Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə21/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   17   18   19   20   21   22   23   24   ...   72

59
 
alətin rud olmasını təsdiq etmək olar. 
Klassik  şairlərimizin  zəngin  irsi  göstərir  ki,  Оrta  əsrlərdə  Azərbaycanda 
yayılan  rübabın  əfqan  rübabından  fərqli  olaraq,  çox  da  böyük  olmayan 
yumru çanağı, qolun kənarlarında buynuzvarı çıxıntıları, çoxlu sayda simləri, 
pərdələri  və  arxaya  əyilmiş  kəlləsi  olmuşdur.  Bu  məlumatlar  vaxtilə 
Azərbaycanda  hazırda  Mərkəzi  Asiyada  istifadə  olunan  Гaşqar  rübabının 
yayılmasına  dəlalət  edir.  Dərviş  Əliyə  görə  rübab  beşsimli  idi,  onlardan 
dördü ipəkdən, biri isə gümüşdən hazırlanırdı [5, 17]. 
Orta əsrlərdə qədim alətlərdən sayılan  tənbur və ondan simlərinin sayına 
görə fərqlənən dütar, setar, çartar, pənctar və şeştar növləri də səslənirdi. 
Dərviş  Əliyə  görə  [5,  20],  bütün  musiqi  alətlərinin  “müəllimi”  sayılan 
tənburun  təsviri  sayca  miniatürlərdə  üstünlük  təşkil  edir.  Bu  da  alətin  o 
dövrdə geniş ərazidə yayılmasını göstərir. Hazırda tənbur və onun adı çəkilən 
növləri ancaq Mərkəzi Asiyada yayılmışdır. 
Miniatürlərdə  bəzək  vurulmuş,  yuxarı  tərəfində  üç  aşıqı,  uzun  qolu,  çox 
da  böyük  olmayan  armudabənzər  çanağı  və  diz  üstündə  tutularaq 
səsləndirilən  alət  əks  olunmuşdur.  Bəzi  miniatürlərdə  dörd  aşıq  gəzə  çarpır. 
Bu artıq onun çartar növünə işarədir. Şeştar saza nisbətən iri çanağa malikdir. 
Simlərin  sayına  uyğun  olaraq,  qolun  bilavasitə  davamı  olan  kəlləyə 
yanlardan altı aşıq pərçim edilmiş, qoluna isə 11 pərdə bağlanmışdır.  
Çoğur  Q.Qaqarinin  “Nisə”  tablosunda  təsvir  edilmişdir.  Xalça  üzərində 
qoyulmuş  alçaq  kətil  üstündə  oturmuş  cazibədar  Nisə  sağ  əli  ilə  çoğurun 
qolunu  saxlayaraq  onun  çanaq  hissəsini  dizinə  sıxır.  Şəkildə  alətin  yan 
tərəfdən  görünüşü  verilmişdir.  Çanağın  qola  yaxın  tərəfdə  bir  qədər  enli 
olması (bunu rəssam kölgə vasitəsilə vermişdir) və uzun qola malik olması, 
həqiqətən  çoğur  olmasını  təsdiqləyir.  Çanağın  iki  növ  ağac  zolaqlarından 
(onlar rənglərinə görə bir-birindən seçilirlər) quraşdırılmışdır. Qolun yuxarı – 
kəllə  hissəsi  bir  qədər  geriyə  doğru  əyilmişdir.  Ona  alt  tərəfdən  dörd  aşıq 
pərçim edilmişdir. Bu da alətin dördsimli olmasını göstərir.  
Orta  əsrlərdə  Azərbaycanda  geniş  yayılan  alətlərdən  olan  çəng 
xanəndələrin,  çalğıçıların,  şairələrin  sevimli  alətlərindən  idi.  Dərviş  Əli  onu 
bütün  alətlərin  “gəlini”  adlandırır  və  Zöhrə  (Venera)  ulduzuna  ithafən 
yaradılmasını, 26 simi və 7 lingi olmasını qeyd edir [5, 16].  
Miniatürlərə  görə,  çəngin  qövsvari  və  aşağı  tərəfə  genişlənən  rezоnator 
rolunu oynayan ağac gövdəsi var. Onun üst hissəsi kəskin əyilmiş və bəzək 
rolunu  oynayır,  aşağı  hissəsinə  isə,  gövdəyə  ifa  zamanı  alətin  döşəməyə 
dirənməsi üçün uzun, geriyə əyilmiş taxta mil pərçim edilmişdir. Milə də öz 
növbəsində düzbucaq altında tamasa - qol pərçim edilib. Çoxsaylı simlər (16-
30  və  daha  çox)  bir  ucları  ilə  rezonatora,  digər  ucları  isə  qol  üzərindəki 
aşıqlara  bağlanır.  Simlər  başını  alətə  doğru  əyən  musiqiçinin  hər  iki  əlinin 
barmaqları ilə səsləndirilir. Bu zaman alət özü sol tərəfdən tutulurdu.  


60
 
At tükündən hazırlanan kamanla çalınan çəьanənin çanağı armud şəklində 
idi. İki və  ya üç simli alət kamança kimi dayağı ilə döşəməyə söykənilirdi. 
Onun  xarici  görünüşü  Q.Qaqarinin  “Şamaxı  rəqqasələri”  tablosunda 
verilmişdir [4, 56]. 
Azərbaycanın  сəfalı  dağlarında,  aran  yerlərində,  şəhər  və  kəndlərində 
nəfəs  alətlərindən  zurnanın  gur,  balabanın  məlahətli,  tütək  və  neyin  həzin 
səsləri  eşidilməkdədir.  Azərbaycanın  şimal  və  şimal-qərb  bölgələrində  ksul, 
sipsi, Naxçıvanda isə yan-tütəyə və çalğıçıların saatlarla səsləndirdiyi tulum 
da yayılmışdır.  
Xalqımız  zurna  (o  “qara  zurna”  da  adlanır)  sədaları  altında  oğullarını 
döyüşə  göndərmiş,  əmin-amanlIq  dövründə  isə  səsi  şənliklərdə,  toy-
düyünlərdə,  idman  yarışlarında  eşidilmişdir.  Miniatürlərдə  zurna  ölçülərinə 
görə  müasir  növündən  böyük  və  ağzı  daha  genişdir.  Gövdədə  barmaqların 
vəziyyətinə  görə  belə  qənaətə  gəlmək  olуr  ki,  çalğı  dəliklərinin  sayı  7-yə 
çatır. İfaçının dodaqları milə keçirilmiş girdə tağalağa toxunur.  
Müasir  dövrümüzdə  bayram  və  şənliklərdə  səslənən  zurna  təsviri  sənət 
nümunələrində  daha  çox  görünür.  Bu  da  onun  xalq  arasında  daha  geniş 
yayılmasına dəlalət edir. 
Miniatürlərdə ney kiçik diametrli uzun boru şəklindədir. Alətin uzunluğu 
(çalğıчı  ilə  müqayisədə)  700-800  mm-ə  çatır.  Aydındır  ki,  miniatürlərin 
ölçüləri  rəssamlara  gövdənin  üzərindəki  dəlikləri  göstərməyə  imkan 
vermirdi.  Lakin  barmaqların  vəziyyətinə  görə  ehtimal  etmək  olar  ki,  belə 
dəliklərin  sayı  bir  neçədir  və  onlar  alətin  aşağı  hissəsində  yerləşir.  Ney 
çobanların və habelə peşəkar musiqiçilərin əlində səslənirdi. 
 Q.Qaqarinin  “Şamaxı  rəqqasələri”  tablosunda  balabanın  “sümsü  -
balaban” növü çəkilmişdir.  
 Miniatürlərə  görə  Оrta  əsrlərdə  Azərbaycanda  başqa  nəfəs  alətləri  də 
yayılmışdı.  Onlardan  müxtəlif  uzunluqda  səkkiz  borudan  ibarət  olan 
musiqar, uzunluğu 2 metrə çatan və aşağıya doğru ağzı genişlənən эərənay
ona nisbətən qısa nəfir və ağzı bir qədər geniş, uzun, düz borudan ibarət olan 
şeypuru göstərmək olar.  
Miniatürlərdə  musiqarın  borucuqlarının  sayını  ayırd  etmək  çətindir  [6, 
109].  Lakin  onun  xarici  görünüşü,  borucuqların  yerləşmə  qaydası  və  çalğı 
üsulu  haqqında  fikir  yürütmək  olur.  Musiqarın  borucuqları  müxtəlif 
uzunluqdadir  və  artan  ardıcıllıqla  –  ən  qısa  borucuqdan  ən  uzun  borucuğa 
doğru  yerləşdirilimişdir.  Yuxarı,  düzünə  kəsilmiş  uclar  bir  bərabərdədir, 
aşağı ucları isə qövsvari xətt əmələ gətirir. İfa zamanı alət borucuqların açıq 
ucları yuxarı şaquli tutub, bir əllə alt tərəfdən, digər əllə (sağ və yaxud sol) 
isə  ensiz  hissədən  saxlanılır.  Borucuqların  açıq  ucları  dodaqlara  toxunur. 
Hava axınını kəsiyin qırağına istiqamətləndirməklə səslər çıxarılır.  
Эərənay  miniatürlərdə  düz  boru  şəklində  təsvir  olunmuşdur.  Эərənayla 
müqayisədə nəfirin uzunluğu, demək olar ki, iki dəfə azdır.  


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə