24
Lakin hər hansı bir varlıq öz mövcudluğu dövründə müəyyən xü-
susiyyətlərə malik olur. Bu xüsusiyyətlərdə isə əksliklərin vəhdəti
birləşir. Yəni təbiətdə belə bir qanun var ki, mövcud olan hər hansı
bir varlığın müəyyən xüsusiyyətlərə malik olmaq tutumu var və bu
tutum həmin varlığın mövcudluğunda onun tamlığını təşkil edir.
Bütün bu deyilənləri nəzərə alaraq belə bir nəticəyə gəlməyə əsas
yaranır ki, təbiətdə belə bir hal mövcuddur: 100 % hər hansı bir
mövcudluğun tam xüsusiyyətlər tutumu bərabərdir, əksliklərin vəh-
dəti kimi tutumu təşkil edən bir hissə digər bir hissədən böyükdür
və ya əksinə. Ola bilsin hər hansı bir varlığın xüsusiyyətlərindəki
əksliklərin vəhdəti arasında bərabərlik olsun. Deməli, əksliklərin
vəhdəti arasındakı bu bərabərlik 100% tutumu təşkil edəcəkdir.
Bir ömür çərçivəsində hər hansı bir varlığa yaşamaq hüququ ve-
riləndə onun mövcudiyyətində əksliklərin vəhdəti kimi hökmən bu
hala əməl olunur. Əksliklərin vəhdəti arasındakı tarazlıq
isə həmin
mövcudluğun varlığındakı xüsusiyyətləri təşkil edir ki, bu da bir
növ həmin varlığın xarakter göstəricisidir. Hər hansı bir varlıq öz
xarakterinə görə həyatda öz yerini tutur. Həm də ümumilikdə gö-
türdükdə hər bir mövcudluq müəyyən qruplarda qərarlaşsa da hər
bir mövcudluğun ayrı-ayrılıqda öz xüsusiyyətləri var ki, bu xüsu-
siyyətlərə görə də hər hansı bir varlıq fərdi şəkildə öz qərarlaşdığı
qrupda başqalarından seçilir. Bizə məlum oldu ki, bizi əhatə edən
aləmin maddiliyinin təşkilində bir-biri ilə birləşmək imkanı olan
bəsit birnövlü mövcudluqlar iştirak etmişlər. Bu maddiliklər əbədi-
dir, ancaq bir şəkildə yox. Çünki hər hansı bir mövcudluq müəyyən
zaman müddəti üçün varlıqdır. Bəsit birnövlü mövcudluğun heç bir
növlü mövcudluqla birləşmək imkanı olmayan ikinci bir növü də
vardır ki, o, yekcins olmayan maddiliklərə nüfuz edə bilir və onlara
həmin maddiliklərdə yaranan hal vasitəsi ilə təsir edir. Bu ruhdur.
Ruh əbədidir, lakin onun əbədiyyətə qovuşub sabitləşməsi, parlaq
nur əldə etməsi üçün müxtəlif təmizlənmə mərhələləri keçməsi la-
büddür və bu təmizlənmə mərhələlərindən biri də insanlardır.
Ömər Xəyyamın “Mövcudluğun ümumiliyi haqqında” risaləsi-
nin sonunda bu sözlər vardır: – Hermesin, Aqatodemonun, Pifaqo-