Azərbaycan universiteti İctimai elmlər kafedrası tərəfindən tədris olunan fənlərin qısa təsviri



Yüklə 64,39 Kb.
Pdf görüntüsü
tarix17.10.2017
ölçüsü64,39 Kb.
#5491


 

 



AZƏRBAYCAN UNİVERSİTETİ 

İctimai elmlər kafedrası tərəfindən  

tədris olunan fənlərin qısa təsviri 

 

İPF- B02 Azərbaycan tarixi- (6 kredit, 75 saat)   

Fənnin  əhatə  dairəsinə  tarixin  öyrənmə  metodu  və  mənbələri,  tarix  elminin 

metodologiyası və nəzəriyyəsi, Azərbaycan tarixi dünya tarixinin ayrılmaz hissəsi 

kimi,  Türk  etnoslarının  Azərbaycana  axını,  Azərbaycan  xalqının  etnogenezi,  

dövlətçilik  tarixinin  başlıca  mərhələləri,  Azərbaycanın  qədim  quldar  dövlətlərinin 

sosial  quruluşunun  əsas  xüsusiyyətləri,  Azərbaycan  dövlətlərinin  yaranmasının 

etnokultur  və  sosial-siyasi  prosesləri,  xristianlığın  yayılması  (Albaniya),  İslamın 

yayılması,  Azərbaycan  ərazisində  sosial-siyasi  dəyişikliklər,  IX-XII  əsrlərdə 

Azərbaycan  feodal  dövlətləri,  intibah  mədəniyyəti,  Azərbaycan  monqol  ağalığı 

dövründə,  Azərbaycanın  orta  əsrlərdə,  Yaxın  Şərq  və  Avropa  dövlətləri  ilə 

əlaqələri,  Azərbaycan  dövlətlərinin  yaranmasının  xüsusiyyətləri,  mərkəzləşmiş 

Azərbaycan  Səfəvi  dövlətinin  genezis,  cəmiyyətdə  təbəqələşmə  sisteminin 

formalaşması mövzuları daxildir.   



İPF- B03 Azərbaycan tarixi- II (7 kredit, 90 saat)   

Fənnin məzmununa XVIII əsrin I yarısında Azərbaycanda sosial-iqtisadi və siyasi 

vəziyyət  -  Azərbaycan  xanlıqları,  xarici  siyasət,  idarə  sistemi,  dövlət  quruluşu,  

XVIII  əsrin  sonunda  siyasi  vəziyyət  və  mədəniyyət,  XIX  əsrin  əvvəllərində 

Azərbaycanda ictimai fikir və ictimai hərəkatın xüsusiyyətləri, vahid Azərbaycanın 

iki  dövlət  arasında  bölüşdürülməsi,  Azərbaycan  neft  sənayesinə  xarici  kapitalın 

axını,  Azərbaycanda  kapitalist  münasibətlərinin  inkişafı,  XIX  əsrdə  Cənubi 

Azərbaycan  -  mədəniyyət,  iqtisadi  inkişaf  problemləri:  ümumi  səciyyəsi, 

cəmiyyətdə  sosial  dəyişikliklər,  beynəlmiləlçiliklə  millətçiliyin,  inteqrasiya  və 

seperatizmin,  demokratiya  və    avtoritar  tendensiyaların  toqquşması,  Bakıda  ilk  




 

ümumi  siyasi  tətillər  (1902-1903),  1905-1907-ci  illərdə  Bakı  və  ətraf  bölgələrdə 



törədilən  erməni-müsəlman  qırğını,  Cənubi  Azərbaycanda  demokratik  və  milli 

hərəkat  (1905-1911),  Azərbaycanda  siyasi  partiyalar  -  genezis,  təsnifat, 

proqramları,  taktikaları  ,  Azərbaycan  I  Dünya  müharibəsi  illərində,  ümummilli 

böhran mövzuları daxil edilmişdir.  



İPF- B06 Türk xalqları tarixi-I (6 kredit, 75 saat)  

Fənnin  əhatə  dairəsinə  Türk  xalqları  tarixinin  metodologiyası,  mənbəşünaslığı  və 

tarixşünaslığı, Türk xalqlarının tarixi dünya tarixinin tərkib hissəsi kimi, xalqların 

böyük  köçü  dövrünün  arxeoloji  irsi,  Türk  etnoslarının  və  türk  linqvistikasının 

yayılma  arealı,  ümumtürk  dövlətçilik  tarixinin  xüsusiyyətləri  və  inkişaf 

mərhələləri,  Altay,  Mərkəzi  Asiya,  Volqaboyu,  Şərqi  və  Cənubi-Şərqi  Avropada 

qədim  və  erkən  orta  əsr  türk  dövlətləri,  erkən  orta  əsrlərdə  beynəlxalq 

münasibətlərdə  türk  dövlətlərinin  yeri  və  rolu,  Avropa  ölkələrinin  dövlət 

quruculuğuna və mədəni həyatına türk xalqlarının təsiri, Türk xalqları ərəb xilafəti 

dövründə,  İslam  dininin  yayılması  və onun  Türk xalqlarının  mədəniyyətinə təsiri,  

feodal  münasibətlərinin  inkişafı,  Türk  xalqlarını  təmsil  edən  yeni,  beynəlxalq 

əhəmiyyətli  dövlətlərin  yaranması,  Osmanlı  imperiyası,  Teymurilər  dövləti. 

Səfəvilər dövləti mövzuları daxil edilmişdir.  

II İPF- B07 Türk xalqları tarixi- II (4 kredit, 45 saat) 

Kursda  iştirak  edən  tələbələrə  Türk  xalqları  kapitalizm  dövründə,  milli  hərəkat,  

cədidçilik,  Birinci  Dünya  müharibəsi  illərində  Türk  xalqlarının  milli-azadlıq 

hərəkatı,  Qərb  dövlətlərinin  və  çar  Rusiyasının  Türk  xalqlarına  münasibətinin 

xarakteri, Türk dövlətlərinin çarizmin müstəmləkəçilik zülmü altına düşməsi, Türk 

xalqlarının sovet hakimiyyəti altına düşməsi, bolşevizm rejiminə qarşı mübarizə və 

onun  nəticələri,  Türk  xalqları  İkinci  dünya  müharibəsi  illərində  və  müharibədən 

sonrakı  ilk  illərdə,  Sovet  rejimi  böhranının  güclənməsi,  sosial-iqtisadi  inkişafın 

istiqamətləri və ziddiyyətləri, milli münaqişələrin kəskinləşməsi, Türk dünyası XX 

əsrin  sonu  -  XXI  əsrin  əvvəllərində,  müstəqil  Türk  dövlətlərinin  yaranması  və 

inkişafı,  Türk  dövlətlərinin  beynəlxalq  əlaqələri,  Milli  dövlət  quruculuğu  və 

iqtisadi-mədəni həyat mövzuları tədris olunur.  




 

İPF- B04 Azərbaycan tarixi- III (7 kredit, 90 saat)  

Tədris  olunan  fənn  1917-ci  il  fevral,  oktyabr  çevrilişləri,  Bakıda  Sovet 

hakimiyyətinin  elan  edilməsi,  1918-ci  il  mart  soyqırımı,  Bakı  XKS-nin  təşkili  və 

milli müdafiə əleyhinə fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin (may 1918 – 

aprel  1920)  fəaliyyəti,  xarici  hərbi  müdaxilə,  nəticələri,  təsiri,  mühacirət, 

Zaqafqaziya Komissarlığı və Seyminin yaradılması, AXC-nin süqutu, Azərbaycan 

SSR-in  təşkili,  birpartiyalı siyasi  rejimin  yaradılması,  20-ci illərdə ölkənin sosial-

iqtisadi  vəziyyəti,  YİS  və  Azərbaycanda  onun  xüsusiyyətləri,  Azərbaycanda 

sosializm  kursu,  Azərbaycan  II  Dünya  müharibəsinin  ilk  dövründə,  1917-1946-cı 

illərdə  Cənubi  Azərbaycan,  Müharibədən  sonra  Azərbaycanın  sosial-iqtisadi 

inkişafı, ictimai-siyasi həyat və mədəniyyət, 60-80-ci illərdə Azərbaycanda sosial-

iqtisadi  inkişafın  başlıca  problemləri,  40-80-ci  illərdə  Cənubi  Azərbaycan,  

Azərbaycan  1985-1991-ci  illərdə,  Azərbaycan  1991-2009-cu  illərdə  mövzularını 

əhatə edir.  

İPFS-B09 Asiya-Afrika ölkələri tarixi (5 kredit, 76 saat) 

Fənn  dünyanın  ən  böyük  iki  qitəsində  yaşayan  xalqların,  100-dən  artıq  dövlətin 

tarixindən  bəhs  edir.  Kursun  tədrisi  xronoloji  bölgüyə  əsasən  XVII  əsrin  birinci 

yarısından başlayır və I dövr 1640-1642 və 1870-1871,  II dövr isə 1870-ci ildən 

1918-ci  illəri    əhatə  edir.  Asiya  və  Afrika  ölkələrinin  ən  yeni  tarixi  I  Dünya 

müharibəsinin  başa  çatması  ilə  əlaqədar  dünyada  geosiyasi  vəziyyətin  dəyişməsi 

ilə  başlayır.  Bu  dövr  1918-1945-ci  illəri  əhatə  edir.  Asiya  və  Afrika  ölkələrinin 

müasir tarixi isə II Dünya müharibəsinin sona çatması ilə əlaqədar XX əsrin sonu 

və XXI əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Tədris prosesində yuxarıda 

sadalanan dövlətlərin hamısının xronoloji ardıcıllıqla tarixi öyrənilir.   



İPF- B11 Orta əsrlər tarixi-I (5kredit, 60 saat)  

Orta  əsrlər  tarixi  V  əsrdə  Roma  imperiyasında  quldarlıq  quruluşunun 

dağılmasından  XVII  əsrin  ortalarında  İngiltərədə  burjua  inqilabının  qələbəsinə 

qədər olan dövrü əhatə edir. Lakin bu şərtidir, belə ki, Avropaya nisbətən Asiyada 

quldarlıq quruluşunun dağılması və feodal münasibətlərinin meydana çıxması III 

əsrə  təsadüf  edir.  Quldarlıq  quruluşundan  fərqli  olaraq  feodalizm  quruluşunda 




 

bütün  sahələrdə,  o  cümlədən  maddi  və  mənəvi  mədəniyyətin,  məhsuldar 



qüvvələrin  inkişafı  sahəsində  böyük  irəliləyişlər  baş  vermişdir.  Orta  əsrlər  dövrü 

bizə  feodalizmin  meydana  gəlməsi,  inkişafı  və  süqutunu  öyrədir.  O  dövrdən 

günümüzə  gözəl  bədii  əsərlər,  o  cümlədən  xalq  yaradıcılıq  abidələri,  gözəl 

memarlıq, rəssamlıq, poeziya nümunələri miras qalmışdır. Bir sıra elmi fikrin ilk 

uğurları da həmin dövrün məhsuludur. 

İPF- B12 Orta əsrlər tarixi-II (6 kredit, 75 saat)  

Kursda  iştirak  edən  tələbələrə  orta  əsrlərdə  Azərbaycanın  dünya  dövlətləri  ilə 

iqtisadi,  siyasi,  mədəni  əlaqələri  geniş  şərh  olunur.  Azərbaycan  dünya 

mədəniyyətinə və elminə Nizami Gəncəvi, Füzuli, Əbdülbaği Bakuvi, Əbdülqadir 

Maraği, Əcəmi Əbubəkr oğlu Naxçıvani, Nəsrəddin Tusi kimi alimlər, memarlar, 

şairlər  vermişdir.  Sovet  dövründə  orta  əsrlər  tarixinin  metodoloji  əsasını 

marksizm-leninizm  təlimi  təşkil  edirdi.  Həmin  dövrdə  mühazirələr  bu  əsaslar 

üzərində tərtib olunurdu. Hətta adi bir qaçaqçılıq və quldurluğa "xalq üsyanı" donu 

geydirilirdi.  Mülki,  ictimai-siyasi,  mədəni  tarixə  az  fikir  verilirdi.  Hazırda  isə 

mühazirələrdə  orta  əsrlər  dövründə  baş  verən  hadisələrə  real  və  obyektiv 

yanaşılmışdır.  

Semestrin  sonunda  tələbələr  feodal  istehsal  üsulunun  bəşəriyyət  tarixində  yeri, 

feodalizmin  xarakterik  cəhətləri,  üstqurumun  özünəməxsus  xüsusiyyətləri, 

feodalizmin  iqtisadi  əsasları,  o  cümlədən  torpaq  üzərində  feodal  mülkiyyətinin 

yaranması və s. haqqında məlumatlı olurlar.  

İPFS-B11 Qafqaz  xalqları  tarixi (6 kredit, 75 saat)  

Kursda  iştirak  edən  tələbələrə  Qafqaz  xalqlarının  tarixinin  metodologiyası, 

mənbəşünasılığı  və  tarixşünasılığı  haqqında  məlumat  verilir.  Fənnin  əhatə 

dairəsinə  Qafqaz  xalqları  ən  qədim  dövrlərdə,  Qafqaz  soylarının  əsas 

məskunlaşdığı  areal,  dövlətçiliyin  yaranması,  Qafqaz  xalqları  tarixində  feodal 

münasibətləri, din və dövlətçilik, cənubi və şimali Qafqaz ərazilərində dövlətçilik, 

gəlmə  soyların  Qafqaz  ərazisində  yeri,  Qafqaz  xalqları  yadelli  işğalçılarla 

mübarizədə,  orta  əsrlərdə  Qafqazda  dövlətçilik,  Qafqaz  xalqları  Sasani-Bizans-

Ərəb  münasibətlərində,  Qafqaz  xalqları  XI-XIV  əsrlər  dövründə  dövlətçiliyin 



 

qorunması  yollarında,  Qafqaz  xalqlarının  mədəniyyəti,  Qafqaz  xalqlarının  XV-



XVIII  əsrlər  dövründəki  ictimai-siyasi-təsərrüfat  və  dövlətçilik  həyatı,  Qafqaz, 

Rusiya-İran və Osmanlı münasibətlərində,  Qafqaz dövlətlərinin yeni ictimai-siyasi 

vəziyyətləri,  XVI-XVIII  əsr  Qafqaz  xalqları  mədəniyyətinin  əsas  istiqamətləri,  

XIX  əsrdə  Qafqazın  Rusiya  tərəfindən  işğalı,    Şimali  Qafqazda  milli  zəmində 

ziddiyyətlər,  Rusiyanın  Qafqaz  xalqlarına  münasibəti,  Qafqaz  xalqları  XX  əsrin 

sonu  XXI  əsrin  əvvəllərində,  Qafqazda  ictimai-siyasi  vəziyyət,  müstəqil  Qafqaz 

dövlətləri və onların siyasi-iqtisadi durumu mövzuları daxil edilmişdir.  

İPFS-B01 Arxeologiya (4 kredit, 45 saat)  

Kursda  arxeologiyanın  predmeti  və  vəzifələri,  tarix  elmləri  sırasında 

arxeologiyanın  yeri,  əsas  mənbələri,  məqsədi  və  arxeoloji  tədqiqat  üsulları, 

arxeologiyanın  bir  elm  kimi  inkişafı  tarixinə  nəzər  salınır.  Tələbələrə  Daş  dövrü 

və  onun  mərhələləri,  Alt  paleolit,  Orta  paleolit  və  Üst  paleolit  düşərgələri,  Daş 

dövrünün  insan  tipləri  və  onların  xarakteristikası,  Mezolitə  keçid,  onun 

xüsusiyyətləri, Mezolit dövrünün  inkişafı, Mezolit  dövrünün  insan  məskənləri və 

düşərgələri. Qobustan mezolit mədəniyyəti, Neolit dövrünə  keçid, Neolitin əmək 

alətləri  və  silahları,  Neolitdə  təsərrüfat  formaları,  Neolit  dövrünün  arxeoloji 

abidələr,  Qara  dəniz  sahili  və  Orta  Asiyanın  neolit  məskənləri,  Qafqaz  neolit 

dövründə,  Eneolit  dövrünə  keçid,  Mis-  daş  dövrü,  Yaxın  Şərq,  Şərqi  Avropa  və 

Mərkəzi  Asiyada  əsas  metallurgiya  məskənləri,  təkərin  ixtirası,  mübadilənin 

yaranması,  boyalı  qablar  və  saxsı  məmulatları,  Orta  Asiya,  Zaqafqaziya, 

Ukraynanın və Rusiyanın eneolit dövrü abidələri, dövrün dini təsəvvürlər və sosial 

quruluşu mövzuları öyrədilir. . 

İPFS – B02 Qafqaz  Albaniyası  problemləri (4 kredit, 60 saat)  

Fənnin  məzmununu  Qafqaz    Albaniyasının  mənbəşünaslıq  bazası,  Qafqaz 

Albaniyasının  tarixşünaslığı,  topoqrafiyası  və  lokolizasiyası  problemi,  Qafqaz 

Albaniyasında  yazı  məsələsi,  dil  problemi,  Qafqaz  Albaniyasının  maddi 

mədəniyyəti,  Qafqaz  Albaniyasının  mənəvi  mədəniyyəti,  Qafqaz  Albaniyasında 

xristianlıq  məsələsi,  Qafqaz  Albaniyasına  ərazi  və  kulturoloji    iddialar  və  onların 




 

tarixi  faktlarla  təkzib  olunması,  Qafqaz  Albaniyasının  tarixi  coğrafiyası  ilə  bağlı 



elmi mübahisələr mövzuları təşkil edir.  

     İPFS-B07 Tarixə köməkçi  fənlər (4 kredit, 60 saat)   

Fənnin  əhatə  dairəsinə  polioqrafiya,  predmeti,  metod  və  vəzifələri,  tarixi 

tədqiqaqtlarda  polioqrafiyadan  istfadə  qaydaları,  mətnin  oxunması  qaydası, 

polioqrafiyanın  nəticələrinin  digər  köməkçi  fənlərə  tətbiqi,  polioqrafiyanın 

xronologiya  və  terminologiyasının  yeni  dövrə  uyğunlaşdırılması, polioqrafiya  ilə 

bağlı  tarixi  baxışlar,  epiqrafiya,  tarixi  metrolgiya,  tarixi  xronologiya,  stragistika, 

heraldika,  numizmatika,  tarixi  toponimika  və  etnonimika,  tarixi  coğrafiya 

mövzuları daxildir.  



İPFS-B06 Tarixin tədrisi metodikası (8 kredit, 120 saat)  

Kursda  iştirak  edən  tələbələrə  tarixin  tədrisi  metodikasının  predmeti,  vəzifələri, 

elmi-tədqiqat  üsulları  və  başqa  elmlərlə  əlaqəsi, tarixin  tədrisi metodikasının  əsas 

inkişaf  mərhələləri  mövzuları  tədris  olunur.  Tələbələr  fənnin  tədrisi  prosesində 

tarix  təhsilinin  müasir  sistemi,  tarix  təliminin  təhsil,  tərbiyə  və  inkişafetdirici 

məqsədləri,  məktəb  tarix  təliminin  məzmunu,  şagirdlərin  dərketmə  imkanları,  

tarixin tədrisi zamanı  müəllim və şagirdlərin fəaliyyəti, təlim vasitələri, metodları 

və metodik üsulları, təlimin təşkilat formaları, orta ümumtəhsil məktəblərində tarix 

təliminin nəticələri, müəllimin tarix dərsinə hazırlaşması, məktəb tarix kurslarının 

məzmunu və onun tədrisi metodikası üzərində müəllimin işi, əldə edilmiş pedaqoji 

nəticələrin yoxlanılması, tarix üzrə sinifdənkənar iş mövzularını öyrənirlər.  

İPF- B13 Yeni tarix-I (6 kredit, 75 saat)  

İPF- B14 Yeni tarix-II (6 kredit, 75 saat)  

Fənnin  əsas  məqsədi  1640-1918-ci  illərdə  Avropa  və  Amerika  ölkələrinin  sosial-

iqtisadi  inkişafını,  daxili  və  xarici  siyasətlərini,  bu  ölkələrdə  mədəniyyət  və 

incəsənətin  inkişaf  etməsini,  siyasi  partiyaların  meydana  gəlməsini,  habelə  ayrı-

ayrı  ölkələrdə  baş  verən  inqilabi  hərəkatları,  dövlətlərarası  münasibətləri 

öyrənməkdir. 



 

 


 

İPF- B15 Müasir tarix-I (6 kredit, 75 saat)  

Tarixin müasir və ya ən yeni dövrü I Dünya müharibəsinin qurtarması ilə başlayır. 

Lakin  bu  dövr  müasir  dövrlə  çulğalaşdığı  üçün  bəzən  onu  müasir  tarix  də 

adlandırırlar. Ən yeni və ya müasir tarixin I mərhələsi 1918-1945, II mərhələsi isə 

1945-2005-ci  illəri  əhatə  edir.  Müasir  tarix  əvvəlki  tarixi  dövrlərdən  olduqca 

fərqlənir. Əgər tarixi bəşəriyyətin laboratoriyası adlandırsaq, həmin laboratoriyada 

ən zəngin materiallar müasir dövrə təsadüf edir. Kursda iştirak edən tələbələr XX 

əsrdə baş vermiş sosial-siyasi hadisələrin böyük bir axınını izləmiş olurlar.  

İPF- B16 Müasir tarix-II (5 kredit, 60 saat)  

Fənnin  tədrisində  müasir  tarixin  I  (1918-1945)  və  II  (1945-2005)  mərhələlərinin 

hər  birinin  özünəməxsus  cəhətləri  üzərində  xüsusi  dayanılır.  Həmçinin  II  Dünya 

müharibəsindən  əvvəlki  dövrlə  sonrakı  dövrdə  baş  verən  hadisələr  arasındakı 

keyfiyyət  fərqlərinə  xüsusi  diqqət  yetirilir.  II  Dünya  müharibəsindən  sonra  nüvə 

erasının başlanması,   ABŞ-ın dünyanın I, SSRİ-nin II super dövlətinə çevrilməsi, 

soyuq  müharibənin  başlanması,  qütbləşmə,  totalitar  rejimlərin  iflası,  dünya 

sosializm sisteminin dağılması, soyuq müharibənin başa çatması, hərbi blokların 

ləğvi,  qloballaşma  və  qlobal  problemlərin  əmələ  gəlməsi,  dünyanın  yeni  güc 

mərkəzlərinin meydana çıxması məsələləri üzərində xüsusilə dayanılır. Həmçinin 

bu  dövrdə  baş  verən  məhəlli  müharibələr,  müstəmləkə  sisteminin  iflası,  yeni 

müstəmləkəçilik,  beynəlxalq  terrorizmə  qarşı    mübarizə  məsələləri  də  diqqətdən 

yayınmır. 

İPFS-B06 Mənbəşünaslıq  (3 kredit, 45 saat)  

Fənnin  əsas  məqsədini  mənbəşünaslığın  tarix  elminin  bir  sahəsi  kimi  meydana 

çıxması  və  inkişaf  mərhələlərinin  öyrənilməsi  təşkil  edir.  Kursda  iştirak  edən 

tələbələrə  tarixi  mənbə  anlayışı,  tarixi  mənbələrin  təsnifatı,  Azərbaycan  tarixinin 

ən  qədim  dövrə  aid  mənbələri,  antik  dövr  Azərbaycan  tarixi  mənbələri,  V-X  əsr 

Azərbaycan  tarixinə  aid  mənbələr,  XI-XV  əsr  Azərbaycan  tarixinin  mənbələri, 

Səfəvi  dövrü  mənbələri,  XVIII  əsrin  II  yarısına  aid  mənbələr,  Azərbaycan  tarixi 

mənbələri  XIX  əsr-XX  əsrin  əvvəllərində,  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrü 




 

tarixi  mənbələri,  II  respublika  dövrünə  aid  mənbələr,  müstəqillik  dövrünə  aid 



mənbələr mövzuları tədris olunur.  

İPFS-B03 Tarixi demoqrafiya (4 kredit, 60 saat)  

Fənnin  əhatə  dairəsinə  tarixi  demoqrafiyanın  inkişaf  tarixi,  istiqamətləri, 

mənbəşünaslığı, 

əhalinin  yerləşməsi,  strukturu,  əhalinin  etnik  tərkibi, 

etnodemoqrafik  durumu,  miqrasiya  məsələləri,  yaş-cins  tərkibi,  konfessional 

vəziyyət,  əhalinin  təbii  və  mexaniki  hərəkəti  mövzuları  daxildir.  Tələbələrə 

həmçinin  ən  qədim  inanclar,  miflər,  Hindistanda  yaranan  dinlər,  şamançılıq,  

iudaizm,  xristianlığın  meydana  gəlməsi,  İslam  dininin  meydana  gəlməsi,  səlib 

müharibələri, sivilizasiyaların toqquşması və dialoqu mövzuları tədris olunur.  

İPFS-B02 Antropologiya (3 kredit, 30 saat)  

Fənnin  tədrisinin  başlıca  məqsədi  tələbələrdə  insan  və  onun  ümumi 

antropologiyası, genezisi və irqi-etnik müxtəlifliyi haqqında elmi-nəzəri biliklərin 

formalaşdırılmasıdır.  Əhatə  dairəsinə  daxil  olan  mövzular  mənbşünaslıq  bazası, 

antropogenez,  Azərbaycan  antropologiyası,  fizioloji  antropolgiya  bölmələri  üzrə 

tədris olunur.  



İPFS-B04 Azərbaycanın tarixi coğrafiyası (3 kredit, 46 saat)  

Fənnin  əhatə  dairəsinə  Azərbaycanın  tarixi  ərazisi,  Azərbaycanın  fiziki-coğrafi 

durumu,  fənnin  tarixşünaslığı  və  mənbəşünaslığı,  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  nəzdində  Azərbaycan  tarixi  coğrafyası  şöbəsinin  aşılması  və  iş 

fəaliyyəti,  Azərbaycanın  ərazisində  mövcud  olan  dövlətlərin  qədim  dövrdən 

müasir  dövrə  qədər  tarixi  coğrafiyası,  müasir  dövrdə  ərazi  bütövlüyü  uğrunda 

mübarizə mövzuları daxildir.  

İPFS-B05 Azərbaycan toponomikası (3 kredit, 45 saat)  

Toponimlər  müəyyən  bir  xalqın,  tayfanın  adından  və  həmin  xalqın  dillərindəki 

coğrafi  obyekt  ünvanlı  sözlərdən  ibarət  olduğu  üçün  xüsusi  ilə  tarix  elmi  ilə 

bağlıdır.    Kursda  iştirak  edən  tələbələrə  Qarabağ,  Füzuli,  Zəngilan,  Qubadlı, 

Xocalı,  Laçın,  Borşalı,  Kəlbəcər,  Kürdəmir,  Saatlı  və  digər  rayonların 

toponimikası  ilə  bağlı  araşdırmalar  haqqında  məlumat  verilir.  Tədris  prosesində 

Qarabağın  tarixi  keçmişi,  Azərbaycana  aid  ərazi  olmasını  təsdiq  və  sübut  edən 



 

toponimlərin  araşdırılması  məsələlərinə  xüsusi  diqqət  yetirilir.  Azərbaycan 



toponimlərinin  tarixinin  və  dil  mənsubiyyətinin  öyrənilməsi  mövzusus  da  diqqət 

mərkəzində saxlanılır.   



İPF- B24 Etnoqrafiya (5 kredit, 60 saat)  

Azərbaycan etnoqrafiyasının mühüm tərkib hissəsi olan maddi mədəniyyət və ailə-

məişət  məsələləri  haqqında  bilgilər,  yaşayış  məskənləri,  geyimlər,  bəzək  əşyaları, 

milli mətbəx, nəqliyyat vasitələri və s. kimi maddi mədəniyyət sahələri, həmçinin 

mərasim məsələlərinin işıqlandırılması, Azərbaycan xalqının Qafqazda mədəniyyət 

yayan  bir  xalq  kimi  mənəvi  mədəniyyət  məsələləri,  farmakalogiya  və 

dərmanşünaslığın  inkişafında  böyuk  xidmətləri  olan  xalq  təbibləri  və  təbabəti,  12 

heyvanla bağlı olan türk təqviminin Azərbaycanda ən qədim zamanlarda istifadəsi 

mövzuları  fənnin  əhatə  dairəsindədir.  Tələbələrə  həmçinin  Azərbaycanın  təbii 

coğrafi  şəraiti,  tarixi  əkinçilik  və  maldarlıq  mədəniyyəti,  ən  qədim  məşğulluq 



sahəsi sayılan balıqçılıq və el sənətkarlığı haqqında da məlumat verilir.  

 

Yüklə 64,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə