Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   2   3   4   5   6   7   8   9   ...   25

Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

34

O  zamanın  Xamnəsi  ilə  Şəkisi  arasında  tarix,  mənəviyyat,  mədəniyyət 



fərqi o qədər də böyük deyildi, sərhəd-filan da indiki sərhədlərdən deyildi. 

Fəqət tarixən bir yurdun iki yöndə gələcəyi var idi ki, o zaman doğulan uşaqlar 

bu yolların fərqsizliyindən dəhşətli dərəcədə böyük fərqin olacağını bilmədən, 

dərk etmədən onu yaratmalı, qurmalı idilər. 

Bir  şeyi  yaratmaq,  qurmaq  Allahın  verdiyi  missiyadır.  Sonralar  Mirzə 

Fətəli bu missiyanı Allahın deyil, zamanın, şəraitin, şərtlərin verdiyi qənaətinə 

gələcək. 

Amma hələ o zamana xeyli var və balaca Fətəli böyük olmaq üçün dayısı 

Hacı  Ələsgərin  dizinin  dibində  oturub  Sədini  oxuyur,  Quranı  öyrənməyə, 

əzbərləməyə  çalışır,  ərəb-fars  dünyasının  bağlı  qapılarını  açmaq  üçün  açar 

arayır, idrak dənizindəki sularda çırpınırdı. Atasız böyümək hər bir uşaqda 

böyük bir kompleksin içində çırpınmaq deməkdi. Dayısı Hacı Ələsgərin atalıq 

qayğısı atanı əvəz etmirdi. O, Fətəlinin doğma süd qohumu, daha çox müəllim 

idi. Hacı, bacısı oğlunun simasında böyük bir din alimi yetişdirmək istəyirdi. 

Sən saydığını say, gör fələk nə sayır, ay Hacı Ələsgər kişi... Sən haradan 

biləydin  ki,  bu  sarışın  uşaq  öyrətdiyin  əlifbanın,  ehkamların,  nəsihətlərin 

barışmaz  düşməni  olacaq.  Sənin  açdığın  qapıdan  dünyaya  girməyəcək  bu 

dünyaya  heyrətlə  baxan  uşaq.  Bu  uşağı  anası  Gündoğanda,  Şərqdə  doğub, 

ancaq onun fikir qisməti Günbatandaymış. Şərqdə doğulub, Qərb təfəkkürü 

yolu tutmaq da bir qisməti-ilahidir. Orta əsrlərdə Batı ilə Doğu yer dəyişdirdi. 

İbn Sina, Fərabi, İbn Rüşd Batıya köçüb Batılı oldu, onların yerini cəhalət tutdu. 

Xaçlı yürüşləri ilə Koperniklərin, Qalileyləri edama, həbsə məhkum edənlər 

Rafael oldu, da Vinçi oldu, Şekspir oldu. Bu sürəc 4-5 əsr içində tamamlanmağa 

doğru getdi. Müsəlman renessansını, Quran elminin, fəlsəfəsinin yerini Batı 

renessansı, insan mərkəzli düşüncə tutdu. Hegel Şərqin böyüklüyü qarşısında 

diz çöküb səcdə edəndə, cəhalətin tüstüsü Şərqi bürüyəndə kəşf edilən kəsif 

qoxulu buxar maşını dünyaya başqa bir yön – istiqamət verdi. 

Modern çağ, renessansın çiyinləri üstə yarandı. Batı fəlsəfəsi, siyasi, iqtisadi 

texnologiyası,  ədəbiyyatı,  mədəniyyəti  yüksəldikcə  Osmanlı  imperiyası 

çöküşə  doğru  gedir,  Şərq  sömürü  meydanına  çevrilirdi.  “Tüfəng  çıxmış, 

mərdlik bitmiş”, yeni dünya yaranmağa başlamışdı. Çağdaş Avropanı qurub 

yaradan Adam Smitlər, Dürkhaymlar, Kantlar, Hegellər, Nyutonlar, Erazmlar, 

Napoleonlar, Volterlər, Didrolar, Molyerlər, Balzaklar, Dikkenslər, Tolstoylar, 

Dostoyevskilər...  yeni  Avropanın,  “yengi  dünya”  adlanan  Amerikanın 

memarı olaraq ortaya çıxanda feodal hərc-mərcliyi içində çarpışan, bir-birini 

yeyən Şərq yaddaşını qeyb edir, mövhumat ehkam, cəhalət, fanatizm içində 

boğulmaya başlayırdı. 

Şərqin örnək kimi Qərbə üz tutması, Qərbin model kimi Şərqə gəlməyə 

başlaması daha acı fəsadları yetişdirirdi. Şərqin gələnəyi içində hazırlanmamış 



Kamil Vəli NERİMANOĞLU

35

Türk Dünyası 34. Sayı

formatlar ictimai-siyasi həyatda da, elmdə və sənətdə də, düşüncə həyatında 

da böyük ziddiyyətlər doğurmaya başlayırdı...

Azərbaycan  türkü  Mirzə  Fətəli  bu  ziddiyyətləri  insan  şəklindəki  ən 

böyük və canlı ifadəsidir. Mirzə Fətəlinin Gülüstandan, Bustandan, Qurandan 

başlayan  yolunun  Volterə,  Didroya,  Monteksyeyə,  Molyerə...  gəlməsi  həm 

çox  təbii,  həm  də  çox  qeyri-təbii  sürəcin  ifadəsiydi.  İnsanın  ata-anası  ilə 

bərabər həm də öz zamanının övladı olmasının da canlı ifadələrindən biri də 

yeni Mirzə Fətəlidir. Demokratiya, inqilab, rasionalizm... kimi dəyərlər Vətən, 

zaman və zəmin tanımayan qavramlardır. 

...Mirzə  Fətəlinin  Şərq  ədəbiyyatında  ən  çox  bəyəndiyi  şəxsiyyət 

Mövlanədir.  Hegelin  də  vurğunu  olduğu  Mevlanə  fəlsəfəsi  ilk  növbədə 

Qurana söykənir. Mövlanənin söykəndiyi xalq təfəkkürü, xalq ədəbiyyatı da 

çox böyük bir qaynaqdır. “Ya olduğun kimi görün, ya da göründüyün kimi 

ol”-  deyən  Mövlanənin  fəlsəfi  düşüncəni  şeirin,  hekayətin,  ibrətli  kəlamın 

içində  ifadə  etməsi  Şərq  fəlsəfə  yoludur.  Bunu  Qərb  fəlsəfəsinin  etiraz  və 

qəbul etməsi zərurətdir. Çünki ağlın yolu birdir. Quran. 

Mövlananın din və özəlliklə Quran hermenevtikası ilahi varlığın və gerçək 

dünyanın ən gözəl dini-fəlsəfi yorumlarından biridir. 

Qurana  qarşı  olan  Mirzə  Fətəlinin  Mövlana  sevgisi  və  təqdiri  də  bir 

paradoksdur. İnqilabçı Mirzə Fətəli ilə mütəfəkkir Mirzə Fətəlinin fərqi də 

elə bundadır. 

Xalqın  mənəviyyatı  tarixi  göy  üzünü  andırır,  böyük  və  ucsuz-bucaqsız 

boşluğun hüdudu, mənzərəsi xalqın içindən çıxan övladlarıdır. Dünyaya gəlib-

gedən, əməlləri ilə yandırdıqları işıqla göy üzündə xalqın ruhu kimi yaşayan bu 

ulduzlar həmişə xalqladır, bizimlədir, mənimlədir. Hər nə dağılarsa-dağılsın, 

işığının bir ucu mənim və hamının ürəyində olan ulduzlar göydədirsə, demək, 

dünya  yerindədir,  dünyanın  nizamı  pozulmayıb,  demək,  dünya  ulduzların 

üzünə hələ yaşayır.

Göy üzünün ulduzlarından biri də sübh ulduzumuz, xalqının tale ulduzu 

Mirzə Fətəli Axundzadədir. Hələ Mirzə Fətəli doğulmamış tarix onun üçün 

kifayət  qədər  ağır  ziddiyyətlər,  barışmaz  qüvvələr,  mürəkkəb  vəziyyətlər 

doğurmuşdu. O, dünyaya göz açmamış, onun dağlar qədər dərdi, ələmi olan 

dünyaya göz açmışdı.

Mirzə  Fətəli  haqqında  danışmaq  xalqın  tarixinin  elə  bir  dövrünə 

qayıtmaqdır ki, o dövr haqqında bütün nəsillər öz sözünü demiş və deyəcəkdir. 

Hər nəslin özünü idarə, özünü tanıma, tarixə qayıtmaq və özünü diriltmək, 

yaşatmaq ehtirası var. Bə hər nəsil Mirzə Fətəlidəki dərinliklərə gedib çıxan 

qatları  öyrəndikcə,  dərk  etdikcə  öz  duyumunu,  öz  tapıntısını,  öz  Mirzə 

Fətəlisini təqdim edəcək.




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə