AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
2
DÜZÜM
GİRİŞ.............................................................................................................................4
SİYASİ MƏHBUS MEYARLARI ..............................................................................5
SİYASİ MƏHBUSLAR........................................................................................6-120
A.
Jurnalistlər/Blogerlər..................................................................................6-20
B.
Yazarlar/Şairlər........................................................................................20-22
C.
Hüquq müdafiəçiləri................................................................................23-24
D.
Siyasi və ictimai fəallar...........................................................................24-39
E.
İnanclı fəallar...........................................................................................40-88
(1) Müsəlman Birliyi Hərəkatının üzvləri və Nardaran qəsəbəsində
baş vermiş hadisə ilə bağlı tutulanlar....................................................40-67
(2) 5 oktyabr 2012-ci il tarixli “Hicaba azadlıq”
aksiyasına görə tutulanlar.....................................................................67-70
(3) 2012-ci ildə Masallı rayonunda həbs edilən inanclı fəallar...........70-72
(4) 2012-ci ilin mayında həbs edilən inanclı fəallar............................72-76
(5) Azərbaycan İslam Partiyasının Sədri və
onunla birlikdə tutulanlar....................................................................76-80
(6) Nurçuların işi.................................................................................80-82
(7) Digər inanclı fəalların işi..............................................................82-88
F.
Ömürlüklər..........................................................................................88-95
G.
Sosial etirazlarla bağlı tutulanlar.............................................................95-105
(1) 2013-cü il İsmayıllı etirazlarına görə tutulanlar............................95-97
(2) 2015-ci il Mİngəçevir etirazlarına görə tutulanlar.....................97-100
(3) 2016-cı il Siyəzən etirazlarına görə tutulanlar...........................100-104
(4) Biləsuvarda məskunlaşan Cəbrayıllı məcburi köçkünlərin
2016-cı ildə keçirdiyi etiraz aksiyası zamanı tutulanlar..............104-105
H.
Keçmiş dövlət məmurları...........................................................105-109
AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
4
GİRİŞ
Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumları və fəalları uzun illər
ərzində çözülməyən siyasi məhbus probleminə diqqət çəkmək üçün bu hesabatla çıxış
edirlər. Yerli və beynəlxalq təşkilatların ardıcıl çağırışlarına baxmayaraq, siyasi
motivli həbslər aparılıb, problemin biryolluq həlli üçün hakimiyyət siyasi iradə
göstərməyib, uzun illər ərzində bu kimi həbslər və azadolmalar və yenidən həbslər
“qapalı dairə” kimi davam edib.
Siyahını hüquq müdafiəçiləri, hüquqçular, jurnalistlər və ekspertlərdən ibarət
Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup hazırlayıb.
Hesabat 2018-ci ilin sentyabrına qədər həbs edilən və azadlığa buraxılmayan
şəxslərin
işlərini əhatə edir.
Hesabat hazırlanarkən siyasi məhbus məsələsi ilə məşğul olan çoxsaylı yerli və
beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılıb, o sıradan nüfuzlu beynəlxalq insan
haqları təşkilatlarının hesabatları, Azərbaycanın üzv və qarşısında öhdəlikləri olduğu
təşkilatların, xüsusən də Avropa Şurasının uyğun sənədləri öyrənilib, mətbuatın
monitorinqi, məhkəmələrin müşahidəsi aparılıb. Məhkəmə hökmü və başqa hüquqi
sənədlər təhlil edilib, hesabatda adı olan siyasi məhbusların vəkilləri və ailə üzvləri,
müdafiə komitələri ilə görüşlər keçirilib. Hesabatda hər bir siyasi məhbusla bağlı
detallı bilgilər, həmçinin hər bir həbsin əsl səbəbləri, bu zaman yol verilmiş qanun
pozuntuları, siyasi məhbusların fotoşəkilləri (bəzilərini tapmaq mümkün olmayıb)
var.
Hesabatda siyasi məhbuslar aşağıdakı kateqoriyalar üzrə bölünüb:
A. Jurnalistlər/blogerlər
B. Yazarlar/şairlər
C. Hüquq müdafiəçiləri
D. İctimai
və siyasi fəallar
E. İnanclı fəallar
F. Ömürlüklər
G. Sosial etirazlarla bağlı tutulanlar
H. Keçmiş dövlət məmurları
I. Siyasi girovlar
J. Səid Dadaşbəyli və onunla
birgə tutulanlar
Bir neçə kateqoriya da öz növbəsində alt kateqoriyalara bölünüb ki, onlarla
hesabatdan tanış ola bilərsiniz.