Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
70
Mirzə Fətəli bu zamanın doğma övladlarından biri idi. Mirzə Fətəli həm
Şərqli, həm də Qərbli idi. O, öz millətinin, dininin övladı olduğu qədər də
dünyalıydı.
Mirzə Fətəlinin yaşadığı məmləkət bölünmənin, parçalanmanın faciəsini
yaşamağa başlayan ağrı-acılı ölkə idi. Quzeydə Rusiya şərtləri içində,
Güneydə İran şərtləri içində yaşamaq bu məmləkətin taleyi idi. “Hər millət
öz taleyinə məhkumdur”, - həqiqətinə inanmayanlardan biri də Mirzə Fətəli
Axundzadə idi.
Nə işlədiyi çar canişin dəftərxanası, nə dayısı Hacı Ələsgərin ona cikini-
bikini öyrətdiyi ərəb-fars, hind – bir sözlə Şərq dünyası, nə müəllimi Mirzə
Şəfinin, müasirləri Seyid Əzimin, Qasım bəy Zakirin, Natəvanın, ondan yaşlı
xələfləri Bakıxanovun, Qutqaşınlının... dünyası onun dünyası deyildi.
Mirzə Fətəlinin yaşadığı, dostluq etdiyi, sevdiyi və əlbəttə ki, sevmədiyi
insanların yolu onun yoluyla kəsişsə də, kəsişməsə də Mirzə Fətəli şair,
dramaturq, nasir, filosof, inqilabçı, islahatçı.... varlığıyla özündə dəhşətli
bir enerji daşıyan başqa bir planet idi. Bu planet alışıb yanır, göy sularının
ağuşunda dincəlir, yaşıl meşəlik və səhra yanğısının içində idi. Həmin planet
həm sələflərinə, nə də xələflərinə, həm də ki, müasirlərinə bənzəyən və əsla
bənzəməyən qərib bir mövcudluq idi desəm məni anlaşılmazlıqla qınamayın.
Mirzə Fətəlinin bədbəxtliyi də, xoşbəxtliyi də bir mərkəzdə birləşirdi.
Mənə elə gəlir ki, Mirzə Fətəli elmi, tənqidi, fəlsəfi əsərlərini, ictimai-
siyasi mahiyyətli əsərlərini həyatının mənası hesab edirdi. Buraya əlifba
islahatı problemini də daxil etsək, o öz missiyasını bu fəaliyyətdə görürdü
və dəyərləndirirdi. Fəqət insanın özünü həsr etdiyi fəaliyyət aldadıcı ola bilir.
Mən şəxsən ərəb əlifbasının birləşdiriciliyinin və 1000 illik ünsiyyət
gücünün tərəfdarıyam. Əlifba elm məsələlərindən daha çox siyasi məsələdir.
Bir modernistin, inqilabçının, islahatçının ərəb əlifbasını dəyişmək istəyi
toplumun və sivilizasiyanın ciddi səhvlərindən biri idi. Minlərlə heroqliflə
yazıb-yaradan çin xalqı, yapon xalqı modernizmdən də, elm-texnikadan da,
insanlıq dəyərlərindən uzaqda qalmayıb.
Məni tənqid atəşinə tutmaq istəyənlərə XX əsrin 20-ci illərindəki latın
əlifbasını dəstəkləyənlərdən, onun uğrunda mübarizə aparanlardan biri də
mənəm, Mirzə Fətəliyə bu mücadiləyə öygü yağdıranlardan da biri mənəm.
Bu başqa bir məsələdir. İnqilabçı siyasətçilərin (Lenin, Stalin, N.Nərimanov,
Atatürk...) artıq qərar verdiyi bu inqilabı önləmək mümkün deyildi. Əlbəttə,
bu inqilabda Atatürkün məqsədi birləşdirmək (söhbət türk dünyasından gedir),
Lenin-Stalinin amalı ayırmaq idi (“ayır-buyur” siyasəti).
Bu mücadilənin sıra nəfəri kimi mən də Mirzə Fətəlinin İ.Qaspıralının,
Atatürkün... yanında səf tutanlardanam.
Kamil Vəli NERİMANOĞLU
71
Türk Dünyası 34. Sayı
Bu proses tarixlə, sosioloji şərtlərlə bağlı olduğu üçün baş verən mənfiliklər
də, müsbətlər də labüd idi – zəfərləri ilə, faciələri ilə ... (Sovetlər Birliyində
30-cu illərin əlifba ilə bağlı soyqırımı, sürgünləri, 10 ildən sonra (1928-1938)
latından kirilə keçidi, 1991-də Sovetlər Birliyi dağıldıqdan sonra yenidən latın
əlifbasının bərpasını xatırlamağı xahiş edirəm...)
Mənim demək istədiyim şey məsələnin kökü ilə bağlıdır. Bu kök türk-
islam mədəniyyətindəki 1000 illik yaşı, təcrübəsi, ölməz abidələri olan
ərəb əlifbasıdır. Məncə, əlifba məqsəd deyil, vasitədir. Unutmayaq ki, dili
Allah, əlifbanı insan yaradıb. Allahın yaratdığını deyil, insanın yaratdığının
dəyişilməsindən və ya dəyişilməməsindən söhbət gedir. Hər əlifba dəyişməsi
millət üçün faciədir.
İnqilabçıların bəzən faciəni görməməsi, diqqətə alması əşyanın təbiətinə
uyğundur. Bu mübahisədə mən Orxon-Yenisey əlifbasının ortaq ola biləcəyini
ciddi hesab etmirəm. Dilin təbiətinə uyğun olmaq əlifbanın yazı üçün primitiv
olduğunu gizlədə bilmir üstəlik, türk-islam birliyi və başqa siyasi sosial faktlar
və prinsiplər əhəmiyyətlidir.
Mirzə Fətəlinin modern təfəkkürü Avropa yolu seçimi və inqilabçı
təbiəti ərəb əlifbasına qarşı idi ki, buna sayqı duymamaq haqsızlıq olardı.
Paradoksal görünən bu açıqlamada mən öz fikrimdə qalmaqla Mirzə Fətəlinin
uzaqgörənliyinə, cəsarətinə, zəhmətinə sayqı duymağa məcbur və məhkumam.
Müvəffəqiyyət hər şeyə haqq qazandırır. Yeni zaman Mirzə Fətəlinin zəfərini
təsdiq etmişdir. Bu inkaredilməzdir. Amma Qaliley demişkən, hər halda yer
fırlanır...
Bir az mətləbdən uzaq düşsəm də, məncə, Mirzə Fətəlinin xoşbəxtliyi də,
zəfəri də onun birnəfəsə (yəni beş-altı ilə) yazdığı altı komediyası, özü dediyi
kimi təmsilatıdır. Şübhəsiz ki, bu altı komediya Mirzə Fətəli dahiliyinin birinci
dərəcəli təsdiqidir. Altı komediya ilə Mirzə Fətəli yalnız çağdaş Azərbaycan
dramaturgiyasının deyil, modern Azərbaycan şeirinin, nəsrinin – bütöv
Azərbaycan ədəbiyyatının əsasını qoymuşdur. Bu fikri mənə dedirdən yalnız
dili deyil, təfəkkürüdür, düşüncədir (əlbəttə ki, bu mənada dil ilə düşüncəni
bir-birindən ayırmaq doğru deyil).
Mirzə Fətəlinin bu missiyasının isbatı və təsdiqi onun məktəbinin
yetişdirmələridir: Mirzə Cəlil, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.B.Vəzirov,
Ü.Hacıbəyli, Y.V.Çəmənzəminli...
Ən yeni Azərbaycan ədəbiyyatının bəsləyən qan da, Mirzə Fətəlinin altı
komediyasıdır, - desək məni hökmbazlıqda ittiham etməyin (edirsiniz də edin,
sizin keyfinizə, insafınıza buraxıram oxucu dost).
Bu dediklərim nə Mirzə Fətəlinin şeirlərinin, nə ədəbi tənqidi
məqalələrinin, nə “Aldanmış kəvakib” kimi dəyərli nəsr əsərinin, nə də ictimai-