Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə5/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   2   3   4   5   6   7   8   9   ...   77

16
maddi aləmdə hər hansı bir mövcudluq yekcins deyildir və o, ən 
müxtəlif  birnövlü,  lakin  bir-biri  ilə  birləşə  bilən  birləşmələrdən 
ibarət olduğundan, hər bir növün isə özünə uyğun tələbatı olduğun-
dan, ruh isə yalnız bir növdən ibarət olduğundan və ayrı-ayrılıqda 
götürüldükdə hər hansı bir varlığı təşkil edə bilən növlərdən böyük 
olduğundan  əlbəttə,  onun  öz  tələbatına  uyğun  təsiri  daha  böyük 
olur və hər hansı bir varlıq isə onun üçün bir vasitə olduğundan, 
şübhəsiz ki, həmin varlığın rahatlıq və tələbatını da nəzərə alır. 
Həyat bir növ səbəb-nəticə ardıcıllığının məhsuludur və həyatda 
hər hansı bir nəticənin ümumi səbəblər toplusundan yaranmış bir 
vəziyyətin məhsulu olduğu aydındır. Nəticələr ən müxtəlif səbəb-
lərdən yarandığından bəzən hadisənin baş verəcəyi ana qədər biz 
baş verə biləcək hadisə haqqında heç bir anlayışa malik olmuruq. 
Lakin hadisə baş verəndə həmin işin məzmunu və təzahür forma-
ları ilə tanış olub hadisənin mahiyyətini anlayırıq. Əgər bu hadisə 
daimi sabit, təkrarlanan halda müxtəlif zamanlarda baş verə bilərsə 
biz o hadisəni yaradan səbəbləri qanun adlandırırıq. 
Ancaq bəzən belə də ola bilər ki, hər hansı bir hadisə müxtə-
lif zamanlarda müxtəlif təzahür formaları ilə özünü göstərsin, belə 
olan təqdirdə biz o hadisəni törədən səbəbləri qanun adlandırmırıq. 
Bütün  bunlar  öz  yerində  bəzən  belə  də  olur  ki,  hər  hansı  bir 
hadisə baş verir, nəticə var, lakin hadisəni doğuran səbəblər bizə 
məlum deyil, yəni biz bu işin mahiyyətini anlamırıq. Çox vaxt in-
sanlar bu işi möcüzə adlandırırlar. Ancaq biz tamamilə anlaşıqlı şə-
kildə başa düşməliyik ki, insanlara möcüzə kimi görünən hər hansı 
bir hadisənin səbəbi var, möcüzə kimi görünən odur ki, baş verən 
hadisənin səbəbi bəzən insanlar tərəfindən qavranıla və ya qəbul 
edilə bilmir. Həmişə də nəticələr bir, səbəblər isə müxtəlif sayda 
ola bilər. 
Bu da qanun şəklində qəbul edilməlidir ki, nəticə yaranan andan 
səbəbə çevrilir. İnsan həyatının özü də səbəb-nəticə ardıcıllığının 
məhsuludur. Normal insan hər hansı səbəb və ya nəticənin mahiy-
yətini  ümumi  şüur  səviyyəsində  öyrənə  bilmək  qabiliyyətinə  və 
imkanına malikdir. Lakin ümumi şüur səviyyəsindən daha yüksək 


17
mərhələyə keçid üçün insandan xüsusi səy və ondan asılı olmayan 
hər hansı qıraq təkan lazımdır. Buradan tam şəkildə aydın olur ki, 
normal  vəziyyətdə  öyrənilən  hər  hansı  maraq  doğuran  göstərici, 
öz xüsusi səyin, daxili imkanların və ya hər hansı səbəbini bilmə-
diyin təkan nəticəsində daha çox istifadə etmək bacarığınla əldə 
etdiyin göstərici ilə eyni deyildir. Hər halda buradan belə bir fikir 
də anlamaq mümkündür ki, insan öz səyi ilə arzuladığı hər hansı 
onun üçün ilk baxışda əlçatmaz görünən məqsədə çata bilər. Həm 
də bilmək lazımdır ki, insanın fiziki quruluşunun imkanları o qə-
dər genişdir ki, o, son dərəcə ağlasığmaz işlər görməyə qabildir. 
Ancaq çox yaxşı olar ki, insan öz imkanlarından özünə və bəşə-
riyyətə fayda gətirə biləcək tərzdə istifadə etsin. Əks təqdirdə bir 
çox yaşanmamış arzuların rahatsızlığını yaşayar, ona görə ki, hər 
an üçün əldə oluna bilən şeylər çoxdur, lakin onlardan biri sənin 
qismətindir.  Həm  də  o  qismət  sənin  ondan  sonrakı  həyatının  is-
tiqamətləndiricisidir. 
Ümumiliyə vurulan ziyan xüsusilikdə müvəqqəti müvəffəqiy-
yət qazana bilər. Ağıllı insan bütün bunları nəzərə alıb ən faydalı 
işlərlə məşğul olmalıdır ki, həm öz, həm də sonrakı nəslinin rahat-
lığını təmin etsin. 
Həyat müxtəlif qruplara bölünmüş varlıqlar toplusundan ibarət-
dir. Hər bir varlıq həyatda öz mövcudluğuna uyğun mövqeyə ma-
likdir.  Ayrı-ayrı  qruplar  arasındakı  bənzərsizlik  nəzərə  çarpacaq 
dərəcədə hiss olunur. Lakin qrupun öz içərisindəki xüsusilik o qə-
dər də nəzərə çarpmır. Hər hansı bir qrupa aid olmaq üçün müəyyən 
forma və məzmuna malik olmaq lazımdır. İnsan da beləcə. Normal 
insanlar bir-birindən o qədər də seçilmirlər. İnsan məfhumu altında 
Yer  kürəsində  yaşayan  bütün  insanlar  birləşirlər. Ancaq  bu  fikrə 
bir az dərindən yanaşsaq biz başqa bir şeyin şahidi olarıq. İnsan-
lar, xüsusilə insanlar bir çox hallarda formalarına görə bir-birinə 
bənzəyirlər. Onların mənəviyyatları isə bir-birindən hiss olunacaq 
dərəcədə fərqlidir. Düzdür, insanlar fiziki cəhətcə, o cümlədən za-
hiri görkəmcə bir-birinə nə qədər çox oxşasalar da hər halda tam 
eynilik təşkil etmirlər və elə bunun nəticəsidir ki, hər hansı bir şəx-


18
siyyətin kimliyini onun zahiri görünüşünə görə təyin edirlər. Lakin 
hər halda bu zahiri bənzərsizlik o dərəcədə deyildir ki, bütün insan-
ları bir qrupda, insan adı altında yerləşdirmək mümkün olmasın. 
Ancaq insanları öz mənəviyyatlarına görə qruplara bölsəydilər, çox 
təəssüf ki, onlar yalnız insan adı altında birləşən qrupda olmazdılar. 
Düzdür, etiraf edək ki. onların bəziləri lap mələk səviyyəsinə qədər 
yüksələ bilərdilər, lakin bir çoxları hətta heyvan cərgələrində belə 
yer tutmağa layiq olmazdılar. İnsanlara fiziki cəhətdən yanaşıldıq-
da  belə  onların  fiziki  quruluşu,  ümumiyyətlə  götürdükdə,  oxşar 
olsa da, haradasa bir-birindən öz spesifikliyi ilə seçilir. 
Zaman  dayanmadan  axır  və  hər  hansı  bir  mövcudluğa  xarici 
aləmin fiziki təsirləri o an üçün öz təsirini göstərir. Bu təsir altında 
hər şey zamanın özü kimi axır. Ancaq əslində axan zaman deyil, 
hadisələrin bir-birinə təsiri nəticəsində olan nisbi dəyişikliklərdir 
ki, biz bu dəyişikliklər arasındakı müddəti nisbi olaraq zaman ad-
landırırıq. Bizə çox yaxşı məlumdur ki, hadisə müxtəlif səbəblər-
dən yaranmış bir nəticənin məhsuludur. Lakin hadisələrin gedişin-
dən iki tam oxşar nəticə yaratmaq mümkün deyildir. Çünki hər an 
üçün yalnız bir nəticə yarana bilər. 
Düzdür, müəyyən an üçün yaranan nəticə bir başqa cür də ola 
bilərdi, lakin eyni nəticəni təkrar-təkrar tamlığı ilə yaratmaq müm-
kün deyildir. 
Təkrar  yaranan  nəticə  hökmən  özündən  əvvəlkindən  hansı 
xüsusiyyətiləsə  seçilməlidir.  Bir-birindən  nisbətən  az  seçilən  ha-
disələri  bəzən  oxşar  hadisələr  kimi  qruplaşdırırlar.  Lakin  onlar 
mütləq oxşarlıq deyillər. Düzdür, ümumiyyətlə, götürdükdə bütün 
varlıqlar, hətta lap işıqla qaranlığın, qara ilə ağın arasında haradasa 
ümumi cəhətlər tapmaq mümkündür, lakin həyatda bir-birinin eyni 
olan iki mütləq oxşarlıq yoxdur. Ona görə də bu təkrarsız həyatda 
haradasa hər bir mövcudluğun öz spesifik cəhətləri vardır. Bunun 
üçün də hər hansı bir hadisənin mahiyyətini öyrəndikdə bu xüsusi-
likləri nəzərə almaq lazımdır. Əks təqdirdə haradasa yanlışlıqlara 
yol verilə bilər. Bir şeyi də qeyd etmək lazımdır ki, haradasa daha 
yaxın oxşarlıqların ümumi meyilləri də yaxın olur. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə