Bakıda “ Dünya Vegetarian günü”
Dünən axşam Bakı vegetarianları özlərinin “ peşə bayramı”nı, “ Dünya Vegetarian günü”nü qeyd ediblər.
Aile.lent.az-ın məlumatına görə, bayram münasibətilə Ülfət Namazov, Ramazan Bağırov, Sevil Mirzəyeva və Cəmilə Əmirova şəxsi təcrübələrini bölüşmək üçün qonaqlıq təşkil edib.
Qonaqlıqda ilk olaraq süfrəyə vegetarianların menyusuna daxil olan ağ kokosa bənzər top şəkilində təam təqdim edilib.
Daha sonra aparıcı Cəmilə Əmirova, Məmməd Zeynalov və Leyla Məmmədova qonaqları salamlayaraq bayramın tarixi ilə bağlı bir neçə tarixi fakt bölüşüblər.
Ardından “Qrifon” musiqi qrupu ifa edib, Aysel Hüseynovanın “Aysel studiyası” rəqs edib.
Qonaqlıqda həmçinin pianist Fuad Ədib, “İqor Krutoy” adın akademiyanın tələbəsi,
“Uşaq Eurovision” yarışmasının iştirakçısı Suada Ələkbərova, gənc müğənni Nəzrin Şərifzadə və Rinat Əlimov çıxış edib.
Qeyd edək ki, qonaqlıqda “FMS models” model agentliyinin rəhbəri Lyubov Qutorova da iştirak edib.
Dostları ilə paylaş: |