БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ
ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН
ELMИ
МЯЪМУЯСИ
№ 09 APREL (NİSAN) 2008
Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair
367
ERKƏN İSLAM DÖVRÜNDƏ VƏHY-AĞIL
MÜNASİBƏTLƏRİNƏ DAİR
Məmmədov Elvüsal Nurullah oğlu
AMEA-nın Z. Bünyadov adına Şərqşünaslıq
institutunun Din və İctimai fikir şöbəsinin aspirantı
İslam düşüncəsi tarixində vəhy qarşısında ağlın mövqeyi bu
formasiyanın təşəkkül tapdığı dövrdən etibarən beyinləri düşündürən bir
məsələ olmuşdur. Bu məsələ müasir dövrdə də istər müsəlman, istərsə də
müsəlman olmayan alim və mütəfəkkirləri bu yöndə yeni-yeni araşdırmalara
baş vurmağa vadar edir. Tarix boyu ağıl-vəhy, ağıl-iman, nəql
*
-əql, xəbər
**
-
ağıl, hədis-rəy
***
, nəss
****
-qiyas
*****
və bəyan
******
-bürhan
*******
kimi
müxtəlif adlandırılmaların şahidi olan din-ağıl münasibətləri barədə
sələfiyyə, kəlam, sufilik və fəlsəfə kimi fərqli istiqamətlər yeknəsəq olmayan
görüşlər irəli sürmüşdür. Peyğəmbərin vəfatı ilə İslamın hadisə və əşyalara
münasibətində vəhy kimi əvəzsiz mənbə itirilmiş, onun hələ həyatda ikən
münasibət bildirmədiyi məsələlərin izahında mütləq, həlledici, nəhai
*
Nəql dini termin olub islam alimlərinin din elmləri adlandırdıqlarında biliyin əldə
edilməsinin əsas metodu sayılır və “vəhydən gələn, ötürülən” mənasını verir.
**
Xəbər “mərfu”, “məvquf” və “məqtu” hədis deyilən anlayışları özündə ehtiva
edən geniş mənalı dini termindir. Belə ki mərfu hədislər Peyğəmbərin özünə,
məvquf hədislər səhabələrə, məqtu hədislər isə tabiinlərə aid edilir.
***
Rəy İslamda əşya və hadisələrə ilk rasional yanaşma olub Peyğəmbərin və
səhabələrin zamanında da özünü bu və ya digər şəkildə göstərirdi.
****
Nəss hər hansı bir məsələ haqqında Quranda və Sünnədə açıq şəkildə əksini
tapmış məlumat, dini mətnlərin ümumi adı kimi başa düşülür.
*****
Qiyas islam fiqhində termin olub Quran və Sünnədə barəsində münasibət
bildirilməyən dini bir məsələ barəsində nəssdə izahını tapmış digər oxşar məsələ
ilə analogiya əsasında hökm çıxartmaq deməkdir.
******
Bəyan Allahın bildirdiyi hökmləri insanların başa düşəcəyi bir dildə onlara
çatdırma mənasına gələn fiqhi istilah.
*******
Bürhan şəriətlə əlaqəli hər hansı bir məsələdə rasional yanaşma ilə gətirilən,
heç bir şübhə doğurmayan dəlil, sübut .
Məmmədov Elvüsal Nurullah oğlu
368
xarakterə malik, irrasional, fövqəlşüur məziyyətli vəhyin yerini rasional
təfəkkürə əsaslanan, ancaq Quran və Sünnənin qoyduğu çərçivədən kənara
çıxmayan rəy tutmuşdu. Bir şeyi qeyd edək ki, şəxsi ictihad və rəy hələ
Peyğəmbərin zamanında mövcud olsa da ancaq “... hər hansı bir ictihad və
yozumun onun (Peyğəmbərin – M.E.) təsdiqləyici münasibəti olmadan
davamlı hökm olması mümkün deyildi”
1
.
Peyğəmbərin vəfatından sonra dinin məsələlərinə itaətkar dindarlıq,
şəksiz imanla səciyyələnən yanaşma ilə bərabər, dialektik münasibət
bildirmə tərzi də ortaya çıxdı. Buna səbəb olan faktorlar çox idi. “...bu
faktorlardan olan xəlifəlik məsələsi, Hz. Osmanın şəhid edilməsi,
müsəlmanlar arasında ortaya çıxan daxili çəkişmələr (Cəməl və Siffin
döyüşləri), fərqli din və mədəniyyətə malik xalqlarla ünsiyyətə girmə halları
düşüncədə fərqlənmələrə gətirib çıxartmışdı”
2
. Xilafətin genişlənməsi ilə
müsəlmanların dövlət idarəçiliyi, vəzifə bölgüsü kimi yeni problemləri
ortaya çıxmış və bu zaman geniş mənada Allah qarşısında məsul olan
insanın eyni zamanda dövlət qarşısında da məsuliyyət daşımalı olmuşdu.
Belə bir insanın öz iradəsi baxımından pislik və yaxşılıq məsələsində hansı
statusa sahib olması ətrafında cərəyan edən fikri çəkişmələrin nəticəsində
Quran ətrafında dialektik bir fəlsəfənin təzahürləri sezilməyə başladı.
Xaricilərin “böyük günah”, “Hökm Allahındır!” kimi məsələlərlə bağlı
iddiaları, VII əsrin axırlarında Suriyada yaranmış və Əməvi xanədanına haqq
donu geydirməyə çalışan Mürciə cərəyanının “iman-əməl” konsepsiyası ilkin
dövrlərdə islam təfəkkür tarixinin şahidi olduğu din-fəlsəfə münasibətlərinin
ibtidai təzahürü idi. Bütün bu proseslər haqqında dəqiq təsəvvürün əldə
edilməsi üçün Peyğəmbərin zamanında ağıl-vəhy münasibətlərinə yenidən
nəzər salmağı münasib hesab edirik.
İslam əqidəsinə görə, Məhəmməd bir rəsul, bir elçi kimi Allahın
dediklərini insanlara çatdırmaq missiyasını daşıyır və bu zaman Allahın
peyğəmbərinə bildirdikləri vəhylə gerçəkləşirdi. “Vəhy (isə) hər hansı bir
peyğəmbərə nazil edilən Allahın sözüdür”
3
. Peyğəmbərin həyatına dair
yazılmış erkən mənbələrdən aydın olur ki, bəzən vəhy lazım olan anda
1
Hayreddin Karaman. İslam hukuk tarihi. Kadıköy, 1989, səh. 69.
2
Ramazan Altıntaş. İslam düşüncesinde işlevsel akıl. Sivas, 2003, səh. 17.
3
Mehmet Erdoğan. Vahiy-akıl dengesi açısından sünnet. İstanbul, 2001, səh. 13.
Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair
369
gəlmir, insanlar isə peyğəmbərlərindən cavab gözləyirdilər. Bu zaman “...o
(Məhəmməd peyğəmbər – M.E.), özünə ünvanlanmış suallara cavab vermək,
yaxud ortaya çıxan hər hansı bir problemi həll etmək, onları hüquqi cəhətdən
əsaslandırmaq kimi hallarla qarşılaşırdı”
4
. Elə isə Peyğəmbər bu kimi hallar
səbəbi ilə daşıdığı məsuliyyətdən, qeybi bilməməsi
*
və vəhyi gözlədiyi halda
onun gecikməsindən dolayı nə etməli, Allahın bildirdiyi mütləq biliyin –
vəhyin yerini nə ilə doldurmalı idi? Bu zaman onun köməyinə ortaya çıxan
problemə öz əqli nöqteyi-nəzərindən münasibət bildirməsi gəlsə də ancaq
bu, yenə də tam şəkildə vəhyi əvəz edə bilmirdi. Bu səbəbdən Peyğəmbərin
şəxsi rəyinə əsaslanaraq verdiyi hökmlər bəzən vəhyin tənqidinə tuş gəlirdi.
Peyğəmbərin inzibati, siyasi və iqtisadi məsələlərə dair şəxsi görüşünü
bildirməsi bütün islam alimləri tərəfindən yekdilliklə qəbul edilmiş
məsələdir. Dini məsələlərə gəlincə, Peyğəmbərin onlara rasional münasibət
bəsləyib-bəsləməməsi xüsusunda islam alimləri arasında fikir ayrılığı
mövcuddur
∗
. Peyğəmbərin dini məsələlərdə öz şəxsi fikrini bildirərkən
əsaslandığı prinsiplərin nədən ibarət olması bu fikir ayrılığının əsas
səbəbidir. Ancaq qəti surətdə məlum olan budur ki, irrasional, mütləq biliyin
– vəhyin gəlmədiyi hallarda Peyğəmbər rasional yanaşma metoduna baş
vurmuşdur. O, “...vəhyi gözləməsinə baxmayaraq, onun gəlməyəcəyi
qənaətinə vardıqdan sonra, əlbəttə ki, sonsuza qədər gözləməyəcək,
(düşdüyü) vəziyyət, şərait nəyi tələb edirdisə, onu edəcəkdi”
5
. Bu zaman
Peyğəmbər ya susur, ya da Cahiliyyə dövründən qalan prinsiplərə üz tutur
(İslam alimlərinə görə Peyğəmbərin müraciət etdiyi bu prinsiplər İbrahim
peyğəmbərdən qalma hənifliyin qalıqları idi. Onların bu mövqeyi Quran
ayələrinə əsaslanır, bax: Quran, XXII/78), məşvərətçi qrup (şura) təşkil edir
(Peyğəmbər yenə də bu kimi addımı Qurana əsaslanaraq atırdı, bax: Quran,
III/159), səhabələrini ictihada ruhlandırır və nəhayət öz şəxsi rəyi və
4
Yenə orada, səh. 142.
*
İslam ənənəsinə görə, Məhəmməd peyğəmbər olmasına rəğmən, istədiyi zaman
qeybi bilmir, yalnız Allahın istədiyi təqdirdə ona qeybdən xəbər verilə bilərdi.
Bax: Quran, VII/188; VI/50; LXX/26-27.
∗
Ətraflı məlumat üçün bax: Hayreddin Karaman. İslam hukukunda ictihad. İstanbul,
1996, səh. 37-38.
5
قﻟﺎﺧﻟا دﺑﻋ ﻲﻧﻐﻟا دﺑﻋ
.
ﺔﻧﺳﻟا ﺔﻳﺟﺣ
.
،نودﻧرﻳﻫ
ﻟا راد
،ءﺎﻓو
1993
ص ،
.
202
.
Məmmədov Elvüsal Nurullah oğlu
370
ictihadını bildirirdi
6
. Vəhyin olmadığı hallarda Peyğəmbərin ağla müraciət
etməsi İslamın mahiyyət etibarı ilə insan ağlına verdiyi əhəmiyyətin
göstəricisidir. Ancaq rasional metoduna görə bəzən Peyğəmbər Quranın
xəbərdarlıqları ilə üz-üzə gəlirdi (bax: Quran, VIII/67-68; IX/43).
Vəhyin gəlmədiyi zamanlar Peyğəmbərin müraciət etdiyi üsullar sırf
rasional təfəkkürün məhsulu idi. Belə olmasa idi, vəhyin olmadığı və ya ona
lüzumun görülmədiyi təqdirdə bu və ya digər hadisə ilə bağlı məsələlərə
şəxsi fikri, rəyi əsasında münasibət bildirdiyi zaman buraxılan xətalara görə,
Peyğəmbərin ilahi əmrin “məzəmmətinə” tuş gəlməsi
∗∗
absurd olardı. Onun
zamanında vəhyin münasibət bildirmədiyi məsələlərə diqqət yetirsək görərik
ki, burada tətbiq edilən əqli yanaşma özündə bir çox anlayışı – analogiya
(qiyas), sillogizm (istinbat, istidlal, istihsan), konsensus (şura) və sairi
birləşdirir. Burada çox mühüm bir şeyi qeyd etməyi unutmamalıyıq ki,
Peyğəmbərin nəzdində yeni dinin mənbəyi kimi irrasional olan (vəhy)
rasional olanla (ağıl) müqayisədə böyük üstünlüyə malik idi. Bu qeyri-
bərabər bölgüyə baxmayaraq, yeni din ağılın əhəmiyyətini heçə
endirməmişdi. Ancaq yenə də dini prinsiplərlə bağlı şəxsi rəy və əqli
yanaşmalar vəhyin nəzarəti altında idi.
Yuxarıda Peyğəmbərin bir-sıra rasional metoddan istifadə etdiyini qeyd
etmişdik. Bunlardan biri də çoxluğun baş verənə rasional münasibət tərzini
öyrənmək idi. İslam hüququnda şura adlandırılan bu metod bəzən dini, bəzən
ailə-məişət, bəzən də idarə etmə və inzibati məsələlərlə bağlı olurdu. Burada
biz misal olaraq yeni dinin erkən mənsublarının gündəlik beş vaxt ibadətə -
namaza toplanmasını asanlaşdırmaq üçün çağırıcı bir vasitənin təyin
edilməsi xüsusunda Peyğəmbərin səhabələrinin rəyini soruşması (azan
məsələsi)
7
, üzərinə zina (qeyri-qanuni cinsi əlaqə) böhtanı atılan, ancaq
Quranın qəti münasibəti ilə (bax: Quran, XXIV/11-12) təmiz olduğu
6
Mehmet Erdoğan. Vahiy-akıl dengesi açısından sünnet. İstanbul, 2001, səh. 142-
160.
∗∗
Bədir döyüşündə əsir düşmüş məkkəlilər barəsində çıxarılmış “rasional” qərara
görə Quranın Peyğəmbəri məzəmmətləməsi (bax: Quran, VIII/67-68), Təbuk
səfəri zaman Peyğəmbərin ondan izn istəyən bir-neçə münafiqə izn verməsindən
dolayı töhmətləndirici vəhyin enməsi (bax: Quran, IX/43) və s. bu qəbildəndir.
7
Buxari. Came əs-Səhih. “Azan” bölməsi. Hədis № 318; Tirmizi. əs-Sünən.
“Namaz” bölməsi. Hədis № 189 və s.
Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair
371
bildirilən həyat yoldaşı Aişə ilə bağlı bəzi səhabələri (Əli ibn əbu Talib,
Üsamə ibn Zeyd və s.) ilə məşvərət qurması
8
, Bədir, Uhud və Xəndək
döyüşlərindən qabaq səhabələri ilə məşvərət keçirməsi
9
və digər faktları
göstərə bilərik. Eyni zamanda Peyğəmbər baş vermiş olanlar xüsusunda
vəhy gecikdiyi zaman şəxsi rəy və ictihadı ilə hərəkət edərdi. Bu təqdirdə
onun “...ictihadının vəhyə əsaslanması şərt deyildi”
10
. Ancaq Peyğəmbər heç
vaxt vəhyin nəzarətindən kənarda qalmamışdır. Yeri gəlmişkən biz onun
vəhyin olmadığı zaman ortaya çıxan hadisələrə rasional baxımdan münasibət
bildirməsində iki mühüm cəhəti nəzərdən qaçırmamalıyıq: Peyğəmbər
tərəfindən rasional münasibət bildirilən elə məsələlər var idi ki, onlar məişət
xarakterli olub gündəlik həyata, inzibati işlərə aid idi. Bu zaman
Peyğəmbərin ictihadı yerinə yetirilməsi, əməl olunması zəruri, mütləq hökm
xarakterində deyildi. Məsələn, buraya Bədir döyüşündən qabaq Peyğəmbərin
seçdiyi mövqe ilə bağlı şəxsi rəyi
11
, bitkiləri süni tozlandırmaqla məşğul
olan topluluğun yanından keçdikdə onların etdikləri ilə razılaşmaması
12
və s.
daxildir. Digər bir cəhət isə budur ki, barəsində Peyğəmbərin öz şəxsi rəyini,
ictihadını bildirdiyi məsələlər dinin bu və ya digər hökmləri ilə bağlı
məsələlər idi. Bu zaman Peyğəmbər verdiyi ictihadda yanılırdısa, vəhyin
məzəmmətedici münasibəti ilə üz-üzə gəlirdi. Bu tip ictihada dair faktlar
çoxdur. Məsələn, Bədir döyüşündə əsir düşmüş məkkəlilər barəsində
çıxarılmış “rasional” qərara görə Quranın Peyğəmbəri məzəmmətləməsi
(bax: Quran, VIII/67-68), Təbuk səfəri zaman Peyğəmbərin ondan izn
istəyən bir-neçə münafiqə izn verməsindən dolayı töhmətləndirici vəhyin
enməsi (bax: Quran, IX/43), həyat yoldaşı Zeynəbin otağında nisbətən çox
qaldığı üçün digər əyalları tərəfindən guya ağzından Zeynəbin yanında ikən
baldan hazırlanmış şərbəti içdiyindən pis qoxunun gəlməsi kimi uydurmadan
sonra bir daha ballı şərbət içməyəcəyinə dair and verməsi və bu səbəbdən
8
302
ﻲطوﺑﻟا نﺎﺿﻣر دﻳﻌﺳ دﻣﺣﻣ
.
ةرﻳﺳﻟا ﻪﻘﻓ
.
رﻛﻔﻟا راد
.
،قﺷﻣد
1991
.
ص
.
9
Yenə orada, səh. 233-234; 255-256; 313.
10
Şah Veliyullah ibn Abdirrahim. Huccetullahil baliğa. (Türkçesi: Mehmet
Erdoğan). İstanbul, 1994. səh. 471.
11
ﻲطوﺑﻟا نﺎﺿﻣر دﻳﻌﺳ دﻣﺣﻣ
.
ةرﻳﺳﻟا ﻪﻘﻓ
.
رﻛﻔﻟا راد
.
،قﺷﻣد
1991
.
ص
.
233
12
Müslim. əs-Səhih. “Fəzilətlər” bölməsi. Hədis № 140/2362; Həmçinin, bax: Kadir
Gürler. Rey kavramının etimolojik düzeni ve kavramsal gelişimi. Çorum İlahiyat
fakültesi dergisi, 2002/2. səh. 183.
Məmmədov Elvüsal Nurullah oğlu
372
Allahın tənbehinə tuş gəlməsi (bax: Quran, LXVI/1) və sair bu qəbildəndir.
Peyğəmbərə aid elə ictihad faktları mövcuddur ki, sırf şəkildə əqli xarakterə
malikdir. Məsələn, həcc etməyi niyyət edən, lakin öldüyü üçün onu yerinə
yetirə bilməmiş anasının əvəzinə həcc etməyin mümkün olub-olmamağını
Peyğəmbərdən soruşan bir qadına Peyğəmbərin: “Əlbəttə, həcc et, ananın bir
borcu olsa idi, onu sahibinə qaytarmazdınmı?” – deyə cavab verməsi
13
, oruc
ikən həyat yoldaşını öpən və Peyğəmbərdən bunun orucu pozub-pozmaması
barəsində soruşan Ömər ibn əl-Xəttaba: “Su ilə ağzını yaxalasaydın, orucun
pozulardımı?” – kimi rəyini bildirməsi
14
və digər faktlar buraya daxildir.
Sezmək heç də çətin deyildir ki. Peyğəmbər burada müqayisəyə –
analogiyaya (qiyasa) əsaslanmışdır.
Peyğəmbərin şəxsi rəyi, ictihadı barəsində yekun olaraq onu deyə bilərik
ki, o, peyğəmbərliyi zamanı sadəcə vasitəçi – vəhyi alıb insanlara ötürən
olmamış, müxtəlif məsələlərə dair şəxsi görüşə, ictihada sahib olmuşdur. Bu
kimi ictihad xüsusunda peyğəmbərliyin bəxti onda gətirmişdi ki, rəy və
ictihad vəhylə üst-üstə düşmədiyi təqdirdə ilahi əmr ona düzəliş verirdi.
Quranın münasibət bildirmədiyi və ya səthi, ümumi olaraq toxunduğu
məsələlərin rasional izahında Peyğəmbərin çiyinlərinə düşən yük onun
məsləkdaşlarından da yan keçmədi. Peyğəmbər vəhyin qoyduğu sabit, ciddi
qaydaların şamil olunmadığı məsələlərdə səhabələrinə rasional düşünmə
azadlığı vermişdi. “O, din və gündəlik həyatın ortaya qoyduğu zərurət olan
ictihad məsələsində səhabələrini də yetişdirmək, (bu işdə onlara) rəhbərlik
etmək üçün həm özünün iştirakı, həm də iştirakı olmadan (onların) ictihad
etməsinə icazə verir, onları bu işə ruhlandırırdı”.
15
Ancaq səhabələrin ictihad
etmələri o zaman qəbul edilə bilərdi ki, ya bu ictihadı doğuran hadisə və ya
məsələ Peyğəmbərin olmadığı zaman ortaya çıxsın, ya da məsələnin
mahiyyətində öyrənmək, təcrübədən keçirmək dursun. Peyğəmbərin
hüzurunda müstəqil olaraq çıxarılmış rasional nəticə onun təsdiqi olmadığı
təqdirdə hökm etmə məziyyəti daşımırdı. Onun zamanında səhabələrin
ictihad etmələrinə misal kimi, Əli ibn əbu Talibin Yəməndə ikən yanına
13
Buxari. Came əs-Səhih. “Tövsiyələr” bölməsi. Hədis № 19.
14
İbn Macə. Sünən. “Oruc” bölməsi. Hədis № 19.
15
Hayreddin Karaman. İslam hukukunda ictihad. İstanbul, 1996. səh. 40.
Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair
373
gələn və bir uşağın ataları iddia edilən üç nəfərin arasında verdiyi hökm
16
,
Əmr ibn Asın cünub (cinsi əlaqə və ya pollyusiyadan sonra yuyunaraq
təmizlənməyi zəruri edən hal) ikən namazda imamlıq etməsi
17
, Xəndək
döyüşü zamanı səhabələrin bəni-Qüreyzə qəbiləsinin olduğu əraziyə
çatmadan əsr namazını qılmamaq barəsində Peyğəmbərin göstərişi ətrafında
fikir ayrılığına düşmələri
18
, su olmadığı üçün təyəmmüm edib namaz qılan
iki səhabədən birinin su tapdıqdan sonra dəstəmaz alaraq namazını yenidən
qılması, digərinin isə qılmaması
19
, bəni-Qüreyzə qəbiləsinin sülh şərtlərini
pozmasından sonra onlara dair hökmün verilməsində Sə`d ibn Muaz adlı bir
səhabənin verdiyi rəyin Peyğəmbər tərəfindən qəbul edilməsi
20
, gecə
pollyusiya nəticəsində cünub olmuş Əmmar ibn Yasir və Ömər ibn əl-
Xəttabın təyəmmümlə namazın qılınıb-qılınmayacağına dair fərqli
görüşləri
21
və sairi göstərmək olar. Aydın olur ki, Peyğəmbərin sağlığında
məsələ və hadisələrə rasional yanaşma tərzi – ictihad mövcud olmuşdur.
Ancaq bu dövrdə ictihad dini biliyin əsas mənbəyi sayılmır, ona az-az
hallarda müraciət olunur, ondan çıxarılan nəticə dinin ehkamları nizamlayan
hökm rolunu oynamır və yalnız vəhy və Peyğəmbərin təsdiqindən sonra şər`i
status kəsb edirdi.
Peyğəmbərin vəfatından sonra Quranın və onun özünün münasibət
bildirmədiyi problemlərin həlli üçün vəhyə müraciət qeyri-mümkün oldu.
Ancaq yeni vəziyyət səhabələrin hələ Peyğəmbərin sağlığında müstəqil
rasional yanaşma metoduna alışmalarından dolayı iman-ağıl qarşıdurmasına
yol açmadı. Peyğəmbərdən sonra onun məsləkdaşları praktiki məziyyətə
malik məsələlərlə bağlı olan qeyri-stabil vəziyyətlərdə ictihada (rəy)
müraciət edir, ortaya çıxan problemləri bu yolla aradan qaldırmağa çalışırdı-
lar. Onların zamanında da rəy (ictihad) “Kitab və Sünnənin hökmünü açıq-
lamadığı məsələlər üzərində nəsslərin (müqəddəs mətnlərin) hissə-hissə və
16
مﻳﻘﻟا نﺑا
.
نﻳﻣﻟﺎﻌﻟا بر نﻋ نﻳﻌﻗوﻣﻟا مﻼﻋإ
.
،ضﺎﻳرﻟا
1423
ـﻫ
.
ﻝوﻷا دﻠﺟﻣﻟا
.
ص
.
203
17
Buxari. Came əs-Səhih. “Təyəmmüm” bölməsi. Hədis № 7.
18
204
مﻳﻘﻟا نﺑا
.
نﻳﻣﻟﺎﻌﻟا بر نﻋ نﻳﻌﻗوﻣﻟا مﻼﻋإ
.
،ضﺎﻳرﻟا
1423
ـﻫ
.
ﻝوﻷا دﻠﺟﻣﻟا
.
ص
.
19
Yenə orada.
20
.Müslim. Came əs-Səhih. “Cihad” bölməsi. Hədis № 168; Buxari. Came əs-Səhih.
“əl-Məğazi” bölməsi. Hədis № 38.
21
Əbu Davud. Sünən. “Təmizlik” bölməsi. Hədis № 124.
Məmmədov Elvüsal Nurullah oğlu
374
ya tam olaraq verilmiş şərhlərinə əsaslanaraq düşünməklə hökm çıxaran”
22
vasitə idi. Sonralar “istihsan”, “istislah” və “qiyas” kimi terminlərlə
adlandırılacaq rasional təfəkkür formaları o dövrdə “rəy” məfhumunun
ehtiva etdiyi anlayışlar sayılırdı. “Bu dövrdə sistemli şəkildə olmasa da təbii
və fitri adlandırılması mümkün olan fikir yürütmə və qiyas (analogiya) növü
mövcud idi”
23
. XX əsrin məşhur Misir alimi Əli Sami ən-Nəşşar bu dövrü
belə xarakterizə edir: “Quran insanları varlıq və yaradılış haqqında
düşünməyə çağırır, fərqli hadisə və şeylər arasında analogiya (qiyas)
aparmağa səsləyir, qiyasla düşünməyə rəğbət yaradırdı. Bu cür qiyasa
əsaslanan düşüncə tərzini ...praktik metod adlandırmaq mümkündür”
24
.
Bir sözlə, Peyğəmbərin vəfatından sonra onun ardıcılları ortaya çıxan
yeni problemlər qarşısında təqlidçi, mühafizəkar mövqe tutmadılar. Əgər bu
və ya digər məsələyə ənənəvi iki mənbə - Quran və Sünnə konkret
münasibət bildirmirdisə, rasional həll metodunda – rəydən istifadə edilirdi.
Son olaraq varılan rasional çıxarış və nəticələrə nəhai, yekun münasibətin
bildirilməməsi – əvvəllər bu vəzifə Peyğəmbərin üzərinə düşürdü və
Peyğəmbər isə artıq həyatda yox idi – bəzən hədsiz fikir ayrılığı ilə müşayiət
edilirdi. Bunun üçün ilk xəlifələr Əbu Bəkir və Ömər fikir ayrılıqlarının
qarşısını almaq üçün məşvərət xarakterli rəy, ictihad şurası çağırırdılar. Fərdi
rasional yanaşma tərzi kollektiv olaraq çıxarılmış hökmlər (icma) ilə
müqayisədə qanuni təsir qüvvəsini itirdi. Göründüyü kimi, kollektiv əqli
yanaşma (konsensus) tərzi də ilkin islam rasionallığının xarakterik cizgisi
idi. Artıq şuranın (induktiv metod) toxunduğu məsələlərin məzmunu da
dəyişmişdi. Əgər Peyğəmbərin dövründə şura siyasət və məişət problemləri
ilə maraqlanırdısa, səhabələrin zamanında isə şəriət məsələləri də şurada
müzakirə edilməyə başlandı. Bu isə təbii idi: peyğəmbərlik dini məsələlərin
həllində heç kəsə güzəştə gedə bilməzdi. Çünki, Peyğəmbər bu iş üçün
göndərilmişdi. Ancaq onun vəfatı ilə labüd olan fiziki yoxluq bir boşluğa
səbəb oldu. Bu zaman insanlar yeni vəhy və peyğəmbərin gəlişini gözləyə
bilməzdilər. Peyğəmbərlik və vəhy arxada qalmışdı və bu səbəbdən yeni
problemlər vəhyin deyil, əqlin diktəsi ilə hərəkət edən insan – səhabə
22
İslam ansiklopedisi. Türkiye Diyanet Vakfı İstanbul, 1991. c. XIII, səh. 5.
23
Şükrü Özen. İslam Hukuk düşüncesinin aklileşme süreci. İstanbul, 1995, səh. 179.
24
رﺎﺷﻧﻟا ﻲﻣﺎﺳ ﻲﻠﻋ
.
مﻼﺳﻻا ﻲﻓ ﻲﻔﺳﻠﻔﻟا رﻛﻔﻟا ةﺄﺷﻧ
.
،ةرﻫﺎﻘﻟا
1962
.
ﻝوﻻا دﻠﺟﻣﻟا
.
ص
4
-
5
.
Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair
375
tərəfindən rasional olaraq həll edilməli idi. Ancaq bu rasionallıq özlüyündə
mütləq müstəqilliyə malik deyildi. Quran və Sünnə bu rasional düşüncə
tərzində fundamental bazis rolunu oynayırdı. Lakin buna rəğmən, yenə də
burada ağılın rolu sezilir. Bu barədə XII əsrin fəqih alimlərindən olan Əbu
İshaq əş-Şirazi yazır:
“...səhabələr üçün fiqhin qaynağı Allah və Onun rəsulunun (Allahın
salamı və xeyir-duası ona olsun!) müraciətləri və bu müraciətlərdən ağlın
çıxardığı məna və hökmlər, Peyğəmbərin (Allahın salamı və xeyir-duası ona
olsun!) davranışları və ağılın bu davranışlardan əxz etdiyi hökmlərdir... ”
25
.
Yeri gəlmişkən, mühüm bir məsələni qeyd etmək yerinə düşərdi: bu dövr
üçün nəzəri rasionallıq xarakterik deyildi və səhabələrin ictihadı daha çox
praktiki olub bu və ya digər hadisənin ortaya çıxdığı an özünü göstərirdi.
Bu dövrün rasional təfəkkür səhnəsində bəzən əsaslı səbəblərdən dolayı
ilahi əmrlərə fərqli yanaşmalara da rast gəlinirdi. Vəhyin qoyduğu ehkamlar
ümumi olaraq şamil olunma gücünü saxladığı halda rasional yanaşmanın
nəticəsi olaraq xüsusi hallarda tətbiq edilmirdi. Məsələn, II xəlifə Ömər ibn
əl-Xəttab Quranın Kitab əhlindən olan qadınlarla evlənməsinə icazə
verməsinə
*
rəğmən, xilafətin Mədaindəki valisinə yazdığı məktubda bunu
qeyri-müsəlman olanlarla evlənildiyi halda müsəlman qadınların ərsiz
qalacaqları təhlükəsindən dolayı qadağan etmış
26
, aclıq illərində oğurluqdan
dolayı oğrunun əlinin kəsilməsi cəzasını tətbiq etməmişdi
27
. Həmçinin,
mütləq biliyin – vəhyin fərqli sahələrdə tətbiqi zamanı müxtəlif rasional
yanaşmalar özünü göstərirdi. Bu da son nəticədə səhabələr arasında fikir
müxtəlifliyinə səbəb olurdu.
Səhabələrin dövründə ağıl-vəhy münasibətlərini aşağıdakı bəndlərdə
yekunlaşdırırıq:
a) Xilafətin sərhədlərinin genişlənməsi və fərqli formasiyalara mənsub
toplumlarla qarşılaşma səbəbindən yeknəsəq olmayan bir mədəniyyət
formalaşırdı. Bundan dolayı Peyğəmbərin zamanında olmayan hadisələr
25
يزارﻳﺷﻟا قﺎﺣﺳإ وﺑأ
.
ءﺎﻬﻘﻔﻟا تﺎﻘﺑط
.
،تورﻳﺑ
1970
.
ص
.
35
*
Bax: Quran, V/6.
26
Hayrettin Karaman. İslam hukuk tarihi. Kadiköy, 1989, səh. 117.
27
Muhammed Yusuf Musa. Fıkhı islam tarihi. İstanbul, 1983, səh. 94.
Məmmədov Elvüsal Nurullah oğlu
376
ortaya çıxır, səhabələr Quran və Sünnə ilə yanaşı, rasional həll metoduna –
rəyə (ictihad) də əl atırdılar.
b) Sonrakı dövrlə müqayisədə sözügedən müddətdə fikir ayrılığına səbəb
olacaq hadisələr az idi və rasional metod geniş vüsət almamışdı.
v) Rasional düşüncə öz təsirini yalnız praktiki sahədə göstərirdi və
yuxarıda dediyimiz kimi, rasionalizmin nəzəri aspektləri hələ işlənib
hazırlanmamışdı. Bunu sonralar ictihad, rəy, qiyas, istihsan və s. kimi
terminlərlə adlandırılacaq məfhumların o dövrdə müvafiq istilahlarla maddi
qabığını tapmaması kimi faktdan da sezmək çətin deyildir.
q) Rasional yanaşmada fərdiyyətçilikdən daha çox kollektivçilik özünü
göstərirdi. Fərdi ictihad şura ictihadı ilə müqayisədə təsir etmə baxımından
“kəsərli” deyildi. Şura induktiv metod kimi, verdiyi yekun rəyə (icma) görə,
vəhyi bilikdən sonra əsas rasional məziyyətə malik yanaşma hesab edilirdi.
Səhabələrdən sonrakı dövr islam təfəkkürü tarixində tabiin dövrü
adlandırılır. Tabiin adlandırılan nəsil Peyğəmbərin deyil, onun səhabələrinin
müasirləri sayılırdı. Bu dövrün özündə də rasionallıq Quran və Sünnə ilə
müqayisədə daha az təsirə malik idi. Ortaya çıxmış bu və ya digər məsələnin
həlli ilk öncə Quranda, sonra Sünnədə, daha sonra isə səhabələrin verdiyi
rasional qərarlarda - ictihadlarda axtarılırdı. Son nəticədə bir şey hasil olmaz
idisə, ictihada müraciət etmək olardı. Bu dövrdə də rasional induktiv metod
(şura) vaz keçilməz bir zərurət sayılırdı. Bu dövrün sonuna yaxın islam
düşüncə tarixində əql-vəhy “qarşıdurmasının” ilk təzahürləri özünü göstərdi.
Daha çox Qurana və Sünnəyə üstünlük verən, hədis əhli adlandırılan firqə
arasından rasional metodu – rəyi qətiyyən qəbul etməyən bir qrup ortaya
çıxdı. Digər tərəfdən isə Quran və Sünnə ilə yanaşı, ictihadı da özlərinə bir
metod seçmiş, rəy əhli adlandırılan cərəyan nümayəndələri arasında ifrat
dərəcədə rasional həll yollarına üstünlük verənlər tapıldı. Təxminən 70-80 il
davam edən vəhy-əql “yoldaşlığı” öz yerini daha sonralar sistemli şəkildə
vəhy-ağıl qarşıdurmasına səbəb olacaq ibtidai ziddiyyətlərə verdi. Beləliklə,
“...tabiin və ondan sonrakı dövrdə bu ibtidai rasional düşünmə tərzi
dərinləşərək daha da sistematik bir hal alacaq, xüsusi nizama malik sistemli
düşüncə tərzinə - kəlama zəmin hazırlayacaq idi”
28
. Fərqli düşüncə
28
Montoqomeri Vatt. İslam düşüncesinin teşekkül devri (çev. Ethem Ruhi Fığlalı).
İstanbul, 1998, səh. 228.
Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair
377
sistemlərinin ortaya çıxmasında “biliyin mənbəyi vəhydir” deyən bir qrupun
“olanla yetinmə” konsepsiyası ilə yanaşı, digər qrup insanın fərdlər və
cəmiyyətin həqiqəti əldə etmək və yeni dəyərlərin bazasını möhkəmlətmək
üçün ağlın işə yarayacağını israr etməsi səbəb rolunu oynamışdı. Ancaq
ortaya bir sual çıxır: Peyğəmbərin və ondan sonrakı səhabə və tabiin
dövründə irrasional mütləq biliklə yanaşı, məlum hallarda tətbiqində hər
hansı bir qəbahət görülməyən ağılın birdən-birə işə yaramayacağını irəli
sürənlər nə dərəcədə haqlı idilər? Burada biz maraqlı bir təzadın şahidi
oluruq: ya ağıl zaman məfhumuna tabe olmayaraq birinci mərhələdə olduğu
kimi, sonrakı dövrdə də qəbul edilməli idi. Bu zaman ikinci mərhələdə onu
inkar edənlərin irəli sürdükləri əks konsepsiyaları yenidən nəzərdən
keçirtmək lazım gələcəkdi; ya da mütləq sabitlik xüsusiyyətinə malik
olmayan ağılın rolu süni şəkildə artırıldığından onun vəhyin ortaya qoyduğu
ehkamlarda özünün ikinci dərəcəli izahedici statusundan yeganə, əsas təhlil
vasitəsi “mərtəbəsinə” yüksəlməsi nəticəsində qarşı tərəfin əsaslı narazılığı
və nəhayət optimal müdafiə üçün kortəbii olaraq rasional yanaşmanı
“lənətləməsi” əsas götürülməli idi. Bu zaman isə lənətlənməyə səbəb olan bu
ağıl “təkamülünün” keçdiyi yolu aydınlatmaq zəruri hala gələcəkdi. Bu
proseslər ətrafında ortaya çıxan suallara münasib, qaneedici cavaba tapmaq
üçün isə öncə bu proseslərin səbəblərini, daha sonra onların baş vermə
ardıcıllığını araşdırmaq zəruri hesab olunur.
Məmmədov Elvüsal Nurullah oğlu
378
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Türk dilində
1. Hayreddin Karaman. İslam hukuk tarihi. Kadıköy, 1989.
2. Hayreddin Karaman. İslam hukukunda ictihad. İstanbul, 1996.
3. Ramazan Altıntaş. İslam düşüncesinde işlevsel akıl. Sivas, 2003.
4. Mehmet Erdoğan. Vahiy-akıl dengesi açısından sünnet. İstanbul,
2001.
5. Muhammed Yusuf Musa. Fıkhı islam tarihi. İstanbul, 1983.
6. Montoqomeri Vatt. İslam düşüncesinin teşekkül devri (tərcümə edəni:
Ethem Ruhi Fığlalı). İstanbul, 1998.
7. Şah Veliyullah ibn Abdirrahim. Huccetullahil baliğa. (tərcümə edəni:
Mehmet Erdoğan). İstanbul, 1994.
8. Kadir Gürler. Rey kavramının etimolojik düzeni ve kavramsal
gelişimi. Çorum İlahiyat fakültesi dergisi, 2002/2.
9. İslam ansiklopedisi. Türkiye Diyanet Vakfı. cild XIII. İstanbul, 1991.
10. Şükrü Özen. İslam Hukuk düşüncesinin aklileşme süreci. İstanbul,
1995.
Ərəb dilində
1
.
قاحسإ وبأ
يزاريشلا
.
ءاھقفلا تاقبط
.
،توريب
1970
2
.
ميقلا نبا
.
نيملاعلا بر نع نيعقوملا ملاعإ
.
لولأا دلجملا
.
،ضايرلا
1423
ـھ
.
3
.
قلاخلا دبع ينغلا دبع
.
ةنسلا ةيجح
.
،نودنريھ
،ءافولا راد
1993
4
.
راشنلا يماس يلع
.
ملاسلاا يف يفسلفلا ركفلا ةأشن
.
لولاا دلجملا
.
،ةرھاقلا
1962
.
5
.
يطوبلا ناضمر ديعس دمحم
.
ةريسلا هقف
.
ركفلا راد
.
،قشمد
1991
Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair
379
XÜLASƏ
Erkən islam dövründə vəhy-ağıl münasibətlərinə dair
Məqalədə erkən islam dövründə ağıl-vəhy münasibətlərinə dair dolğun
təsəvvürün əldə edilməsinə cəhd edilir. Bildirilir ki, ağıl İslamın inkar etdiyi
mücərrədlik deyildir. Ancaq o, vəhylə müqayisədə irrasional məlumatların
şərhedicisi rolunu oynaya bilmir. Peyğəmbərin əşya və hadisələrə
münasibətdə ağıla müraciət etməyinə gəlincə, bu, daha çox vəhyin gəlmədiyi
və ya gecikdiyi zamanlara təsadüf etmişdir. Müəllifin gətirdiyi faktlar onu
göstərir ki, Peyğəmbər bu və ya digər problem xüsusunda rasional həll
üsullarını inkar etməmiş, məsləkdaşlarını da yeri gəldikcə bu işə
ruhlandırmışdır. Onun zamanında vəhy əşya və hadisələrə münasibətdə
prioritetlik baxımından üstün status kəsb etmiş, ağıla isə vəhyin lüzum
görülmədiyi təqdirdə müraciət edilmişdir. Müəllif həm Peyğəmbərin, həm də
səhabələrin dövründə Quranın əsas istinad mənbəyi kimi qəbul edilməsini
göstərməklə yanaşı, rasional düşüncəyə müraciətin də mövcud olmasını
dolğun dəlillərlə əsaslandırmağa çalışmışdır.
SUMMARY
About revelation - mentality relations at the early age of Islam
In the article it`s attempted to get full imagination about revelation-
mentality relations at the early age of Islam. It`s notified that mentality is not
the abstraction that Islam denies. But in comparison vith revelation it can`t
appear as the interpreter of irrational information. As for the Prophet`s
address to mentality in respect to things and events, it`s mostly found when
the revelation stopped comeing or was late. The author`s facts show that the
Prophet didn`t deny rational solution methods in respect with any problem,
even encouraged his followers to this work. In his time revelation had
prevalent degree for priority in regard with things and events, but it was
addressed to mentality when there wasn`t need to revelation. Showing that
Məmmədov Elvüsal Nurullah oğlu
380
the Quran was accepted as the main source of reference at both the Prophet`s
and companion`s time, he equally tried to substantiate the presence of
address to rational thought with appropriate arguments.
РЕЗЮМЕ
Об отношение к откровению – мыслям в ранний исламский период
В статье автор попытался дать полное представление об отношении
к откровения-мыслям раннего периода Ислама, было показано что
мысли (умозаключения) – не отвергаемая абстракция Ислама. И только
лишь в сравнении с откровениями он не может играть роль коммента-
риев иррациональней информаций. Что касается обращения Пророка к
разуму, то это было в большой степени в отсутствие откровений или
его задержки. В приведелных автором фактах видно, что Пророк не от-
вергал методы рационального решения тех или иных проблем и даже
вдохновлял на это своих сподвижников. В его время Откровения в от-
ношение того или иного случая было приоритетным, к разуму обраща-
лись когда не было нужды в откровениях. Автор попытался обосновать
фактами, что имело место обращения к рациональному умозаключе-
нию, несмотря на того что и Пророк и сподвижники принимали Коран
как главный источник для обращения.
Dostları ilə paylaş: |