Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   17   18   19   20   21   22   23   24   25

Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

76

İnsanların  ehtiraslarının  boyu  ağıllarının  boyundan  uzun  olmamalıdır. 



Mirzə Fətəlinin söylədiklərinin içərisində bu xəbərdarlıq başda gəlir. Təbiətən 

hissiyyatlı olan Şərq əhlinin ağıl ölçüsünə, rasional əndazəyə daha çox ehtiyacı 

olduğunu söyləyən Mirzə Fətəli hər şeydə əsrin, zamanını tələbi olan elmi 

yanaşmanın nə qədər zəruri olduğuna daha çox əhəmiyyət verir. 

İqrarçını da, inkarcını da, üsyançını da, mütini də, Allahlını da, Allahsızı 

yaradan  da  qoruyan  da  Allahdır.  Əgər  bu  dünya  bir  imtahandırsa,  arayış, 

axtarış seçimdirsı, külli iradə ilə nisbi iradənin bərabər birgəyaşamıdırsa, bu 

zənginliyə, fərqliliyə arxa çevirməyin, göz yummağın heç bir anlamı yoxdur.

Hər  şey Allahın  təcəlləsidirsə  və Allah  hər  yerdədirsə,  yaradanın  ayrı-

ayrı insanların qafasında və ya ürəyində olmaması, özü də müxtəlif səbəblər 

daxilində olmaması nəyi dəyişə bilər? 

Hər  nəfəsdə  Allaha  iki  can  borclu  olan  insan  Allahın  ucalığını  qəbul 

etmirsə, bu həmin insanın öz qəbahətidir. Onun Allahın ucalığına heç bir dəxli 

yoxdur. 


Güney Azərbaycanın  görkəmli  elm  və  fikir  adamı,  ürək  cərrahı  Cavad 

Heyətin  bir  sözünü  heç  unutmuram:  “Mən  Allahı,  din  alimi  şeyxülislam 

atamın  bəyanlarında,  sidqi-ürəkdən  etdiyi  ibadətlərdə  deyil,  özüm  etdiyim 

ilk  cərrahiyyə  əməliyyatında  tapmışam.  İnsanı  yardıqdan  sonra  gördüyüm 

mənzərə qarşısında donub qaldım və “Çox şükür sənə Allahım. Sən böyüksən”, 

- deyə pıçıldadım. Gördüyüm bu sözlə ifadə olunmayan mürəkkəblik məni 

əbədiyyən Allaha bağladı”. Bu sözü yüzlərcə elm adamı bədahətən söyləyib. 

Yüzlərcə  sənət  adamı  ürəklərinə  dolan  vəhyi,  ilahi  oyanışı  ifadə  ediblərsə, 

bizim  bu  sözlərin  gerçəkliyinə  görməzlikdən  gəlməyə  mənəvi  haqqımız 

varmı?! 


Dilimizdə dini-mifoloji məna yükü olan yüzlərcə deyimlər var. Hardansa 

onlardan  biri  yadıma  düşdü.  “Əhlətdə  bir  daş  var  idi.  Götürən  də  peşman, 

götürməyən də”. Nədənsə bu deyim mənə Mirzə Fətəlini yada saldı. Bəlkə də 

Mirzə Fətəli üzərində düşüncələrim o deyimi xatırlatdı. 

Mirzə Fətəli qəbrinə qoyulmuş o xəbərdarlıq daşını götürmüşdü. Amma 

o dünyada həmin daş ona ölmədiyinin xəbərdarlığı üçün lazım olmamışdı. O 

qaranlıq məzarda öldüyü ilə çoxdan razılaşmış və bütün materialist filosoflar 

kimi sadəcə maddənin bir halından başqa bir halına keçməsi həqiqətini (öz 

həqiqətini!) qəbul etmişdi. Onun peşman olduğunu və ya olmadığını yalnız 

ehtimal etmək olar. Məncə, o, dediklərinə peşman olmamış, günahlarını da 

boynuna almışdı. Bəlkə də səhv düşünürəm. Sadəcə bilmirəm. 

Mirzə  Fətəli  bu  dünyadakı  düşmənlərini  o  dünyaya  aparanlardandır. 

Amma heç kəs heç nəyi dəyişə bilməz – o dünyada da, bu dünyada da.

Həmişə  dost  olaraq  qalan  yalnız  Allahdır.  Düşmən  sənin  özünsən. 




Kamil Vəli NERİMANOĞLU

77

Türk Dünyası 34. Sayı

Başqasına da, özünə də, Allahına da.

Ovcundakı  əhlət  daşı  Mirzə  Fətəlinin  ətəyindən  tökülmüş  daşların 

sonuncusu  idi.  O  daş  Mirzə  Fətəlinin  əlində  sıxılmaqdan  bir  damla  yaşa 

dönmüş  gözlərindən  deyil,  əlindən  süzülüb  torpağa  düşmüş,  rəhmət  qapısı 

açılmışdı. 

Bəli,  həqiqətən  də  Günəş  Şərqdən  doğur.  Günəşin  Şumer  torpağından 

təkallahlı  dinlərin  müqəddəs  kitabların,  sirli-soraqlı  sənətin,  ədəbiyyatın  da 

Şərqdən  nəşət  tapdığı  müqəddəs  torpaqlardan  –  peyğəmbər  torpaqlarından 

Çindən,  Hindistandan,  Yaponiyadan...  doğması  inkar  edilməz  gerçəklikdir. 

Fəqət  ən  qatı  qaranlığın,  istibdadın,  cəhalətin,  fanatizmin  də Vətəni  Şərqdir, 

desək əsla yanılmarıq. Şərq bu paradoksu yaşayan ziddiyyətlər coğrafiyasıdır, 

desək o zaman haqlı olarıq ki, coğrafiyanı yalnız torpaq, ərazi anlamında deyil, 

həm də mənəviyyat, dünyabaxış, sivilizasiya anlamında qəbul edək. 

Nəzərə almalıyıq kökləri Şərqdə, başı Qərbdə olan dahilərdən biri idi Mirzə 

Fətəli  Axundzadə.  Ziddiyyət  mexaniki  mənada  anlaşılmamalıdır.  Dialektik 

məntiqin, qeyri-səlis düşüncənin anası olan ziddiyyət hərəkətin, dinamizmin, 

transformasiyanın - dönüşümün ana qaynağıdır. 

Mayasında  Şərq  olmayan  Qərb  ədəbiyyatı  yoxdur  və  ola  da  bilməz. 

Müqəddəs “Tövrat”, “İncil”, “Zəbur”, “Quran” ayətləri, “1001 gecə” əsrarı, 

şahmat  oyun  qurğusu,  səhra  ehtirası,  gözəllik  və  eşq,  əsrar  və  müəmma 

olmayan  böyük  Qərb  ədəbiyyatı  imkansızdır.  “Tövrat”ın  “Süleymanın 

nəğmələr nəğməsi”ndən bir damla olmayan hansı eşq dastanı, romanı var?

Mirzə  Fətəli  bütün  bunları  gözəl  bilirdi.  Oxumuş,  dönə-dönə  xəyalında 

incələmiş,  zaman-zaman  qələmə  almış,  təhlil  süzgəcindən  keçirmişdi.  Şərq 

formatlı  dünya  Mirzə  Fətəliyə  dar  gəlmişdi.  Çünki  Şərq  anlayışı  nisbi  idi. 

Qərbin Şərqi, Şərqin Qərbi demək idi. Dünyanın Günəşi biridi və doğuşla batış 

nisbi idi. Yuvarlaq dünyada istinad nöqtəsi axtarıb tapmayan Qalileo Qaliley 

kimi  şaşqınlıq  və  tərəddüd  içində  idi.  Batı  elmin  zirehinə  bürünəndə  Doğu 

xəyalın, hissin ağuşunda idi. Fürsətcil Qərb Şərqi sömürdükcə zəli kimi şişirdi, 

Şərqin maddi və mənəvi sərvəti Qərbə axdıqca feodal-patriorxal zəncirlər Şərqə 

sarıldıqca  məhkumiyyət,  cəhalət  müqəddəs  olan  hər  şeyi  dəyərsizləşdirirdi. 

Dərin  düşüncə  içində  dünyaya  baxıb  çıxış  yolu  axtaran  Mirzə  Fətəli  Qərb 

yolunu  seçdi.  Şərq  ürəkli  Qərbli  olmaq  onun  taleyi  idi. Ancaq  Mirzə  Fətəli 

sakit seyrci, passiv müşahidəçi deyildi və ola da bilməzdi. O, mürəkkəb sosial 

münasibətləri fəal aktyoru olmalı idi və oldu da. İslahat və inqilab fəlsəfəsini 

Qərbdən yaradıcı şəkildə alıb onu Şərqdə uyğulamağa başlayan Mirzə Fətəli, 

macəra, ümid, qorxu, risk, əzab dolu bir yola girmişdi. Bu yolun dönüşü yox idi. 

Dünyada elə insan var ki, hiss yolunu seçir. Eləsi də var ki, ağıl yolunu. 

Mirzə  Fətəlinin  ağıl  yolunu  seçməsi  şübhəsizdir.  Fəqət  Mirzə  Fətəlinin  hiss 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə