Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

70

Mirzə Fətəli bu zamanın doğma övladlarından biri idi. Mirzə Fətəli həm 



Şərqli, həm də Qərbli idi. O, öz millətinin, dininin övladı olduğu qədər də 

dünyalıydı. 

Mirzə Fətəlinin yaşadığı məmləkət bölünmənin, parçalanmanın faciəsini 

yaşamağa  başlayan  ağrı-acılı  ölkə  idi.  Quzeydə  Rusiya  şərtləri  içində, 

Güneydə İran şərtləri içində yaşamaq bu məmləkətin taleyi idi. “Hər millət 

öz taleyinə məhkumdur”, - həqiqətinə inanmayanlardan biri də Mirzə Fətəli 

Axundzadə idi. 

Nə işlədiyi çar canişin dəftərxanası, nə dayısı Hacı Ələsgərin ona cikini-

bikini öyrətdiyi ərəb-fars, hind – bir sözlə Şərq dünyası, nə müəllimi Mirzə 

Şəfinin, müasirləri Seyid Əzimin, Qasım bəy Zakirin, Natəvanın, ondan yaşlı 

xələfləri Bakıxanovun, Qutqaşınlının... dünyası onun dünyası deyildi. 

Mirzə Fətəlinin yaşadığı, dostluq etdiyi, sevdiyi və əlbəttə ki, sevmədiyi 

insanların  yolu  onun  yoluyla  kəsişsə  də,  kəsişməsə  də  Mirzə  Fətəli  şair, 

dramaturq,  nasir,  filosof,  inqilabçı,  islahatçı....  varlığıyla  özündə  dəhşətli 

bir enerji daşıyan başqa bir planet idi. Bu planet alışıb yanır, göy sularının 

ağuşunda dincəlir, yaşıl meşəlik və səhra yanğısının içində idi. Həmin planet 

həm sələflərinə, nə də xələflərinə, həm də ki, müasirlərinə bənzəyən və əsla 

bənzəməyən qərib bir mövcudluq idi desəm məni anlaşılmazlıqla qınamayın. 

Mirzə Fətəlinin bədbəxtliyi də, xoşbəxtliyi də bir mərkəzdə birləşirdi. 

Mənə elə gəlir ki, Mirzə Fətəli elmi, tənqidi, fəlsəfi əsərlərini, ictimai-

siyasi  mahiyyətli  əsərlərini  həyatının  mənası  hesab  edirdi.  Buraya  əlifba 

islahatı  problemini  də  daxil  etsək,  o  öz  missiyasını  bu  fəaliyyətdə  görürdü 

və dəyərləndirirdi. Fəqət insanın özünü həsr etdiyi fəaliyyət aldadıcı ola bilir.

Mən  şəxsən  ərəb  əlifbasının  birləşdiriciliyinin  və  1000  illik  ünsiyyət 

gücünün tərəfdarıyam. Əlifba elm məsələlərindən daha çox siyasi məsələdir. 

Bir  modernistin,  inqilabçının,  islahatçının  ərəb  əlifbasını  dəyişmək  istəyi 

toplumun  və  sivilizasiyanın  ciddi  səhvlərindən  biri  idi.  Minlərlə  heroqliflə 

yazıb-yaradan çin xalqı, yapon xalqı modernizmdən də, elm-texnikadan da, 

insanlıq dəyərlərindən uzaqda qalmayıb. 

Məni  tənqid  atəşinə  tutmaq  istəyənlərə  XX  əsrin  20-ci  illərindəki  latın 

əlifbasını  dəstəkləyənlərdən,  onun  uğrunda  mübarizə  aparanlardan  biri  də 

mənəm, Mirzə Fətəliyə bu mücadiləyə öygü yağdıranlardan da biri mənəm. 

Bu başqa bir məsələdir. İnqilabçı siyasətçilərin (Lenin, Stalin, N.Nərimanov, 

Atatürk...) artıq qərar verdiyi bu inqilabı önləmək mümkün deyildi. Əlbəttə, 

bu inqilabda Atatürkün məqsədi birləşdirmək (söhbət türk dünyasından gedir), 

Lenin-Stalinin amalı ayırmaq idi (“ayır-buyur” siyasəti).

Bu mücadilənin sıra nəfəri kimi mən də Mirzə Fətəlinin İ.Qaspıralının, 

Atatürkün... yanında səf tutanlardanam.




Kamil Vəli NERİMANOĞLU

71

Türk Dünyası 34. Sayı

Bu proses tarixlə, sosioloji şərtlərlə bağlı olduğu üçün baş verən mənfiliklər 

də, müsbətlər də labüd idi – zəfərləri ilə, faciələri ilə ... (Sovetlər Birliyində 

30-cu illərin əlifba ilə bağlı soyqırımı, sürgünləri, 10 ildən sonra (1928-1938) 

latından kirilə keçidi, 1991-də Sovetlər Birliyi dağıldıqdan sonra yenidən latın 

əlifbasının bərpasını xatırlamağı xahiş edirəm...) 

Mənim demək istədiyim şey məsələnin kökü ilə bağlıdır. Bu kök türk-

islam  mədəniyyətindəki  1000  illik  yaşı,  təcrübəsi,  ölməz  abidələri  olan 

ərəb  əlifbasıdır.  Məncə,  əlifba  məqsəd  deyil,  vasitədir.  Unutmayaq  ki,  dili 

Allah, əlifbanı insan yaradıb. Allahın yaratdığını deyil, insanın yaratdığının 

dəyişilməsindən və ya dəyişilməməsindən söhbət gedir. Hər əlifba dəyişməsi 

millət üçün faciədir. 

İnqilabçıların bəzən faciəni görməməsi, diqqətə alması əşyanın təbiətinə 

uyğundur. Bu mübahisədə mən Orxon-Yenisey əlifbasının ortaq ola biləcəyini 

ciddi hesab etmirəm. Dilin təbiətinə uyğun olmaq əlifbanın yazı üçün primitiv 

olduğunu gizlədə bilmir üstəlik, türk-islam birliyi və başqa siyasi sosial faktlar 

və prinsiplər əhəmiyyətlidir. 

Mirzə  Fətəlinin  modern  təfəkkürü  Avropa  yolu  seçimi  və  inqilabçı 

təbiəti  ərəb  əlifbasına  qarşı  idi  ki,  buna  sayqı  duymamaq  haqsızlıq  olardı. 

Paradoksal görünən bu açıqlamada mən öz fikrimdə qalmaqla Mirzə Fətəlinin 

uzaqgörənliyinə, cəsarətinə, zəhmətinə sayqı duymağa məcbur və məhkumam. 

Müvəffəqiyyət hər şeyə haqq qazandırır. Yeni zaman Mirzə Fətəlinin zəfərini 

təsdiq etmişdir. Bu inkaredilməzdir. Amma Qaliley demişkən, hər halda yer 

fırlanır...

Bir az mətləbdən uzaq düşsəm də, məncə, Mirzə Fətəlinin xoşbəxtliyi də, 

zəfəri də onun birnəfəsə (yəni beş-altı ilə) yazdığı altı komediyası, özü dediyi 

kimi təmsilatıdır. Şübhəsiz ki, bu altı komediya Mirzə Fətəli dahiliyinin birinci 

dərəcəli təsdiqidir. Altı komediya ilə Mirzə Fətəli yalnız çağdaş Azərbaycan 

dramaturgiyasının  deyil,  modern  Azərbaycan  şeirinin,  nəsrinin  –  bütöv 

Azərbaycan ədəbiyyatının əsasını qoymuşdur. Bu fikri mənə dedirdən yalnız 

dili deyil, təfəkkürüdür, düşüncədir (əlbəttə ki, bu mənada dil ilə düşüncəni 

bir-birindən ayırmaq doğru deyil).

Mirzə  Fətəlinin  bu  missiyasının  isbatı  və  təsdiqi  onun  məktəbinin 

yetişdirmələridir:  Mirzə  Cəlil,  M.Ə.Sabir,  Ə.Haqverdiyev,  N.B.Vəzirov, 

Ü.Hacıbəyli, Y.V.Çəmənzəminli...

Ən yeni Azərbaycan ədəbiyyatının bəsləyən qan da, Mirzə Fətəlinin altı 

komediyasıdır, - desək məni hökmbazlıqda ittiham etməyin (edirsiniz də edin, 

sizin keyfinizə, insafınıza buraxıram oxucu dost).

Bu  dediklərim  nə  Mirzə  Fətəlinin  şeirlərinin,  nə  ədəbi  tənqidi 

məqalələrinin, nə “Aldanmış kəvakib” kimi dəyərli nəsr əsərinin, nə də ictimai-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə