Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   2   3   4   5   6   7   8   9   ...   25

Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

36

Bu mənada Mirzə Fətəlinin həyatı və yaradıcılığı öz tərcümeyi-halından 



çox-çox genişdir, xalqın tarixi inkişafının bütöv bir mərhələsidir.

Ancaq Mirzə Cəlil demişkən, “Mirzə Fətəli Axundovun barəsində ya çox 



yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.

Mirzə  Fətəli  Axundovun  barəsində  ya  yaxşı  yazmaq  lazımdır,  ya  heç 

yazmamaq lazımdır”.

Mirzə Fətəliyə böyük bir sayqının, muqəddəs bir ehtiramın ifadəsi olan 

bu sözləri oxuyanda inandım ki, Mirzə Fətəli haqqında onun özunə layiq sözü 

biz hələ deməmişik. Ümid var, gələcək nəsil bu sözü desin, necə lazımsa, necə 

layiqsə elə desin. 

***


...Yeni  dövr  dünyaya  qəflətən  gəlmədi.  Antik  dövrdən  başlamış  butün 

zamanların içində hüceyrə-hüceyrə yetişən, toxuma-toxuma cücərən yeni dövr 

öz kökünə, mənbəyinə tamam yeni biçim vermiş, dünyanın indiyə qədər bəlli 

olmayan yeni mənzərəsini çəkmiş, yeni arzu və ideallara, həvəs və istəklərə, 

zövq və amallara yol açmışdı.

...Hər xalq da yeni dövrü eyni cür qarşılamadı. Zamanın və inkişafın ayrı-

ayrı  mərhələlərini  yaşayan,  psixoloji  iqlimin  müxtəlif  ərazilərində  yaşayan 

xalqlar üçun yeni mənəvi dünya ayrı cür də ola bilməzdi.

Amma bir cəhət büsbütün aydın idi: yaşamaq istəyən hər xalq bu dövrə 

gəlib çıxmalı idi, bu dövrdən süzülüb keçməli idi və yaşamaq haqqı almalı idi.

Çağdaş  mədəniyyətin  astanasına  gəlib  çatmış  butün  xalqların  tarixində 

yeni dövrə keçid ideoloji zəminin yetişməsi, sosioloji, fəlsəfi, ədəbi-estetik 

bəraət almaq dövrü şərəfli, ibrətli və mürəkkəb bir tarixi dövr kimi xatırlanır. 

Hər nəsil bu dövrü həyat məktəbi kimi öyrənməyə çalışır.

Azərbaycan xalqının yeni dövrü Mirzə Fətəli Axundovun adı ilə bağlıdır.

O Mirzə Fətəli ki...

Azərbaycan xalqının mənəvi müqəddəratını həll etməkdə ilk addım atdı, 

həyatını bu müqəddəs amala qurban verənlərin ilkiydi. Dəhşət və sarsıntı dolu 

gərgin həyat bir xalqın gələcəyi üçün, bütün Şərqin sabahı üçün yandı.

Dahi, qeyri-adi istedad bir şeyi mütləq tapmalı idi: dirçəlişin, yeni oyanışın 

milli formulasını.

Avropa xalqları üçün doğru olan çıxış və nicat yolları Şərqdə yoxlanmalı, 

spesifık,  ictimai-siyasi,  milli-ənənəvi,  tarixi-psixoloji  şəraitin  hər  şeyi  – 

ictimai inkişafın və milli mədəniyyətin bütün komponentləri bu formula üzrə 

hesablanmalı idi. 

İki  mədəniyyət  arasında  dayanmış  dahi  şəxsiyyətin  beynində  hər  şey 

süzulməli,  zamanın  ağır  sınağı  üçün  dönə-dönə  hesablanmalı,  ölçülub-



Kamil Vəli NERİMANOĞLU

37

Türk Dünyası 34. Sayı

biçilməli  idi,  çünki  xalqın  “...qanı  sorulmuş  və  hərəkətdən  düşmüşdür. 

Onların damarlarına təzə və isti qan tökmək və hərəkətə gətirmək lazımdır”. 

(M.F.Axundzadə)

Xalqa təbiətin və tarixin vergisi olan Mirzə Fətəli yeni dövrü duyub dərk 

eləyəndə öz milliyyətinin varlığını gələcəyini, yaşamaq haqqını gözündən bir 

an da olsun uzaq tutmadı, sabah üçun, sabah naminə çarpışdı.

...Hər  şey  yenidən  qurulmalı  idi.  Bu  kəsif  hava,  bu  iyrənc  mühit,  bu 

mənəviyyat,  bu  əxlaq  tamam  dəyişməli  idi,  mütləq  dəyişməli  idi!  Xalq  bu 

böyük cərrahiyyə əməliyyatına dözəcəkdimi? Cərrah bu ağır, çətin əməliyyatı 

başa çatdıra biləcəkdimi?

Zaman  Mirzə  Fətəlini  böyük  imtahan  qarşısında  qoymuşdu.  İslam 

dünyasının mövhumat və cəhalət zehniyyəti hopmuş mühitdə, ənənəvi sənətlə 

mayalanmış beyin yeni dövrün havasında yaşamaq üçün çox dəyişməli, əsaslı 

şəkildə yenidən qurulmalı idi. Xalqın tarixində böyük və müqəddəs olan hər 

şeyi saxlamaq və hər şeyi müasir dünyanın havasına uyğun, müasir inkişafın 

tələbincə yenidən qurmaq ağır, çox ağır əməliyyat idi...

Çünki  “bəhər  hal  Mirzə  Fətəlinin  günahı  öz  əsrinin  əhli-imanları 

nəzərində  vaqeən  nəhayət  imiş;  səbəb  budur  ki,  o,  əl  vurduğu  işlərin 

hamısından “qan qoxusu” gəlirdi”(Mirzə Cəlil). 

 

Bu sözlərdən “qan qoxusu” ifadəsini yadda saxlayıb, Mirzə Fətəlinin bu 

uzun, ağır, məşəqqət dolu çarpışma yoluna üz tutaq...

***


...Rus imperiyası.

Bir adamın xoşbəxtliyi minlərlə adamın bədbəxtliyi uzərində qurulur, bir 

adamın bədbəxtliyi kiminsə xoşbəxtliyinin dibində, lap onun görünməz bir 

yerində gizlənir. Bir qrup adamı xoşbəxt etmək üçün yüzlərlə xalqın qanı, canı, 

maddi və mənəvi sərvəti axıb gedirdi. Və bu bir qrup adamın “xoşbəxtliyi” 

yüzlərlə xalqın bədbəxtliyi üzərində qurulurdu. Ancaq bu qrup adamın məxsus 

olduğu xalqın da yüzlərlə, minlərlə öz bədbəxti var idi. Və ağır işgəncədən, 

ziddiyyət  və  sarsıntıdan  xəstələnən  xalq  Avropadan  aldığı  mənəvi  sərvəti 

özündən süzəndə aydın oldu ki, yalnız öz dərdi, kədəri böyüklüyündə mənəvi 

qüdrətə malikdir.

Rus kəndlisinin, rus ziyalısının taleyi dünyaya dalbadal verdiyi dahilərdən 

başqa,  bir  də  həmin  dahilərin  ifadə  etdikləri  həyatın  qəribəliyi,  zənginliyi, 

doluluğunda  idi.  Ziddiyyətlər  içərisində  yaşayan  Rusiya  sehrli,  hələ  qeyri-

müəyyən bir işığa hamilə qalmışdı.

“Xalqlar həbsxanası”nda tarixin yeganə ümidi həmin o bətndə yetişəcək 

körpə idi. Tarix möcüzə gözləyirdi. Və bu möcüzənin vətəni o körpə idi.




Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

38

Avropanın  və  Rusiyanın,  Rusiya  tərkibində  məngənə  içində  yaşayan 



onlarca xalqın böyük oğulları artıq o körpəni aydınca görür, o körpə üçün, o 

körpənin yaşaması üçün yaşayırdılar.

...Rusiya  qaynayırdı.  Peterburqun  saraylarından  Dağıstan  dağlarnacan, 

Moskvanın tünlüyündən adamsızlığınacan... Ölkə öz sənayesi, iqtisadiyyatı, 

mənəviyyatı,  mədəniyyəti  ilə  yeni  zaman  qarşısında  dayanmışdı.  Yaşamaq 

üçün yol arayıb axtarırdı.

Bu yolu tapmaq həmin o gələcək körpə üçün zəruri idi. Tarixin çıxış yolu 

idi bu yol.

Tarixin çıxış yolunu tapmaq Mirzə Fətəlinin də alnına yazılıbmış.

...Deyirlər, insan yalnız öz dərdini yaşayır. Və zaman keçdikcə hər şeyi 

unudur  və  nəhayət,  yalnız  özü  ilə  bağlı  yaddaşını  saxlayır. Axırda  onu  da 

unudub ölür. Bəs bu necə olur ki, insan ulu babasının çəkdiyi ağrını da yaşayır, 

quldarlıq çağındakı qulların ağrılan onun bədənində dolaşır, cəhad zamanları 

məhv olan minlərlə fanatikin ölümünü bədənində gəzdirir, canında, qanında 

insanın indiyə qədər çəkdiklərini yaşayırdı. Və bu ağrı elə dünyanın ağrısıydı. 

Ağır dünyanın, fani deyilən dünyanın...

Ayrı-ayrı  adamların  çəkdiyi  bu  ağrını  ovutmaqdan,  qətrə-qətrə 

azaltmaqdan söhbət getmir. Söhbət ondan gedir ki, belinə, ürəyinə bu qədər 

ağır yük yüklənən adam hara gedəcəkdi, neyləyəçəkdi, bu dünya ondan başqa 

qisaslarını necə alacaqdı. 

Hamı qabağındakı cığırı görürdü, amma o, cığırın hansı yolla, bu yolun 

özünün haraya aparıb çıxardığmı görürdü.

Hamı çörəyi görürdü, amma o, çörəyi yetişdirən torpağı görurdü.

Hər  yaradıcı  öz  xalqını  az-çox  tanıyır.  Amma  o,  bütün  xalqları, 

millətləribiryerdə, birdərddə, birsevincdə, bir ümiddə görürdü.

...Ağrı var ki, onun kökü insanın özündədir. Ağrının kökünü tapanda o 

ağrı azalır. İnsanın elə ağrısı da var ki, onun mənbəyi insandan kənardadır. Bu 

ağrının müalicəsi, təşxisi çətindir. Çünki bu ağrının kökü insanın bir parçası 

olduğu  toplumun,  insan  cəmiyyətinin  ağrısıdır  və  nə  qədər  ki,  çəmiyyət 

xəstədir, o can ağrımalıdır...

Kaş, anadan doğulmayaydıq! Doğulsaq da, kaş başqaları kimi olaydıq, 

yeməkdən, içməkdən, geyinməkdən ləzzət alıb, nəticəsiz və aqibəti olmayan 

arzu və məqsədlər ardınca gedəydik! Vallah, müasirlərimin vecsiz olmaları 

nəticəsində yaşayış mənə haram olmuşdur. Zəhərdən acı bir həyat keçirirəm...

Böyük bədbəxtlikdir ki, insan elə bir millətin içərisində yoxluq aləmindən 



varlıq aləminə qədəm qoysun və haqqı anlasın, ancaq öz nadan həmvətənlərinə 

onu anlada bilməsin və bu dünyadan qüssə və həsrətlə getsin.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə