Kamil Vəli NERİMANOĞLU
49
Türk Dünyası 34. Sayı
Və ya “Aldanmış kəvakib” hekayə deyil, Azərbaycan ədəbiyyatında ilk
realist romandır söyləsək, həqiqəti ifadə etmiş olarıq. “Aldanmış kəvakib”dəki
qurğu sənətkarlığı, süjet və kompozisiya strukturası, sosial-psixoloji dərinlik
roman janrının tələbləri səviyyəsindədir. Doğrudur, “Aldanmış kəvakib”ə
hekayə və ya povest (onu da deyim ki, rusların bu uydurma janrı da uydurma
ədəbi növlərdəndir – K.V.) demək onun ədəbi-estetik dəyərini azaltmır.
Ancaq müasir roman janrının dünyadakı örnəkləri (özəlliklə ispan dilli Güney
Amerika nəsri və ya “Qətl günü”nün yazarı Yusif Səmədoğlu, postmodernist
yazı təcrübələrini xatırlayıram, ancaq mətləbdən yayınmamaq üçün geniş
təhlil apara bilmirəm və bunu gənclərə həvalə edirəm) Mirzə Fətəlini – irsinin
bizə nə qədər yaxın və doğma olduğunu göstərir. Bu mənada Mirzə Fətəli
ədəbi məktəbini xüsusilə, Mirzə Cəlilin və Üzeyir bəyin yaradıcılığı olduqca
əhəmiyyətlidir. Bu qeydləri “yeri gəlmişkən” silsiləsindən söyləyirəm.
Razılaşsanız da sağ olun, razılaşmasanız da. Mənim məqsədim sizi razı
salmaq deyil, oxucum. İstəyim düşündüklərimlə Mirzə Fətəli arasında bağlılıq
tapmaq, hiss etdiklərimi adam dilində qələmə almaqdır...
Yeri gəlmişkən mən, Mirzə Fətəlinin dili və üslubu milli ədəbi dilimizin
formalaşması üzərindəki qeydlərimə bir neçə şey əlavə etməkdir. Onu da
deməyə bilmərəm ki, müəllimimiz Ə.Dəmirçizadənin Mirzə Fətəlinin dili və
dilçilik görüşləri haqqında yazısını, M.Cahangirovun milli ədəbi dilimizin
yaranmasında Mirzə Fətəlinin xidmətləri haqda dəyərli araşdırmalarını
S.Murtuzayevin M.F.Axundzadənin deyim xəzinəsi haqqında monoqrafiyası...
nə qədər əhəmiyyətli olsalar da kəmiyyətcə və keyfiyyətcə yetərli deyildirlər.
Əvvəla zaman dəyişmiş və dəyişən zaman içində Mirzə Fətəlinin dili – üslubu
ilə bağlı yeni problemlər ortaya çıxmışdır. Söhbət dilin interpretasiyasından
getmir. İndi Mirzə Fətəlinin ədəbi dilimizin milliləşməsi sürəcində yaşadığı
bölünmüşlüyü (1813-1828-dən sonra) diqqətə alaraq çoxüslubluluğu,
normalılığı (Azərbaycanın quzeyi) normasızlığı (Azərbaycanın güneyi), yazı
ənənəsinin oturuşma prosesinin incələnməsi, özü də mətn dilçiliyi metodları
ilə araşdırılması, psixolinqvistik, etnolinqvistik prinsiplər diqqətə alınaraq
öyrənilməsi yalnız Mirzə Fətəlini, onun dil-üslub məktəbini deyil, ümumən
bütöv Azərbaycan ədəbi dilinin öyrənilməsi üçün məhək daşı sayıla bilər.
Bir sözlə, Mirzə Fətəlinin tənqidi yaradıcılığı, estetik baxışları özünün
ictimai-siyasi, ədəbi-estetik-fəlsəfı göruşlərinin ayrılmaz parçası, üzvi
tərkibidir, desək həqiqəti ifadə etmiş olarıq.
***
M.F.Axundova qədər sistemli elmi tənqid, müəyyən metoda əsaslanan
konseptual ardıcıllıq yox idi və Mirzə Fətəli nəzəri məsələləri, qeydləri,
məktubları ilə bu gün anladığımız mənadakı tənqidin (“kritika”nın)
bünövrəsini qoydu.
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
50
Elmi nəzəriyyə ilə bədii təcrübənin vəhdəti olan Mirzə Fətəli yaradıcılığı
bu böyük sistemin təkamülünü izləmək, onun nadir gücünü öyrənib dərk
etmək baxımından xüsusilə maraqhdır.
Mirzə Fətəli “tənqid” və “kritika” terminlərinin hər ikisini işlədir. O,
“tənqid” sözünü daha geniş mənada alır, dövrün, zəmanənin, bədxahlığın,
ictimai yaramazlığın, nadanlığın ifşasının satirik üsulla açılıb göstərilməsini
nəzərdə tutur. Bu mənada tənqid daha çox tənqidi realizm anlayışını ifadə edir
ki, müəllif həmişə onu moizəçiliyə, nəsihətçiliyə qarşı qoyur: İnsanların təbiəti
moizə və nəsihətləri oxuyub dinləməyə nifrət edir. Halbuki insanlar tənqidi
əsər oxumağa həmişə həvəskar olurlar. Avropa filosoflarının təcrübələri
və bir çox inkaredilməz həyati dəlillər sübut etmişdir ki, tənqid, istehza və
məsxərədən başqa, pis və yaramaz əməlləri insan təbiətindən heç bir vasitə ilə
məhv etmək olmaz”.
Mirzə Fətəli yalnız insan təbiəti uçün deyil, cəmiyyət üçün də nəsihətin
boş və mənasız olduğunu göstərir: “Keçmişlərdə Avropada da belə zənn
edirdilər ki, zalimə zülmü tərk etdirmək üçün ona nəsihət etmək lazımdır;
sonra gördülər ki, nəsihət zalimin təbiətinə qətiyyən təsir eləmir. Buna görə
də millət özü, onun maneəsizliyi sayəsində elmlərdə tərəqqi edərək birliyin
faydalarını anladı və bir-biri ilə yekdil-yekcəhət olub, zalimə müraciətlə dedi
ki, səltənət və hökumət büsatından əl çək!”
“Kritika” terminini isə M.F.Axundzadə məhz ədəbi tənqid mənasında
işlədir. “Tənqid risaləsi” adlı məqalədə yazır“Bu mühavirləri Tehran qəzeti
idarəsinə göndərib, məlum edirərəm ki, bu qayda Avropada məlumdur və
onun böyük faydaları vardır: məsələn bir şəxs bir kitab yazdığı zaman, başqa
bir şəxs onun əsərinin mətləbləri xüsusunda kritika yazır, bu şərtlə ki, onun
yazısında müəllif haqqında ədəbsiz və könül incidən bir söz belə olmasın.
Hər nə deyilsə, incəliklə deyilsin. Bu işi “kritika” fransız istilahı ilə “kritik”
adlandırırlar”.
Mirzə Fətəli “politika”, “revolyusiya”, “sivilizasyon” və s. terminlər
kimi “kritika”nı da qəsdən olduğu kimi verir, öz ədəbi-estetik baxışlarının
qaynağının, tendensiyasını açıq şəkildə ifadə edir.
Mirzə Fətəli sözünə davam edərək Avropa ədəbi prosesini və tənqidin
funksiyasını belə şərh edir: “Müəllif ona cavab verir. Ondan sonra üçüncü bir
şəxs meydana çıxır, ya müəllifin cavabını təsdiq edir, ya da kritika yazanın
fikrini ustün tutur. Bu işin nəticəsi budur ki, get-gedə nəzm və nəsr, inşa və
təsnif bütün Avropa xalqlarının dilində səlasət qazanır və mümkün qədər
cəmi nöqsanlardan təmizlənir. Muəlliflər və şairlər öz vəzifələri və təklifləri
haqqında tamam xəbərdarlıq alırlar”.
M.F.Axundzadənin fikir azadlığından danışarkən kritikanı yad etməsi
heç də təsadüfi deyil: “...Bu üsula “kritika” deyirlər. Fikir azadlığı olduqda,