi strukturu. Bakı: Elm, 1989, 280 s. 

8.

 

Обозрение  Российских  владений  за  Кавказом  в  статистическом,  этнографическом, 



топографическом и финансовом отношениях. Т. 1, СПб, 1836.  

9.

 



Статистическое описание Нахичеванской провинции. Тифлис, 1833. 

10.


 

Шопен И. И. Исторический памятник состояния Армянской области в эпоху ее при-

соединения к Российской империи. СПб.: типография Императорской Академии На-

ук, 1852. 

 

ПОЛОЖЕНИЕ СЕЛЬСКОГО ХОЗЯЙСТВА СЕВЕРНОГО АЗЕРБАЙДЖАНА  

В ДОКУМЕНТАХ КАВКАЗСКОЙ АРХЕОГРАФИЧЕСКОЙ КОМИССИИ 

 

Дж.Ш.КУЛИЕВ  

 

РЕЗЮМЕ 

 

В  статье  указывается  на  состояние  сельского  хозяйства,  созданного  со  стороны 

колониальной царской России в начале ХIХ века в Северном Азербайджана. На основе 

авторского исследования, можно полагать, что основой сельского хозяйства у всех наро-

дов одно начало, и очень много сходного основным занятием сельского хозяйство явля-

ется земледелие, сеяние пшеницы, ячменя, риса. Все эти данные собраны на основе ма-

териалов Кавказской Археографической Комиссии как первоисточник по истории сель-

ского хозяйство по Северному Азербайджану.  

 

Ключевые слова: сельское хозяйство, положение, документы Кавказской Архео-

графической  Комиссии 



      


 

110 


THE SITUATION OF AGRICULTURE IN NORTH AZERBAIJAN ON THE BASIS 

OF ARCHEOGRAHICAL COMMISSION OF CAUCASUS 

 

J.Sh.GULIYEV  

 

SUMMARY 

                                                             

The article deals with the situation of agriculture in North Azerbaijan after the occupa-

tion  of  Tsarist  Russia  at  the beginning of the XIX  century.  The author comes to such  a 

conclusion that the situation was the same in the agriculture of all the khanates. 

All of these are analyzed on the basis of the documents of Archeographical Commission 

of the Caucasus which is the first sources in the objective form. 

   

Key words: Agriculture, situation, documents of  Archeographical  Commission of the 

Caucasus 



 

 

Yüklə 216,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə