Azərbaycan turizm institutu



Yüklə 59,73 Kb.
tarix14.10.2017
ölçüsü59,73 Kb.
#4970



AZƏRBAYCAN TURİZM İNSTİTUTU
İSTEHSALAT TƏCRÜBƏSİ HAQQINDA TƏLİMAT

BAKI 2012
Bakı ş., K.Rəhimov küç., 822-23-cü məhəllə Tel: (+994 12) 564 4233, 564 54 11 (dax.24)

www.tourism.edu.az Faks: (994 12) 564 42 34

atitraining@yahoo.com

training@tourism.edu.az

Mündəricat


  1. Təcrübənin məqsədi ..........................................................................................................3 s.

  2. Təcrübə müddəti ................................................................................................................3 s.

  3. Tərəflərin vəzifə və öhdəlikləri .........................................................................................3-4 s.

  4. Təcrübə yerləri və bölmələr ..............................................................................................4 s.

  5. İstehsalat təcrübəsi haqqında müqavilə .............................................................................4 s.

  6. Təcrübə dövrü üçün müəyyən edilmiş qaydalar ................................................................4-5 s.

  7. Təcrübəyə nəzarət və qiymətləndirmə ...............................................................................5-6 s.

  8. Hesabat və təqdimatın hazırlanma qaydası .................................................................7-8 s.


AZƏRBAYCAN TURIZM İNSTİTUTU

PRAKTİK TƏLİM SEMESTRİ HAQQINDA

TƏLİMAT
1. Təcrübənin məqsədi

ATİ tələbələrinin dövlət və qeyri-dövlət müəssisələrinin iş prinsipləri ilə tanış olmaq, təhsil aldıqları dövrdə qazandıqları nəzəri bilik və bacarıqları praktikada tətbiqi üçün imkanı təmin etməkdən ibarətdir.


2. Təcrübə müddəti

2.1. Cari tədris ilində istehsalat təcrübəsi 6-cı semestrdə müvafiq ixtisaslara uyğun olaraq 20 (və ya 8) həftə müddətində nəzərdə tutulur və məcburidir.

2.2. Turizm və otelçilik, Bələdçi-tərcüməçi, Marketinq, Menecment, Bədən tərbiyəsi ixtisasında təhsil alan tələbələrin təcrübə müddəti – 20 həftə; Beynəlxalq münasibətlər, Qida mühəndisliyi, Nəqliyyat servisi, Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, Regionşünaslıq və Sosial iş ixtisasında təhsil alan tələbələrin təcrübə müddəti – 8 həftə

2.3. İxtisas praktikası üzrə məsləhət və treyninqlər bu müddətə aid edilmir.

2.4.İstehsalat təcrübəsi bir dəfə olmaqla nəzərdə tutulan semestr ərzində tamamlanmalıdır.
3. Tərəflərin vəzifə və öhdəlikləri

3.1. İstehsalat təcrübəsi üzrə Tədris şöbəsinin vəzifələri



  • Ölkə daxilində və xaricdə təcrübə yerlərini təsdiqləmək;

  • Tələbələri təcrübə yerlərində yerləşdirmək;

  • Təcrübə yerlərinin tapılmasında və rəsmi yazışmalarda tələbələrə bütün zəruri köməkliyi göstərmək;

  • Kafedra və inzibati heyətin dəstəyilə tələbələrin təcrübə yerlərində yoxlanılmasını təşkil etmək.

3.2. Müəssisənin vəzifələri



  • Təcrübə keçəcək tələbələri qəbul etmək və əvvəlcədən razılaşdırılmış təcrübə proqramına uyğun bölmələrdə yerləşdirmək;

  • Təcrübə keçəcək tələbələrlə bağlanacaq müqavilə şərtlərini müəyyən etmək;

  • Təcrübə zamanı ortaya çıxan problemləri həll etmək üçün institutun müvafiq şöbəsi ilə əlaqə saxlamaq;

  • Xarici ölkələrdə yerləşən müəssisələrdə təcrübə keçəcək tələbələrin yaşayış yeri, viza, iş icazəsi və digər inzibati məsələləri yerli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə həll etmək.

3.3. Tələbənin vəzifələri



  • Təcrübə keçəcəyi yeri müəyyənləşdirmək və həmin müəssisə ilə əlaqə saxlamaq;

  • Tələbənin seçdiyi müəssisə haqqında məlumatı Tədris şöbəsinə bildirmək və təsdiqləmək;

  • Müəssisənin yerləşdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirmək;

  • ATİ-nin təcrübə semestri ilə bağlı müəyyənləşdirdiyi vəzifə və öhdəlikləri yerinə yetirmək.


4. Təcrübə yerləri və bölmələr

    1. Təcrübə yerləri tələbələrin aldıqları ixtisas və tədris proqramının xüsusiyyətlərinə görə müəyyən edilir;

    2. Tələbələr istehsalat təcrübəsi dövrünü təhsil aldıqları ixtisasların xüsusiyyətlərinə uyğun bölmələrdə keçməlidirlər.

    3. Tələbə yalnız 1 müəssisədə təcrübə keçə bilər.

    4. Təcrübə başlandıqdan sonra istehsalat təcrübəsi üzrə məsul çəxsin məlumatı və razılığı olmadan təcrübə yeri dəyişdirilə bilməz.




  1. İstehsalat təcrübəsi haqqında müqavilə

İstehsalat təcrübəsi haqqında müqavilə 3 nüsxədə tərtib olunur:

  • Bir nüsxə müəssisədə

  • Bir nüsxə təcrübəçidə

  • Üçüncü nüsxə isə Tədris şöbəsində qalır.

Müəssisə özünün tərtib etdiyi təcrübə müqaviləsini imzalamağa üstünlük verdiyi halda aşağıdakı məsələlər müqavilədə öz əksini tapmalıdır:

  • Müəssisənin adı və ünvanı

  • Müəssisədə təcrübə rəhbərinin adı, telefon nömrəsi, elektron poçt ünvanı

  • Tələbənin adı, ünvanı və telefon nömrəsi

  • Təcrübənin müddəti

  • Tələbənin işlədiyi bölmə və tutduğu vəzifə

  • İş saatı

  • Ödənişli təcrübə olduğu halda tələbəyə ödəniləcək əmək haqqı və digər ödənişlər

  • Müəssisədə məsul şəxsin imzası və möhürü

  • Tələbənin imzası

  • İnstitutun imzası və möhürü




  1. Təcrübə dövrü üçün müəyyən edilmiş qaydalar

    1. Turizm və otelçilik, Bələdçi-tərcüməçi, Marketinq, Menecment, Bədən tərbiyəsi, Nəqliyyat servisi, Regionşünaslıq, Beynəlxalq münasibətlər, Qida mühəndisliyi, Sosial iş ixtisasında oxuyan tələbələrin həftəlik minimum iş saatı 30 saat;

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasında oxuyan tələbələrin həftəlik iş saatı 16 saat təşkil edir.

    1. İstehsalat təcrübəsi müddətində tələbə nəzərdə tutulmuş iş saatında təcrübə yerində olmalıdır.

    2. Bu və ya digər səbəbdən təcrübəyə getmədikdə təcrübəçi müəssisəni və ATİ-dəki təcrübə rəhbərini

yazılı şəkildə əvvəlcədən xəbərdar etməli, xəstə olduğu halda tibbi arayışın əslini müəssisədəki təcrübə rəhbərinə, surətini institutdakı təcrübə rəhbərinə təqdim etməlidir.

    1. Üzürlü səbəbdən buraxılan təcrübə günləri ümumi təcrübə günlərinin 5%-dən çox olmamalıdır.

    2. Bu qaydanı pozan, üzrsüz səbəbdən təcrübədə iştirak etməyən və yaxud istehsalat təcrübəsini

öz təşəbbüsü ilə, həmçinin institutun razılığı olmadan dayandıran tələbənin təcrübəsi turizm müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən dayandırılır və bu barədə ATİ-yə məlumat verilir. Bu halda tələbənin istehsalat təcrübəsi baş tutmamış sayılır və tələbə “0” qiymət alır.

    1. Təcrübə dövründə hər bir tələbə üçün “Təcrübə Qovluğu” tərtib edilir və təcrübəçinin bütün sənədlər bu qovluqda saxlanılır.

    2. Təcrübə dövründə görülən həftəlik işlər tələbə tərəfindən “Həftəlik Təcrübə Gündəliyi”ndə qeyd

edilir və həftə sonunda təcrübə yerindəki səlahiyyətli şəxsin vəzifəsi göstərilməklə, həmin şəxsin imzası və möhürü ilə təsdiqlənir. İmzası və möhürü olmayan, üzərində pozuntu olan Həftəlik Təcrübə Gündəliyi qəbul edilmir.

    1. “Qiymətləndirmə Blankı” – istehsalat təcrübəsinin sonunda müəssisədəki təcrübə rəhbəri və ya

müəssisədə səlahiyyətli şəxs tərəfindən doldurulmalıdır. İmzası, möhürü və tarixi olmayan, üzərində pozuntu olan blank qəbul edilmir. Təcrübə semestrinin sonunda müəssisənin qiymətləndirmə blankını təqdim etməyən tələbənin yekun hesabatı və təqdimatı qəbul edilmir. Bu halda tələbənin istehsalat təcrübəsi baş tutmamış sayılır və tələbə “0” qiymət alır.

    1. Tələbə istehsalat təcrübəsi başa çatdıqdan sonra Həftəlik Təcrübə Gündəliyini, müəssisənin

Qiymətləndirmə Blankını, Yekun Hesabatı və təcrübəyə dair təqdimatı Tədris şöbəsinə təqdim etməlidir.

    1. Tələbə təcrübə dövründə müəssisəyə aid yayılması qadağan edilən məlumatların gizli

saxlanılmasına riayət etməlidir.

    1. Tələbə təcrübə dövründə təcrübə yerindəki əmək intizamı qaydalarına, müəssisənin normativ-

hüquqi aktlarında qeyd olunan qaydalara əməl etməlidir. Bu qaydalara əməl etməyən tələbənin təcrübəsi dayandırılarsa, müəssisənin səlahiyyətli şəxsləri tərəfindən bu barədə ATİ-yə məlumat verilir.

    1. Təcrübədə olan tələbənin geyimi sadə və təmiz olmalıdır. Əgər müəssisənin işçiləri üçün nəzərdə

tutulan hər hansı geyim forması varsa, o zaman təcrübə keçən tələbə də həmin geyimdə

olmalıdır.



    1. Tələbənin özü tərəfindən seçilmiş təcrübə müəssisəsi ilə tələbə arasında baş verən problemlərin

həllində ATİ neytral mövqe tutur.


  1. Təcrübəyə nəzarət və qiymətləndirmə

    1. Təcrübənin bu Təlimata uyğun şəkildə həyata keçirilməsinə Tədris şöbəsinin əməkdaşları nəzarət

edir.

    1. Xarici ölkələrdə təcrübə keçən tələbələrin təcrübə prosesinə Tədris şöbəsi ATİ-nin əməkdaşlıq etdiyi müvafiq müəssisə ilə birgə nəzarət edir.

    2. Tələbənin istehsalat təcrübəsi dövründəki fəaliyyətinin qiymətləndirilməsi aşağıdakılara

əsasən aparılır:

İlkin hesabat – 10 bal

Yekun hesabat – 30 bal

Qiymətləndirmə blankı – 30 bal

Təqdimat - 30 bal

Qiymətləndirmə komissiya tərəfindən aparılır. Istehsalat təcrübəsindən müvəffəqiyyət almayan tələbənin təcrübəyə dair fəaliyyətinin yenidən qiymətləndirilməsi yol verilməzdir.

    1. Təcrübə Komissiyası tərəfindən aparılan qiymətləndirmə tələbələrə elan edilir.

    2. Tələbə ilə bağlı bütün sənədlər Təcrübə Komissiyasının yekun qiymətləndirməsindən sonra tələbənin

Təcrübə Qovluğuna əlavə edilir.

    1. İstehsalat təcrübəsini müvəffəqiyyətlə tamamlayan Turizm və otelçilik, Bələdçi-tərcüməçi,

Marketinq, Menecment, Bədən tərbiyəsi ixtisaslarında təhsil alan tələbələrə 30 kredit; Nəqliyyat servisi, Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, Regionşünaslıq, Sosial iş, Qida mühəndisliyi və Beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələrə 12 kredit verilir.

    1. Tədrisşöbəsi tələbələrin təcrübə ilə bağlı yekun qiymətləndirməni dekanlığa təqdim edir.

    2. İstehsalat təcrübəsini müvəffəqiyyətlə tamamlayan tələbələr tədris prosesinin növbəti mərhələsinə

davam edə bilərlər. Təcrübə keçməyən tələbələr isə diplom işi və ya dövlət imtahanına buraxılmırlar.

    1. İstehsalat təcrübəsində iştirak etməyən və ya təcrübəni uğurla başa çatdırmayan tələbə növbəti

tədris ilində həmin ilin istehsalat təcrübəsi qaydalarına əsasən təcrübəyə buraxılacaq.

İstehsalat təcrübəsinə dair hazırki təlimat yalnız 2012/2013-cü tədris ili üçün nəzərdə tutulmuşdur.

Hesabat və təqdimatın hazırlanma qaydası


  1. İlkin hesabat

Təcrübəyə gedən tələbə təcrübəyə başladığı gündən 1 ay sonra 7 iş günü ərzində (Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, Sosial iş, Regionşünaslıq, Qida mühəndisliyi, Beynəlxalq münasibətlər, Nəqliyyat servisi ixtisası üzrə təhsil alan tələbələr təcrübəyə başladıqları birinci ayın üçüncü həftəsi ərzində) e-poçtla (atitraining@yahoo.com; training@tourism.edu.az) ilkin hesabat göndərməlidir.

İlkin hesabatda təcrübə yeri (müəssisə) haqqında qısa ümumi məlumat, tələbənin vəzifə və öhdəlikləri, qeyd olunan müddət ərzində öyrəndikləri, iş mühiti, müəssisənin fəaliyyətinə dair tələbənin təəssüratları əks olunmalıdır. Hesabatın sonunda tələbə ilə əlaqə vasitələri (iş və mobil telefon nömrələri, email, fax) qeyd olunmalıdır.

İlkin hesabatın həcmi 1-2 səh.

Gecikdirilən hesabatlar qəbul edilmir.


  1. Yekun hesabat

Yekun hesabat istehsalat təcrübəsi başa çatdıqdan sonra 7 iş günü ərzində Tədris şöbəsinə (ən geci müəyyən edilmiş vaxta qədər) təqdim edilməlidir. Gecikdirilən hesabatlar qəbul edilmir.



Hesabatın forması:

Hesabat A4 formatlı kağızda yazılmalıdır (əl ilə yazılmış hesabatlar qəbul edilmir).

Hesabatı yazarkən vərəqin kənarlarının ölçüsü: yuxarıdan 2 sm, aşağıdan 2 sm, sağdan 1.5 sm, soldan 3 sm. Hesabat 1,5 sətr arası, 14 şrift Times New Roman yazı tipi ilə yazılmalıdır. Hesabatın həcmi: 7 səh (üz səhifəsi və mündəricat daxil deyil).

Üz səhifəsindən başqa bütün səhifələr nömrələnməli və mündəricatda göstərilməlidir. Hesabatı hazırlayarkən təcrübə keçdiyi müəssisə haqqında qısa məlumat verilməli və onun fəaliyyəti dəyərləndirilməli; təcrübə dövründə tələbənin üzərinə düşən vəzifə və öhdəliklər, təcrübənin peşə və fərdi inkişaf baxımından qazandırdığı faydalar, öyrəndikləri; təcrübə zamanı qarşıya çıxan problemlər, onların səbəb və həlli yolları barədə yazılmalıdır.



Hesabatın forması:

  • Titul vərəqi (nümunə aşağıda)

  • Mündəricat

  • I fəsil: Təcrübə yerinin təqdimatı (3 səh)

  1. Müəssisənin fəaliyyəti: məqsəd və strategiyası, göstərdiyi xidmətlər

  2. Strukturu və müəssisə daxili mədəni əlaqələr (iş mühiti)

  3. Müəssisənin iqtisadi bazarda yeri, rəqibləri

  • II fəsil: Təcrübə keçdiyiniz bölmələrin təqdimat (3 səh)

  1. vəzifə və öhdəlikləriniz

  2. vəzifənizin icrası zamanı qarşılaşdığınız problemlər və onların həlli yolu

  • III fəsil: Nəticə (Təcrübə nəticəsində əldə etdikləriniz və tövsiyələriniz) (1-2 səh)

  • İstinad və qeydlər (Hesabatın hazırlanması zamanı istifadə edilmiş mənbələr, əlaqə saxladığınız şəxslər, onlarla əlaqə vasitəsi)

Hesabatı hazırlayarkən təcrübə yerinin təqdimatı üzrə məlumatı müəssisənin web səhifəsindən, eyni zamanda müəssisəyə aid bukletlərdən olduğu kimi köçürmək olmaz.

Təqdimat

Yekun hesabat əsasında PowerPoint və ya digər təqdimat proqramlarında hazırlanır. Hər bir tələbə üçün təqdimat günü müəyyənləşdirilir və yeni tədris ilinin birinci həftəsi elan edilir. Tələbə təqdimatı Təcrübə Komissiyası qarşısında təqdim edir. Hər bir tələbə üçün təqdimatın müddəti: 7 dəqiqə.

Təqdimatda şirkət (fəaliyyət sahəsi), tələbənin vəzifə və öhdəlikləri, həmçinin iş zamanı müşahidə etdiyi nöqsanlar,təcrübə nəticəsində əldə etdikləri yeniliklər və tövsiyələr əks olunmalıdır.
Hesabat və Təqdimatı hazırlayarkən azərbaycan (ingilis/ rus) dilində sözlər düzgün və eyni şriftlə yazılmalı, fikir düzgün ifadə edilməlidir. Hesabatda heç bir şəkildən istifadə edilməməlidir. Təqdimatı hazırlayarkən isə tələbənin fəaliyyətini əks etdirən şəkildən düzgün qaydada istifadə oluna bilər.

Eyni müəssisədə təcrübə keçən tələbələrin hesabatları eyni olduğu təqdirdə hesabatlar “0” olaraq qiymətləndiriləcək.


Titul vərəqinin forması

Azərbaycan Turizm İnstitutu

Turizm işinin təşkili və idarəedilməsi fakültəsi


İstehsalat təcrübəsinə

dair

YEKUN HESABAT
Tələbənin adı və soyadı:

İxtisası:

Təcrübə yerinin adı:

Təcrübə dövrü:


Bakı 2012



Yüklə 59,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə