Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

Kamil Vəli NERİMANOĞLU

47

Türk Dünyası 34. Sayı

ədəbi-fəlsəfi eksperimentlərini də unutmayaq. Yaddaş xalqın gələcəyə aparan 

yolunun potensialıdırsa tarixin, mədəniyyətin dərsləri həmişə canlı və diridir. 

Mirzə Fətəlinin əsərləri 140 ilə yaxındır ki, səhnədədir. Bu illər ərzində 

Mirzə  Fətəlini  səhnələşdirən  rejissorların,  onun  qəhrəmanlarını  oynayan 

aktyorların  neçə-neçə  nəsli  dəyişmişdir.  O  rejissorlar  və  aktyorlar  öz 

zamanlarını,  ağrı  və  acılarını,  arzu  və  ümidlərini,  estetik  ideallarını  Mirzə 

Fətəlinin yazdıqlarını yükləyərək öz zəmanələrini ifadə etmişlər. 

Bu mənada Mirzə Fətəli həmişə bizim müasirimizdir. 

Mirzə  Fətəlinin  inqilablarından  biri  də  əlifba  ilə  bağlıdır.  Əlifbadan 

danışarkən  bir  vacib  məsələyə  diqqətinizi  çəkmək  istərdik.  Rus  rəsmi 

idarələrinin  yüksək  məmuru  olan  Mirzə  Fətəli  Azərbaycanın  taleyinin 

Rusiya iləbağlı olduğunu düşünmürdü. Əgər elə olmasaydı əlifba layihələrini 

qoltuğuna vurub İstanbula gəlməzdi, ən yüksək səviyyəli dövlət məmurları 

ilə  görüşməsi,  yüksək  məcidiyyə  nişanını  da  alamazdı.  Doğrudur,  Osmanlı 

Türkiyəsi əlifba reformasına getmədi və gedə də bilməzdi. Ancaq 1926-cı il I 

Bakı Türkoloji Qurultayından sonra Türkiyədə və Azərbaycanda (eləcə də bir 

sıra türk respublikalarında) latın əlifbasına keçildi. Doğrudur Sovetlərin, başda 

Stalin olmaqla qurduğu siyasi oyunların nəticəsi olaraq türk respublikalarında, 

o cümlədən Azərbaycanda latın əlifbası qaldırıldı və kiril əlifbasına keçildi. 

Nəhayət,  Sovetlər  Birliyi  dağıldıqdan  sonra  Azərbaycan  bir  dəfəlik  latın 

əlifbasına keçdi. 

Bu  ilk  növbədə  Mirzə  Fətəlinin  zəfəri  idi.  Onun  idealı  gerçəkləşmişdi. 

Əlifba  oyunları  hələ  də  bitməmişdi.  Və  bu  oyunlar  Mirzə  Fətəlinin 

sümüklərini sızladır. Artıq hər kəsanlamağa borcludur ki, ortaq latın əlifbası 

qəbul edilməlidir. Türk dillərinin hər birinin öz əlavələri ortaqlığı pozur və 

onun praktik funksiyasına zərbə vurur. “x”, “ə”, “q” “milliyyətçiliyi” kiçiklik 

kompleksindən başqa bir şey deyil. Qloballaşan dünyanın, onun tərkibi olan 

Türk  Dünyasının  əlavələrsiz  ortaq  əlifbası  təhsildə,  uluslararası  ünsiyyətdə 

həlledici rol oynayacaqdır. Çağdaş internet sistemi, texnoloji inkişaf, əlaqələrin 

yeni mərhələsi ortaq əlifba ilə qırılmaz şəkildə bağlıdır. 1926-cı ildən sonra 

əlifba siyasətinin mahiyyətcə dəyişdiyinin altını cızaraq söylədiklərim həm 

də  ərəb  əlifbasını  müdafiə  edərək  söylədiklərim  1922-ci  ilə  qədər  –  yeni 

əlifba hazırlıqlarına başlayana qədər doğrudur. 1926-cı ildən sonra yeni dövr 

başlayır. Bu yeni dövrün adı latın əsaslı ortaq əlifbadır. Mirzə Fətəlinin ruhu 

köməyimiz olsun. 

Mirzə  Fətəlinin  poetik  arayış  və  təcrübələri  bir  ədəbi  təsirsən  daha 

çox  fitri  tapıntıdır.  “Aldanmış  kəvakib”dəki  ulduzların  aldadılması  mifik-

astroloji məntiqlə sosio-psixoloji müşahidənin vəhdətidir. Keçən əsrin 90-cı 

illərin əvvəllərində Azərbaycanda hakimiyyət dəyişikliyini yeni hakimiyyət 

zamanı parlamentdə şərh edən yazıçı İ. Şıxlı mövcud vəziyyətin “Aldanmış 




Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

48

kəvakib”dəki durumla müqayisə etdi. Gətirilən paralel çox uğurlu olsa da, yazıçı 



məsələnin  məğzini  yeni  hakimiyyət  üçün  arzuolunmaz  olduğunu  hiss  edib 

sözünü davam etdirməyib kəsdi. Amma artıq ulduzların aldadanın oyunlarının 

kim  olduğu,  Yusif  Sərracın  kim  olduğunu  hər  kəs  bildi.  Sovetlər  Birliyi 

dağıldıqdan sonra əski sovet məkanında bu və ya digər fərqlə Gürcüstanda da, 

Ermənistanda da, hətta Rusiyada da baş verməsi təsadüf sayıla bilməz. Yeni 

hakimiyyətlərin  təcrübəsizliyi,  təmizliyi  köhnə  sistemin  təcrübəsi,  min  bir 

oynama qabiliyyətinə idealsızlığı məkrə, totalitar güc tətbiqinə təslim oldu. 

Yeni idealist hakimiyyət (və yeni nəsil) köhnə hakimiyyətin bəlalarını özünə 

çəkərək onun yolunu açmış oldu. Tarixin mürəkkəbliyi içində təhlili çox da 

asan olmayan bu prosesin bədii modeli, həqiqət də “Aldanmış kəvakib” idi. 

Biz bu hakimiyyətdəki xronotop (zaman-məkan) şərtiliyi üzərində dayanmırıq. 

“Müsyö  Jordan...”  komediyasında  Parisin  dağıdılması  qurğusu  dünya 

ədəbiyyatının  dahiyanə  səhnələrdən  biridir.  Bu  tragikomik  durumun  bədii-

poetik mahiyyəti Mirzə Fətəli qələminin qüdrətini göstərir. 

Təəssüf  ki,  Mirzə  Fətəlinin  fliqran  poetik  ustalığı,  dünya  ədəbiyyatı 

kontekstində, çağdaş, yeni metodların işığında yetərincə öyrənilməyib. Yeri 

gəlmişkən, mən keçmiş tələbəm Arif Məmmədovun yazılarını qeyd etməyi 

özümə borc bilirəm. 

Ədəbiyyatşünaslar  Mirzə  Fətəlinin  “Hacı  Qara”sını  çox  təhlil  etmiş, 

maraqlı fikirlər söyləmişlər. Molyerin, Balzakın və başqa yazarların xəsisləri 

ilə müqayisələr də çox aparılmışdır. Məncə, nə qədər maraqlı olsa da, Hacı 

Qaranın yeni sosial tip – yaranmaqda olan ticarət burjuaziyasının təmsilçisi 

kimi  araşdırılması  daha  çox  önəm  daşıyır.  Hacı  Qaranın  bütün  ictimai 

çırpınışları,  sərmayə  toplama  ehtirası  Adam  Smitin  “bazar  iqtisadiyyatı” 

daha çox əks etdirir. Mirzə Fətəli K. Marksə da tanımamış olmazdı. Ancaq 

Mirzə Fətəlidə Marks-filan izi yoxdur. Amma kapitalizmin təbiətini açmaqda 

“Hacı  Qara”  örnək  əsər  sayıla  bilər.  Bunun  səbəbi  canlı  həyatın  özüdür. 

Azərbaycanda  XIX  əsrin  ortalarına  doğru  baş  verən  ictimai  proseslərdir. 

Cəngavərlik, qəhrəmanlıq dövrü bitmişdir. Heydər bəy bu sosial bitmişliyin 

canlı tipajıdır. Servantesin “Don Kixot”unu xatırlamaya bilmirsən. Ayrı-ayrı 

zamanların da bu iki tipini birləşdirən ümumi bir psixoloji təməl olduğunu 

inkar etmək çətindir. 

Odlu silahın çıxması Koroğluya və koroqluluğa son qoyduğu kimi ilkin 

sərmayətoxumu,  burjuaziya  cücərmələri  də  cəngavərliyin  axırına  çıxmaq 

üçün ictimai meydana çıxmışdır. 

Balzak XIX əsr fransız həyatının ensiklopediyası, hər cür ictimai təhlilə 

zəmin  yaradan  qaynaq  olduğu  kimi,  Mirzə  Fətəli  də Azərbaycan,  ümumən 

Şərq həyatının mükəmməl mənzərəsinin yaradıcısıdır, - desək haqsız olmarıq. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə