AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
9
3.
Seymur Məşgül oğlu
HƏZİ
© şəxsi Facebook profili
Saxlanma tarixi: 29 avqust 2014-cü il
İttiham: CM-in 221.3-cü (
xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq
etməklə törədildikdə)
maddəsi
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Azərbaycanda müxalif mövqeyi ilə fərqlənən “Azadlıq”
qəzetinin şərhçisi və Azərbaycan hakimiyyətini və onun apardığı siyasəti sərt tənqid
edən, peyk üzərindən xaricdən yayımlanan "Azərbaycan Saatı" onlayn televiziyasının
aparıcısı Seymur Həzi ciddi əsas olmadan saxlanılıb.
Jurnalistin yaşadığı Ceyranbatan
qəsəbəsində Məhərrəm Həsənov adlı şəxs S.Həziyə yaxınlaşaraq, ondan sosial
şəbəkədə göndərdiyi mesaja cavab verməməsinin səbəbini soruşub və cavab
gözləmədən ona hücum edib. Bundan bir neçə dəqiqə sonra əraziyə gələn polislər
jurnalisti saxlayıb. Avqustun 30-da Abşeron Rayon Məhkəməsi onun barəsində həbs
qətimkan tədbiri seçib.
Jurnalist Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 29 yanvar 2015-
ci il tarixli hökmü əsasında 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına
məhkum edilib. S.Həzinin əleyhinə ifadə verən Məhərrəm Həsənov isə 6 ay
müddətinə azadlıqdan məhrum edilib və o artıq azadlıqdadır. Sumqayıt Apellyasiya
Məhkəməsi 5 sentyabr 2015-ci il, Ali Məhkəmə isə 15 aprel 2016-cı il tarixli
qərarlarla həmin hökmü qüvvədə saxlayıblar.
Məhkəmə müşahidələri birmənalı şəkildə deməyə əsas verir ki, jurnalistin həbsi
əvvəlcədən qurulmuş plan üzrə həyata keçirilib, ona qarşı təxribat törədilib və
nəticədə bu təxribatdan istifadə edilərək saxlanılıb. Proseslər zamanı jurnalistin və
onun vəkilinin verdiyi və birbaşa işin mahiyyətinin açılmasına yönələn vəsastətlərin
heç biri təmin olunmayıb. Xüsusən ittiham aktında cinayət işinin açıldığı vaxtın
göstərilməməsi, işin ekspertiza keçirilmədən başlanması, hadisənin iştirakçısı olan
M.Həsənovun ziddiyyətli ifadələri, jurnalistlə onun arasında əslində Facebook-da heç
bir yazışmanın olmaması, M.Həsənovun hadisə yerinə 2 saat qabaq gələrək jurnalisti
gözləməsi və bunu sübut edəcək telefon danışıqlarının siyahısının və vaxtının
alınması kimi məsələlər araşdırılmayıb.
S.Həzi həbsindən əvvəlki illərdə də jurnalist fəaliyyətinə görə təzyiq və təqiblərə
məruz qalıb. O, 26 mart 2011-ci ildə yaşadığı Ceyranbatan qəsəbəsində bu hadisənin
baş verdiyi eyni yerdən oğurlanaraq naməlum yerə aparılıb, naməlum maskalı
şəxslərin zorakılığına məruz qalıb və “Axmaq olma, İlham Əliyev haqqında yazma”
mesajını alıb. Bu hadisə ilə bağlı jurnalist açıq şəkildə mətbuata müsahibə verib,