Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə8/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   4   5   6   7   8   9   10   11   ...   77

25
run təlimlərində göstərilir ki, insanların bədənlərində olan ruhlar 
müəyyən qüsurlara malikdirlər, onlar tərəddüd edirlər, kamil olana 
qədər bir bədəndən başqa bədənə keçirlər, elə ki kamillik səviyyə-
sinə çatdılar, bədənlə əlaqələrini kəsirlər. 
Bu, metapsixoz adlanır. Əgər ruhlar heyvan bədəninə keçirlər-
sə, bu, metamorfoza adlanır. Əgər ruhlar bitkiyə keçirsə, bu yatır-
ma adlanır, əgər ruhlar minerallara keçirsə, bu daşlaşma adlanır. 
Belə  bir  sual  meydana  çıxa  bilər,  bəs  bəzən  nə  cür  ola  bilər  ki, 
təmizlənmə  mərhələsi  keçən  ruh  daha  aşağı  pillələrə  düşür?  Bu 
o zaman olur ki, ruh bilərəkdən qüsurlara yol verir, bədən hissiy-
yatının istəklərinə uyur və öz təmizliyini itirir. Belə olan təqdirdə 
ruh, ən ali varlıq tərəfindən öz layiq olduğu pilləyə endirilir. Gö-
rünür, insanlar öz fərdi xüsusiyyətləri ilə fərqləndikləri kimi, ruhi 
xüsusiyyətləri ilə də bir-birindən fərqlənirlər. Həm də insanlarda 
baş verə biləcək qüsurların başlıca mənbəyi onların əldə etdikləri 
biliklərin azlığı ilə bağlı olur ki, nəticədə onlar öz görəcəkləri iş-
lərə ağıllı surətdə yanaşa bilmirlər. Bütün bunların bünövrəsində 
isə  yalnız  müəyyən  dərəcədə  zəhmətə  qatlaşmaq  dayanır.  Çünki 
şüur  da,  ağıl  da  insanın  zəhmətinin  bəhrəsidir.  Şüur  –  hər  hansı 
bir varlığın yaşadığı müddət ərzində əldə etdiyi həyat təcrübəsidir. 
Şüur – müəyyən quruluşa və imkanlara malik varlığın mövcud ol-
duğu zaman həddində öz həyat təcrübəsi zamanı qazandığı bilikdir. 
Ağıl – müəyyən quruluşa və imkanlara malik varlığın mövcud ol-
duğu zaman həddində öz həyat təcrübəsi zamanı qazandığı bilik və 
başqalarının  həyat  təcrübələrini  öyrənmək  yolu  ilə  özününküləş-
dirmək nəticəsində əldə etdiyi biliklər toplusudur. Ancaq haradasa 
biliyin ümumi şüur səviyyəsindən aşağı olarsa, yalnız bir sahədə 
üstün olmağınla əldə etdiyin nailiyyəti qiymətləndirsələr də, şəx-
siyyətini qiymətləndirməyəcəklər və sən özünü ekstrasens adlan-
dırmaqda haqlı deyilsən. 
Bəzən  belə  təzadlı  hallar  olur  ki,  ümumi  şüur  səviyyəsindən 
geri qalan şəxs haradasa bir sahədə öz əsrdaşlarını qabaqlaya bilər 
(məsələn, elektron hesablama maşınlarını arxada qoya bilər) lakin 
onlar ekstrasens deyil, adicə canlı robot hesab olunurlar. 


26
Hər  hansı  bir  varlığın  doğumu  onun  ölümünü  labüdləşdirir. 
Yaranmış hər hansı bir varlığın öz varlığını qorumaq üçün, gələ-
cək fiziki təsirlərə müqavimət göstərmək üçün, yarandığı gündən 
müəyyən potensial imkanları var. Lakin bu imkanlardan tam istifa-
də etmək üçün həmin varlığın düşdüyü şərait müəyyən əhəmiyyət 
kəsb edir. Çünki şərait demək olar ki, bütün varlıqların yaşaması 
üçün verilmiş potensial imkanların tam istifadə edilməsinə həmişə 
mənfi təsir etmişdir. Bizi əhatə edən maddi aləmdə bu bir qanun-
dur. Bizi əhatə edən aləmi bütövlükdə maddi bir varlıq kimi götür-
sək, bu aləmin ümumi daxili enerjisi və potensial imkanları sabit 
qalır, lakin onun daxilində yerləşən ayrı-ayrı mövcudluqların ara-
sında yaşamaq uğrunda ciddi mübarizə gedir. Bu mübarizədə bir 
qayda da var ki, ayrı-ayrı mövcudluqların birgə təsirindən yaranan 
səbəblərin təsiri bu mövcudluqların hər birinin üzərində fərdi şəkil-
də hiss olunur. Yəni bu birgə səbəbdən yaranmış təsirlər haradasa 
fərdi bir mövcudluğun dağılmasını labüdləşdirir. Həm də yeni bir 
və ya bir neçə mövcudluqların yaranması bu dağılmalar üzərində 
qurulur. Yeni yaranan varlıqlar köhnənin dağılmasında iştirakçı de-
yil, köhnəni elə köhnə səbəblər özü dağıdır, həm də bu səbəblərin 
içərisində dağılan varlığın özü də iştirak edir. Lakin ümumiyyətlə, 
götürdükdə, bütün varlıqlar bir ömür payı daxilində öz varlıqlarını 
qoruyub saxlaya bilmək üçün mübarizə aparır. Bu mübarizə var-
lıqlar öz forma və məzmunlarını saxlayana qədər davam edir. Bu 
bizi əhatə edən maddi aləmə aiddir. Bizi əhatə edən maddi aləmdən 
kənarda  əbədi  həyat  mümkündür.  Orada  materiyanın  elə  növləri 
mövcuddur ki, onlar bizi əhatə edən aləmə nüfuz edib əlaqə ya-
ratmasalar, bizi əhatə edən aləmdən kənarda onlara dolayısı ilə də 
olsa, fiziki təsir edən qüvvə yoxdur. 
İnsan Yer kürəsində yaşayan ali varlıqdır. İnsan öz hərəkətlərinə 
və düşüncə tərzinə görə yerdə qalan bütün varlıqlardan seçilir. Yer 
kürəsində insana ən yaxın olan varlıqlar heyvanat aləmində qrup-
laşmışlar. Lakin insandan fərqli olaraq heyvanda ağıl yoxdur, şüur 
isə yox dərəcəsindədir. Heyvanda ən güclü silah onun instinktidir. 


27
İnstinkt – müəyyən quruluşa və imkanlara malik varlığın zəru-
ri ehtiyaclarını ödəmək və nəsil mövcudluğunu qoruyub saxlamaq 
üçün  xarakterdən  yaranan  həyat  tərzidir.  Heyvanlarda  şüur  ona 
görə yetkinləşə bilmir ki, onların fiziki quruluşunun imkanları buna 
çatmır. İnsanlarda instinkt ona görə heyvanlardan zəifdir ki, şüur 
və ağıl instinktdən üstün olduğu üçün öz həyatında instinktdən az 
istifadə edir. Yalnız əsasən körpəlik həyatının başlanğıcında insan 
ən zəruri bir neçə instinktdən istifadə edir. 
Məsələn, ananın südünü əmmək, udmaq, aclıqdan və narahat-
çılıqdan  ağlamaq  və  sairə.  Sonrakı  dövrlərində  insan  həyatının 
instinktə o qədər də ehtiyacı hiss olunmur. Bitkilərdə isə instinkt 
ən ibtidai formadadır. Çünki onların quruluşu və imkanları bu sə-
viyyədədir.  Bitkilər  onlara  lazım  olan  zəruri  ehtiyaclardan  ötrü 
tam təbiətdən asılı vəziyyətdədirlər. Onlar həyat uğrunda mübarizə 
aparırlar. 
İnsan Yer kürəsində yaşayan varlıqlar içərisində ən alisi oldu-
ğu üçün onun bir sıra xüsusiyyətləri var ki, o xüsusiyyətlər öz üs-
tünlüyü  ilə  yerdə  qalan  bütün  canlılardan  insanı  fərqləndirir.  Bu 
xüsusiyyətlərdən biri də intuisiyadır. İnstinkt bitkilərdə, şüur hey-
vanlarda ən ibtidai formada olduğu kimi intuisiya da insanlarda ən 
ibtidai formadadır. 
Yəni  insandan  daha  mükəmməl  quruluşa  və  imkanlara  malik 
varlıqlar qrupu olmalıdır ki, haradasa onlar tam intuintivliyə malik 
olsunlar. 
İntuisiya – müəyyən quruluşa və imkanlara malik varlığın öz 
mövcudluğunu daha uzun müddətə və ya əbədi qorumaq üçün xa-
rakterdən yaranan həyat tərzidir. İnsanlarda intuisiya ibtidai forma-
da olduğu üçün qabağı görmə, ürəkdən keçəni oxuma, nüfuz etmə, 
təhrik etmə və sairə anlamında qəbul olunur, bu da müəyyən mə-
nada müxtəlif qəza qədərlərdən qorunmaq, aydın olmayanı aydın-
laşdırmaq, nəyinsə dəqiq diaqnozunu müəyyənləşdirmək, kiminsə 
müəyyən sahədəki fəaliyyətinə istiqamət vermək kimi hallar üçün 
işlədilir ki, bu da ya özünün, ya da kimlərinsə həyatını məqsədli 
təmin etməyə yönəldilir. Həm də intuitivlikdə maddilikdən çox ru-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə