Азярбайъан республикасы



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix22.07.2018
ölçüsü0,82 Mb.
#58368
  1   2   3   4   5   6   7   8   9   ...   21



 
AZƏRBAYCANIN GÖRKƏMLĠ ġƏXSĠYYƏTLƏRĠ 
 
 
 
 
CAHANGĠR CAHANGĠROV 
BĠBLĠOQRAFĠYA 
 
 



 
 
 
 
 
 
 
 
 
 
CAHANGĠR CAHANGĠROV 
BİBLİOQRAFİYA 
 
    
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2011 
 
 
 



 
Tərtib edəni:   
 
    
Tamilla Məmmədova
Əməkdar mədəniyyət işçisi, 
 
Buraxılışa məsul və 
ixtisas redaktoru:
 
 
 
Kərim Tahirov, 
Əməkdar mədəniyyət işçisi, 
                                fəlsəfə doktoru 
 
 
Redaktor: 
 
             
Nazlı ġahbazova 
 
 
Cahangir Cahangirov: Biblioqrafiya /tərt. ed. T.Məm-
mədova;  burax.  məs.  və  ixtis.  red.  K.Tahirov;  red.  N.Şah-
bazova;  M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxanası.- 
Bakı, 2011. - 99 s. 
 
 
 
 
 
 
 
 
 
©
 M.F.Axundov adına Milli Kitabxana, 2011 
 



 
TƏRTĠBÇĠDƏN
 
 
Görkəmli bəstəkar, Azərbaycan SSR Xalq artisti, professor, 
SSRİ  Dövlət  mükafatı  laureatı  Cahangir  Cahangirovun  həyat  və 
yaradıcılığını  əks  etdirən  biblioqrafik  göstərici  ilk  dəfə  tərtib 
olunur. Anadan olmasının 90 illik yubileyi münasibətilə çap olunan 
biblioqrafik  göstərici  1939-cu  ildən  2011-ci  ilə  qədər  olan  dövrü 
əhatə edir. Azərbaycan və rus dillərində tərtib edilmiş biblioqrafik 
göstəricidə  bəstəkarın  həyat  və  yaradıcılığının  əsas  tarixləri,  gör-
kəmli  şəxsiyyətlərin  onun  haqqında  ürək  sözləri,  əsərlərinin 
biblioqrafik siyahısı və bəstəkar haqqında çap olunmuş materiallar 
xronoloji qaydada işlənmişdir (səsyazmalar  istisna olmaqla).  Xro-
noloji çərçivə daxilində isə əlifba sırası gözlənilmişdir. 
Biblioqrafik  vəsaitdə  C.Cahangirovun  not  nəşrləri,  not  əl-
yazmaları, səsyazmalar, CD-lər və məqalələri verilmişdir. Vəsaitə 
habelə dissertasiyalar və avtoreferatlar da daxil edilmişdir. 
Biblioqrafik vəsaitin ən üstün və maraqlı cəhəti Milli Dövlət 
Arxivində və digər musiqi fondlarında mühafizə olunan avtoqraflı 
əlyazmalarının  da  burada    öz  əksini  tapmasıdır.  Vəsaitdə  materi-
allar  musiqi  janrları  əsasında  sistemləşdirilmiş,  janr  daxilində  isə 
xronoloji qayda gözlənilmişdir. 
Göstərici  C.Cahangirovun  yaradıcılığını  tədqiq  edən  və 
öyrənən  elmi  işçilər,  konservatoriya  və  musiqi  məktəb  tələbələri, 
habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.  
Göstərici  haqqında  rəy  və  təkliflərini  göndərən  mütəxəssis-
lərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk. Arzu və 
iradlarınızı  M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxanasına 
göndərməyinizi xahiş edirik. 
Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi, 29. 
E-mail: contact@anl.az 
URL: www.anl.az 



 
LĠRĠK NƏFƏSLĠ SƏNƏTKAR 
Neftçi  ailəsində  dünyaya  göz  açan  Cahangir  Cahangiro-
vun qohum-əqrəbasından kimsə bəlkə də onun görkəmli musiqi 
xadimi  və  məşhur  bəstəkar  kimi  yetişəcəyini  xəyalına  belə 
gətirməzdi. Ancaq bu belə oldu. 
Respublikanın  Xalq  artisti,  profesor  C.Cahangirovun 
geniş  dinləyici  kütləsi  arasında  tanınması  1949-cu  ilə  təsadüf 
edir. O zaman Azərbaycan bəstəkarlarının  yaradıcılığına baxış 
keçirilirdi. Baxışda iştirak edən gənc Cahangirovun “Arazın  o 
tayında”  vokal-simfonik  poeması  hamının  diqqətini  cəlb  etdi. 
Poemanın sözləri Mədinə Gülgünün və Əli Tudənindir. Xalqın 
azadlıq uğrunda mübarizəsini tərənnüm edən bu görkəmli əsər 
bir  il  sonra  Dövlət  mükafatına  layiq  görüldü.  O  zaman 
Cahangir  hələ  konservatoriyanın  3-cü  kursunda  təhsil  alırdı. 
Poema  Moskvanın  Sütunlu  salonunda  və  Leninqradda  ifa 
olunmuş,  lent  yazısı  Ümumittifaq  radiosunun  qızıl  fonduna 
daxil  edilmişdi.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  sonralar 
bəstəkarın  əsas  yaradıcılıq  istiqamətini  müəyyənləşdirən  və 
inkişaf  etdirən  cəhətlər  həmin  əsərdə  ilk  dəfə  özünü  büruzə 
vermişdir. 
Cahangir  Cahangirovun  bəstəkarlıq  fəaliyyəti  olduqca 
rəngarəng  və  məhsuldardır.  Onun  50  ildən  artıq  bir  dövrdə 
müxtəlif  janrlarda  yaratdığı  parlaq  əsərləri  musiqisevərlərin 
qəlbinə  yol  tapmışdır.  Bu  müddət  ərzində  onun  “Azad”  və 
“Xanəndənin taleyi” operaları, oratoriya və kantataları, skripka 
ilə orkestr üçün və tar ilə orkestr üçün “Konsertlər”i, süitaları, 
kompozisiyaları  və  bir-birindən  gözəl,  mənalı  və  ürəyəyatan 
mahnıları bəstəkara şöhrət gətirmişdir.  
Azərbaycan 
xalq  musiqisinin  vurğunu  Cahangir 
Cahangirov bütün  yaradıclığı boyu həmin musiqiyə xüsusi bir 
qayğıkeşlik və müdrikliklə yanaşmışdır. İstər könül açan mahnı 
olsun, istər aşıq havası, istər qədim muğam və ya təsnif olsun, 
istərsə  də  qaynar  rəqs,  fərqi  yoxdur,  folklordan  quru  iqtibas 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə