Азярбайъан республикасы


 Yanar qaz balonları saxlanılan anbarlar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə17/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.8.5. Yanar qaz balonları saxlanılan anbarlar

1.8.5.1.   Yanar   qaz   balonları   saxlanılan   anbarlar

çardaxsız,   arakəsməsiz,   yüngül   tip   örtüklü   yanmayan

konstruksiyalardan tikilməli və birmərtəbəli olmalıdır.

Atmosfer çöküntüləri və günəş şüalarının təsirindən ba-

lonları qorumaq şərti ilə onların açıq meydançalarda da saxla-

nılmasına icazə verilir.

1.8.5.2. Yanar qaz balonları saxlanılan anbarların döşə-

mələri zərbə zamanı qığılcım verməyən materialdan olmalıdır.

1.8.5.3. Qrup halında balonların divarla arakəsməsi olma-

dan yerləşdirilməsinə yalnız yanmayan bütöv divarlı (qapı və

pəncərəsi olmayan divar) binalarda icazə verilir.

Qrup halında balonlar şkaflarda və ya yanmayan mate-

riallardan hazırlanmış xüsusi budkalarda saxlanılmalıdır.

36



1.8.5.4. Sıxılmış, mayeləşdirilmiş, həll olunmuş qazların

saxlanılması   üçün   ayrılmış   balonlar   [9]-n   tələblərinə   cavab

verməlidir. 

Balonların xarici səthi hər bir qaz üçün müəyyən edilmiş

rəngə uyğun rənglənməlidir.

1.8.5.5. Balonların müəyyən edilmiş normadan artıq sıxıl-

mış, mayeləşdirilmiş və həll olunmuş qazlarla doldurulması qa-

dağandır.

1.8.5.6. Yanar qaz balonları (hidrogen, asetilen, propan,

etilen   və   s.)   oksigenli   balonlardan,   sıxılmış   hava   və   digər

oksidləşdiricilərdən,   həmçinin   zəhərli   qazlardan   ayrı

saxlanılmalıdır.

1.8.5.7. Oksigenli balonlar yağlarla və yağlı materialı olan

armaturlarla   təmasda   olmamalıdır.   Oksigenli   balonların   əllə

daşınması zamanı ventildən tutmaq qadağandır.

1.8.5.8. Sıxılmış qaz stansiyalarının partlayış təhlükəli otaqla-

rında və yanar qaz balonları saxlanılan otaqlarda təhlükəli qaz qa-

tılığının yaranması barədə siqnal verən cihazlar quraşdırılmalıdır.

Göstərilən cihazlar olmadıqda otağın havasının növbədə

bir dəfədən az olmayaraq qaz analizi aparılmalıdır.

Analiz üçün hava nümunələri otağın aşağı və yuxarı hissə-

lərindən götürülməlidir. Otaqda təhlükəli qaz qatılığı aşkar olu-

narsa, otağın havasının dəyişdirilməsi üçün tədbirlər görülməli,

onun qazlanması səbəbləri aydınlaşdırılmalı və aradan qaldırıl-

malıdır.

1.8.5.9. Düzülmə zamanı balonların bir-birindən zərbə al-

masına, balon qapaqlarının döşəməyə düşməsinə yol verilmə-

məlidir.


1.8.5.10. Yanar qaz balonlarında sızma aşkar olunarsa,

həmin balonlar təcili olaraq anbardan kənarlaşdırılmalıdır.

1.8.5.11. Yanar qaz balonları istilik mənbələrindən 1m-

dən az olmayan məsafədə saxlanılmalıdır. 

37



1.8.5.12. Yanar qaz balonları saxlanılan anbarlara ayaq-

qabısının   altlığına   (dabanına)   metal   mismar   və   ya   nal

vurulmuş şəxslərin daxil olması qadağandır.

1.8.5.13. Balonların günəş şüalarının birbaşa təsirindən

qorunması üçün anbarın pəncərə şüşəsi ağ rənglə rənglənməli

və ya günəşdən qorunma qurğuları ilə təchiz olunmalıdır.

1.8.5.14. Balonlar saxlanılan anbarlardan radiusu 10 m-

dən yaxın məsafədə yanar materialların saxlanılması və odlu

işlərin aparılması qadağandır.

1.8.5.15. Başmaqlı yanar qaz balonları anbarlarda şaquli

(dik)   vəziyyətdə   saxlanılmalıdır.   Balonların   aşmaması   üçün,

onlar xüsusi yuvalara yerləşdirilməli və ya çəpərlənməlidir.

1.8.5.16. Başmağı olmayan balonlar taxta çərçivələrdə və

ya stellajlarda üfiqi vəziyyətdə saxlanılmalıdır.

Balonlar   sıra   ilə   yığılarkən,   onların   hündürlüyü   1,5   m

artıq   olmamalı,   bütün   ventillər   qoruyucu   qapaqlarla

bağlanmalı və hamısı bir tərəfə yönəldilməlidir.

1.8.5.17. Yanar qaz balonları saxlanılan anbarların təhlü-

kəsiz qaz qatılığını təmin edən məcburi ventilyasiyası olmalıdır.

Ventilyasiyası nasaz anbarların istismarı qadağandır.

1.8.5.18.   Qaz   balonları   olan   anbarlarda   digər   maddə,

material və əşyaların saxlanılması qadağandır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə