Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


§2. Hərbi-vətənpərvərlik tərbiyəsinin məzmunu və əsas istiqamətləri



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə116/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   112   113   114   115   116   117   118   119   ...   123
§2. Hərbi-vətənpərvərlik tərbiyəsinin məzmunu və əsas istiqamətləri 
 
Vətənpərvərlik (vətənçilik) Vətənin varlığı və gələcəyi qayğısı ilə bilavasitə 
bağlı olan düşüncə tərzidir. Vətənini sevən hər bir vətəndaş ömrü boyu bu düşüncə 
ilə  yaşayır  və  yaradır.  “Vətənini  sevməyən  kəs  dünyada  heç  nəyi  sevə  bilməz” 
(C.Bayron)  kəlamında  böyük  məna  vardır.  Azərbaycan  ədəbiyyatının  görkəmli 
nümayəndəsi  Abbas  Səhhət  bu  haqda  daha  səlist  demişdir:  “Vətənini  sevməyən 
insan olmaz, olsa da o şəxsdə vicdan olmaz”. 
Hərbi  vətənpərvərlik  ruhunda  tərbiyə  almış  gəncdə  lazım  gəldikdə 
“qəhrəmanlıq  anı”  məqamı  tez  biruzə  verir.  Döyüşdə  qəhrəmanlığın  ən  yüksək 
zirvəsini təşkil edən bu məqamda Vətəninin azadlığını öz canından belə çox sevən 
gənc, həyatı üçün ən təhlükəli bir addım ataraq ölüm-dirim savaşına girişir. Burada 
əsas məsələ odur ki, həmin gənci misilsiz qəhrəmanlığa məcbur etməyə heç kəsin 
ixtiyarı yoxdur. Bu addımı o özü, öz iradəsinin və əqidəsinin gücü ilə atır. Fəlsəfə 
elmində bunu mütləq azadlığa aid, bəlkə də yeganə, misal (nümunə) hesab edirlər. 
Beləliklə milli şərəf hissi, Vətəni müdafiə vəzifəsinin milli-qeyrət və namus 
səviyyəsində başa düşülməsi hərbi-vətərpərvərlik tərbiyəsinin əsasını təşkil edir. 
1941-45-ci illər müharibəsi dövrü Azərbaycan xalqının cəsur oğul və qızları 
cəbhələrdə saysız-hesabsız qəhrəmanlıq nümunələri göstərmişdir. Bu haqda kitabın 
əvvəlki bölməsində yazılmışdır. 
1998-ci  ilin  fevralının  əvvəlində  Azərbaycan  gəncləri  gününə  həsr  edilmiş 
bədii-idman  bayramındakı  çıxışında  Prezident  H.Əliyev  demişdir:  “Bizim 
gənclərimiz  XX  əsrin  müharibələrində  qəhrəmanlıq  nümunələri  göstəriblər.  Biz 
Azərbaycanın  qəhrəman  oğulları  ilə  həmişə  fəxr  etmişik  və  onların  xatirəsi  daim 
qəlbimizdə yaşayacaqdır”. 


106 
 
Azərbaycanın  müasir  gəncliyi  70  il  dövran  sürmüş  Sovetlər  hakimiyyəti 
dövründəki  ümumsovet  və  beynəlmiləlçilik  tərbiyəsi  istiqamətindən  fərqli  olaraq 
indi öz ölkəsində müstəqil milli dövlətin olması şəraitində formalaşır. Buna görə də 
həmin  gəncliyin  milli  və  hərbi  vətənpərvərlik  ruhunda  tərbiyə  edilməsi  xüsusi 
əhəmiyyət kəsb edir. 
*** 
 
Azərbaycan xalqının öz vətəninin bütövlüyü və dövlət müstəqilliyi uğrunda 
çoxəsrlik mübarizəsi qəhrəmanlıq nümunələri ilə doludur. Müvafiq tarixi dövrlərdə 
bu  mübarizədə  xalqımız  içərisində  Cavanşir,  Babək,  Cavad  xan,  Koroğlu,  Nəbi 
kimi  cəngavər  sərkərdələr  və  generallar  yetişmişdir.  Məlumdur  ki,  Şah  İsmayıl 
Xətainin xalqımıza üç vəsiyyəti olmuşdur: Vətənimiz, dilimiz, qeyrətimiz. 
XX əsrin əvvəlində yaradılmış Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920) 
dövründə  il  yarım  ərzində  Milli  Ordu  yaradılmışdı  və  həmin  ordu  Rusiya 
ordusunun  Azərbaycanı  işğal  etməsinə  qədərki  dövrdə  öz  milli  dövlətinin 
sərhədlərini igidliklə müdafiə etmişdir. 
1941-45-ci  illərdə  Almaniya  faşizminə  qarşı  uzunmüddətli  və  son  dərəcə 
qanlı  müharibə  Azərbaycan  xalqının  tarixən  cəngavər  və  hərb  sənətində  də 
istedadlı  bir  xalq  olduğunu  göstərdi.  Müharibənin  başlandığı  22  iyunda  (1941) 
Azərbaycandan 18 min nəfər könüllü olaraq cəbhələrə getdilər. 
Faşizmə  qarşı  müharibənin  ilk  günlərindən  başlayaraq  ümumxalq 
vətənpərvərlik əhvali-ruhiyyəsi arxa cəbhədə də geniş miqyas almışdı. 1941-ci ilin 
27  noyabrında  Bakıda  Mirzə  Fətəli  Axundov  adına  Opera  və  balet  Teatrında 
Azərbaycan  ziyalılarının  2000  nəfər  nümayəndəsinin  mitinqi  çağırılmışdı. 
Mitinqdə  Ü.Hacıbəyov,  M.Topçubaşov,  Səməd  Vurğun,  Sabit  Orucov,  Ələsgər 
Ələkbərov  və  digər  görkəmli  ziyalılar  çıxış  edərək,  xalqı  vətəni  müdafiyə 
çağırmışdılar. 
Züleyxa  Seyidməmmədova  1941-ci  ildə  Moskvada  Jukovski  adına  Hərbi 
Hava  Akademiyasının  şturman  fakultəsini  qurtarmış  və  kiçik  leytenant  rütbəsində 
cəbhəyə  getmişdi.  Sovet  İttifaqı  Qəhrəmanı  Marina  Raskovanın  komandir  olduğu 
qadınlardan ibarət aviopolkun tərkibində Moskva və Stalinqrad cəbhələrində, sonra 
isə  Vyanaya  qədərki  döyüşlərdə  500  dəfədən  çox  döyüş  uçuşunun  iştirakçısı 
olmuşdur.  Azərbaycan  qadınlarından  Şövkət  xanım  Səlimova  müharibə  illərində 
gəmi  kapitanı  olmuş  yeganə  qadındır.  Onun  idarə  etdiyi  gəmi  düşmən 
təyyarələrinin  zərbələri  altında  Xəzər  dənizi-Volqa  çayı  vasitəsilə  Stalinqrad 
cəbhəsini hərbi sursatla və benzinlə təmin edir, geriyə dönərkən isə çox saylı yaralı 
döyüşçüləri  Azərbaycan  hospitallarında  müalicəyə  gətirirdi.  Bu xidmətlərinə  görə 
o, “Qırmızı ulduz” ordeni və digər hərbi orden və medallarla təltif edilmişdir. 


107 
 
Müharibə  illərində  Azərbaycanın  bütün  əhalisinin  hər  beş  nəfərindən  biri 
(3,4  milyon  əhalidən  681  min  nəfər)  ümumi  Vətəni  müdafiə  etmək  üçün  cəbhəyə 
getmişdi.  Bunlardan  10  min  nəfərdən  çoxu  qadın  və  qızlar  idi.  Bu  illərdə 
Azərbaycan xalqı yüksək vətənpərvərlik hissi ilə öz övladlarını düşmənlə mübarizə 
cəbhələrinə  göndərərək,  onların  əvəzinə  də  əmək  rəşadətləri  göstərmişdir.  İndiki 
Qəbələ  rayonunun  70  yaşlı  sakinləri  Əzim  Əzimov  üç  oğlunu,  85  yaşlı  Rəşid 
Məmmədov  isə  iki  oğlunu  xeyir-dua  ilə  cəbhələrə  göndərmişdilər.  Həmin 
müharibə illlərində Azərbaycan xalqını təmsil edən hərbi sərkərdələrdən 12 nəfəri 
diviziya  komandiri,  32  nəfəri  isə  alay  komandiri  olmuşdur.  Bu  müharibədə 
Azərbaycan  türklərini  təmsil  edənlərdən  40  nəfərdən  çoxuna  Sovet  İttifaqı 
Qəhrəmanı  fəxri  adı  verilmiş,  14  nəfər  isə  “Şərəf”  ordeninin  hər  üç  dərəcəsi  ilə 
təltif edilmişlər. Müharibə illərində göstərdikləri döyüş rəşadətlərinə görə 176 min 
Azərbaycanlı  dövlətin  orden  və  medalları  ilə  təltif  edilmişdilər.  Yüzlərlə 
vətəndaşımız    isə  Avropada  antifaşist  hərəkatlarında  iştirak  etdiklərinə  görə  bu 
ölkələrin orden və medalları ilə təltif edilmişlər. 
Müharibə    illərində  Bakıda  bir  çox  yeni    silah  növləri:  katyuşa  mərmiləri, 
minomyotlar,  Şpakin  pulemyotu  (P.P.Ş.)  və  s.  hazırlanırdı,  bütövlükdə  isə 
müharibə illərində Azərbaycanda 130 növ silah hazırlanmışdır. 
Yaralı  döyüşçüləri  müalicə  etmək  üçün  müharibə  illərində  Bakıda  və 
Azərbaycanın  digər  şəhərlərində  150-dən  çox  hərbi  xəstəxana  (hospital) 
yaradılmışdı.  Azərbaycan  Pedaqoji  Universitetinin  indiki  əsas  binasında  (Üzeyir 
Hacıbəyov  küç.  №34)  yerləşən  1543  saylı  hospitalda  4  ilə  yaxın  bir  müddətdə 
90206  cəbhəçi  müalicə  olunmuşdur.  Respublikada  yerləşən  bu  müalicəxanalarda 
450  mindən  çox  cərrahiyyə  xidməti  edilmişdi  və  yaralıların  70%-dən  çoxu 
sağalaraq  yenidən  cəbhəyə  qayıtmışdılar.  Yaralı  döyüşçülərə  yardım  üzrə 
Respublika  Dövlət  komitəsinə  Respublika  Nazirlər  Şurasının    sədr    müavini  
professor  Əziz  Əliyev  rəhbərlik edirdi. 
İkinci  Dünya  müharibəsi  illərində  Azərbaycan  xalqının  beynəlxalq 
əhəmiyyət  kəsb  edən  fəaliyyəti  şübhəsiz  ki,  cəbhələri    yanacaq    ilə  təmin  
etməkdən  ibarət  olmuşdur.  Müharibə  dövrünün  bu  əmək  rəşadəti  hərbi-
vətənpərvərlik ruhuna da tamamilə uyğundur. 
1990-1994-cü  illərdə  Qarabağı  zəbt  etmək  üçün  Ermənistan  ordusunun 
apardığı əməliyyatlar öz qəddarlığı ilə  Almaniyanın faşist ordusunun qəddarlığını 
qat-qat  ötüb  keçmişdir.  Bu  münaqişə  dövrü  Azərbaycanlı  döyüşçülər 
vətənpərvərlik nümunələri göstərmişlər. 
Erməni  faşistləri  ilə    90-cı  illərin  əvvəllərində  qəhrəmancasına  mübarizə 
aparan  gənclərdən  biri  Vaqif  Qurbanov  olmuşdur.  Cəsur  təyyarəçi  baş  leytenant 
Vaqif  Qurbanov  1992-ci  ilin  aprel  ayında  SU-25  hərbi-təyyarəsini  Rusiyanın  “N”   
hərbi  təyyarə  meydanından  icazəsiz  qaldıraraq  respublikamızın  Yevlax  təyyarə 


108 
 
meydanına endirmişdi. Həmin təyyarə ilə vətən oğlu Vaqif Goranboy və Gülüstan 
ətrafı  ərazilərinin  azad  edilməsində,  Şuşa  yaxınlığında  mühasirəyə  düşmüş 
döyüşçülərimizin xilas edilməsində misilsiz xidmətlər göstərmişdir. 
Cəsur vətənpərvər olan təyyarəçi Vaqif Qurbanovun son uçuşu 1992-ci ilin 
13 iyununda oldu. Həmin  gün o, Əsgəran-Ağdam istiqamətində gedən döyüşlərdə 
düşmənə  göydən  zərbə  endirmək  və  bizim  MM-24  vertolyotlarımızın  uçuşunu 
müdafiə  etmək  üçün  hərbi  tapşırığı  yerinə  yetirdikdə  düşmən  toplarının  güclü 
atəşinin qurbanı oldu. Cəsur təyyarəçi baş leytenant Vaqif Qurbanov Azərbaycanın 
Milli  hərbi  aviasiyasının  təməlini  qoyan,  düşmənlə  müharibədə  qəhrəmancasına 
həlak olan ilk təyyarəçimizdir. 
Hərbi  təyyarəçi  mayor  Adil  İsmayılov  da  SSRİ  hərbi  təyyarə  məktəbini 
bitirdikdən sonra 1992-ci ildə Azərbaycana qayıdaraq “N” hərbi hissəsində xidmət 
etmişdir.  O,  1993-cü  ilin  noyabrında  Heydər  Əliyevin  xalqa  müraciətindən  sonra 
Horadiz  döyüş  əməliyyatında  vertolyot  bölməsində  qəhrəmancasına  xidmət  etmiş 
və  ağır  döyüşlərin  birində  həlak  olmuşdur.  Cəmisi  25  il  ömür  sürmüş  qəhrəman 
Adil  İsmayılovun  qardaşı  Əvdil  İsmayılov  həlak  olmuş  qardaşının  xidmət  etdiyi 
“N” hərbi hissəsində qulluq edir və hərbi təyyarəçilik məktəbini bitirmişdir. 
Ermənistan  ordusunun  ölkəmizə  qarşı  vəhşi  hərbi  əməliyyatları  ərəfəsində 
respublikanın  Cəbrayıl  rayonunda  şəhər  sovetinin  sədri  olmuş  İlqar  Mehdiyev 
hərbi  əməliyyatların  birində  əsir  düşmüşdü.  Onun  vəzifəli  şəxs  olduğunu  bilən 
ermənilər  əsir  alınmış  İlqarı  alçaltmaq  üçün  öz  məkrliyi  ilə  seçilən  bir  işgəncə 
üsulu  seçdilər:  bir  tərəfdə  Azərbaycanın,  o  biri  tərəfdə  Ermənistanın  bayraqları 
asılmışdı.  Sonsuz  əziyətlərə,  ağlasığmaz  işgəncələrə  hədəf  olmamaq  üçün  ondan 
Ermənistan  bayrağına  təzim  etmək,  Azərbaycanın  bayrağını  isə  cırıb  ayaq  altına 
atmaq  tələb  olunurdu.  İlqar  isə  üçrəngli,  ay-ulduzlu  bayrağımızın  önündə  diz 
çökərək,  onu  öpüb  gözlərinin  üstünə  qoymuş,  erməni  bayrağını  isə  qoparıb  yerə 
atmışdı. Bundan sonra onu necə dəhşətli işgəncələrin gözlədiyini söyləməyə lüzum 
yoxdur.  Lakin  bu  yolu  İlqar  özü  seçmişdi.  O,  əzab  və  işgəncələri  düşmən 
qarşısında alçalmaqdan, dövlətçilik rəmzi olan bayrağımızı təhqir etməkdən üstün 
tutmuşdu. 
Azərbaycanımızın  öz  dövlət  müstəqilliyini  bərpa  etməsindən  (1991-ci  il) 
sonra  milli  və  hərbi  vətənpərvərlik  tərbiyəsi  dövlət  siyasəti  səviyyəsində  xüsusi 
əhəmiyyət kəsb edir. 
Gənclərimizin  hərbi  vətənpərvərlik  hissi  ruhunda  tərbiyə  edilməsinin 
mühüm istiqamətlərindən bir də 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə