23
formalarına uyğun metodlar, vasitələr, məzmun, eyni zamanda
vəzifələr müəyyənləşdirilmiş olsun. Deyilənlər eyni vaxtda, həm də
bir-biri ilə əlaqəli şəkildə aparılmalıdır. Bütün bunlar təlimin səmərəli
formasının seçilməsinə səbəb olur.
Yuxarıda sadalanan komponentlərdən kompleks istifadə
olunması təlimdə nailiyyət qazanılmasında ən başlıca şərtlərdən sayılır
və bu təlimdə fəallaşmağa müsbət təsir göstərir, tədris materialının
mənimsənilməsini şərtləndirir.
Fiziki
tərbiyənin təlim prosesinin düzgün təşkili və
keçirilməsində yalnız pedaqoji komponentlərin təlim dövründə düzgün
tətbiqi ilə kifayətlənməməlidir. Fiziki tərbiyənin tədrisi zamanı
məktəbli gigiyenasına riayət edilməsi, təlim üçün mənəvi-psixoloji və
estetik şəraitin yaradılması da əhəmiyyətli komponentlərdəndir. Təlim
prosesi üçün maksimum dərəcədə məqsədəuyğun sanitariya-gigiyena
şəraitinin yaradılmasıda nəzərə alınmalıdır. Tədris-tərbiyə işlərinin
səviyyəsinin yüksəldilməsində ümumi pedaqoji prinsiplərin rolu böyük
olsa da, təlim prosesi elmi surətdə təşkil olunsa belə bu təlimin tam
müvəffəqiyyətlə həlli hələ demək deyildir. Şagirdlərin təlim tərbiyə
işində və sürətli inkişafının təmin edilməsində tədris prosesinin
optimallaşdırılması prinsiplərinin də tətbiqinə ehtiyac duyulur. Bu
şərtlə ki, bunlar müəllim və şagirdlərin tam idrak fəallığı əsasında
həyata keçirilmiş olsun. Təlim prinsiplərindən bir tərəfli və yaxud
həddindən artıq istifadə heç də təlimin uyğun prinsipinin təmini
deyildir. Burada prosesin optimal qurulması başlıca amildir. Həmin
prinsip bir tərəfdən didaktik prinsiplərin sistemlə tətbiqinə, digər
tərəfdən isə göstərdiyimiz tələblərin hər birinin daha yaxşı istifadəsi
üçün lazımi zəmin yaradır, habelə onların düzgün tətbiqini təmin
etməklə tədrisin səmərəliliyini daha da yüksəldir.
Şagirdlərin hərtərəfli inkişaf etdirilməsi, şəxsiyyət kimi
formalaşdırılması
və
mənəvi
aləminin
zənginləşdirilməsinin
məqsədəmüvafiq təşkilində təlimin kompleks həllinə yönəldilmiş
prinsiplərinin tətbiqi daha müvəffəqiyyətli hesab olunur. Burda da
müəllimdən tələb olunur ki, dərsin qarşısında duran vəzifə və məqsədi
həyata keçirməkdən ötrü onun əsas və başlıca olanlarını seçib diqqət
mərkəzində saxlamalı və ilk növbədə təlimini təmin etməyə ciddi səy
göstərilməlidir
Təlimdə optimal yanaşmanın da özünəməxsus yeri vardır.
Burada ayrı-ayrı fiziki hərəkət və oyunlar öyrədilərkən istər hərəkət
24
texnikasının və istərsə də oyunların nə məqsədlə icra olunduğu və
keçirildiyinə aydınlıq gətirmək tələb edilir. Bu onunla əlaqədardır ki,
məqsəd və vəzifələrin aydınlığı şagirdlərin təlimə həvəsini artırmaqla
onun hərtərəfli və düşüncəli surətdə qavranılmasına kömək edir.
Optimal yanaşmada əyanilik mühüm pedaqoji prinsiplərdən olub
fiziki hərəkətlərin, fəndlərin və oyunların öyrənilməsində əvəzedilməz
və zəruri rol oynayır. Hərəkətlərin göstərilməsi (canlı, şəkil,
illüstrasiya, demontrasiya, sxem, nəticəni göstərən cədvəl, test sualları
və s.) ilk növbədə şagirdlərin diqqətlərini təlimə toplayır, təlimi daha
maraqlı edir və beləliklə onlar hərəki cəhdlərə inamla, şüurlu olaraq,
yüksək fəallıqla və əhval-ruhiyyə ilə yanaşır, nəticədə gözlənilən
nailiyyətləri daha asan əldə etmək imkanları qazanırlar.
Fiziki tərbiyə təliminin nəticəyönümlülüyü hazırda təhsil
sistemində ciddi şəkildə tələb olunur. Bu işə diqqət, qayğı günbəgün
artırılır. Fiziki tərbiyədə nəticəyönümlülüyü təmin edən amillər
araşdırılır və daha da təkmilləşdirilir. Bu məsələdə təlim metod və
vasitələrinin düzgün seçilməsi, bir-biri ilə inteqrasiya olunması və
tətbiqinin təmini həyatı əhəmiyyət daşımaqla, həmçinin mühüm təhsil
mahiyyətinə malikdir.
Sürətli inkişafı təmin edən bacarıqların, məqsədin, məzmunun və
təlim vəzifələrinin yerinə yetirilməsinin tədris şəraiti onun imkanları
ilə uyğunlaşdırılması təlimin reallaşdırılmasında əlverişli imkanlar
yaradır. Məzmunun səciyyəvi xüsusityyətlərinin, öyrədən və
öyrənənin təlim
imkanlarının nəzərə alınması da hərəki təlimin səmərəliliyinin
artırılması üçün optimal şəraiti təmin edir. Əgər təlim məqsədilə
seçilmiş metodlar və vasitələr təhsil-tərbiyə vəzifələrinə, məzmuna və
şagirdlərin mənimsəmə imkanlarına cavab vermirsə, standart
vasitələrdən, metodlardan kor-koranə istifadə olunursa, bu təlimə öz
mənfi təsirini göstərərək mənimsəmə imkanlarını aşağı səviyyəyə salır.
Təlim tərbiyə prosesinin təlimin vəzifələrinə və məzmununa uyğun
gəlməsi, onlara müvafiq metod və vasitələrdən düzgün istifadə
edilməsi, şagirdlərin dərketmə və hərəkətləri icraetmə qabiliyyətlərinin
nəzərə alınması fiziki hərəkətlər üzrə tədris materiallarının düşüncəli,
yüksək idrakı fəallıqla öyrənilməsinə təkan verir.
Fiziki tərbiyə prosesinin müvəffəqiyyətlə nəticələnməsi təlimin
hansı formada təşkilindən də sıx surətdə asılıdır. Fiziki tərbiyənin
təşkili formalarına dərs, sinifdən və məktəbdənxaric keçirilən tədbirlər,