64
yüksək bir məharətlə ad verilib. Bu, həyatın o biri üzüdür. Bütün
bunları insan görür, dərk edir, lakin dərs ala bilmir. Gəncliyində
Hikməti dəlicəsinə sevən, lakin onun ”kəndçiliyini” bəyənməyən Bil-
lur tədricən ondan soyuyur, istehzaya keçir: ”Kənddə qırmızıyanaq
qızlar var, Manqa başçısı!” və varlı, vəzifəli birisinin evinə köçür,
”şlyapalı ledi” kimi yaşayır, qızlarını ”kiçik ledi”, ”bir cüt qrafinya”
kimi böyüdür, lakin bir neçə il keçməmiş, ürəyindəki dəhşətli boşluğu
görüb, var-dövlət, cah-cəlal, brilyantlar içərisində son dərəcə yoxsul
bir həyat keçirdiyini anlayır, ömrünü puç etdiyini dərk edir. Hikmət
onunla görüşərkən başa düşür ki, ”bütün o dəbdəbə, təntənə, hərdən
qəşşə çəkmək, dilavərlik onun bağrından qopub gələn ahın” o biri
üzüdür. Romanda bir dəfə də olsun bilavasitə işarə edilməsə də, hiss
olunur ki, mədəaltı vəzdəki şiş bu gözəl ”ledi”ni vaxtından əvvəl
Yasamal gölündəki qayıqlara tərəf aparır.
Sən eyş-işrət içərisində dolanasan, balaca qızlarının barma-
ğındakı üzüyün qiymətinə ”əlli gəlini bəzəmək” mümkün ola, sənin
qarşındakı adam - bir vaxt bəyənmədiyin, öz sevimli övladına bir
velosiped ala bilməyən şəxs insanları və dünyanı yaşatmaq üçün dün-
yanın möcüzəsini yarada, - həyatın təəssüf dolu ziddiyyətləridir.
S.Əhmədovun bu cür ümumiləşdirmə qabiliyyəti başqa ro-
manlarında da özünü göstərir. Yazıçının belə geniş qarşılaşdırma və
müqayisələri ilə yanaşı, konkret müqayisələri də təbii və sərrastdır;
həm komik, həm də ciddi müqayisələrində obrazlı təfəkkür çox uğur-
ludur: ”Şubanı dağının ətəyindən yenə qatar keçirdi, uğultu dərəyə
düşürdü, elə bil, çay daşmışdı.” Yaxud, rəğbət bəsləmədiyi direktorun
başının təsviri: ”O idi, direktor, Səlim Xəliloviç, başı açıqdı, yumur-
tanın içinə oxşayırdı: saralan daz, dövrəsi ağ.” ” ... onun laboratoriyası
Ema, direktoru Rozadı, filtri Zəminədi, sintezi də təzəcə gətirdiyi
Zərifə.” Oxucu artıq sözə ehtiyac duymadan direktorun ”şəxsi”
keyfiyyətləri ilə ətraflı tanış olur.
Sabir Əhmədov həyatın hər üzünü, həm keçmişini, həm indis-
ini, həm də gələcəyini, həm səbəbi, həm də nəticəni özünəməxsus bir
üslubda ümumiləşdirməyi bacaran usta yazıçıdır. Onun əsərlərindən
oxucular müasirlərimizin mənəvi-psixoloji aləmi barədə ensiklopedik
məlumat ala bilərlər.
1984
66
TARİXİ POVESTDƏ TARİXİN
TƏHRİFİ
”Cəlaliyyə”
1
tarixi mövzuda yazılmış bir povestdir. Əsər
Atabəy Məhəmməd Cahan Pəhləvanın Zahidə xatundan olan qızı Nax-
çıvan hakimi Cəlaliyyənin həyatından və mübarizəsindən bəhs edir.
Azərbaycanın qadın qəhrəmanlarını, görkəmli dövlət və
mədəniyyət xadimlərini üzə çıxarmaq, onları xalqa daha yaxşı tanıt-
maq və sevdirmək sahəsində yazıçı Ə.Cəfərzadənin xidmətləri böyük-
dür. Yazıçının belə tarixi qadın qəhrəmanlarından biri də Cəlaliyyədir.
Müəllif Cəlaliyyəni hərtərəfli təsvir etməyə çalışmışdır: o,
atası Cahan Pəhləvanın və əmisi Qızıl Arslanın sevimlisidir; Naxçıva-
nın gözəlliklərini, Əlincənin əzəmətini, şeri-sənəti sevən qızdır; Ni-
zaminin ”Xəmsə”sini ətrafındakı qızlara oxumaqdan doymur; Nizami
ilə görüşünü, bu görüşün həyəcanlı anlarını unuda bilmir.
Cəlaliyyə eyni zamanda dövlət xadimidir, bir vaxt ona iqta
verilmiş Naxçıvanın ədalətlə idarəsinə çalışır. Hakim olduğu ərazidə
vaxtaşırı insanların arzu və şikayətlərini dinləyir. Müəllifin fikrincə,
sevgisində də möhkəmdir, ilk əri pəhləvan oğlu Cəlallı Cəmşidi unuda
bilmir, onun yadigarı Cəlalı böyüdüb əsl vəliəhd kimi yetişdirmək
istəyir. Sarayındakı bütün xidmətçilər qadınlardan ibarətdir. O, öz
ətrafına Canfəda xanım, Mahim ana, Zeynəb, Olcay kimi saf, mehri-
ban, zərif qadınları, qızları toplamışdır. Saraydakı bütün işləri qadınlar
idarə edir.
Lakin bir gün Naxçıvan hakiminin şeirlə, sənətlə, nəğmə ilə
keçən gözəl və rahat günlərini atasının məmluku Aydoğmuş pozur.
Aydoğmuşun ona - mələkəyə məhəbbəti və Hilat hakimi Hacib Əlinin
Naxçıvana basqını onların sakit həyatına son qoyur.
Cəlaliyyəni sevən, onunla evlənməklə Naxçıvana sahib olmaq
istəyən sərkərdə Aydoğmuş qızın onun arzularını qəbul etməyəcəyini
gördükdə Haciblə birləşir, vəliəhdi oğurlayır və mələkənin özünü də
oğurlamağa çalışır. Vəliəhd məhv olur. Hacib Aydoğmuşun iştirakı və
köməyi ilə Naxçıvanı mühasirəyə alır. Lakin bu zaman Xarəzmşah
Cəlaləddin Manqburnı köməyə gəlir, Hacibin adamları Aydoğmuşu
məhv edərək geri çəkilir. Cəlaliyyə böyük məmnuniyyətlə Cəlaləddin
ilə evlənir.
Qeyd etməliyik ki, Atabəylər dövrü Azərbaycan xalqının
vəziyyəti maraq doğurur, bu dövrün tarixi-bədii tədqiqi
1
ß.Úÿôÿðçàäÿ. Úÿëàëèééÿ, Áàêû, 1983.
67
yazıçılarımızın qarşısında böyük vəzifələr qoyur. Azərbaycan feodal
dövlətinin yaranmasında, inkişafında, xalqın dirçəlişində Şəmsəddin
Eldəgizin və onun övladlarının böyük rolu olmuşdur. Tarixi
vərəqlədikdə aydın olur ki, bu dövrün hər bir kiçik səhifəsi qüdrətli
sənət əsərləri üçün zəngin material verir. Ən mühüm məsələ tarixi
tarixə uyğun şəkildə, həqiqətləri təhrif etmədən təsvir etmək, bu böyük
dövr haqqında düzgün təsəvvür yaratmaqdır. Tarixi hadisələri obyek-
tiv əks etdirmək, xalqı onun keçmişi ilə düzgün tanış etmək yazıçının
əsas vəzifəsidir. Süni, saxta, uydurma, qeyri-tarixi hadisələrin qələmə
alınması oxucunu çaşdırır, keçmişə münasibəti korlayır, tarixi du-
yumla yaranmış təsəvvürləri heç edir. Ədəbiyyat da tarix kimi tarixi
düzgün əks etdirməlidir. Bədii ədəbiyyat tarixdən çox oxunur, buna
görə də onun düzgün və obyektiv mövqeyi daha vacibdir. Bu tələblərə
cavab verməyən əsərlər sadəcə olaraq mövzunu korlamaqla qalmır,
dövrə yanlış münasibət yaratmaqla zərərli bir şey kimi ortaya çıxır.
Bu cür prinsipləri nəzərə aldıqda, Ə.Cəfərzadənin ”Cəlaliyyə”
povesti rəğbət doğurmur. Əsərdə süni və qeyri-məntiqi nöqtələr
çoxdur. Bunlardan əlavə, tarixin təhrifi daha zərərli görünür.
Şeir, sənət aşiqi olan Cəlaliyyə Nizami ilə görüşür, lakin bu
görüşdən yadda qalacaq bir detala təsadüf edilmir. Oxucu bu görüşdən
çox şey gözləyir, lakin görüşün mənasızlığına təəssüf edir. Nizami
əsərlərinin oxunuşundan, Nizaminin qadına ”mənfi”
münasibətlərindən ibarət bölmələr oxucuya heç nə öyrətmir. Bunlar və
bir çox səhifələrdəki folklor materialları povesti qəzet məqaləsinə ox-
şadır. Cəlaliyyənin şəxsi təşəbbüsləri, ağıl və iradəsi, cəsarəti görün-
mür. Düzdür, Aydoğmuş kölədir və sonralar həqiqətən Atabəyin
kölələrindən bəziləri xain çıxmışlar, lakin Cəlaliyyəni sonsuz bir
məhəbbətlə sevən bir adamın birdən-birə Cəlaliyyəyə qarşı amansız
bir cəllada çevrilməsi oxucunu inandırmır. Hətta Hacib Əli onun
hərəkətlərinə nifrət edir.
Povestdə bəzi döyüş səhnələri də çox qəribədir. Naxçıvan
yaxınlığında döyüşdə vaxtilə Aydoğmuşu dəlicəsinə sevən Olcay im-
kan tapıb Aydoğmuşu ”ölümcül yaralayır”. Lakin bu cür ağır zərbə
(”qəflətən qılıncını Aydoğmuşun sağ çiyninə endirir”) elə bir zərbə
sayılmır, ”Aydoğmuş kimi sərkərdə və sağlam kişi üçün qız sığalı”
hesab edilir. Bunun ardınca onun müttəfiqi Hacibin yavəri Həsən
”arxadan dəşmənini satqının enli kürəklərinin tam ortasına saplayır.”
Elə bu anda Hacibin öz qılıncı da parlayır və ”düz Aydoğmuşun
qaşları arasından başını bölür”. Belə bir halda Aydoğmuş ”mürəssə
qəməyə əl atır” və elə bu vaxt boynunun ardından ”üçüncü qılınc
Dostları ilə paylaş: |