Azərbaycan xalqının m ILLI oyanışında və mənəvi yüksəlişində, rus



Yüklə 68,44 Kb.
Pdf görüntüsü
tarix14.03.2018
ölçüsü68,44 Kb.
#31381


\

7

^

Azərbaycan xalqının m illi  oyanışında və mənəvi yüksəlişində,  rus 

çarizminin  müstəmləkə  siyasətinə  qarşı  mübarizədə,  ümumiyyətlə, 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  təşəkkül  tapmasında  təcrübəli 

hüquqşünas,  görkəmli  və  istedadlı  diplomatlardan  biri  Əlimərdan 

bəy Ələkbər oğlu Topçubaşov müstəsna  rol oynayıb.

Əlimərdan  bəy  Peterburq  Universitetinin  hüquq fakültəsini  bitir­

miş, Tiflis və Bakıda vəkillik fəaliyyəti ilə məşğul olmuş,  1897-ci  ildə 

"Kaspi” qəzetini yaradaraq  1917-ci  ilin sonlarınadək onun  redaktoru 

kimi Azərbaycanın  ictimai-siyasi mübarizə meydanında ön sıralarda 

getmiş və  liderlərdən birinə çevrilmişdir.  1905—1907-ci  illər  1-ci  rus 

inqilabı  dövründə  Bakı Dumasının üzvü, sonralar sədri seçilmiş,  Ru­

siyada  yaşayan  müsəlmanların  vahid  təşkilatı  -   “ittifaqi-m üslinT’in 

yaradılması  və  fəaliyyətində  səmərəli  iştirak  etmiş,  onun  proqram 

sənədlərini  hazırlamışdır.  Bu  sahədə  böyük  rolu  olduğundan  Rusi­

yanın  Nijni-Novqorod  və  Sankt-Peterburq  keçirilm iş  dörd  qurultayı 

məhz  onun  sədrliyi  ilə  baş  tutub.  1906-cı  ildə  Sankt-Peterburqda

fəaliyyət göstərən I  Dövlət Dumasına üzv seçilən Topçubaşov bir çox 

məsələlərin  müzakirə  və  qəbulunda  iştirak  etmiş,  çar  hökumətinin 

köçürmə  və  aqrar  siyasətini  pisləmiş,  Rusiyada  yaşayan  azsay­

lı  xalqlara,  o  cümlədən  müsəlmanlara  muxtariyyət  verilməsinə 

tərəfdar  çıxmışdır.  Yüksək  nüfuzuna  görə  Dumada  onun  başçılığı 

ilə  Rusiyanın  bütün  müsəlman  əyalətləri  deputatlarının təmsilçisi  -  

müsəlman fraksiyası yaradılıb.

1917-ci  il  Fevral  inqilabı  və  Oktyabr  çevrilişindən  sonra 

fəaliyyətini  daha  da  genişləndirən  Əlimərdan  bəy  Azərbaycanın 

dövlət  müstəqilliyi  uğrunda  qızğın  mübarizə  aparmışdır.  Həmin  ilin 

martında  yaradılan  ictimai  Təşkilatlar  Şurası  icraiyyə  Komitəsi  və 

Müsəlman  Milli  Şurası  Müvəqqəti  İcraiyyə  Komitəsinin  sədri,  Bakı 

Şəhər  Dumasına  keçirilən  seçkilərdə  isə  Dumanın  üzvü  seçilmişdir.

1918-ci  ilin  mart  ayında  Bakıda  ermənilərin  azərbaycanlılara  qar­

şı  törətdiyi  dəhşətli  soyqırımının  qarşısını  almağa  çalışanlardan  və 

“Sülh konfransı'nın  iştirakçılarından biri olub.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan 

edilməsi  xalqımızın  tarixində  və  taleyində  qeyd-şərtsiz 

mühüm  hadisə  idi.  Ümummilli  liderimiz  Heydər Əliyevin 

qeyd  etdiyi  kimi,  “ XX  əsrin  əvvəllərində  Azərbaycanda 

m illi  azadlıq  hərəkatı  genişləndi.  Azərbaycanın  demok­

ratik  qüvvələri,  mütəfəkkir  şəxsləri,  siyasi  xadimləri 

yurdumuzun  müstəqilliyi,  xalqımızın  azadlığı  uğrunda 

mübarizəyə  qoşuldular.  I  Dünya  müharibəsinin  bitməsi 

ilə  əlaqədar  dünyada  baş  vermiş  dəyişikliklər,  sosia­

list  inqilabı  nəticəsində  Rusiya  imperiyasının  dağılma­

sı  Azərbaycanda  müstəqil  dövlət  yaratmaq  üçün  şərait 

meydana  gətirdi.  Belə  bir  şəraitdə  Azərbaycanın  de­

mokratik qüvvələri,  siyasi xadimləri  1918-ci  il may ayı­

nın  28-də  Azərbaycan  Demokratik  Respublikasını  elan 

etdilər” .

Azərbaycan  Milli  Şurasının  qəbul  etdiyi  tarixi  bəyannamə 

Azərbaycan  xalqının  öz  müqəddəratını  təyin  etmək,  dinindən, 

dilindən,  irqindən asılı  olmayaraq respublika ərazisində yaşayan bü­

tün  xalqların və m illətlərin hüquq  bərabərliyinə hörmət,  bütün xarici

42 

Mədəniyyət. AZ / 2 • 2017



dövlətlərlə  və  qonşu  xalqlarla  dinc  və  əm in- 

amanlıq  şəraitində  yaşamaq,  bir-birinin  su­

verenliyi  və  ərazi  bütövlüyünün  gözlənilməsi 

prinsiplərinə əsaslanırdı.

Şərqdə  ilk  demokratik  respublika  -  

Azərbaycanın  Xalq  Cümhuriyyəti  yaradıldığı 

gündən  başlayaraq  qısa  müddət  ərzində 

öz  parlamenti,  hökuməti,  ordusu  və  pul 

vahidinə  m alik  olmuş,  Azərbaycanda  ya­

şayan  bütün  xalqların  və  siyasi  partiya­

ların 

parlamentdə 



təm silçiliyini  təmin 

etmiş,  beynəlxalq  münasibətlərin  işti­

rakçısına  və  beynəlxalq  subyektinə  çev­

rilmişdi.  Cümhuriyyəti  yaradan  insanlar, 

xüsusən  də  Məhəmməd  Əmin  Rəsulzadə,

Əlimərdan  bəy  Topçubaşov,  Fətəli  xan 

Xoyski,  Nəsib  bəy  Yusifbəyli  və  başqa 

görkəmli  xadimlər  Azərbaycanın  m illi 

dövlətçiliyinin xilaskarı  idilər.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranmasını  böyük  sevinclə 

qarşılayan  Əlimərdan  bəy  Fətəli  xan  Xoyskinin  1918-ci  ilin  iyu­

nunda  təşkil  etdiyi  ikinci  hökumət  kabinəsində  portfelsiz  nazir, 

oktyabr ayında  isə  xarici  işlər  naziri  vəzifəsinə  təyinat  alır.  AXC  ya­

randığı  gündən  diplomatiyamızın  inkişafına,  hərtərəfli  əlaqələrin 

yaranmasına,  dünya  dövlətləri  arasında  Azərbaycanın  hüquqlarının 

müdafiəsinə  və  tanınmasına  töhfə  verən  bu  nüfuzlu  ictim ai-siya­

si  xadim  bütün  həyatını  Vətənin  müstəqilliyi  ideallarına  həsr  edib. 

Azərbaycan  hökumətinin  Osmanlı  dövləti  və  onun  vasitəsilə  Avro­

pa  ölkələri  ilə  diplomatik  əlaqələr  yaratması  məqsədilə  fövqəladə 

səlahiyyətli nazir kimi  istanbula göndərilib.  Belə ki,  1918-ci il avqus­

tun 23-də  Gəncədən çıxaraq Tiflisə yola  düşür və  burada  Gürcüstan 

hökumətinin  rəhbərləri və  Osmanlı  nümayəndəsi  Əbdül Kərim  paşa 

ilə  görüşlər  keçirir.  Sentyabrın  28-də  istanbula  gələrək  oktyabrın 

2-də  Osmanlı  sultanı  VI  Mehmetin  qəbulunda  olur.  Danışıqlar  za­

manı  qeyd  edir  ki,  xalqının  çoxsaylı  istəməyənləri  mövcuddur,  lakin 

azərbaycanlılar  heç  vaxt  düşmənlərdən  qorxmayıblar,  çünki  bilirlər 

ki,  onların  böyük  dostu  vardır.  "Dost  yox,  qardaş!"  -   deyə  sultan 

söhbətə başlayır və bütün türklərlə azərbaycanlıların qardaşlığını və 

bu qardaşlığın əbədiliyini  bildirir.

Ə.Topçubaşov  sədr-əzəm  Tələt  paşa  ilə  görüşündə  türk 

əsgərlərinin  Bakının  azad  edilməsində  iştirakına  görə  hökumətin 

təşəkkürünü  çatdırır,  Azərbaycanda  və  ümumiyyətlə,  müsəlmanlar 

arasında  məzhəbçiliyin  qızışdırılmasının  imperializmin  ənənəvi 

siyasəti  olduğunu  göstərir  və  uzaqgörənliklə  söyləyir  ki,  Ru­

siyadakı  hökumət  də  həmin  siyasəti  yeridir  və  bolşeviklər 

müsəlmanlara 

düşmən 

münasibətlərini 



Bakıda 

törətdikləri 

hərəkətləri  ilə  təsdiqləyirlər.  Əlimərdan  bəy  danışıqlar  zamanı 

erməni  xislətinə  dərindən  bələdçiliyini  də  nümayiş  etdirir.  Bildi­

rir  ki,  bu  xoş  məqsədə  nail  olmağın  böyük  çətinlikləri  vardır.  Əgər 

gürcülərlə  sülh  yolu  ilə  keçinmək  mümkünsə,  ermənilərlə  çox 

çətindir.  Nə  qədər  ölkə  varsa,  onların  o  qədər  oriyentasiyası  var­

dır.  İstanbulda  sizə  öz  məhəbbət  və  sədaqətlərini  bəyan  edirlər,

Berlində  almanlara.  Eyni  zamanda  Osmanlı  xarici  işlər  naziri 

Əhməd  Nəsim  bəy  Qafqaz  respublikalarının  öz  aralarındakı  ixti­

lafları  aradan  qaldırmağın,  qarşılıqlı  razılıq  əsasında  sərhədləri 

müəyyənləşdirməyin  zəruriliyini  Ə.Topçubaşova  söyləyərkən  o, 

ermənilərlə  bir  yerdə  işləməyin  qeyri-müm künlüyünü  əsaslandırır 

və  deyir  ki,  onlar  çox  böyük  iştahalarını  özgələrin,  ilk  növbədə,  bi-, 

zim  hesabımıza  doydurmaq  istəyirlər.  Onlar,  demək  olar  ki,  bü­

tün  ölkələrin  paytaxtlarında  təbliğat  aparıb  m illətimizin  öz  dövlət 

həyatını qurmağa qadir olmadığını və qonşu xalqlarla sülh şəraitində 

yaşamağı bacarmadığına dair saxta m əlum atlar yayıb Azərbaycanın 

mənafeyinə  ziyan  vururlar.  Buna  görə  də  mühüm  Avropa  paytaxt­

larında  nümayəndəliyimizin  təsisi  bizim  üçün  zəruridir.  Hərbi  nazir 

Ənvər  paşa  ilə  danışıqlar  zamanı  Azərbaycan  ordusu  üçün  hərbi 

kadrların  hazırlanması,  silah  və  hərbi  sursat  təchizatı  ilə  bağlı 

məsələlər,  xalq  maarif  nazirinin  müavini  ilə  görüşdə  azərbaycanlı 

gənclərin Türkiyəyə oxumağa  göndərilməsi  məsələsi  müzakirə  edi­

lir.

1918-ci  ilin  payızında  I  Dünya  müharibəsində  Almaniya,  Türkiyə, 



Avstriya-Macarıstan  və  Bolqarıstanın  daxil  olduğu  “Dördlər  ittifaqı” 

məğlubiyyətə  uğradı.  Oktyabrın 30-da Osmanlı  dövləti  Mudros barı­

şığının ağır şərtlərinə imza atmaq məcburiyyətində qaldı. Bu sazişin 

11-ci  maddəsinə  görə,  türk  ordusu  tezliklə  Cənubi  Azərbaycan  və 

Transqafqazı tərk etməli  idi. Azərbaycanda olan Osmanlı dəstələrinə 

1  həftədən  gec  olmayaraq  Bakıdan,  1  aydan  gec  olmayaraq  bütün 

Azərbaycandan  çıxmaq  barədə  ultim atum   verildi.  15-ci  maddəyə 

görə,  Türkiyə  Zaqafqaziya  dəmir  yolu  üzərində  nəzarət  hüququnu 

“Antanta'ya verməli və  müttəfiqlərin  Bakını tutmasına heç bir etiraz 

bildirməməli  idi.

Mudros  müqaviləsinə  əsasən,  Azərbaycan  ərazisi  ingi­

lis  qoşunlarının  işğal  zonasına  daxil  edilmişdi.  Odur  ki 

Əlimərdan  bəy  oktyabrın  31-də  İstanbuldan  baş  nazir 

Fətəli  xan  Xoyskiyə  yazdığı  məktubunda  təcili  surətdə 

Rəşt  və  Ənzəlidə  olan  ingilislərlə  danışığa  girməyi  və 

Milli  Şuranın çağırılmasını  məsləhət gördü.



Mədəniyyət.AZ / 2 • 2017 

43


Türkiyədə ola-ola  belə məsuliyyətli  bir vəzifəyə seçilmişdi.

Parlamentin  ilk  tədbirlərindən  biri  Paris  sülh  konfransı­

na  səlahiyyətli  nümayəndə  heyəti  göndərməkdən  ibarət  idi. 

Nümayəndə  heyəti  qarşısında  Azərbaycanın  istiqlaliyyətinin 

Avropa  ölkələri  tərəfindən  tanınması  kimi  tarixi  vəzifə  du­

rurdu.  Dekabrın  28-də  parlamentin  seçdiyi  nümayəndə 

heyətinin tərkibinə  Ə.Topçubaşov (sədr),  M.H.  Hacınski  (müa­

vin),  Ə.Şeyxülislamov,  Ə.Ağayev,  M.Məhərrəmov,  C.Hacıbəyov 

və  M.Mehdiyev daxil oldu.

1919-cu  il  yanvarın  20-də  Paris  sülh  konfransında  iştirak 

edəcək  nümayəndə  heyəti  istanbula  gəldi.  Burada  yanvarın 

ilk  günlərindən  başlayaraq  Azərbaycan  nümayəndələri  gələnə 

qədər Əlimərdan bəy çox  mühüm  işlər görmüşdü. 0,  istanbulda 

olan  m üttəfiqlər  və  neytral  ölkə  nümayəndələri  ilə  görüşmüş, 

Mudros  sazişi  ilə  bağlı  ADR-in  etiraz  notasını  təqdim  etmiş, 

Amerika  diplomatik  nümayəndəsi  Naesk  ilə  görüşündə  pezident 

V.Vİlsonun “on dörd sülh prinsipi'nin Azərbaycana şamil olunma­

sını,  respublikanın  istiqlaliyyətinin  ABŞ  tərəfindən  tanınmasına 

köm əklik göstərilməsini xahiş etmişdi.

Bu çağırışa cavab olaraq Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev 

və  M.Rəfiyevdən  ibarət nümayəndə heyəti  noyabrın əvvəlində Böyük 

Britaniyanın Şimali iran ordusunun komandanlığı ilə görüşmək üçün 

Ənzəliyə yola düşdü.

1918-ci il noyabrın 17-də generalTomsonun başçılığı ilə ingilis qo­

şunları  Bakıya  daxil oldu.  Ümumiyyətlə,  noyabr ayından  başlayaraq 

dünya  savaşının  nəticələrini  təsbit  etmək,  qalib  ölkələrin  qələbəsini 

rəsmiləşdirmək,  müharibədən  sonrakı  vəziyyəti  tənzimləmək  və 

mübahisəli  məsələləri  həll  etmək  üçün  beynəlxalq  sülh  konfransı­

na  ciddi  hazırlıq  gedirdi.  Versal  sülh  konfransının  əsas təşkilatçıları 

I  Dünya  müharibəsində  qələbə  çalmış  “Antanta”  blokuna  daxil  olan 

Fransa,  İngiltərə,  ABŞ,  İtaliya və Yaponiya  idi.

Azərbaycanın hökumət nümayəndələri hələ  1918-ci ilin noyabrın­

da Ənzəlidə müttəfiq qoşunların baş komandanı  general V.Tomsonla 

danışıqlar  zamanı  Azərbaycanın  beynəlxalq  sülh  konfransında  işti­

rakına  təm inat  almışdılar.  Əlimərdan  bəy  Paris  sülh  konfransında 

etimad  qazanmaq  üçün  Qafqaz,  yaxud  Transqafqaz  konfederativ 

nümayəndəliyi  yaratmağı  təklif  edib  yazırdı  ki,  bu  hələlik  yeganə 

çıxış  yoludur.  Topçubaşovun  uzaqgörən  məsləhəti  ilə  noyabrın  16- 

da  Azərbaycan  Milli  Şurası  5  aylıq  fasilədən  sonra  Bakıda  yenidən 

fəaliyyətə  başladı  və  noyabrın  19-da  keçirdiyi  ikinci  iclasında 

Azərbaycan parlamentinin yaradılması haqqında qanun  qəbul etdi.

1918-ci  il dekabrın 7-də  Bakıda Azərbaycan parlamentinin açılışı 

oldu.  Bu,  ölkənin  istər daxili  və  istərsə  də  beynəlxalq  həyatında  çox 

mühüm hadisələrdən idi.  Parlamentin açılışında  120 deputatdan 96- 

sı  iştirak  edirdi.  Ciddi  müzakirələrdən  sonra  Türkiyədəki  diplomatik 

nümayəndəliyin  rəhbəri  Əlimərdan  bəy  Topçubaşov  parlamentin 

sədri,  Həsən  bəy  Ağayev  sədrin  birinci  müavini,  Rəhim  bəy Vəkilov 

isə  katib  seçildi.  Heç  bir  partiyanın  üzvü  olmayan  Əlimərdan  bəy 

dövrünün  görkəmli  siyasi  xadimi,  diplomatı,  geniş  dünyagörüşünə 

m alik  demokratik  ruhlu  ziyalısı  kimi,  həmçinin  dünyaya  baxışı, 

hadisələrə  hərtərəfli  və  obyektiv  qiymət  verməsi  səbəbindən  özü

1919-cu  il  aprelin  22-də  Azərbaycan  nümayəndə 

heyəti  Topçubaşovun  rəhbərliyi  ilə  Parisə  yola  düş­

dü.  Mayın  əvvəllərində  Parisə  gələn  Azərbaycan 

nümayəndələri  1  ay  ərzində  ABŞ,  İngiltərə,  İran,  Pol­

şa  və  digər  ölkələrin  nümayəndə  heyətləri  ilə  icti­

mai-siyasi  vəziyyətlə  əlaqədar  danışıqlar  apardı. 

Həmin  vaxt  ərzində  nümayəndə  heyətimizin  ən  başlıca 

müvəffəqiyyətlərindən  biri  dövrünün  görkəmli  siyasi 

xadimi, ABŞ prezidenti Vudro Vilsonla  görüş  idi.

Mayın  2-də Vilsonun təşəbbüsü  ilə  ilk  dəfə Azərbaycan  məsələsi 

ABŞ,  Böyük  Britaniya,  Fransa  və  İtaliya  hökumət  başçılarından 

ibarət  Dördlər  Şurasının  iclasında  müzakirə  edildi.  Vilson  bildirdi 

ki,  Azərbaycan  nümayəndələri  Versal  sülh  konfransına  buraxılsın­

lar  və  Ə.Topçubaşov  nümayəndə  heyətinin  başçısı  kimi  tanınmalı­

dır.  Nümayəndə  heyətimizin  ən  əhəmiyyətli  təbliğat  işlərindən  biri 

Topçubaşov,  Ə.Ağayev və C.HacıbəyÜ tərəfindən hazırlanmış "Qafqaz 

Azərbaycanı  Respublikası  nümayəndələrinin  Paris  sülh  memoran­

dumu"  adlı  U   bölmədən  ibarət  nisbətən  böyük  həcmdə  sənədin 

yenidən  işlənib  böyük tirajla fransız və  ingilis dillərində çap  edilərək 

diplomatik nümayəndəliklər və əlaqədar şəxslər arasında yayılması 

idi.


1919-cu  il  mayın  28-də  -   istiqlal  günü  V.Vİlson  Azərbaycan 

nümayəndə  heyətini  qəbul  etdi.  Topçubaşov  ABŞ  prezidentinə 

Azərbaycanın,  o  cümlədən  Qafqazın  siyasi-iqtisadi  vəziyyəti, 

azərbaycanlılar haqqında ətraflı məlumat, həmçinin Paris sülh konf­

ransına  təqdim  ediləcək  3  maddədən  ibarət  memorandumu  verdi. 

Təqdim  olunmuş  memorandumda  AXC-nin  yaranma  tarixi,  onun 

1  illik  inkişaf  yolu,  istiqlal  savaşında  verdiyi  qurbanlardan  danışı­

lır  və  göstərilirdi  ki,  bu  yolda  Azərbaycanın  2  şəhəri  və  500  kəndi 

dağılmış,  xalq  100  mindən  150  minə  qədər  qurban  vermişdir.  Daha 

sonra  Azərbaycanın  istiqlaliyyətinin  tanınması,  Vilson  prinsiplərinin



44 

Mədəniyyət.AZ / 2 • 2017


ölkəmizə  aid  edilməsi,  M illətlər  Cəmiyyətinə  qəbul,  ABŞ- 

ın  hərbi  sahədə  yardımı  və  digər  məsələlərdə  köm əklik 

göstərilməsi  xahiş  edilirdi.  Bütün  bunlara  baxmayaraq  ABŞ 

prezidenti  heyəti  soyuq  qarşılamış,  sülh  konfransının  dün­

yanı  kiçik  hissələrə  parçalamaq  niyyətində  olmadığını 

bildirdikdən  sonra  nümayəndələrə  konfederasiya  ideyasını 

müdafiə  etməyi  məsləhət  görmüş,  M illətlər  Cəmiyyətinin 

mandatı  ilə  böyük  dövlətlərdən  birinin  bu  konfederasiyaya 

• qəyyumluğunun  real çıxış yolu  olduğunu  demişdi.

1920-ci  il  yanvarın  11-də  lord  Kerzonun  təklifi  ilə  Pa­

ris  konfransının  Ali  Şurası  Azərbaycan  və  Gürcüstanın 

istiqlaliyyətinin  de-fakto  tanınması  haqqında  yekdilliklə 

qərar  qəbul  etdi.  Yanvarın 

15-də  isə  Azərbaycan 

nümayəndələri Topçubaşov və M.Məhərrəmov,  Gürcüstan 

nümayəndələrindən  İ.Sereteli  və  Z.Avalov  Fransa  Xarici 

işlər Nazirliyinə dəvət edildilər.  Nazirliyin birinci  katibi Jül 

Kambon Azərbaycanın yanvarın  11 -də Ali  Şura  üzvləri və 

müttəfiq  dövlətlər  tərəfindən  de-fakto  tanındığını  bildirdi 

və Topçubaşova  Paris sülh konfransının  rəsmi  sənədini  təqdim  etdi.

AXC-nin  dünyanın  böyük  dövlətləri  tərəfindən  tanınması 

Ə.Topçubaşovun  rəhbərlik  etdiyi  Azərbaycan  nümayəndəliyinin 

diplomatik  fəaliyyətinin  uğurlu  nəticəsi  idi.  Bu  da  respublika­

nın  gələcəkdə  geniş  beynəlxalq  əməkdaşlığa  daxil  olması,  dünya 

siyasətini  müəyyən  edən  ölkələr  tərəfindən  de-yure  tanınması  və 

dünya  birliyinin  bərabərhüquqlu  üzvü  kimi  hərtərəfli  diplomatik 

əlaqələrə  girməsi  üçün əlverişli  im kanlar açırdı.

Böyük çətinliklər və məhrumiyyətlər hesabına qazanılmış qələbə 

münasibətilə  Topçubaşov  Parisdən  Azərbaycan  hökumətinin  baş­

çısı  N.Yusifbəyliyə  yazırdı  ki,  siyasət  qədər  dəyişkən  və  elastik  heç 

nə  yoxdur.  Elə  buna  görə  də  onun  qabarması  və  çəkilməsi  həmişə 

gözlənilməzdir.  Biz xalqımızın  istiqlaliyyət əldə  edəcəyinə  inanırıq.

istiqlaliyyətin  tanınmasından  üç  gün  sonra  -   yanvarın  U -d ə  

Azərbaycan  parlamentinin  təntənəli  iclası  keçirildi.  Həmin  gün 

Azərbaycanda  istirahət  günü  elan  olundu.  Yanvarın  19-da  isə 

Azərbaycan  və  Gürcüstanın  rəsmi  nümayəndələri  Paris  konfransı­

nın  Ali  Şurasının  iclasına  dəvət  edildilər,  iclasda  müzakirəyə  çıxa­

rılan  məsələlərin  əksəriyyəti  Zaqafqaziyanın  müdafiəsi  ilə  bağlı  idi. 

Bu  dövlətləri  tanımaqla  “Antanta”  xarici  təcavüzdən  qorumaq  üçün 

öz  üzərinə  təəhhüdlər  götürür və  onların  hərbi  sahədə  ehtiyaclarını 

bildirmələri  təklif  olunurdu.  Əlimərdan  bəyin  təcili  məlumatından 

sonra  Azərbaycan  hökumətinin  rəsmi  memorandumu  Ali  Şuraya 

təqdim edildi.

Azərbaycanın 

istiqlaliyyətinin  tanınmasından 

son­


ra  Versaldakı  nümayəndə  heyətinin  fəaliyyəti  daha  da 

genişləndi.  Sülh  konfransının  rəsmən  yanvarın  21 -də 

başa  çatmasına  baxmayaraq  Azərbaycan  nümayəndə 

heyəti  hələ  bir  müddət  Avropada  öz  missiyasını  yerinə 

yetirməkdə  davam  etdi.  Azərbaycan  nümayəndələri

1920-ci  ilin  fevral-m art  aylarında  keçirilmiş  London və 

aprel  ayında  keçirilmiş  San-Remo  konfransına  qatıldı­

lar.


Müstəqilliyin  elanı  beynəlxalq  aləmdə  ona  olan  marağın  artm a­

sına  təkan  verdi.  Belçika,  İsveçrə,  Hollandiya,  Çexiya  və  Slovakiya 

Bakıda öz konsulluqlarını açdı. Bundan başqa, Azərbaycanda 20-dən 

çox  ölkənin  -   Böyük  Britaniya,  Fransa,  İtaliya,  ABŞ,  Polşa,  Rumıni­

ya,  Latviya,  Litva  və  digər  ölkələrin  diplomatik  missiyaları  fəaliyyət 

göstərməyə başladı.

San-Remo 

konfransı 

Qafqaz 

respublikaları 



üçün 

yaxşı 


perspektivlər  aça  bilərdi.  Lakin  müttəfiqlərin  bütün  cəhdlərinə 

rəğmən,  ermənilərin  destruktiv mövqeyi  ucbatından  bu  respublika­

lar öz aralarındakı  mübahisəli  məsələləri aradan qaldıra bilmədilər.

1920-ci il 28 aprel çevrilişi ərəfəsində beynəlxalq aləmdə AXC-nin 

tam təcrid olunması aradan qaldırılmışdı. Müstəqil Azərbaycanın dip­

lomatik  cəhətdən  geniş tanınması  və  hərtərəfli  beynəlxalq  əlaqələr 

sisteminə  daxil  olması  prosesi  başlamışdı.  Lakin  Azərbaycanın 

Rusiya  tərəfindən  işğalı  və  bolşeviklərin  hakimiyyəti  ələ  keçirməsi 

ölkənin  ərazi  bütövlüyünün  tam  təmin  edilməsini  başa  çatdırmağa 

imkan vermədi.  Bununla  da Azərbaycan Xalq Cümhuriyyəti  devrildi.

Cümhuriyyət  az  yaşasa  da,  xalqımızda  azadlıq,  müstəqillik 

fikirlərini  daha  da  gücləndirmiş  oldu  və  həyata  keçirilən  tədbirlər 

m illi  dövlətçilik  ənənələrinin  bərpası  işində  böyük  rol  oynadı.  Belə 

ki,  1918-1920-ci  illərdə Azərbaycan Cümhuriyyətinin topladığı  tarixi 

təcrübə, əsasını qoyduğu demokratiya,  demokratik dövlət quruculu­

ğu  bu  gün onun  hüquqi və mənəvi varisi  olan Azərbaycan  Respubli­

kasında  dönmədən həyata keçirilir və uğurla  inkişaf etdirilir.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  banilərinin,  xalqına  sədaqətlə 

xidmət  etmiş  belə  şəxsiyyətlərin,  xüsusilə  haqqında  söhbət  açdı­

ğımız  Əlimərdan  bəy  Topçubaşovun  misilsiz  xidmətləri  müstəqil 

Azərbaycan  Respublikasında dərin minnətdarlıq hissi  ilə xatırlanır.❖

Əli Cəfəroğlu,



Ağstafa  rayon Təhsil Şöbəsinin aparıcı  məsləhətçisi

Mədəniyyət.AZ / 2 • 2017 

45

Yüklə 68,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə