Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə87/90
tarix14.04.2018
ölçüsü5,05 Kb.
#38316
1   ...   82   83   84   85   86   87   88   89   90

160 
 
Milli  Komitəsinin  üzvləri  küçələrdə  sərbəst  gəzir  və  hər  bir  cəsədi  qeydiyyata  alırdılar?  Axı,  məntiqlə 
düşünülsə, "qəddar türklər" həmin Komitə üzvlərini qırmalı və ya ən azından, "statistik tədqiqatlar" aparmağa 
maneçilik törətməli idilər. Lakin belə suallar heç kimə lazım deyildi. Sovet Rusiyası və Avropa dövlətlərinin 
təbliğatı  ermənilərin  göstərdikləri  rəqəmi  də  bir  о  qədər  böyük  saymırdı  (doğrudan  da,  Asiya  və  Afrika 
ölkələrində İngiltərə, Fransa, Almaniya və digər Avropa dövlətlərinin qoşunları on minlərlə insanları məhv edir 
və  bu  rəqəmlərlə  müqayisədə  Bakıda  guya  qırılan  ermənilərin  sayı  çox  az  idi).  Nəticədə  mətbuatda  əvvəlcə 
Bakıda  20  min,  daha  sonra  isə  30  min  erməninin  qırılması  barədə  məlumatlar  yayılmağa  başladı.  Vətəndaş 
müharibəsi adı ilə yüz minlərlə insanı məhv edən, aclıqdan üsyan qaldıran kəndlilərə qarşı kimyəvi silahların 
tətbiqindən  belə  çəkinməyən  bolşeviklər  birdən  birə  Bakıda  qırılan  ermənilərə  "yas"  tutmağa  başladılar. 
Çiçerinin notalarının məzmunu və türklərin Bakını tərk etmək tələbi göstərir ki, Sovet Rusiyasının əsas məqsədi 
Bakı nefti idi və məqsədə çatmaq üçün böhtanlardan da istifadə edilirdi. 
Sentyabrın 24-də Əhməd Nəsimi bəy cavab notası göndərdi. O, yazırdı ki, Brest-Litovsk müqaviləsinin 4-
cü paraqrafının 2-ci bəndinə əsasən Rusiya öz qoşunlarını çıxararkən boşaldılmış əraziləri quldur dəstələrindən 
təmizləməli  idi.  Bu  quldur  dəstələri  əsasən  ermənilərdən  ibarət  olub  rus  silahları  ilə  silahlanaraq  döyüş  adı 
altında  müsəlman  kəndlərini  məhv  etməklə  məşğul  idilər.  Zaqafqaziya  Federasiyası  Brest-Litovsk  müqaviləsi 
ilə Türkiyəyə qaytarılmalı olan 3 vilayətin heç birini qaytarmaq istəmir, üstəlik Azərbaycanda bolşevik-erməni 
dəsətələrinin törətdiyi qırğınlara son qoya bilmir. Türkiyə öz qoşunlarını Azərbaycana yeritməyə məcbur oldu. 
Brest-Litovsk  müqaviləsinin  4-cü  paraqrafına  əsasən  Rusiya  təhvil  verdiyi  ərazilərə  iddialı  ola  bilməzdi,  bu 
səbəbdən  türk  qoşunlarının  Azərbaycandan  çıxarılmasını  tələb  edə  bilməz.  Azərbaycan  hökuməti  isə  bəyan 
edirdi  ki,  Azərbaycan  torpaqlarının  hansı  dövlətinin  tərkibində  olmasını  onun  xalqı  müəyyən  edir.  Sentyabrın 
29-da  Osmanlı  dövlətinin  Berlindəki  nümayəndəsi  Rifat  paşa  xəbər  verdi  ki,  Rusiyada  əsirlikdə  olan  türk 
əsgərlərinin azad edilməsi ləngidilir.
712
 
Rusiyanın  Berlindəki  nümayəndəsi  Tələt  paşa  ilə  görüşündə  Türkiyənin  Brest-Litovsk  müqaviləsinin 
şərtlərinin  pozmasında  günahlandırdı  və  Rusiyanın  ərazisi  adlandırdığı  Azərbaycandan  türk  qoşunlarının 
çıxarılmasını istədi.
713
 Bu  tələblərə Tələt paşa rədd cavabı vermişdi. O, Rusiya səfiri İoffe ilə görüşəndə, ondan 
sövdələşmə  təklifi  aldı:  Azərbaycan  osmanlılara  qalır,  Bakı  sovetlərə  verilir.  Tələt  paşa  buna  da  rədd  cavabı 
verdi.
714
 O, bildirdi ki, Türkiyə Batum  müqaviləsində göstərilməyən torpaqlara heç bir iddia ilə çıxış etmir və 
Azərbaycan  ərazisini  öz  dövlətinə  birləşdirmək  fikrində  deyil.  Qoşunların  göndərilməsində  məqsəd  türk-
müsəlman qardaşların qırğınlarına son qoymaq, onlara öz dövlətlərini yaratmaqda kömək  göstərməkdir. Tələt 
paşa  dəfələrlə  Balkanların  slavyan  xalqlarına  yardım  göstərərək  bunu  "slavyan-pravoslav  qardaşlara"  kömək 
kimi  qiymətləndirən  Rusiya  kimi,  Türkiyənin  də  dinibir,  dilibir  qardaşlarına  həmin  yardımı  göstərə  bilmək 
haqqının olduğunu vurğulamışdı. Danışıqlar nəticəsində müəyyən olundu  ki, bolşevik Rusiyası Azərbaycan və 
Dağıstan  xalqlarının  öz  müqəddəratlarını  həll  etmək  hüququnu  tanımaq  istəmir  və  onların  müstəqilliklərinə 
əngəl olacaq. Almaniya bildirdi ki, Qafqazda Gürcüstan dövlətinin müstəqilliyini tanıyacaq, lakin Azərbaycanın 
müstəqilliyi  barəsində  söz  gedə  bilməz.  Tələt  paşa  belə  ikili  münasibətdən  hiddətlənsə  də,  danışıqları  davam 
etdirdi  və  sentyabrın  23-də  Almaniya  ilə  gizli  müqavilənin  imzalanmasına  nail  oldu:  türk  qoşunları 
Azərbaycandan  çıxarılacaq,  Almaniya  isə  Azərbaycanın  müstəqilliyini  tanıyacaq.
715
      Tələt      paşanın   
Berlindəki   danışıqları göstərdi ki, Üçlər ittifaqının məğlub olduğu bir dövrdə öz ordusunu   itirən   Almaniya 
imperiya ambisiyalarını itirməmişdi. Türkiyə isə çalışırdı ki, Azərbaycan beynəlxalq arenada təklənməsin. 
Avropa və Sovet Rusiyasının    başladığı    kampaniya genişlənməkdə  idi  və  Osmanlı dövlətinin yeni 
Sədr-Əzəmi İzzət paşa Bakıda baş verənlər barəsində ətraflı hesabat istədi. 1918-ci il 27 oktyabrda  Nuru paşa 
İzzət paşaya  göndərdiyi  məktubunda yazırdı: "Bakının Osmanlı  kitaları tərəfindən zəbti ilə düşmən tərəfindən 
tərk  və  təxliyəsi  arasındakı  zaman  əsnasında,  31    mart  qırğınının  intiqamını  almaq  üzərə  türklər  ilə  ermənilər 
arasında  qarşılıqlı  saldırmalar  olmuş  və  о  sırada  2  minə  qədər  erməni  tələf  olmuşdur.    Osmanlı    kitalarının  
şəhərə girməsiylə bu duruma dərhal son verilmiş və buna səbəb olan müslümanlardan 172 kişi edam edilmiş, 
ermənilərin  malını  yağmalayan  və  öldürənlərdən  üçü  isə  daha  dünən  asılmışdır.  Halbuki  mart  olaylarında  20 
minə  yaxın  müslüman  qətl  və  malları  yağma  edilmiş,  camilər  topa  tutulmuş,  yüzlərcə  böyük  bina  yakılıb 
yıkılmış,  yapılmadık  faciə  qalmamışdır.  Erivan  civarında  bulunan  240  parça  türk  köyü,  bütün  oturanlarıyla 
tamamən ortadan qaldırılmışdır. Bu faciə Azərbaycan xalqının qulaqlarında hələ də çinlamaktadır".
716
 
Türkiyə və Azərbaycana qarşı kampaniya başlayanda Gürcüstanda məsələni ədalətlə araşdırmaq təklifləri 
səsləndi.  Erməni  xisləti  ilə  üzləşən,  bolşeviklərin  necə  boyük  təbliğat  kampaniyası  yaratmaq  üzrə  usta 
olmalarını  bilən  gürcü  siyasətçi  və  jurnalistləri  həqiqətdə  bolşevik-erməni  tərəfinin  günahkar  olmasını 
bildirirdilər.  1918-ci  il  noyabrın  28-də  Tiflisdə  çap  edilən  "Qruziya"  qəzeti  ermənilərə  mart  qırğınlarını  yada 
                                                           
712
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.198-199. 
713
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.193. 
714
Yenə orada, s.201.
 
715
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.200-201. 
716
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.254. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə