Baki döVLƏt universiteti «Təsdiq edirəm»



Yüklə 68,34 Kb.
Pdf görüntüsü
tarix21.07.2018
ölçüsü68,34 Kb.
#57604


AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 

BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

 



 

 

 

 

 

 

 

 

       «Təsdiq edirəm»          

                                                                                  

BDU-nun Filologiya fakültəsinin dekanı   

                                                                                 

«__________________» prof. E.İ.ƏZİZOV 

                                                                                  

«____» ______________ 2008-ci il 

 

 

 

 

 

 

 

 

 

Rus dilciliyi kafedrasının əməkdaşlarının elmi-tədqiqat  

işlərinin yerinə yetirmələri haqqında elmi 

 

H E S A B A T I  

 

 

 

 

 

 

 

BAKI  -  2008 

 



I. ELMI-TƏDQIQAT IŞLƏRININ ƏSAS ISTIQAMƏTLƏRI 

 

2008-ci ildə rus dilçiliyi kafedrasında elmi-tədqiqat işləri 3 mövzuda davam etdirilir. 

1. Rus ədəbi dilinin fonetik sisteminin inkişaf qanunauyğunluqları. 

2. Müasir rus ədəbi dilinin leksik-qrammatik sistemi. 

3. Tərcümə məsələləri. 

 

 

 

KAFEDRANIN  STRUKTUR  VƏ  ŞTAT  CƏDVƏLI  



 

 

1.

 



Quliyeva Lalə Hüseyn q. – kaf. müdiri, f.e.d., prof. 

2.

 



Hacıyeva Elmira Cəfər qızı – f.e.n., dosent 

3.

 



Məhərrəmova Sevinc Abbasqulu qızı – f.e.d., prof.əv. 

4.

 



İsmayılova Rəna İbrahim  qızı – f.e.n., b.müəl. 

5.

 



Heydərova Elvira Akif  qızı – f.e.n.,  dos.əv. 

6.

 



Məmmədbəyli Firavan Adil Geray qızı – b.müəl. 

7.

 



İbrahimova Tamilla İsmail qızı – b.müəl. 

8.

 



Xidirov Nazim Vəli oğlu – b.müəl. 

9.

 



Zeynalova Nailə Tofiq qızı – müəl. 

10.


 

Cəfərova Rəhilə Adil qızı – baş lab. 

11.

 

Əliyeva Səkinə Əli Ağa qızı – b.lab. 



 

 

   Kadrlarda dəyişikliklər:  

1. 2008-ci il yanvar ayından f.e.n., baş müəllim Elvira  Akif qızı Heydərova   

0,5 ştatdan tam ştat dosent əvəzi vəzifəsinə  keçib. 

2. 2008-ci il oktyabr ayından Tağıyeva Kəmalə Oqtay qızı öz xahişi ilə baş 

laborant vəzifəsindən azad edilib. 

 



II. RUS DİLÇİLİYİ KAFEDRASINDA APARILAN ELMI-TƏDQIQAT 

VƏ ELMİ METODİK İŞLƏRİNİN  HESABATI 

 

Rus  dilçiliyi  kafedrasının  müdiri  f.e.d.,  prof.  Quliyeva  Lalə  Hüseyn  qızı  – 



«Azərbaycanda rus şivələri və rus toponimiyası»  mövzusunda elmi işin I hissəsini 

yerinə  yetirmişdir.  Elmi  işdə  Azərbaycanda  rus    şivələrinin  fonetik  xüsusiyyətləri 

təhlil  edilir,  ana  ləhcələri  ilə  əlaqəsi  təyin  olunur,  rus  şivələrinin  öyrənilməmiş 

fonetik  xüsusiyyətləri aşkar olunur. Tədqiqat yeni  yığılmış dialektoloji  materiallar 

üzərində yazılmışdır. 

Mövzu  ilə  əlaqədar  olaraq  çap  olunmuş  dərs  vəsaiti  olan  «Rus  dialektologi-

ya»sında (Bakı, 2008, 191 s., 12 çap vərəqi). Azərbaycanda rus şivələrinin illüstra-

tiv materiallarından istifadə olunmuşdur. 

L.H.Quliyeva  may  ayında  Pyatiqorskda  keçirilən  Beynəlxalq  Elmi-Metodik 

konfransda,  oktyabr  ayında  Moskvada  Russiyanın  xalq  Dostluğu  Universitetində 

keçirilən I Beynəlxalq Elmi konfransda iştirak etmişdi. 

Yoşkar-Ola  şəhərində  Volqaboyu  Onomastika  XI  Beynəlxalq  elmi  konfransa 

məqalə  göndərmiş  və  çap  olunmuşdur.  Ümummilli  lider  H.Ə.Əliyevin  anadan 

olmasının  85  illik  yubileyinə  həsr  olunmuş  Elmi-Nəzəri  Konfransda  iştirak 

etmişdi. 

 

2.  Kafedranın  dosenti,  f.e.n.  Hacıyeva  Elmira  Cəfər  qızı    -  «Emosional 

leksikanın tərcüməsi haqqında» mövzusunda elmi işi yerinə yetirib. 

Bu  işdə  göstərilir  ki,  Azərbaycan  dilində  emosional  leksika  mühüm  yer  tutur 

və  bu  tərcüməçilər  üçün  müəyyən  problemlər  yaradır.  Bü  nöqteyi-nəzərdən  elmi 

əsərdə  əsasən  bir  problem  qoyulur:  emosional  leksikanın  tərcüməsi  vacibdir,  ya 

yox.  Azərbaycan  ədəbiyyatından  götürülmüş  misallar,  sözlər,  ifadələr  və  onların 

analizi  sübut  edir  ki,  bu  dil  vahidlərinə  və  onların  tərcüməsinə  böyük  diqqət 

ayrılmalıdır. Onlar tərcümə olunmuş əsərdə mütləq öz əksini tapmalıdır. Əks halda 

tərcümə originala xas olan milli xüsusiyyətini itirir. 

Elmi  işin  nəticəsi  olaraq  «Dil  və  ədəbiyyat»  beynəlxalq  elmi-nəzəri  jurnalın 

iki nömrəsində №1(61) və №4 (64) məqalə çap etdirmişdir. 




 

3.  Rus  dilçiliyi  kafedrasının  prof.əv.,  f.e.d.  Məhərrəmova  Sevinc  Abbasqulu 

qızının  «Rus  və  Azərbaycan  dillərində  düzəltmə  mücərrəd  isimlərin  müqayisəli 

tədqiqi» mövzusunda elmi işi artıq tamamlanıb. 

Bu elmi işin əsasında monoqrafiya hazırlanmışdır. 

Bu  elmi  işin  əsas  məqsədi  və  nəticələri  düzəltmə  mücərrəd  isimlərin  rus  və 

Azərbaycan dillərində oxşar və fərqli cəhətlərini aşkar və geniş təhlili etmək, onları 

müxtəlif leksik-semantik qruplar və sinonim cərgələr üzrə tədqiq etməkdir. 

Bu  elmi  işin  əsasında  monoqrafiya  hazırlanmışdır.  Bu  monoqrafiya  «giriş», 

iki fəsil, «nəticə» və ədəbiyyat siyahısından ibarətdir. Çap olunmaq üçün mətbəəyə 

təqdim  olunub.  Hər  fəsil  müvafiq  paraqraflardan  və  yazım  bölmələrdən  ibarətdir. 

fəsillərdə həmçinin hər iki dillərin misallarına aid müvafiq cədvəllər də verilir. 

Elmi  işdə  leksikada  baş  verən  müxtəlif  semantik  proseslərin  şərhi  və  təhlili 

planlaşdırılmışdı. 

Mənanın 

daralması, 

genişlənməsi, 

dəyişilməsi, 

deetimologizasiya,  etimologizasiya,  «daralma»  və  s.  proseslər,  kateqoriyalar 

konkret misallar əsasında geniş təhlil olunub, tarixi amillər nəzərə alınıb. 

«Müasir  rus  dili.  Semasiologiya»  adlı  dərs  vəsaiti  (rus  dilində)  çap  olunub 

(Bakı,  2008,  101  s.).  Dərs  vəsaiti  Təhsil  Nazirliyinin  «Avropa  dilləri  və 

ədəbiyyatı»  adlı  elmi-metodik  şurasında  təsdiq  edilib.  Dərs  vəsaiti  «Giriş»,  12 

fəsil, 18 təcrübə çalışma və ədəbiyyat siyahısından ibarətdir. 

 

4.  Kafedranın  dosent  əv.,  f.e.n.  Heydərova  Elvira  Akif  qızı  «Linqvistikanın 



tarixi və metodologiyasına aid» adlı elmi işi yerinə yetirmişdir. 

Bu  il  ərzində  dil  nəzəriyyəsinə  aid  material  tplanıb.  XX  əsrin  linqvistik 

konsepsiyalarına  xüsusi  diqqət  yetirilib.  Yeni  ədəbiyyata  əsaslanaraq  material 

aşağıdakı mövzulara bölünüb: 

1.

 

Antik dilçilik. 



2.

 

Orta əsrlərin dilçiliyi. 



3.

 

XVII-XVIII əsrlərin dil fəlsəfəsi. 



4.

 

Müqayisəli – tarixi dilçilik. 



5.

 

XIX əsrin linqvistik məktəbləri. 




6.

 

XIX əsrin linqvistik konsepsiyaları. 



7.

 

Dilçiliyin metodologiyası. 



Elmi  iş  dərslik  kimi  çapa  hazırlanır.  O  Filologiya  fakültəsinin  magistr 

pilləsində oxuyan tələbələr üçün tərtib olunub. 

2008-ci il «Qədim slavyan dili» dərs vəsaiti (Bakı, 2008, 413 s.) çap olunub. 

Ümummilli  lider  H.Ə.Əliyevin  anadan  olmasının  85-illik  yubileyinə  həsr 

olunmuş Elmi-Nəzəri Konfransda iştirak etmişdir. 

Ukrainanın Qorlovka şəhərində keçirilən Beynəlxalq konfransda iştirak etmək 

üçün məqalə göndərilib və çap olunub. 

 

 



5.  Kafedranın  baş  müəllimi  İbrahimova  Tamilla  İsmail  qızının  «Müasir  rus 

dilində  orfoepik  və  aksentoloji  variantlıq  üzrə  məlumat  lüğətinin  tərtib  edilməsi» 

mövzusunda elmi işi yerinə yetirilib. 

Lüğətin  tərkibinə  5000-dən  çox  ümumi  işlənilmədə  olan  söz  daxil  edilib.  

Çoxillik müşahidələrimizə görə, bu sözlərin tələffüzündə daha tez-tez səhvlərə yol 

verilir.  Bundan  əlavə  ümumelmi,  siyasi,  ümummədəni,  din-kilsə,  idman 

leksikasına  aid  olan  və  daha  çox  işlənən  bəzi  sözlər  və  həmçinin    son  illərdə  rus 

dilinə  daxil  olan  alınma  sözlər  və  bəzi  daha  çox  işlənən  abbreviaturalar  lüğətin 

tərkibinə daxil edilmişdir. 

Elmi  işi  yerinə  yetirərkən  aşağıdakı  leksikoqrafik  mənbələrdən  istifadə 

etmişəm. 

 

Hal-hazırda  lüğət  əlyazma  şəklində  hazırlanıb,  yaxın  gələcəkdə  çapa 



veriləcək. 

Lüğət materialları əsasında «Alınma sözlərdə aksentoloji variantlıq haqqında» 

adlı məqalə hazırlanmışdır, 2008-ci il dekabr nömrəsində dərc olunmalıdır. 

 

 



5.  Kafedranın  baş  müəllimi,  f.e.n.  İsmayılova  Rəna  İbrahim  qızı  «XX  əsrin 

sonunda  rus  dilinin  sintaksisində  baş  verən  dəyişikliklər»  mövzusunda  elmi  iş 

yerinə yetirmişdir. 



Dil  sisteminin  sintaksis  yarusunda  dəyişikliklər  ləng  gedir.  Sintaksisdə  olan 

dəyişikliklərin 

özünəməxsus  xüsusiyyətləri  var:  bir  tərəfdən,  sintaksis 

qrammatikanın bir  hissəsi kimi    yüksək  dərəcədə sabit  və stabildir, digər tərəfdən 

morfologiya ilə müqayisədə nisbətən çevikdir. 

Son  vaxtlar  sintaksisdə  danışıq  sintaksik  konstruksiyaları  fəallaşır.  Müasir 

cümlələr  parçalanmış,  qırıq  və  natamam  olur.  Bu  isə  sözlərin  ardıcıllığının  və 

kontekstin rolunu artırır. 

Müasir  sintaksis  klassik  sintaksisdən  fərqli  olaraq  ritmik  görkəmini  dəyişir: 

cümlənin uzunluğu kəskin azalır, hissələri isə ayrılır. 

 

6.  Kafedranın  baş  müəllimi  Məmmədbəyli  Firavan  Adil  Geray  qızı  Orta 



məktəbdə  «Rus  dilinin»  bölmələri  üzrə  tədrisi  metodikası  (universitetin  filologiya 

fakültəsinin  qiyabi  şöbə  tələbələri  üçün  metodik  vəsait  II  hissə)  metodik  vəsait 

üzərində işini yerinə yetirmişdir. Bu metodik vəsaitdə pedaqoji təcrübənin gələcək 

müəllimlərin peşəkarlığında rolu və orta məktəbdə sinifdənkənar işə həsr edilir. 

Pedaqoji  təcrübə  qiyabi  şöbəsində  Y  kursun  I  semestrində  keçirilir.  Pedaqoji 

təcrübə  fakültə  konfransından  başlanır.  Tələbələrə  metodistlər  tərəfindən  pedaqoji 

təcrübənin  məqsədi, tələbələrin orta  məktəbdə dərslərə  hazır olması  və  gözlənilən 

nəticələrdən söhbət açılır. 

Pedaqoji təcrübə orta  məktəbdə keçirilir. Tələbələr  məktəb  müəllimlərinin  və 

universitetin  metodistlərinin  rəhbərliyi  ilə  dərs  planı  hazırlayır,  dərslərdə  iştirak 

edir,  dərsdə  metod  və  priyomları  mənimsəyirlər.  Dərsin  plan-konspektinin 

nümunəsini seminar dərslərində tərtib etmiş tələbə pedaqoji təcrübədə öz biliklərini 

məktəbdə göstərirlər. 

Tələbə  filoloqun pedaqoji  fəaliyyəti  yalnız dərs deməkdən  ibarət deyil. O  bir 

vətənpərvər-tərbiyəçidir.  Bu  baxımdan  tələbə  üçün  sinifdənkənar  iş  böyük 

əhəmiyyət  kəsb  edir.  Tələbələr  şagirdlərlə  birlikdə  divar  qəzeti,  sinif  jurnalı,  

albomlar  üzərində  işləyir,  şagirdlər  arasında  olimpiada  və  çıxışlar  təşkil  edir.  Şa-

girdlərin  məktəbdənkənar  məşğuliyyətləri  ilə  maraqlanırlar,  diyarşünaslıq  işinə 

şagirdləri cəlb edirlər. Bu işlər tələbələrin peşakarlığına böyük təsiri var, çünki dil 



və  ədəbiyyat  gələcək  nəslin  tərbiyəsində  əsas  yer  tutur.  Tələbənin  pedaqoji 

fəaliyyəti kafedralara təhvil verilmiş sənədlərdə öz əksini tapır. 

 

7.  Kafedranın  baş  müəllimi  Xidirov  Nazim  Vəli  oğlu  «Qeyri-hind-Avropa 



dillərində təsirli və təsirsiz fellərə dair» mövzusunda işi yerinə yetirmişdir. 

Hind-Avropa  dillərindəki  ablauta  həsr  edilmiş  bir  qədər  əvvəl  yazılmış  kiçik 

məqalədə  biz  artıq  qeyd  etmişdik  ki,  Qeyri-hind-Avropa  dillərinin  müqaisəli 

materiallarının  cəlb  olunması  hind-Avropa  dillərinin  inkişafının  öyrənilməsi  üçün 

mühüm kömək göstərə bilər. Eyni  yanaşmaya  üstünlük verən R.Turneyzen bu cür 

materialların  digər  hind-Avropa  dillərindən  cəlb  edilməsinin  bu  dillərin  tarixi 

inkişafının başa düşülməsi üçün nə qədər dəyərli olduğunu göstərmişdi. 

Eyni  sözləri  ümumən  hind-Avropa  dillərinin  tədqiqatı  haqqında  da  demək 

olar,  çünki  bu  dillərin  inkişafının  müəyyən  edilməsi  zamanı  təkcə  bunların  dil 

materialı  ilə  kifayətlənmək  olmaz.  Bruqmanın  ümumiləşdirici  əsərləri  bir  çox 

ümumi  elementlərlə  bərabər  bu  dil  qrupu  sırasında  bir  çox  yayılmış  halların 

mövcudluğunu  müəyyən  edir  ki,  bunlar  da  qədim  vəziyyətin  qalığı  kimi  qəbul 

oluna  bilər.  Bunu  Royen  də  etiraf  edir:  «Qeyri-hind-Avropa  dilləri  haqqında 

məlumat toplandıqca tam aydın olur ki, hind-Avropa dilləri çıxışının tapılması heç 

də  asan  olmayan  mürəkkəb  bir  labirintə  bənzəyir».  Bruqman  qeyri-hind-Avropa 

materiallarının  hind-Avropa  tədqiqatlarının  bəzi  problemlərinin  aydınlaşdırılması 

üçün cəlb olunmasının zəruriliyini təkidlə bildirir. 

 

8. Kafedranın müəllimi Zeynalova Nailə Tofiq qızı «–in şəkilçili nisbi-yiyəlik 



sifətlər» mövzusunda elmi iş üzərində çalışır. 

Elmi  işdə  müasir  rus  dilində  –in  şəkilçili  nisbi  yiyəlik  sifətlərinin  bir  neçə 

qrup  təşkil  etməsi  göstərilir.  Onlardan:  şəxsi  isimlərdən  düzülən  sifətlər,  qohum-

əqraba adlarından – papinkin, babuşkin, tёtinkin, digər canlı isimlərdən – aktrisin, 

starostin, sosedkin, mifiloji məxluqlar – rusalkin, vedğminkin, satanin, heyvanların 

və  quşların  adlarından  –  belkin,  lastoçkin,  hökin  in  şəkilçisi  nəinki  rus  dilində, 

hətta  bəzi  türk  dilli  xalqların  dilində  və  şəxsən  Azərbaycan  dilində  nisbi  yiyəlik 

mənasını daşıyır: dənizin, günəşin, səhərin in şəkilçisi Azərbaycan şəxs əvəzlikləri 




ilə  birləşir  (tək  və  cəm  –  sən  sənin,  siz  sizin).  Burada  Azərbaycan  dilində  in 

şəkilçisinin  funksiyası  rus  dilində  işlənən  in  şəkilçisinin  funksiyası  ilə  üst-üstə 

gəlir. Bu fakt təsadüfi deyil və bu məsələ həm rus, həm də türk dilli dilçilərin təhlil 

obyekti ola bilər. 



 

Yüklə 68,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə