Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   2   3   4   5   6   7   8   9   ...   44

 
 
 
13 
hücumları  Sasani  imperiyasını  çox  narahat  edirdi.  Buna  görə  də  I 
Yezdəgird  dövründə  V  əsrdə  Dərbənd  zonasına  İrandan  (əsasən 
Gilan ərazisindən) 10 min ailə köçürüldü. Az sonra 30 min mehrani 
ailəsi  Arran  zonasına  köçürüldü.  V.F.Minorskiyə  istinad  edən 
N.X.Məmmədov  yazır  ki,  belə  hallara  ola  bilsin  ki,  əvvəllər  hələ 
Əhəmənilər dövründə də Qafqaz keçidlərini şimal tərəfdən ehtimal 
edilən basqınlardan qorumaq məqsədilə yol verilmişdir.
24
 
S.Aşurbəyli  Şirvan  zonasındakı  bəzi  irandilli  tayfaların 
Lahıcandan, Təbəristandan, Gilandan və b. yerlərdən gəldiyini qeyd 
edərək  yazır:  «Tatlar,  şübhəsiz,  Şirvan  ərazisində  qədim  etnik 
təbəqələrdən biridir».
25
 
A.L.Qrünberq  müsəlman  tatlarının  (Lahıc  və  onun  ətrafındakı 
kəndlər  də  daxil  olmaqla)  2000  kv.km  sahəni  əhatə  etdiyini 
göstərir.
26
 
Beləliklə,  yuxarıda  deyilənləri  yekunlaşdırıb  belə  nəticəyə 
gəlmək  olar  ki,  qeyd  edilən  ərazidə  VIII-IX  əsrlərdə  tat  dili 
formalaşır.  Tatların  yerləşmə  arealı  ilə  tatdilli  toponimiyanın 
yayılma arealı da gəldiyimiz nəticəni təsdiqləyir. Şübhə yoxdur ki, 
tat-Azərbaycan dil əlaqələri də bu zamandan başlayır. 
Beləliklə, VII əsrin ortalarına yaxın Azərbaycan əhalisinin etnik 
tərkibi  üç  komponentdən  ibarət  olmuşdur:  Azərbaycanın  bütün 
ərazisi  boyu  türkdilli,  şimal-qərb  zonasında  qafqazdilli  və  irandilli 
(şimal-şərqdə tatlar, cənub-qərb tərəfdə talışlar).
27
 
Müşahidələr  göstərir  ki,  Azərbaycanın  müasir  əhalisinin  etnik 
tərkibi və yerləşməsi onun qədim dövrdəki mənzərəsini zəif şəkildə 
də olsa əks etdirə bilir.
28
 «Coğrafi adların arealı Albaniyanın qədim 
əhalisinin  yayıldığı  sahənin  xəritəsini  bərpa  etməyə  imkan  verir. 
Qafqazdilli əhali Kürdən şimalda və cənubda olan ərazidə, irandilli 
əhali  ilə  əsasən  Azərbaycanın  şərqində  məskunlaşmışdı  (buraya 
                                                 
24
Мамедов  Н.Х.  Исторические  корни  азербайджанско-иранских  взаимо-
отношений // СТ, 1990, № 1, стр.54. 
25
 Ашурбейли С. Государство Ширваншахов. Баку, 1983, стр.21. 
26
 Грюнберг А.Л. Язык североазербайджанских татов. Л., 1963, стр.5. 
27
  Бах:  Сумбатзаде  А.С.  Азербайджанцы  –  этногенез  и  формирование  народа. 
Баку, 1990; Гейбуллаев Г.А. К этногенезу азербайджанцев. Баку, 1991, стр.368. 
28
  Əzizov  E.İ.  Azərbaycan  dilinin  tarixi  dialektologiyası  (Dialekt  sisteminin 
təşəkkülü və inkişafı). Doktorluq diss. Bakı, 1990, s.65. 


 
 
 
14 
Abşeron və  İranadək olan sahil zolağı  mənsub idi). Türkdilli əhali 
isə  əsas  etibarilə  Kür,  Araz  çayları  arasında  və  bunlardan  daha 
cənubda olan ərazidə məskən salmışdı».
29
 
Türkdilli  etnoslar  V-VI  əsrlərdən  üstünlük  təşkil  edir,  onlar 
irandilli  və  qafqazdilli  əhalinin  yerləşdiyi  arealda  da  təmsil 
olunurdular.  Türkdilli  əhalinin  belə  geniş  ərazidə  yayılmasının  və 
Azərbaycan  dilinin  Azərbaycanda  yaşayan  türk  və  qeyri-türklər 
arasında  ümumi  ünsiyyət  vasitəsinə  çevrilməsinin  səbəblərini 
iqtisadi faktorlarla əlaqələndirən Ə.Sumbatzadə yazır ki, talışlar və 
tatlar,  Dağıstan  xalqları  əsrlərdən  bəri  məskunlaşdığı  yerlərdə 
oturaq həyat  keçirdiyindən az hərəkətdə olmuşlar. Azərbaycandakı 
türkdilli  tayfalar  köçəri  həyat  sürdüyündən  həm  qış,  həm  də  yay 
otlaqlarına  ciddi  ehtiyac  hiss  edirdilər,  buna  görə  də  onlar  nəinki 
düzənliklərdə,  eləcə  də  dağlıq  yerlərdə  geniş  ərazini  tuturdular. 
Köçəri  maldarlıq  və  qoyunçuluq  adlanan  bu  iqtisadi  faktor  onları 
ildə  iki  dəfə  düzən  yerlərdən  dağlıq  yerlərə  və  əksinə  hərəkət 
etməyə  məcbur  edirdi.  Bu  hərəkətetmələr  zamanı  türkdilli  tayfalar 
həmin  istiqamətlərdə  məskunlaşmış  qeyri-türk  xalqlarla  qaynayıb-
qarışırdılar.  Həmin  əlaqələrin  əsas  müəyyənedici  amili  oturaq-
əkinçilik və köçəri maldarlıq məhsullarının mübadiləsi idi. Əlbəttə, 
belə  əlaqələr  prosesində  Azərbaycan  dili  məkan  münasibətləri 
baxımından tədricən ümumxalq danışıq dilinə çevrilirdi.
30
 
Məhz bu səbəbdən VI-VII əsrlərdə Azərbaycan dili etnik və dil 
mənsubiyyətindən  asılı  olmayaraq  bütün  azərbaycanlılar  üçün 
lingua franca funksiyasını yerinə yetirməyə başlayır.
31
 
Beləliklə,  mövcud  faktlara  əsasən  belə  güman  etmək  olar  ki, 
Azərbaycan  ərazisində  qeyri-türk  əhali  ilə  türk  etnosu  arasındakı 
ardıcıl iqtisadi etnomədəni və etnolinqvistik əlaqələr IV-V əsrlərdən 
başlamışdır. 
Azərbaycan  dili  ümumi  ünsiyyət  vasitəsinə  çevrilməklə  fars, 
talış  və  tat  dillərinə  müəyyən  təsir  göstərməyə  başlayır.  Bunu 
                                                 
29
  Yüzbaşov  R.,  Əliyev  K.,  Sədiyev  Ş.  Azərbaycanın  coğrafi  adları.  Oçerklər. 
Bakı, 1972, s.89. 
30
  Сумбатзаде  А.С.  Азербайджанцы  –  этногенез  и  формирование  народа. 
Баку, 1990, стр.150. 
31
  Мамедов  Н.Х.  Исторические  корни  азербайджанско-иранских  взаимоот-
ношений // СТ, 1990, № 1, стр.57. 


 
 
 
15 
konkret linqvistik faktlar da təsdiqləyir. Q.Derfer
32
, H.Zərinəzadə
33

Ə.Dəmirçizadə
34
,  M.Rəhimov
35

V.Aslanov
36
 
və  başqaları 
Azərbaycan və fars dillərinin qarşılıqlı əlaqələrinin ilk orta əsrlərdə 
başlandığını  qeyd  edirlər.  Başqa  tədqiqatçılar  bir  qədər  də  irəli 
gedərək yazırlar: «Müasir fars və türk dillərində ki bağlayıcısının, I 
və  III  şəxs  əvəzliklərinin  (mən,  o//u),  həmçinin  eyni  məqamlarda 
şəxs  və  xəbərlik  şəkilçilərinin  uyğunluğu  da  (I  şəxs  təkdə  –  m 
ünsürünün  işlənməsi,  III  şəxs  təkdə  isə  bu  şəxs  anlayışının  sıfır 
morfemlə ifadəsi) göstərir ki, bu müxtəlif sistemli dillərdə məhz çox 
qədim  dövrlərdən  qarşılıqlı  nüfuzetmə  başlamışdır.  Şübhəsiz,  bu 
başlanğıc Midiya dövründən əvvəllərə gedir və Midiya dövründə bu 
qarşılıqlı təsir daha həlledici səviyyədə olmuşdur».
37
 
Azərbaycan-fars  qarşılıqlı  dil  əlaqələrinin  izlərinə  dilimizin 
möhtəşəm  abidəsi  «Kitabi  Dədə  Qorqud»  dastanlarında
38
,  saysız-
hesabsız  qədim  yazılı  abidələrimizdə,  klassik  ədəbiyyat 
nümunələrimizdə də rast gəlirik. «Kitabi Dədə Qorqud»da və başqa 
abidələrdə  qeydə  alınmış  bir  çox  fars  sözləri  indi  də  Azərbaycan 
ədəbi  dilində işləkdir. Bununla  yanaşı,  ədəbi  dilimizdə işlənməyən 
və ya müəyyən dəyişikliklərlə işlənən bir sıra sözlərə (adinə, dam, 
saxt,  tən  və  s.)  indi  dialekt  və  şivələrimizdə  rast  gəlinir.  Şah, 
şahənşah,  padşah,  şəhrdar,  mərzban,  xərac,  bac,  dirhəm  və  s. 
sosial  terminlərin,  zərdüş  -tiliklə  bağlı  sözlərin  (Zərdüşt,  Avesta, 
                                                 
32
  Doerfer  G.  Türkische  und  mongolische  Edemente  im  Neupersischen.  Bd.1-4, 
Wiesbaden, 1963-1973. 
33
 Zərinəzadə H.Fars dilində Azərbaycan sözləri. Bakı, 1962. 
34
 Dəmirçizadə Ə. Azərbaycan ədəbi dili tarixi. I hissə. Bakı, 1979, s.104. 
35
  Rəhimov  M.Ş.  Azərbaycan  dilinin  XVI  əsr  yazılı  abidəsində  işlənmiş  bir  sıra 
sözlər haqqında // Azərb.SSR EA «Xəbərləri», ictimai elmlər seriyası, 1962, № 8, 
s.41-48. 
36
  Aslanov  V.İ.  XII  əsrə  qədərki  Azərbaycan  dili  haqqında  //  AFM,  I  buraxılış, 
Bakı,  1983,  s.73-83;  Yenə  onun.  Daxili  bərpa  üsulu  və  Azərbaycan  dilinin 
yazıyaqədərki  fonomorfoloji  və  leksik-semantik  mənzərəsinin  öyrənilməsi  // 
AFM, II buraxılış, Bakı, 1984, s.38-43. 
37
 Hacıyev T.İ., Vəliyev K.N. Azərbaycan dili tarixi. Bakı, 1982, s.13. 
38
 Dəmirçizadə Ə. «Kitabi Dədə Qorqud» dastanlarının dili.  Bakı, 1959; Пириев 
Э.Р.  Персидские  слова  в  языке  «Книги  моего  Деда  Коркуда»  (историко-
сравнительное исследование). АКД, Баку, 1989. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə