Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə3/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   2   3   4   5   6   7   8   9   ...   77

10
bütün ömrü boyu davam edir. Bu tərbiyəçi və hamilər kimlər ola 
bilərlər; əlbəttə ki, ilk növbədə, valideynlər, müəllimlər, sonra isə 
ümumi şüur səviyyəsinə görə və ya yalnız müxtəlif sahələrdə öz 
biliyinə görə səndən üstün olan kəslər. 
Belə qəbul edək ki, kimsə mərhələ-mərhələ bütün bu prosesləri 
keçir. Həmin şəxs çox aydınlığı ilə hiss edəcəkdir ki, onun bilik sə-
viyyəsi artdıqca hadisələrə münasibəti dəyişir. Onun dünyagörüşü 
dəyişir, bir sözlə, dünya, gözündə tədricən hadisələrə münasibətinə 
görə  başqalaşır,  yəni  qarşısında  yeni  bir  dünya  açılır.  Bu  proses 
həmin  şəxsin  şüur  səviyyəsi  ümumi  şüur  səviyyəsinə  çatana  qə-
dər  davam  edəcəkdir.  Bundan  sonra  hadisələrin  gedişi  bir  qədər 
dəyişəcəkdir. Çünki artıq o kəs özü, kimin üçünsə hami və tərbiyə-
çiyə çevrilə bilər. 
Müəllimlər müəllimi olmaq üçün isə daha çox bilik lazımdır. 
Ola  bilsin  ki,  son  nəticədə  bəşəriyyətin  ən  böyük  dahiləri  sənin 
müəllimin olsun. Həyatda bir vaxt ya kimsədən daha öyrənmədi-
yinə görə, ya da belə bir kəs tapa bilmədiyinə görə, sən əldə etdiyin 
biliklərə müvafiq elmi yollar araşdıracaqsan. Keçilməmiş yollarda 
cığır salmaq isə çox çətin və əzablıdır. Lakin bəzən belə olur ki, 
müəyyən qədər bilik səviyyəsinə malik olan adi bir kəs heç özü 
də bilmədən bəşəriyyətin ən böyük dahilərinin belə araşdıra bil-
mədiyi müəyyən istiqamətlərdə nəticələr göstərir. Səbəbi çox sadə, 
anlaşıqlı, lakin qəbul edilməsi bir qədər ziddiyyətli tərzdə belə izah 
edilir: – haradasa bu bizim maddi aləmə nüfuz edə bilən ilahi var-
lıqlarla təmasımızın nəticəsidir. 
Hər iki halda belə bir nəticə çıxarmağa məcburuq: – daha şüur-
lu varlıqlar tərəfindən sənə verilən hər hansı bir istiqamət yeni bir 
dünyayla  tanışlıq  deməkdir. Ancaq  bu  məsələdə  bir  şeyə  bir  az 
diqqətlə  yanaşmaq  lazımdır.  Haradasa  tərbiyəçilərdən,  müəllim-
lərdən və daha bilikli kəslərdən öyrənərkən, beyin tədricən fəaliy-
yətini genişləndirir, öyrəndiklərin tədricən olur deyə, sən o qədər 
də heyrətlənmirsən. Lakin ilahi varlıqlarla təmasda olarkən, nəyisə 
öyrənməmiş beynin fəaliyyətinin müəyyən sahələrindən geniş is-
tifadə etmək bacarığı yaranır və sənə tanış olmayan bir çox şeyi 


