Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə22/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.9.5. Metanolla əlaqəli işlər 

1.9.5.1. Metanolun tətbiq olunduğu hər bir müəssisədə

xüsusi əmrlə onun saxlanılmasına, buraxılmasına, istifadəsinə,

aparılan   işlərin   düzgün   təşkil   olunmasına,   bu   işlərə   cəlb

olunan bütün işçilərin təlimatlandırılmasına və onların hər il

tibbi   müayinədən   keçmələrinə   cavabdeh   şəxs   təyin

olunmalıdır.

1.9.5.2.   Metanolun   daşınması   və   saxlanılmasında

istifadə   olunan   sistern   və   tutumların   üzərində   silinməyən,

gözə çarpan açıq boya ilə «Zəhərlidir!», «Oddan təhlükəlidir!»

xəbərdaredici sözlər yazılmalıdır. 

1.9.5.3. Metanolun saxlanılması üçün nəzərdə tutulan

tutumlar tənəffüs və hidravlik klapanlarla  təchiz  edilməli  və

plomblanmalıdır.   Həmin   tutumlar   çəpərlənmiş   meydançada

talvar altında və ya anbarlarda yerləşdirilməlidir.

1.9.5.4.   Metanol   sisternlərdən   yalnız   germetik

bağlanmış   tutumlara   nasos   vasitəsilə   və   ya   öz-özünə

axıdılmaqla tam boşaldılmalıdır. Metanol axıdılan boru kəməri,

onun   tam   boşaldılmasını   təmin   etmək   məqsədi   ilə   maili

quraşdırılmalıdır.

44



1.9.5.5.   Metanolun   boşaldılmasından   sonra   tutumlar,

şlanqlar dərhal çoxlu miqdarda su ilə yuyulmalıdır.

1.9.5.6. Metanolun vurulmasında istifadə olunan boru

kəmərlərini,   nasosları   və   şlanqları   digər   mayelərin

vurulmasında istifadə etmək qadağandır.

1.9.5.7. Metanolu metanol qurğusuna vurmazdan əvvəl

onun   bütün   hissələrinin,   flans   birləşmələrinin,   siyirtmələrin,

qoruyucu   klapanların,   monometrlərin   və   digərilərinin   sazlığı

yoxlanılmalıdır.

Metanol qurğusunda aşkar olunmuş nasazlıqlar dərhal

aradan qaldırılmalıdır.

Metanolun qurğuya vedrələrlə və analoji qablarla dol-

durulması qadağandır.

1.9.5.8.   Metanol   qurğusu   yalnız   onda   olan   təzyiq

atmosfer   təzyiqinə   çatdırıldıqdan   sonra,   metanolla

doldurulmalıdır.

1.9.5.9.   Xüsusi   dayaqlar   üzərində   quraşdırılmış   işçi

metanol   çəninə   qalxmaq   üçün   nərdivandan   istifadə

edilməlidir.

1.9.5.10.   Əgər   metanol   tutumunda   təzyiqin   nəzərdə

tutulan   təzyiqdən   yuxarı   qalxması   təhlükəsi   mövcuddursa,

onun üzərində qoruyucu klapan quraşdırılmalıdır.

1.9.5.11.  Metanol  çəninin  boru  kəməri  donubsa,  onu

işlək   sistemdən   ayırdıqdan   sonra   buxar   və   ya   isti   su   ilə

qızdırmaq lazımdır. Açıq oddan istifadə etməklə onu qızdırmaq

qadağandır.

1.9.5.12.   Metanolla   işləyərkən   [38,   83,   254]–ün

tələbləri yerinə yetirilməlidir.

45




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə