Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış etdilər. Azərbaycan Prezidenti İlham ƏLİyev dedi



Yüklə 10,62 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix07.11.2018
ölçüsü10,62 Mb.
#77950
1   2   3   4   5   6

28 sentyabr    2018-ci il

http://www.amu.edu.az

5

ATU-nun mətbuat xidməti

Görüş zamanı fakül-

tənin dekanı, dosent 

Anar Ağayev “Elekton 

Universitet”in yara-

dılması və əhəmiyəti 

ilə bağlı tələbələrə 

geniş məlumat ve-

rib. Bildirib ki, bu 

ildən etibarən I 

kurs tələbələri ilk 

dəfə olaraq, elekt-

ron sistemlə təhsil 

alan tələbə olacaqlar və onların 

dərsə davamiyyəti, mənimsəmə 

göstəriciləri, bu və digər məqamlar 

elektron jurnalda öz əksini tapacaq.

Tələbə kodunu pəncərəyə daxil 

etməklə elektron jurnal vasitəsilə 

özü haqqında məlumatlar əldə 

edə biləcək. Valideynlər də kodu 

daxil etməklə öz övladları barə-

də məlumatı heç bir əziyyət 

çəkmədən, problemsiz öyrənə bilə-

cəklər.

A.Ağayev həmçinin elektron jur-



nal vasitəsi ilə tələbələrin müəl-

limlərinin fəaliyyətini qiymət-

ləndirmək imkanları da əldə edə-

cəyini bildirib.

Universitetdə aparılan islahatlar-

la bağlı məlumat verən dekan bu 

ildən etibarən 40 faiz və 40 faizdən 

artıq mühazirələrdə iştirak etməyən 

tələbələrin imtahanlara vəsiqə qa-

zanmayacağını da qeyd edib.

Dekanlıq nümayəndələri tələbə-

lərə təhsil aldıqları müddətdə Uni-

versitetin daxili nizam-intizam qay-

dalarına riayət etməyi və bir-birləri 

ilə dostluq münasibətləri qurmağı 

tövsiyə ediblər.

Dekan sonda bu cür görüşlərin 

əhəmiyyətinə toxunaraq, davamlı 

olacağını vurğulayıb.

Sentyabrın 26-da ictimai 

səhiyyə fakültəsinin dekanlıq 

nümayəndələrinin fakül tənin I 

kurs tələbələri ilə növbəti görü-

şü olub.

Tədris Cərrahiyyə 

Klini 

kada tibbin ayrı-

ayrı sahələri ilə yanaşı, 

tibbi cihazlar üzrə də 

mütəmadi olaraq təlimlər 

keçirilir.  

Əsasən rezident-neona-

toloqların qatıldığı növbəti 

belə təlimlərdən biri də 

sentyabrın 21-də klinika-

nın nəzdində fəaliyyət 

göstərən Tibbi Cihaz-

lara Nəzarət və Xidmət 

Şöbəsində oldu. Tibbi ci-

hazlar üzrə mütəxəssis Cəmil Həsənov 

neonatoloji funksiyaya malik “CPAP” ci-

hazı haqqında təlim iştirakçılarına ətraflı 

məlumat verdi və cihazın işləmə prose-

sini əyani şəkildə göstərdi. 

Mövzuya dair təlimin 5 mərhələdə 

aparılacağını söyləyən mütəxəssis ciha-

zın təyinatı və strukturunu, istifadə qay-

dalarını izah edərək bildirdi ki, təlimat 

kitabçası ilk növbədə istifadəçilər üçün-

dür və onu oxumaq hər bir istifadəçinin 

borcudur. O, təqdim olunan cihazın 

xüsusiyyətləri və imkanları barədə də 

danışaraq cihazdan istifadə zamanı ya-

rana biləcək əsas çətinliklərə toxundu, 

qarşıya çıxan problemlərin həlli yollarını 

diqqətə çatdırdı. 

Cihazın hissə və detallarının sterilizasi-

yasının necə aparılmasından da söz açan 

mütəxəssis qeyd etdi ki, bu həkimlərin 

işi olmasa da, texniki bilgilərin zənginliyi 

əlavə üstünlükdür və hansı detalın ha-

rada, hansı temperaturda sterilizasiya 

ediməyini hər bir həkimin bilməsi, eyni 

zamanda tələb etməsi çox zəruridir. 

Təlim zamanı avadanlıqların bir-

birindən fərqinə, oxşar cəhətlərinə də 

aydınlıq gətirən C.Həsənov rahat da-

şınmayan avadanlıqların neonatologi-

ya şöbəsində körpələrin sayına görə 

yerləşdirilməsinin vacibliyini də vurğu-

ladı. 

Təlimin gedişində ortaya çıxan suallar 



da mütəxəssis tərəfindən cavablandırıl-

dı.


Tibbi cihazlar üzrə təlim

Görüşdə çıxış edən fakültə 

dekani, dosent Səid Əhmədov 

tələbələrin bir həftə ərzində 

dərslərə davamiyyəti, tədris za-

manı baş verən neqativ halların 

cavablandırılması, eləcə də yeni 

innovasiya qaydaları haqqında 

danışaraq tələbələri dərslərinə 

qarşı daha məsuliyyətli olma-

ğa çağırıb. O, tələbələri təhsil 

müddətində yaradılan şəraitdən 

səmərəli istifadə etməyə, univer-

sitetin daxili nizam-intizam qay-

dalarına düzgün riayət etməyə, 

dərslərini maksimum dərəcədə 

öyrənməyə və bir-birilə yaxın 

dostluq münasibətləri qurmağa səsləyib.

Dekan S.Əhmədov tələbələrə bildirib ki, 

bu ildən etibarən tələbələrimiz elektron 

jurnal vasitəsilə müəllimlərin fəaliyyətini, 

davranışını qiymətləndirə biləcəklər. O, 

vurğulayıb ki, bu sistem tam şəffaflığa 

təminat verir. Tələbələr jurnalda yaradılan 

xüsusi pəncərəyə daxil olmaqla imtahan 

prosesinin gedişi və müəllimlər barədə su-

alları da cavablandıra biləcəklər.

Sözünə davam edən dekan yeni yaradılan 

“aralıq imtahanı” haqqında da tələbələrə 

geniş məlumat verib və bu imtahan prose-

sinin qayda-qanunlarını ətraflı izah edərək 

bildirib ki, bu üsulun tətbiq edilməsi ancaq 

və ancaq tələbələrin xeyrinədir.

Sonra dekan S.Əhmə-

dov tədris zama 

nı 


tələbələrin üzləşdiyi 

bir sıra müxtəlif prob-

lemlərə də aydınlıq 

gətirib, tələ bələrin bəzi 

suallarını, o cümlədən, 

bəzi müəllimlərin onla-

ra məcburi kitab satışı 

ilə bağlı şikayətlərini də 

cavablandırıb. Maraq-

lı təkliflərlə çıxış edən 

tələbələri diqqətlə 

dinləyən dekan qarşıda 

duran digər məsələlərə 

də toxunub.

Səslənən bütün prob lemlərin nəzərə alı-

nacağını və öz həllini tapacağını söyləyən 

dekan tələbələrlə keçirilən bu görüşün çox 

maraqlı, eyni zamanda məhsuldar olduğu-

nu qeyd edərək bildirib ki, gələcəkdə də 

belə görüşlərin davam etdirilməsi ümumi 

işimizin xeyirinədir.

Dekanlıq nümayəndələrinin tələbələrlə görüşləri davam edir

Bu günlərdə Azərbaycan Tibb Univer-

sitetinin stomatologiya fakültəsinin 

rəhbərliyinin bütün qruplar üzrə görü-

şü keçirilib. Görüşdə fakültənin dekanı 

Səid Əhmədov, fakültənin dekan müavi-

ni Kamran Babayev və fakültənin elmi 

məsləhətçisi Qələndər Aslanov iştirak 

ediblər.

Azərbaycan Tibb Universitetinin 

şüa diaqnostikası və terapiyası ka-

fedrasının əməkdaşı, radioloq Gü-

nel Qəmbərova orta yaşlı qadınlara 

mütəmadi olaraq mammoqrafiya 

müayinəsindən keçməyi məsləhət 

görür və bu müayinənin daha erkən 

mərhələlərdə süd vəzi xərçəngini 

aşkarlamağa imkan verdiyini bildirir: 

“Bəzi qadınlar müayinə zamanı radiasi-

ya təsirinə məruz qalmaqdan narahat 

olurlar. Qeyd edək ki, çağdaş mammoq-

rafiya yalnız standart döş qəfəsi rent-

gen müayinəsindən 0.06 qr aşağı doz 

ekspozisiya vermiş olur. Bu, insanın 3 

saatlıq təyyarə uçuşu zamanı aldıgı şü-

aya bərabərdir. Yəni bu dozanın insan 

orqanizminə ziyanı yoxdur”.

 G.Qəmbərova ATU-nun Tədris Terapev-

tik Klinikasında müasir standartlara cavab 

verən rəqəmsal mammoqrafiya cihazı ilə 

bütün növ prosedurların icra olunduğunu 

bildirir. Həkim bütün xanımlara müraciət 

edərək vaxtında müayinə olunmağı 

məsləhət görür.

 Qeyd edək ki, artıq Dünya Səhiyyə 

Təşkilatı, Amerika Tibb Assosiasiyası, Ma-

ma-ginekoloqların Amerika Konqresi, 

Avropa və Amerika Radioloqlar Assosiasi-

yası, Onkoloji Cəmiyyət, Milli Onkologiya 

Şəbəkəsi mammoqrafiya müayinəsinin 

süd vəzi xəstəliklərinin erkən aşkarlanma-

sında qızıl standart (”Gold standart”) me-

tod olduğunu israrla vurğulayırlar.

Qadınlarda xərçəngi erkən aşkarlamağın yolları

Zəmanəmizin ən qorxulu xəs-

təlik lərindən biri xərçəng xəs-

təliyidir. İnsanlar bu diaqnoza 

ölüm diaqnozu kimi yanaşır. 

Lakin bilmək lazımdır ki, erkən 

aşkarlanmış onkoloji xəstəliklər 

çox vaxt tam müalicə olunur. 

Xüsusilə qadınlar üçün bu möv-

zu daha çox aktualdır. Sadəcə 

vaxtında müayinə olunmaq la-

zımdır. 



Yüklə 10,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə