Азярбайъан республикасынын тящсил назирлийи


Testin nəticələrinin interpretasiyası



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə22/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

65 
 
Testin nəticələrinin interpretasiyası 
 
 
Qeyd  olunduğu  kimi,  seçimin  nəticələrinin  izahedilməsi  üsullarından 
biri  əsas  rənglərin  vəziyyətinin  qiymətləndirilməsidir.  Əgər  onlar  beĢinci 
mövqedən  sonrakı  mövqeləri  tuturlarsa,  deməli,  onların  xarakterizə  etdiyi 
xüsusiyyətlər,  tələbatlar  ödənilməmiĢdir,  nəticədə  narahatlıq,  neqativ 
vəziyyət yaranır. 
 
Əsas  rənglərin  qarĢılıqlı  vəziyyəti  nəzərdən  keçirilir.  Məsələn  №1  və 
№  2  (göy  və  sarı)  yanaĢıdılar  (funksional  qrup  yaradırlar),  onların  ümumi 
xüsusiyyəti – ―daxilə‖ subyektiv istiqamətlənmə qeyd olunur. № 2 və № 3 
rənglərin (yaĢıl və qırmızı) birgə vəziyyəti, qərarların qəbulu zamanı onların 
müstəqilliyinə, təĢəbbüskarlığına iĢarə verir. № 3 və № 4 rənglərin (qırmızı 
və  sarı)  birləĢməsi  ―xaricə‖  istiqamətlənməni  qeyd  edir.  №  1  və  №  4 
rənglərin  (göy  və  sarı)  birləĢməsi  sınananların  mühitdən  asılılığının 
təsəvvürünü gücləndirir. № 1 və № 3 rənglərin  (göy və qırmızı) birləĢməsi 
zamanı  bir  funksional  qrupda  mühitdən  asılı  olmağın  və  subyektiv 
istiqamətlənmənin  (göy  rəng)  və  müstəqilliyi,  ―xaricə‖  istiqamətlənmənin 
(qırmızı rəng) əlveriĢli balansı qeyd olunur. YaĢıl və sarı rənglərin (№ 2 və 
№ 4) birləĢməsi ―daxilə‖ subyektiv can atma, muxtariyyət ilə inadkarcasına 
―daxilə‖  can  atmanın,  mühitdən  asılı  olmanın  müqayisə  edilməsi  kimi 
nəzərdən keçirilir. 
 
M.LyuĢerin  rəyinə  görə  əsas  rənglər  aĢağıdakı  psixoloji  tələbatların 
simvoludurlar: 
 
№ 1 (göy)  - məmnun olmağa, sakitliyə, dayanıqlı müsbət bağlılıqlara 
tələbat 
 
№ 2 (yaĢıl) – özünütəsdiqə tələbat 
 
№ 3  (qırmızı) – aktiv hərəkət etmək və uğur qazanmağa olan tələbat 
 
№  4    (sarı)  –  perspektivə,  daha  yaxĢı  olmaq  üçün  ümidlərə,  arzulara 
olan tələbat. 
 
Əgər  əsas  rənglər  1-ci  və  5-ci  mövqelərdədirlərsə,  onda  hesab  olunur 
ki, bu tələbatlar müəyyən qədər ödənilir və ödənilmiĢ kimi qavranılırlar: əgər 
onlar 6-cı və 8-ci mövqelərdədilərsə, bu, o deməkdir ki, əlveriĢsiz Ģəraitlərə 
görə  hər  hansı  bir  münaqiĢə,  narahatlıq,  narazılıq  vardır.  Rədd  edilən  rəng 
stress qaynağı kimi də nəzərdən keçirilə bilər. Məsələn rədd edilən göy rəng 
sakitliyin, bağlılığın olmamasından olan məmnuniyyətsizliyi bildirir. 
 
Rənglərin  seçiminin  analizinin  gediĢində  əmək  qabiliyyətinin 
qiymətləndirilməsi  imkanlarını  M.LyuĢer  aĢağıdakı  mühakimələrə 
əsaslanaraq nəzərə alırdı.  
 
YaĢıl  rəng  mürəkkəb  fəaliyyət  Ģəraitlərində  iradə  təzahürlərinin 
elastikliyini  xarakterizə  edir,  hansı  ki,  əmək  qabiliyyətinin    mühafizə 
edilməsini təmin edir. 


66 
 
 
Qırmızı  rəng  məqsədə  çatmağa  can  atmaqdan  məmnunluq  hissini  və 
iradə  gücünü  xarakterizə  edir,  bunlar  da  əmək  qabiliyyətinin  mühafizə 
edilməsinə yardım göstərirlər. 
 
Sarı  rəng  uğura  olan  ümidləri,  fəaliyyətdə  iĢtirakdan  (bəzən  onun 
detallarını  dəqiq  dərk  etmədən)  alınan  spontan  zövqü,  sonrakı  iĢə 
səmtləĢməni göstərir. 
 
Əgər bu üç rəng sıranın baĢında və üçü də bir yerdə durubsa onda daha  
məhsuldar fəaliyyət daha yüksək əmək qabiliyyəti ehtimalı var. Əgər  onlar 
sıranın ikinci yarısında və bir – birilərindən ayrı dururlarsa proqnoz daha az 
qənaətbəxĢdir. 
 
Həyəcan göstəriciləri: Əgər əsas rəng 6-cı yerdə durursa, o, ―-― iĢarəsi 
ilə qeyd olunur və ondan sonra gələnlər (7-ci və 8-ci mövqelər) də bu iĢarə 
ilə  qeyd  olunurlar.  Onları  rədd  edilən  rənglər,  həyəcanlılığın  və  neqativ 
vəziyyətin səbəbi kimi nəzərdən keçirmək lazımdır. 
 
LyuĢer  testində  belə  hallar  rəngin  nömrəsi  və  ―-―  iĢarəsinin  üstündə 
yerləĢdirilmiĢ A hərfi ilə qeyd olunur. Məsələn: 
 
   
 
A    
A       A 
 
   
 
1        6        0 
Kompensasiya göstəriciləri. Stress, həyəcan mənbəyi (hansı isə əsas rənglə 
ifadə  olunmuĢ,  6-cı  və  8-ci  mövqelərdə  yerləĢdirilmiĢ)  olduğu  halda  1-ci 
mövqeyə  qoyulmuĢ  rəng  kompensasiya  (motivlə,  əhvali  –  ruhiyyə  ilə, 
davranıĢla kompensasiya edən) göstəricisi kimi nəzərdən keçirilir. Bu halda 
birinci  yeri  tutan  rəqəmin  üstündə  S  hərfi  yazılır.  Kompensasiyanın  əsas 
rənglərdən  birinin hesabına getməsi çox və ya az dərəcədə normal hal hesab 
olunur. Bununla belə, stress və kompensasiya faktının olması həmiĢə kifayət 
qədər optimal vəziyyətin olmamasından xəbər verir. 
 
Kompensasiya  əlavə  rənglərin  hesabına  getdiyi  halda  testin  nəticələri 
neqativ  vəziyyətin,  neqativ  motivlərin,  əhatəedici  situasiyaya  neqativ 
münasibətin göstəriciləri kimi Ģərh olunurlar. 
 
Həyəcan intensivliyinin göstəriciləri əsas rənglərin tutduğu mövqe ilə 
xarakterizə olunur. Əgər əsas rəng  6-cı  yerdədirsə, həyəcanı  yaradan faktor 
nisbətən zəif hesab olunur (bu bir nida iĢarəsi ilə qeyd olunur); əgər rəng 7-ci 
mövqedədirsə iki n ida iĢarəsi (!!) qoyulur; 
 
Əgər  əsas  rəng    8-ci  mövqedədirsə  üç  nida  iĢarəsi  (!!!)  qoyulur. 
Beləliklə, stressin, həyacanın mənbəyini xarakterizə edən 6 iĢarə qoyula bilə, 
məsələn: 
                               !   !!      !!! 
 
   
 
A       A       A 
                              2        1        4 
 
ƏlveriĢsiz  kompensasiya  halları  da  bu  Ģəkildə  qiymətləndirilə  bilər. 
əgər kompensasiya rolunu əsas rənglərdən biri və ya bənövĢəyi rəng oyanırsa 
onda  heç  bir  iĢarə  qoyulmur.  Əgər  boz,  qəhvəyi  və  ya  qara  rəng  3-cü 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə