37
Gostərilən hər bir üsulun özünəməxsus xüsusiyyətləri vardir. Ekspert
işlərinin məqsədindən və ekspert işlərinin növündən asılı olaraq bu üsulların hər
birinin özünə məxsus geniş imkanları vardır. Məsələn, sənaye məhsullarının
keyfiyyət üzrə atestasiyası zamanı ekspert qrupu məmulatın texnki səviyyəsini bal
qiyməti ilə kartlarda göstərirlər. Layihələndirmə həllinin qiymətləndirilməsi
zamanı kompleks qiymətləndirməni keyfiyyət-analitik metodlarından istifadə
edilmənin
L a y i h ə p r o q n o z ü s u l u . Bu üsul istınilən layihəni, yaxud da
tanış olmayan məmulatların estetik xassələrinin qiymətləndirilməsini həyata
keşirən dizaynerlərin iş üslubunun emprik mülahizələrinə əsaslanır. Bu zaman
ekspert-dizaynşı məmulatla tanış olduqdan sonra onun yeniləşdirilməsi,
funksional-konstruksiya və estetik üstünlüyünün həlli üçün eskizlər varıantini
axtarmaga başlayir. Sonra isə alınmış sxemi və eskizləri bir-birləri ilə tutuşduraraq
bunların hansının qəbuledilməz və hansının isə perspektiv olmasını aşkar edir.
Nəticədə ekspert-dizayner məmulat haqqında professional mülahizələrini
formalaşdırır, özünün astarış qeydlərinə əsaslanaraq onun estetik cəhətdən
çatışmazlıqlarını və üstünlüklərini mühakimə edir. Əgər elmi-texniki proqnozlar
və bədii-konstruksiya lahiyələndirilməsi haqqında əvvəlcədən məmularlar əldə
edilməklə yeni növ məmulatların estetik keyfiyyəti qiymətləndirilərsə, bu proses
daha da yüngülləşir. Layihə proqnoz metodu ilə məmulatların estetik üstünlükləri
qiymətləndirildikdən bir neçə mərhələlər əldə rəhbər tutulur.
I mərhələdə ekspert komisiyası təhlil olunan məmulatla tanış olur və
aparılacaq təhliliu istiqamətləri işlənib hazırlanır. Bu zaman ekspertlər məmulatın
bütün texniki səmədlərini, lahiyələndirmədən əvvəlki tədqiqatları nəzərdən keşirir,
bədii-konstruksiya təklifləri və s. diqqətlə öyrənirlər. Bunun məqsədi isə bu adları
şəkilən işlərdə başverə biləcək nöqsanların aşkar edilməsidir. Bu proseslərin
öyrənilməsində müəlliflərin şəxsi yaradıcılıq ideyalarının böyük əhəmiyyəti vardır.
II mərhələdə ekspert-dizaynşı məmulatın layihələndirilməsi prosesini
öyrənərkən yeni ideyaların irəli sürülməsi məqsədilə lazımi məmulatlar toplayır.
Sonra isə prinsipial layihələrin həlli məqsədilə lazımı diapozona malık olan
38
varıantda eskizlərin hazırlanmasına başlayır. Bununla da ekspert məmulatın
kompozisiya həllinin növləri və tərkibinə daxil olan elementləri aşkar edir.
III mərhələdə layihələndirmə prosesinin nəticəsinin və qiymətl\əndirmə
kriteriyasının formalaşdırılmasından ibarətdir. Aparılan təhlilin nəticələrinə görə
ekspert öz fikirlərində layihələndirilmə həllini estetik qiymətləndirmə səviyyəsinə
uygun gələn variantı və proseslərinin özünə məxsüs rankasını formalaşdırır.
Əgərbu variantlar çoxluq təşkil edirsə, layihə haqqında tam təssəvvür yaratmaq
baxımından bu məmulatlar “estetik qiymətləndirmənin sahə kriteriyasıni” yaradır.
IV mərhələ qiymətləndirmənin aydınlaşdırılmasınından ibarətdir. Bu
mərhələdə qiymətləndirən istifadə edərək ekspertlər bu barədə ekspertizanın
nəticələrində qeydiyyat aparır. Bu zaman ekspertlərin fikirlərindən ortaya şıxan
çatışmazlıqların da səbəbləri göstərilə bilər.
M ə n ə v i – d ə y ə r i l i l i k qiymətləndirmə metodu oxşarı olmayan
metod olmaqla ekspertlərin diqqətinin yeni növ məmulatların kütləvi estetik
tələbatın ödənilməsi cəlb edilməsinə əsaslanır. Yəni ekspertlər aydın etməlidirlər
ki, bu növ məmulat mədəniyyət sferasında estetik dəyərlilik obyekti rolunu oynaya
bilərmi? Bunun üçün ekspertlər əvvəla istehlakçılar arasında sosioloji sorğular
aparmalı və profesional bədii tənqidlərə diqqət yetirməli, digər tərəfdən isə bu
məqsədlə ekspert qiymətləndirmənin xüsusi metodlarında istifadə edilir. Bunun da
bir neçə mərhələləri vardır.
I m ə r h ə l ə keyfiyyətcə yeni olan məmulatla tanışlıqdır. Bu mərhələdə
ekspertlər qiymətləndirilən obyektin ilkin estetik təəssüratlarını qeyd edirlər.
Burada ekspertlər məmulatla, onun funksiyası və konstruksiya əlamətləri ilə,
habelə istirak şəraiti və mühitin xarakteri və s. kimi hallarda yaxından tanış olurlar.
Daha sonra ekspertlər tədqiq olunan yeni növ məmulatların estetik dəyərliliyi
haqqında ilkin təəssüratlarını formalaşdırırlar.
II m ə r h ə l ə d ə məmulatın estetik dəyərliliyi haqqında istehlakcıların
fikirləri öyrənilir. Bunun üçün ekspertlər konkret sosioloji tətqiqat üsularındın
istifadə edərək istehlskcıların arasında sorğu aparırlar. Sorğu isə anket paylamaqla,
şifahi sorğu və kənardan nəzarət etməklə başa çatdırılır. Lakin bu üsulla sorğu və
39
eksperiment aparmaq nəinki çoxlu zəymət tələb edir, eyni zamanda uzunmüddətli
kənardan seyr etmək heç də hər zaman mümkün olmur.
III m ə r h ə l ə bədiiliyin profesional tənqid edilməsi vasitələri və
üsullarından istifadə edilməsi mərhələsidir. Bədii tənqidin əsasən dizayn sahəsinə
aiddir və məmulatın mədəniyyət sahəsindəki dəyərlilik səviyyəsinin aşkar
olunmasından ibarətdir. Bədii cəhətdən tənqid ərəfəsində müxtəlif istiqamətlərdə
söylənilən narazılıqlara əsasən məmulatın yaxşı və pis olması haqqında nəticə
çıxarılır.
IV m ə r h ə l ə estetik qiymətləndirmə kriteriyasının
formalaşdırılmasından ibarətdir. Mədəniyyət sferasında formalaşmış estetik
qiymətləndirmə kriteriyası ya ictimai norma və ideya formasında, habelə estetik
xarakterə malik olan müəyyən qrup istehlakçıların fikirlərinə əsaslanmalı, yaxud
da ümumi mədəniyyətin səviyyəsinə, üsluba, modaya, obrazlı görkəmə,
kompozisiya bütövlüyünə, formanın səmərəli təşkil və s. kimi əlamətlərə cavab
verən məmulatlara görə müəyyənləşdirilir. Bu məmulatlara görə də islər
istelakçılar və istərsə də profesional tənqidçilər məmulatın estetik xassələrini
mühakimə edirlər.
V m ə r h ə l ə estetik qiymətləndirmənin nəticəsinin elan edilməsi
adlanır. Qiymətləndirmə ekspertlər tərəfindən qəbul edilmiş kriteriyalara uyğun
olaraq həyata keçirilir. Bu bir tərəfdən ekspertizanın məqsədi və vəzifələrinə, digər
tərəfdən isə ekspertlərin profesional-nəzəri baxımdan müəyyən etdikləri
kriteriyalara cavab verməlidir. Qiymətləndirilməxarakteristikasının yekununa görə
hər bir ekspert qiymətləndirilən obyekt haqqında estetik mühakimələr çıxarır. Bu
mühakimələrin yekununa əsaslanaraq obyekt haqqında ekspert komissiyası
kollektiv yekun fikri söyləyirlər.
K o m b i n ə l ə ş d i r i l m i ş metod oxşarı olmayan metod hesab
edilməklə layihə-proqnoz və mənəvi dəyərlilik metodlarını özündə cəmləşdirməklə
sosioloji izahat tələb etmir. Bu metod daxılındə məmulatın estetik yararlıgının
qiymətləndirilməsinə yanaşmada hər iki üsuldan istifadə edilmə nəinki biri digərini
Dostları ilə paylaş: |