Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 374,89 Kb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü374,89 Kb.
#56008


 

 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 



ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 09 APREL (NİSAN) 2008




Fəlsəfi Kəlam və Nəsirəddin Tusi 

151 


 

 

FƏLSƏFİ KƏLAM VƏ NƏSİRƏDDİN TUSİ 

 

Dr. Aqil ŞİRİNOV 

 

 

Azərbaycan elmi mühitində  Nəsirəddin Tusi daha çox dəqiq elmlər və 



əxlaq sahəsindəki xidmətlərilə tanınmışdır. Ancaq onun dini elmlərdə, 

xüsusilə də İslam əqidəsini əqli əsaslarla müdafiə edən kəlam elmindəki yeri 

mövzusu diqqətdən kənarda qalmışdır.  Əlbəttə, bunun obyektiv səbəbləri 

vardır.  Ən  əsas səbəb isə Sovet hakimiyyəti illərində dini elmlərə qarşı 

göstərilən mənfi münasibət olmuşdur. 

Əbu Hamid əl-Qəzzalidən (ö. 505/1111) etibarən sünni kəlamı fərqli bir 

məcraya yönəldi. Qəzzali,  əvvəllər bir çox əsas mövzuda fərqli qütblərdə 

durmaqla birlikdə  kəlamçıların hədəfinə  məruz qalmayan məşşai (peri-

patetik) fəlsəfəsini, xüsusən də bu fəlsəfə məktəbinin ən qabaqcıl təmsilçisi 

olan  İbn Sinanı (ö. 428/1037) tənqid hədəfinə çevirdi. Əlbətdə  əvvəllər də 

həm kəlamçılar, həm də məşşai filosofları qarşılıqlı olaraq öz əsərlərində bir-

birlərini ittiham edirdilər. Ancaq Qəzzali, özündən  əvvəlkilərdən fərqli bir 

şəkildə  fəlsəfəyə hücum etdi. O, “Təhafutu’l-Fəlasifə” adlı əsərində  məşşai 

filosofların, xüsusələ  də  İbn Sinanın görüşlərini  İslama uyğunluğu 

baxımından müzakirə etdi. Onun gəldiyi nəticəyə görə, məşşailər bir çox 

məsələdə  İslam  əqidəsinə zidd düşüncələrə sahibdirlər. Bu məsələlərin 

üçündə isə onlar İslamdan kənara çıxmışlar. Bunlar kainatın əbədi olduğuna, 

həşrin (öldükdən sonra dirilmə) cismən olmayacağına və Allahın cüziyyatı 

bilmədiyinə dair iddialardır.  

Qəzzalinin məşşai fəlsəfəsinə qarşı belə sərt reaksiyasının əsas səbəbi o 

dövrdə sünni kəlamı üçün ən böyük təhlükə olan Batini-İsmailiyyə idi. Bu 

cərəyana mənsub olanlar öz görüşlərini yaymaq üçün fəlsəfədən silah kimi 

istifadə edirdilər. O dövrdə  dəqiq elmlər də  fəlsəfəyə daxil olduğundan 

insanlar elə başa düşürdülər ki, əgər filosofların bu elm sahələrindəki 

mülahizələri doğrudursa, deməli metafizika sahəsində söylədikləri də 

mötəbərdir. Bu mülahizə  fəlsəfədən öz görüşlərini yaymaq üçün istifadə 

edən batinilərin işlərini asanlaşdırır və xalq kütlələrinin onlara yönəlməsinə 



 Dr. Aqil ŞİRİNOV 

152 


səbəb olurdu. Qəzzali filosofların metafizika sahəsində dediklərinin dəqiq 

elmlərdə, xüsusən də riyaziyyatdakı mülahizələri kimi dəqiq olmadığını, 

hətta,  əksəriyyətinin səhv olduğunu isbat etmək məqsədilə qeyd olunan 

əsərini qələmə aldı. O, bunula həm batinilərin propaqandasının qarşısını 

almaq, həm də metafizik mövzularda filosofların o qədər də tutarlı 

olmadığını üzə çıxarmaq məqsədini daşıyırdı. Əsərində əsasən Əbu Əli İbn 

Sinanın görüşlərini tənqid etməsinin  əsas səbəbi isə  İbn Sinanın məşşai 

fəlsəfəsinin ən önəmli nümayəndəsi olmasıydı. 

Qəzzali fəlsəfəni tənqid etməklə birlikdə onun müddəalarının hamısının 

səhv olduğunu irəli sürməyin yanlış olduğunu da qeyd edirdi. O, xüsusilə, 

məntiq qaydalarının doğru olduğunu və bunlardan kəlam elmində istifadə 

etməyin lüzumlu olduğunu irəli sürürdü. Qəzzalinin bu görüşü özündən 

sonra rəğbət qazandı  və daha sonrakı  kəlamçılar məntiqi “alət elm” kimi 

qəbul etdilər. 

Qəzzalidən sonra əvvəllər fəlsəfi mövzulara o qədər də maraq 

göstərməyən kəlamçılar, xüsusən də  əşəri məktəbinə  mənsub olan 

kəlamçılar,  əsərlərində  fəlsəfi mövzuları müzakirə etməyə başladılar. Belə 

ki, bu dövrdən etibarən fəlsəfi mövzuların müzakirə olunduğu varlıq 

(ontologiya) və idrak (qneseologiya) nəzəriyyələrindən bəhs edən bölümlər 

kəlam kitablarının yarıdan çoxunu təşkil edirdi.  

Sünni mütəkəllimlər

1

 içərisində tam mənasıyla fəlsəfi kəlamın qurucusu, 



məşhur  əşəri kəlamçısı Fəxrəddin ər-Razi (ö. 606/1209) hesab edilir. Onun 

“əl-Məbahisu’l-məşriqiyyə”, “əl-Mətalibu’l-aliyə”, “Nihayətu’l-uqul”, “əl-

Muhassal” və çoxlu sayda başqa  əsərləri fəlsəfi kəlamın ilk önəmli 

nümunələrindəndir. Razidən etibarən kəlam kitablarina “varlıq, mahiyyət, 

vəhdət-kəsrət, vücub, imkan və imtina” kimi kəlam elminin əsas 

problemlərinə giriş xarakteri daşıyan və  “əl-umur  əl-ammə (ümumi 

mövzular)” adı daşıyan bölümlər əlavə edildi və beləcə “mütəaxxirun dövrü” 

adı verilən fəlsəfi kəlam  ənənəsi yarandı. Razinin bu əsərləri mövzu 

baxımından daha sonrakı  kəlam  əsərlərinin hüdudunu müəyyən etmişdir. 

Qeyd etmək lazımdır ki, onun əsərlərinin varlıq və idrak bölümləri də  İbn 

Sinanin problem kimi müzakirə etdiyi mövzulardır. Demək olar ki, fəlsəfi 

kəlamın əsas hüdudunu müəyyən edən İbn Sina düşüncəsidir. Razidən sonra 

                                                 

1

 Kəlam elmilə məşğul olan, kəlamçı. 




Fəlsəfi Kəlam və Nəsirəddin Tusi 

153 


sünni düşüncəsində  fəlsəfi kəlam sahəsində  əsərlər qələmə alan ən önəmli 

mütəkəllimlər Seyfəddin Amidi (ö. ), Sadəddin Təftəzani (ö. 792/1390) və 

Seyyid Şərif Cürcanidir (ö. 816/1413).  

Şiə-İmamiyyə  fəlsəfi kəlamının qurucusu isə Xacə  Nəsirəddin Tusidir. 

O, kəlam sahəsində  fəlsəfi mövzuları ehtiva edən  əsərlər qələmə almış  və 

beləcə  şiə  fəlsəfi kəlamının  əsasını qoymuşdur. Həm məşşai  ənənəyə, həm 

də Şeyx Müfid (ö. 413/1022)-Şərif (Seyyid) əl-Mürtəza (ö. 436/1044) kəlam 

məktəbinə mənsub olması onun bu sahədə işini asanlaşdırmışdır. 

Qeyd etmək lazımdır ki, Razidən fərqli olaraq Tusinin kəlam sistemi öz 

içərisində  məşşai fəlsəfəyə qarşi reaksionerlik ehtiva etmir. Belə ki, o həm 

də  İbn Sina fəlsəfəsinin  ən qabaqcıl  şərhçilərindən biri kimi tanınmışdır. 

Hətta, o, Şəhristaninin  İbn Sinanı  tənqid atəşinə tutduğu “Musarəətu’l-

fəlasifə” adlı  əsərinə qarşı “Musariu’l-musari” adlı  əsərini qələmə almış, 

bundan başqa fəlsəfə sahəsində  ən böyük əsəri olan “Şərhu’l-İşarat”da 

Fəxrəddin  ər-Razinin yönəltdiyi tənqidlərə qarşı eyni filosofu müdafiə 

etmişdir. Tusi fəlsəfə sahəsində bir çox basqa əsərlər də yazmışdır. Bu 

əsərlərdə o, əsasən məşşai ənənəsinə bağlı qalaraq bu ənənənin zirvəsi hesab 

edilən İbn Sinanın görüşlərini şərh etmişdir. 

Məşhur  İslam tarixçisi Zəhəbi (ö. 748/1348) “Tarixu Taciddin əl-

Fəzari”dən çıxış edərək Tusinin “Dərin bilikərə malik olan alimlər 

(mühəqqiqlər) kəlam elminin faydasının az olduğu barəsində görüş birliyinə 

varıblar. Bu kitablar içərisində  də  ən az faydalı olan əsərlər Fəxrəddin  ər-

Razinin kitablarıdır. Bu kitablar içərisində isə ən qarışıq olanı (məxlut) “əl-

Muhassal”dır”

2

. Bu sözlər  əslində Tusinin ümumən kəlam və ya fəlsəfi 



kəlamdan deyil, Razisayağı  fəlsəfi kəlam lahiyəsindən narazı olduğunu 

göstərməktədir. Tusinin özünün də bu sahədə əsərlər yazdığını nəzərə alsaq, 

fəlsəfi mövzuların kəlam kitablarına daxil olmasından narazı olması 

mümkün deyildir. Elə isə onun fəlsəfi kəlam anlayışını Razinin eyni 

mövzudakı görüşlərindən fərqləndirən səciyyəvi xüsusiyyətlər nələrdi? 

Fikrimizcə, Tusini narazı salan əsas məqam Razinin üslubudur. Belə ki, 

Razinin fəlsəfi kəlam sahəsində  qələmə aldığı  əsərlərə, xüsusilə  də  “əl-

Məbâhisu'l-məşriqiyyə”, “əl-Mətalibu'l-aliyə” və  “əl-Muhassal”a diqqət 

                                                 

2

 Zəhəbi, Tarixu' l-İslam və vəfəyatu'l-məşahir ve'l-ə'lam : hicri 671-680, təhqiq 



edən: Ömər Əbdussəlam Tədmuri, Beyrut, 1999/1419, səh. 115. 


 Dr. Aqil ŞİRİNOV 

154 


yetirsək onların quruluşunda ikilik olduğunu görərik. Adı  çəkilən  əsərlərdə 

bir tərəfdə  kəlamçıların, başqa bir tərəfdə isə filosofların görüşləri bir-

birlərinə alternativ olan fikirlər şəklində təqdim olunur. Fəxrəddin ər-Razi bu 

əsərlərdən ilk ikisində  kəlamçı  və filosofların görüşlərindən daha çox 

təsviredici bir üslubla bəhs edir. “əl-Muhassal”da isə o, açıq  şəkildə 

kəlamçıların tərəfini saxlayaraq məşşai  ənənəyə qarşı  çıxmaqdadır. Tusini 

narazı salan da məhz elə bu məqam idi. Məhz bu səbəbdən o, əvvəlcə 

“Təcridu’l-etiqad”ı yazaraq fəlsəfi kəlam sahəsində Razinin əsərlərinə  bır 

alternativ təqdim etdi. Bundan sonra isə “Təlxisu’l-Muhassal (Naqdu’l-

Muhassal)”ı yazaraq Razinin görüşlərini tənqid etdi. Onun Razinin digər 

əsərlərini deyil məhz  əl-Muhassalı seçməsinin səbəbi, bu əsərdə  əşəri 

kəlamçısının öz görüşlərini açıq bir şəkildə irəli sürməsiydi. Həqiqətən də

“Təcrîd”in üslubuna diqqət yetirdiyimizdə onun Razinin əsərlərində olduğu 

kimi, ikili bir quruluşa sahib olmadığını görərik. Bu əsərdə fəlsəfi mövzular 

kəlami mövzular qarşısında bir yamaq kimi görünmür. Bundan başqa, Tusi 

burada Razinin “əl-Muhassal”da etdiyi kimi “kəlamçilara görə”, “filosoflara 

görə” başlıqlı ifadələr işlətmir; bəzən mütəqaddimun dövrü kəlamçılarını, 

bəzən də  məşşai filosoflarını müdafiə edir. Hər hansı bir mövzudan bəhs 

edərkən “cədəl” üslubundan istifadə etməyərək polemikaya girmir. Ancaq 

“aləmin qədim

3

 olmaması” və “Allahın fail-i muxtar olduğu” kimi İslam 



kəlamının  əsas müddəalarından da əl çəkmir.

4

 Bunlardan çıxış edərək 



Tusinin kəlam sahəsindəki bu çalışmalarına “burhan metoduna əsaslanan 

fəlsəfi kəlam lahiyəsi” demək mümkündür. 

Tusinin kəlamla məşşai fəlsəfəsini tam mənasıyla birləşdiyinin ilk 

fərqinə varan məşhur Osmanlı alimi Taşköprizadə (ö. 968/1561) olmuşdur. 

O, “Miftahu’s-saadə” adlı əsərində fəlsəfi elmlərlə əlaqəli kitabların oxunma 

şərtlərindən bəhs edərkən belə deyir:  

                                                 

3

 qədim, başlanğıcı olmayan deməkdir. 



4

 Bax. Tusi, Təcridu’l-etiqad, Qum, 1407, səh. 120, 154, 157, 191; Əllamə Hilli, 



Kəşfu’l-murad, təhqiq edən: Həsən Həsənzadə Amuli, hicri-qəməri 1425, səh. 

393-394;  Əkmələddin Babərti,  Şərhu’t-Təcrid, Nuruosmaniye Kitabxanası 

(əlyazma  əsər), nömrə: 2160, vərəq 123

b

,  Əli Quşçu,  Şərhu’t-Təcrid



(Siyalkuti’nin Haşiyə alə Şərhi’l-Məvaqif adlı əsərinin kənarında), İstanbul, hicri-

qəməri 1311, C. 3, s. 267-268. 




Fəlsəfi Kəlam və Nəsirəddin Tusi 

155 


“İkinci şərt onların (filosofların) sözlərilə İslam alimlərinin sözlərini bir 

birinə qarışdırmamaqdır. Doğru olanla qəbul olunmamalı olanları ayırma 

qüdrətinə sahib olmamaları  səbəbilə müsəlmanlar bu cəhətdən çoxlu zərər 

görüblər. Bəzən kəlam kitablarında onlardan (filosofların görüşlərindən) 

bəhs edərək doğruluqlarına dair dəlil gətirməkdədirlər. Nəsirəddin Tusi və 

onun tərəfdarlarından öncə belə bir məzc (fəlsəfi və kəlami mövzuların eyni 

yerdə müzakirə edilməsi) yox idi. İmam Gəzzali ve İmam Razi kimi sələfdən 

olan alimlər kəlam kitablarıni fəlsəfəylə məzc etmişdilər. Ancaq onlar bunu 

–necə ki, əsərlərinə görürsən- rədd etmək məqsədilə etmişdilər; zira bunda 

doğru olmayan bir şey yoxdur. Əksinə, bu, müsəlmanlara yardım etmək və 

onların əqidələrini qorumaq üçün idi”.

5

 



Taşköprüzadənin büyük təəssüflə  qələmə aldığı bu ifadələr  əslində 

həqiqəti əks elətdirməkdədir. Belə ki, həqiqətən də kəlamla məşşailiyi məzc 

etmə cəhdləri Qəzzali və Razilə başlasa da, onların bu fəaliyyəti öz daxilində 

fəlsəfəyə qarşı bir reaksiya ehtiva edirdi və filosoflara cavab vermə 

məqsədini güdürdü. Xüsusilə, Razinin yaradıcılığına diqqət yetirdikdə, 

fəlsəfəylə  məşğul olmasına və  kəlam  əsərlərinə  fəlsəfi mövzuları daxil 

etməsinə baxmayaraq, onun kəlam  əsərlərində  məşşai fəlsəfəyə qarşı 

antaqonist meyillər görülməktədir. Bəzi tətqiqatçıların da qeyd etdiyi kimi, 

“Razi kəlam naminə  fəlsəfəylə  məşğul olmuşdur”.  Əslində, bu ifadəni 

qismən dəyişdirərək onun əşəri kəlamı naminə  fəsləfəylə  məşğul olduğunu 

iddia etmək daha doğru olardı. Ancaq Tusinin yaradıcılığına diqqət 

yetirdiyimizdə  vəziyyət tamamilə başqa bir rəngə bürünməktədir. Onun 

özünün də  məşşai fəlsəfə  ənənəsinin nümayəndəsi olduğunu nəzərə alsaq

onun qeyd olunan ənənəyə qarşı hər hansı bir antipatiyası olduğundan bəhs 

etmək mümkün deyildir. Hətta, bəzi tədqiqatçılar onun “fəlsəfə naminə 

kəlamla məşğul olduğunu” iddia ediblər. Ancaq Tusinin kəlam  əsərlərinə, 

xüsusilə “Təcrid” ve “Fusul”a nəzər saldıqda bu görüşün tam mənasıyla 

həqiqəti  əks etdirmədiyi üzə  çıxar. Belə ki, Tusi bir çox məqamda məşşai 

ənənənin görüşlərini müdafiə etsə də, yuxarıda da qeyd etdiyimiz kimi kəlam 

elmi baxımından qəbul edilməsi mümkün olmayan mövzularda qeyd olunan 

fəlsəfi ənənənin görüşlərini tənqid edərək kəlamçı libasına bürünür. Demək 

                                                 

5

 Taşköprizadə,  Miftahu’s-saadə ve misbahu’s-siyadə fî mavzuati’l-ulum, təhqiq 



edən: Kamil Bəkri, Abdulvahid Ebu’n-Nur, Qahirə, 1968, C. 1, səh. 28. 


 Dr. Aqil ŞİRİNOV 

156 


ki, onun nə tam mənasıyla fəlsəfə naminə kəlamla məşğul olduğunu, nə də 

kəlamın mənafeyi baxımından fəlsəfəylə  məşğul olduğunu söyləmək 

mümkün deyildir.  

Tusinin kəlam elmi sahəsindəki bu metodu özündən sonra böyük 

rezonans doğurmuşdur. Onun fəlsəfi kəlam sahəsindəki ən böyük əsəri olan 

“Təcridu’l-etiqad”a yazılan  şərh və haşiyələrin çoxluğu bunu təsdiq edir. 

Belə ki, istər sünni, istərsə  də  şiə  kəlam  ənənəsində adı  çəkilən  əsərə iki 

yüzdən çox şərh, haşəyə  və  təliqat yazılmışdır. Osmanlı  mədrəsələrində 

“Təcrid”in  Şəmsəddin  İsfahani (ö. 749/1349 ) tərəfındən yazılan  şərhinə 

Seyyid  Şərif Cürcaninin (ö. 816/1413) yazdığı haşiyənin dərs kitabı kimi 

oxudulması Tusi düşüncəsinin Osmanlıda da yaxşı tanındığını  və  rəğbət 

qazandığını göstərməkdədir. Əslində, Tusinin adı keçən əsərinin İslamın hər 

iki  əqidə  məktəbinə  mənsub olan alimlər tərəfindən rəğbətlə qarşılanması 

kəlam tarixində nadir halda görülən, hətta, demək olar ki, Tusiyə  qədər 

görülməyən bir hadisədir. Fikrimizcə, bunun əsas səbəbi Tusinin digər 

məzhəblərə qarşı təəssüb hissi ilə yaxınlaşan bir alim olmamasıdır. Onun öz 

müasirləri olan sünni alimlərilə dostluq münasibətləri qurması fikrimizi 

təsdiqləməkdədir. Belə ki, Tusinin Qutbuddin əş-Şirazi (ö. 710/1311) və 

Nəcməddin  əl-Katibi (ö. 740/1339) kimi qabaqcıl tələbələri  Əhl-i Sünnətə 

mənsub alimlər olmuşlar. Bundan başqa Marağadakı  rəsədxanada onunla 

birlikdə çalişan alimlər içərisində  də bir çox sünni alim vardı. Tusinin 

məşhur  əşəri mütəkəllimi Qazi Beyzaviylə (ö. 685/1286) də dost olduğu 

qeyd olunur. Əsərlərində digər məzhəblər haqqında alçaldıcı ifadələr 

işlətməməsi də onun təəssübdən uzaq olduğunun başqa bir dəlilidir. Ayrıca 

müəyyən edə bildiyimiz qədərilə Tusi, digər  İslam məzhəblərini təkfir 

etməyən ilk İmami alimdir. Ondan öncə  Şiə-İmamiyyə  kəlam məktəbinə 

mənsub olan alimlər digər məzhəblərə  mənsub olan müsəlmanları  təkfir 

edirdilər.

6

 Tusi isə digər müsəlmanların təkfir edilməsinin doğru bir hərəkət 



olmadığını açıqca vurgulamışdır.

7

 Məhz bu səbəblərdən o, İbn Teymiyyə (ö. 



728/1328),  İbn Qayyim əl-Cəvziyyə (ö. 751/1350) və bu kimi sələfiyyə 

                                                 

6

 Bax. Şeyx Müfid, Əvailu’l-məqalat, təhqiq edən: Mehdi Mühəqqiq, Tehran, hicri-



qəməri 1413, səh. 11; Muhamməd Həsən Qədrdan Qaraməliki,  Kəlam-e fəlsəfi

Qum, hicri-şəmsi 1383, səh. 179-210 

7

 Tusi, Təlxisu’l-Muhassal, Beyrut, 1405/1985, səh. 405. 




Fəlsəfi Kəlam və Nəsirəddin Tusi 

157 


alimləri istisna olmaqla həm sünni, həm də  şiə  kəlam məktəbinə  mənsub 

olan alimlər tərəfindən hörmətlə anılan bir alimə çevrilmişdir. Mütəaxxirun 

dövrünün  ən böyük mütəfəkkirlərindən sayılan Təftəzani, Cürcani, Mir 

Damad (ö. 1041/1631), Molla Sədra (ö. 1050/1641), Əbdürrəzzaq Lahici (ö. 

1051/1641), Molla Fənari (ö. 834/1431) kimi alimlər öz əsərlərində Tusinin 

görüşlərinə yer ayıraraq ondan “mühəqqiq” deyə  bəhs etmişlər. Bu da 

Tusinin Fəxrəddin  ər-Razilə birlikdə mütəəxxirun dövrü düşüncəsindəki 

təsirini göstərməkdədir. 

Tusinin kəlam sahəsində  ən önəmli  əsərləri “Təcridu`l-e`tiqad”, 

“Təlxisu`l-muhassal”, “Fusul” (“əl-ədillətu’l-cəliyyə fi şərhi’l-Fusuli’n-

Nasiriyyə” adli əsərlə birlikdə yayınlanmışdır, Beyrut, 1986, “Qəvaidu`l-

əqaid” (“Təlxisu’l-Muhassal”da, səh. 437-468) və  “İsbat-ı vacib” 

risalələridir (hazırlayan Fuad Sezgin, Frankfurt, 2000/1420). Bunlardan 

basqa da onun “Risalətu`l-imamə” (Tehran, 1916/1335 və “Təlxisu’l-

Muhassal”da, səh. 424-433), “Şərhu Məsələti`l-elm” (“Əcvibətu’l-məsaili’n-

Nasiriyyə”də, Tehran : Pejuheşgah-e Ulum-e İnsani və Motaləat-e Fərhəngi, 

hicri-şəmsi 1373, səh. 71-108), “Cəbr və  Qədər risalələri” (“Məcmua-e 

Rəsail-e Xacə Nəsirəddin Tusi” kitabında, Tehran, hicri-şəmsi 1335, səh. 8-

27 və “Təlxisu’l-Muhassal”da, səh. 477-478), “Əqallu mə yəcibu`l-i`tiqadu 

bih” “(Təlxisu’l-Muhassal”da, səh. 471-472), “Əl-muqniə fi əvvəli`l-

mavcudat” (“Təlxisu’l-Muhassal”da, səh. 473-474), “Əl-ismə” (“Təlxisu’l-

Muhassal”da, səh. 525) kimi kəlama dair risalələri də mövcuddur. Bütün 

bunlar, Tusinin kəlama dair samballı bir əsərinin olmadığını iddia edən bəzi 

sovet dövrü tədqiqatçılarının bu iddialarının əsassız olduğunu sübut edir.

8

 

Son olaraq qeyd etmək lazımdır ki, Nəsirəddin Tusi İslam kəlamında 



“mütəəxxirun kəlamı” adı verilən fəlsəfi kəlamın banilərindən biri olaraq 

İslam düşüncəsində yeni cığır açan alimlər cərgəsində öz yerini tutmuşdur. 

 

 

                                                 

8

 bax. Fərman Eyvazov, Dahi Alim ve Filosof, Bakı, 1981, səh. 6. 




 Dr. Aqil ŞİRİNOV 

158 


 

 

ƏDƏBİYYAT 

 

1. Babərti,  Əkmələddin.  Şərhu’t-Təcrid. Nuruosmaniye Kitabxanası 



(əlyazma əsər), nömrə: 2160  

2. Eyvazov, Fərman. Dahi Alim ve Filosof. Bakı, 1981 

3. Hilli, İbn Mutahhar (əllamə). Kəşfu’l-murad. təhqiq edən: Həsən 

Həsənzadə Amuli, hicri-qəməri 1425 

4. Qaraməliki, Muhamməd Həsən Qədrdan. Kəlam-e fəlsəfi. Qum, hicri-

şəmsi 1383 

5. Quşçu,  Əli.  Şərhu’t-Təcrid  (Siyalkuti’nin “Haşiyə alə  Şərhi’l-

Məvaqif” adlı əsərinin kənarında). İstanbul, hicri-qəməri 1311 

6. Razi, Fəxrəddin. Muhassal (“Təlxisu’l-Muhassal”la birlikdə). Beyrut, 

1405/1985 

7. Razi, Fəxrəddin. Nihayətu’l-uqul. Süleymaniye Kitabxanası Ragıp 

Paşa bölümü (əlyazma əsər), nömrə:597 

8. Şeyx Müfid. Əvailu’l-məqalat. təhqiq edən: Mehdi Mühəqqiq, Tehran, 

hicri-qəməri 1413 

9. Taşköprizadə. Miftahu’s-saadə ve misbahu’s-siyadə fî mavzuati’l-

ulum. təhqiq edən: Kamil Bəkri, Abdulvahid Ebu’n-Nur, Qahirə, 1968, C. 1 

10. Tusi, Nəsirəddin. Fusul (əl-ədillətu’l-cəliyyə fi şərhi’l-Fusuli’n-

Nasiriyyə” adli əsərlə birlikdə yayınlanmışdır). Beyrut, 1986 

11. Tusi, Nəsirəddin. Qəvaidu`l-əqaid (“Təlxisu’l-Muhassal”da) . 

Beyrut, 1405/1985 

12. Tusi, Nəsirəddin.  Şərhu’l-İşarat və’t-tənbihat. təhqiq edən: Kərim 

Feyzi, Qum, hicri şəmsi 1383 

13. Tusi, Nəsirəddin. Təcridu’l-etiqad. Qum, hicri qəməri 1407 

14. Tusi, Nəsirəddin. Təlxisu’l-Muhassal. Beyrut, 1405/1985 

15. Zəhəbi. Tarixu' l-İslam və vəfəyatu'l-məşahir ve'l-ə'lam : hicri 671-

680. təhqiq edən: Ömər Əbdussəlam Tədmuri, Beyrut, 1999/1419 




Fəlsəfi Kəlam və Nəsirəddin Tusi 

159 


 

 

SUMMARY 

 

Nasir al-Din at-Tusi is one of the famous thinkers in Islamic thought. 



The ensemble of Tusi’s writings amounts to approximately 150 titles on a 

wide variety of subjects. Tusi, than being a philosopher who establishes a 

system, was an eclectic thinker as being one of the founders of philosophical 

theology. His book Tajrid al-'Itiqad was a major work on Shia-Imamiyya 

philosophical Kalam (Islamic Scholastic Philosophy) and enjoyed 

widespread popularity. Tusi's influence has been significant in the 

development of science especially in the development of Islamic 

philosophical theology. 

  

 

РАЗЮМЕ 

 

Насираддин Туси один из известных мыслителей в исламской мыс-



ли. Он является автором более 150 книг. Туси, был эклектичным мыс-

лителем являющимся одним из основателей философического богосло-

вия.  Его  книга  Таджрид  ал-етигад  была  главной  работой  шиитского 

философического  калама  (исламского  философического  богословия)  и 

обладала широко распространенной популярностью. Его труды оказали 

огромное влияние на развитие науки особенно на развитие исламского 

философического богословия. 

 

 



Yüklə 374,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə