20
onu yaradan səbəblərdən doğur və müəyyən səbəblərin başlanğıcı-
dır. Hər bir diqqətli şəxs asanlıqla təyin edə bilər ki, hadisə hansı
yaxın səbəblərdən törəyib və hadisəni hansı yaxın səbəblər törədə
bilər. Yəni müəyyən hadisələri əvvəlcədən duyub anlamaq və on-
ları müəyyən məcraya istiqamətləndirmək olar.
Səbəb-nəticə ardıcıllığı kainatın pozulmaz qanunu deyildir, la-
kin elə obyektiv qanunlar vardır ki, onları pozmaq mümkün deyil-
dir. Səbəb-nəticədən yaranır, nəticə yaradır və səbəbə çevrilir, bü-
tün bunların həyatda dolayısı da olsa izləri vardır.
Məhz buna görə
milyon il bundan əvvəl yaşamış adicə bir kəpənəyin müəyyən an
üçün uçuş trayektoriyasını təyin etmək olar və ya milyon il bundan
sonra yaranacaq müəyyən varlıq haqqında bir söz söyləmək müm-
kündür. Hər ana diqqətlə yanaşmaqla, həyatda olub keçmiş bir çox
hadisələrin üzərindən sirli pərdəni götürmək olar.
Müxtəliflik həyatın bir nömrəli qanunudur. Çünki hər an ya-
ranan nəticənin özündən əvvəlki səbəbdən seçilən hansısa xüsu-
siyyəti var. Hər qrupdakı oxşarlıqlar da bu qəbildəndir. İnsanınsa
mövcudiyyət içərisində öz yeri var. Düzdür, onun da fiziki imkan-
ları hər bir fərddə öz xüsusiliklərinə malikdir, lakin onların düşün-
cə tərzi fiziki imkanlarından əlavə daxili tələbatlarından doğan səyi
nəticəsində hər fərdi daha çox kəskinliyi ilə nəticələnə bilən vəziy-
yətlərə gətirib çıxarar.
Həm də insanın haradasa fiziki xüsusilikləri onun mənəvi həya-
tına, xarakterinə müəyyən dərəcədə təsirini göstərməlidir. Hər bir
şəxs bir fərd kimi bir-birindən fərqli xüsusiyyətlərə malikdir və bu
xüsusiyyətlər haradasa həmin insanın şəxsi keyfiyyətləri deməkdir.
Düzdür, insan öz şəxsi keyfiyyətlərini müəyyən qədər düşdüyü
mühitdə formalaşdırır, lakin müəyyən fiziki xüsusiliklərin də insan
həyatında öz yöndəmləri var.
Hər kəsin müəyyən sahədə başqalarından nəzərə çarpacaq qə-
dər seçilə biləcək qabiliyyəti ola bilər. Lakin bu qabiliyyət tam dol-
ğunluğu ilə yalnız öz mühitində öz təsirini göstərə bilər.
Toxum qaya parçası üzərində də cücərmək imkanına malikdir,
lakin münbit bir torpaqdakı toxumun məhsuldarlığını, qaya parçası