11
birdən-birə qəbul edə bilmirsən. Bu hal sənə adiləşənə qədər həm 
heyrətlənir,  həm  təəccüblənir,  həm  də  bəzən  qorxu  hissi  keçirir-
sən. Belə bir hala insan bəzən başqa bir şəraitdə də düşür. Bu, qəfil 
güclü həyəcanlar və ya müəyyən fiziki zərbələr nəticəsində beynin 
fəaliyyətində  yaranan  dəyişikliklər  nəticəsində  də  ola  bilər. An-
caq əvvəlki hallarla bu halı qarışdırmaq olmaz. Çünki qəfil güclü 
həyəcanlar və ya fiziki zərbələr nəticəsində beynin fəaliyyətində 
müsbət, əksərən də mənfi meyllər yarana bilər. Deməli, buradan 
belə nəticə çıxarmaq mümkündür ki, üç halda insan ümumi şüur 
səviyyəsini keçib daha yüksək məqamlara yetişə bilər: – Birincisi, 
hər kəsin istifadə edə biləcəyi yol, öz zəhmətinlə müxtəlif biliklərə 
hədsiz maraq göstərmək, ikincisi, insandan asılı olmayan yoldur, 
ilahi  varlıqların  sənə  təması  nəticəsində  yaranan  hal,  üçüncüsü 
də insandan asılı olmayan yoldur, hər hansı fiziki zərbələr və qə-
fil həyəcanlar nəticəsində bəzən yarana bilən müsbət dəyişikliklər 
(əlbəttə, bu həm də mənfi ola bilər, üstəlik ehtimal 0,1%-dən də 
azdır). 
Ümumi  şüur  səviyyəsini  müəyyən  zaman  həddində  bir  və  ya 
bir neçə sahədə qabaqlayan kəslərə ekstrasens deyilir. Əslində eks-
trasens sözü lap yığcam formada belə ifadə oluna bilər – zama-
nı qabaqlayan. Həm də ekstrasens sözünün özündə bir ümumilik 
var. Mənə elə gəlir ki, müxtəlif sahələrdə qabiliyyəti olan insanlar, 
məsələn, rəssamlar, yazıçılar, bəstəkarlar, məşhur riyaziyyatçılar, 
fiziklər, bir sözlə, ümumi şüur səviyyəsini müəyyən zaman həddin-
də qabaqlayan kəslər elə ekstrasensdirlər. 
Rəhmətlik Etibar Elkin nüfuzedicidir, Tofiq Dadaşov telapatdır, 
rəhmətlik Üzeyir Hacıbəyov bəstəkar idi, lakin ümumən götürdük-
də onların hər üçü ekstrasensdir. Çünki onların hər üçü arasında 
ümumi bir oxşarlıq var, onlar müəyyən zaman həddində insanların 
ümumi şüur səviyyəsini qabaqlaya bilmişdilər. Ancaq bütün bun-
larla yanaşı, qeyd etmək lazımdır ki, ekstrasenslik adını öz üzərinə 
götürmək istəyən hər bir şəxs dərk etməlidir ki, məsələn, Etibar 
Elkin, Tofiq Dadaşov, Üzeyir Hacıbəyov öz sahələri üzrə vaxtı çox 
qabaqlaya bilmişdilər. Yaxşı olar ki, haradasa ümumi şüur səviyyə-


12
sində zamanı bir azacıq qabaqlayan kəslər özlərini ekstrasens ad-
landırıb şəxsiyyətlərinin səviyyəsini aşağı salmasınlar. Çünki ha-
radasa məşhur bir rəssamın çəkdiyi şəklin yanında qoyulmuş cılız 
bir rəsm necə görünürsə, sənə ekstrasens kimi edilən müraciətləri 
doğrulda bilmədiyin vəziyyətlər hörmətinə xələl gətirə bilər. 
Ekstrasens olmaq insanların ümumi şüur səviyyəsini bir və ya 
bir neçə sahədə qabaqlamaq deməkdir ki, bu adı dəfələrlə sınaqdan 
keçirilmiş təcrübələrdə və kütlə tərəfindən müəyyən qədər qəbul 
olunduqdan  sonra  daşımaq  olar.  Əks  təqdirdə,  əvvəllər  tutduğun 
mövqeni belə itirə bilərsən. 
Haradasa insan öz potensial imkanlarından müxtəlif səbəblər və 
vasitələrlə daha çox istifadə etdikcə, püxtələşir, fəallaşır, beyninin 
fəaliyyəti genişlənir və o, hadisələrin ardıcıllığına daha çox nüfuz 
edir, bu da öz növbəsində əldə etdiyi bilik səviyyəsinin göstəricilə-
rinə görə onun başqalarından seçilməsinə imkan yaradır. Bu nüfuz 
dairəsi genişləndikcə həmin şəxs başqalarından daha çox seçilir. 
Nəhayət o səviyyəyə gəlib çatırsan ki, sənin düşüncələrinin nüfuz 
dairəsi müəyyən sərhədlərlə hüdudlanır. Bu sərhədlər ümumi şüur 
səviyyəsindən çox aralı olduqca, sənin düşüncələrinlə ümumi küt-
lənin düşüncələri arasında bir ara məsafəsi yaranır. Bəzən bu ara 
məsafəsi keçilməz bir sədd təşkil edə bilər. Bu o zaman olur ki, sən 
əldə etdiyin bilikləri ya tutarlı dəlillərlə daha adi bir səviyyədə izah 
edə  bilmirsən,  ya  bilərəkdən  öz  düşüncələrinin  sirli  təzahürünə 
çalışırsan, ya da düşünmürsən ki, bir çoxları səni anlamaya bilər. 
Belə olan halda ümumi kütlənin sənə qarşı reaksiyası da müxtə-
lifləşir. Sənə bilikli adam kimi qibtə hissi ilə yanaşanlar da, səni 
öz yolunu azmış ağılsız axmaq adlandıranlar da, səndən səbəbi bir 
çoxları üçün məlum olmayan müxtəlif göstəricilərə görə qorxanlar 
da olar. Bütün bunlar bəzən yalnız o səbəbdən doğur ki, sən öz bi-
liklərini ümumi kütlə üçün sabit, daimi təkrarlanan qanun şəklində 
çatdıra bilmirsən. 
Gələcəyə daha çox nüfuz etmək müasirlikdən daha çox fərqlən-
məkdir ki, müasirlərin səni öz düşüncələrinə görə qəbul etməyə də 
bilər. Səni də onların həyat tərzi təmin etməyə bilər. Belə bir halın 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə