Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə9/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

28
hilik qüvvətlidir, yəni maddiliyin çoxcinsliliyindən çox haradasa 
yalnız bir növdən başqa imkanı olmayan ruhun daha böyüklüyü, 
yəni güclülüyü lazımdır. Tam bir növdən başqa imkanı olmayan 
daha böyük bəsitlikdə, yəni yekcinslikdə tam intuisiya mövcuddur. 
Haradasa insandan başlayaraq ilahi ülvi varlıqlara – mələklərə qə-
dər olan varlıqlar arasındakı varlıqlarda tam intuitivlik demək olar 
ki, yoxdur, yəni müəyyən dərəcədədir. 
Həyatın inkişafı spiral şəkilli olduğundan, bu, haradasa irəliyə 
gedən  inkişafda  bir-biri  ilə,  yəni  başlanğıcla  üst-üstə  düşməyən 
tam dövrənin müəyyən yaxın səviyyələridir. Şüur isə bu dövrədə 
onların hər ikisindən təxminən eyni dərəcədə orta bir vəziyyətdə 
yerləşir. Yəni əslində götürdükdə şüur instinktlə intuisiya arasında 
sabitlikdir. Şüurlu varlıqlar da maddi aləmdə ən müxtəlif səpgili 
formalarda  ola  bilərlər.  Onların  ibtidaisində  instinkt,  alisində  isə 
intuisiya güclüdür. 
Yer kürəsində yaşayan şüurlu varlıq insandır. İnsan müəyyən bir 
qrup təşkil edir. Yalnız bu qrupun daxilində bir-birindən fərqlən-
məyən insanlar var. Onların bəzilərində instinkt bəzilərində intuisi-
ya güclüdür. Ümumi orta səviyyə isə ümumi şüur səviyyəsidir. La-
kin bu yalnız Yer kürəsində olan insanlar qrupuna aiddir. Ola bilsin 
ki, maddi aləmin müəyyən nöqtələrində elə quruluşa və imkanlara 
malik insanlar olsun ki, onlardan bəziləri bir qrup halında insandan 
öz quruluş və imkanlarına görə aşağı səviyyədə olurlar ki, onlarda 
şüurla yanaşı instinktin qalıqları güclü olur. Bəziləri insandan qu-
ruluş və imkanlarına görə mükəmməl olurlar ki, onlarda şüur və 
ağılla yanaşı intuisiya güclü olur. 
İnsan  maddi  aləm  varlıqları  içərisində  orta  səviyyəli  olduğu 
üçün onlarda şüur və ağıl daha güclüdür. Yəni Yer kürəsindəki in-
sanların ümumi şüur səviyyəsi instinktlə intuisiya arasındakı şüur-
da sabitləşmişdir. İnsan varlıq kimi mövcud olandan gördüklərini 
və hiss etdiklərini dərk etməyə çalışmışdır. Bu mübarizədə insan 
öz ibtidai keçmişindən indiyə qədərki müddət ərzində bəşəriyyətin 
keçdiyi bir yol keçmişdir. Lakin insanı həm özü, həm də onu əhatə 
edən maddi aləm düşündürmüşdür. Odur ki, insanlar öz düşüncələ-


29
rini aydınlaşdırmaq üçün müəyyən yerlərdə, müxtəlif səviyyələrdə 
elmlə məşğul olmuşlar. Nəhayət, bu məşğuliyyət yerləri elm öyrə-
nilən yerlərə – elm mərkəzlərinə çevrilmişdir. Keçmişdə dünyanın 
dərk olunmasında bir bilici kimi astroloqlar və rəmmallar xüsusi 
rol oynamışlar. Şahlar öz saraylarında belə adamlara çox vaxt xü-
susi yer vermişdilər. Dövlətin bir çox daxili və xarici siyasətində 
astroloqların və rəmmalların fikirlərinə uyğun hərəkət edirdilər. 
Bəs bu astroloq və rəmmallar kimlər idi? Onlar bir-birindən nə 
ilə fərqlənirdi? Astroloqlar elmli adamlar olmuşlar. Onların fikirlə-
rinin söykəyində həmişə elm dayanmışdır. 
Onlar çoxillik müşahidələr, müxtəlif ölçmə və təyinetmə üsul-
ları  ilə,  o  dövr  üçün  mövcud  olan  vasitə  və  alətlərin  köməyi  ilə 
demək olar ki, çox dəqiqliklə günəşin, ayın və yerin dövr etməsini 
təyin edir, günəş və ay tutulmalarını əvvəlcədən xəbər verir, ulduz-
ların düzümünün Yer kürəsinə təsiri haqqında fikirlərini söyləyir, 
müxtəlif bürclər altında doğulan adamların əlamətlərə görə xarak-
terini təyin edirdilər. Həm də bütün bunlar az-çox elmi dərəcədə 
əsaslandırılırdı. Astroloqlar yalnız maddi aləmdə olan vasitələrin 
köməyi ilə maddi aləm haqqında düzgün fikir söyləyirdilər. 
Rəmmallar maddilik prinsipinə görə dünyanın dərkində astro-
loqlardan seçilirdilər. Onlar dünyanı ruhi vasitələrlə daha çox dərk 
edir, dünyaya bəsirət gözü ilə baxaraq müəyyən nəticələr çıxarır-
dılar.  Lakin  çox  vaxt  rəmmalların  da  fikirləri  astroloqlarınkı  ilə 
üst-üstə düşürdü. Onların aralarındakı fərq yalnız ondan ibarət idi 
ki, dünyaya baxışda astroloqlar maddiliyə, rəmmallar isə ruhiliyə 
arxalanırdılar. Astroloqların üstün cəhəti onda idi ki, onlar öz fikir-
lərini maddi dəlillərlə isbat edə bilirdilər. Rəmmallar isə öz fikirlə-
rini deyir praktikada doğruluğunu zaman göstərirdi, ancaq onlar bu 
halı yaradan səbəbləri çox vaxt izah edə bilmirdilər. 
Rəmmalların astroloqlardan üstün cəhəti o idi ki, ruhiliyə arxa-
lanan fikirləri çox-çox dərinliklərdən xəbər verirdi ki, bəzən astro-
loqlar üçün bu fikirlər olduqca əlçatmaz görünürdü. 
Bundan başqa sırf insan psixologiyası ilə bağlı başqa möcüzəkar 
görünən şəxslər də var ki, onlar da öz əməlləri ilə adamları heyrət-


30
də qoyurlar. Bunlar hipnozçular və yoqlardır. Hipnozçular müxtə-
lif vasitələrlə insanların duyğularına təsir edib onları müxtəlif işlər 
görməyə təhrik edirlər. Məsələn, kimsəni hipnoz vəziyyətinə salıb 
demək olar ki, sən Nyutonsan. Bu vəziyyətdə o şəxs özünü Nyu-
ton hesab edəcəkdir. Hipnozçuluqda elmilik olsa da daha ali qüv-
vələr tərəfindən verilmiş bir qabiliyyət də hiss olunur. Yoqa ilə isə 
istəsə hamı məşğul ola bilər. Çünki bədənin fiziki cəhətcə sırf təlim 
məşqləri nəticəsində həm fiziki, həm də ruhi bir halın birləşməsin-
dən əldə olunmuş nəticələrlə bir yoq həyat tərzinə yiyələnə bilərsən. 
Lakin yoq olmaq özünü düşünmək deməkdir. Çünki yoqa təlimi ilə 
məşğul olan kəs ictimaiyyətdən ayrılıb qapalı bir həyat sürür. 
Bəzi qaraçılar və falçılar isə tamamilə fərqli həyat tərzinə ma-
likdirlər. Onlar da müxtəlif səviyyələrdə öz qabiliyyətlərini göstə-
rir və inkişaf etdirirlər. Lakin onların xüsusilik təşkil edən cəhətləri 
var. Bəzi qaraçılar irsən müəyyən qabiliyyətə malikdirlər ki, bu qa-
biliyyətləri onların keçirdikləri həyat tərzindəki adətlərindən yara-
nır. Bəzi qaraçılarda fitrətən qismən intuisiya, bəzən də öz intuitiv 
qabiliyyətlərinin işə keçmədiyi zamanlarda müəyyən, o qədər də ti-
pik olmayan elmi yollarla müsahibini ələ almaq qabiliyyəti, bəzən 
də fırıldaqla məqsədinə çatmaq bir növ həyat tərzinə çevrilmişdir. 
Falçılar da o qəbildəndir. Onlar da ən müxtəlif vasitələrlə kimisə 
tovlayıb bir şey qoparmağa çalışan adamlardır. 
Sehrkarlarda  hipnozçuluqla  intuisiyalığın  müəyyən  cəhətləri 
birləşir.  Lakin  sehrkarlar  müəyyən  heyrətləndirici  işlər  görə  bil-
sələr də öz əməllərindən məqsədli istifadə edən kəslərdir. 
Cadugərlər daha çox intuisiyaya bağlılıqla öz imkanlarını nü-
mayiş etdirirlər. Ancaq cadugərlərdə də öz imkanlarından məqsəd-
li istifadə etmək cəhdləri var. Ümumiyyətlə götürdükdə isə elmi 
cəhətcə müəyyən nailiyyətlər əldə edənlər astroloqlar, yoqlar, qis-
mən hipnozçulardır. İntuisiya ilə bağlı rəmmallar, cadugərlər, qis-
mən də sehrbazlardır. Qismən intuisiyaya, qismən elmə, qismən də 
fırıldaqçılığa arxalananlar isə bəzi qaraçılar və falçılardır. 
Bütün  bu  sadalanan  qabiliyyətlər  içərisində  isə  ən  təhlükəlisi 
cadugərlərdir. Çünki onlar doğrudan da güclü qabiliyyətə malikdir-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə