Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib



Yüklə 287,85 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix30.12.2017
ölçüsü287,85 Kb.
#18687
1   2   3   4   5   6

14 mart  2015-ci il

http://www.amu.edu.az

7



 



Novruz - bir bayram kimi baharın gəlməsi 

münasibətilə geniş miqyasda qeyd olunur. Nov-

ruz Şimal yarımkürəsində astronomik yazın 

başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20, 

21, 22 də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini 

təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər 

keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Taci-

kistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, 

azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə 

qarşılayırdılar.

 

Təbiətin, həyatın oyanması Novruzdan başlanır. İnsanlar 



hələ bayrama bir ay qalmışdan onu qeyd etməyə başlayırlar. 

Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Yel 

(ilaxır) çərşənbələri qeyd olunur.

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. 

Elmi araşdırmaların bir çoxunda Novruz bayramı Zərdüşt 

peyğəmbərin yaşadığı dövrlə bağlanır. Bayramın yaşı-

nın 5000 il bundan əvvələ getdiyi ehtimal edilir. XI əsr 

mənbələrindən olan Nizamülmülk “Siyasətnamə” əsərində 

Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən 

kütləvi xalq bayramı kimi bəhs edib. Novruzun gəlişi 

klassik şərq, o cümlədən, Azərbaycan poeziyasında ge-

niş yayılmış “bahariyyə” adlı lirik şeirlərdə də təsvir və 

tərənnüm edilir. İslam xadimləri bu bayrama həmişə dini 

rəng verməyə çalışırlar. Hətta bəzi din xadimləri belə bir 

fərziyyə irəli sürmüşlər ki, Novruz bayramı guya IV xəlifə 

Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. 

Halbuki o, iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə 

yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar 

keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildi. 

Əksər xalqlar, o cümlədən azərbaycanlılar bahar bayramının 

əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları 

indiyədək saxlamışlar. Novruz -bahar bayramı- qədim xalq 

bayramı hesab olunur. Ona farsca- Nou ruz, özbəkcə Nav-

ruz, türkməncə Nouvruz, qazaxca Naurız, qırğızca Nooruz, 

türkcə Nevruz, Krım türkcəsi ilə Navrez deyirlər.

Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: 

quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin 

edirdilər. Ənənəyə görə Novruzun birinci gününü - yaz, 

ikincini - yay, üçüncünü - payız, dördüncü gününü isə - qış 

sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, 

deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. 

Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq.

Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı 

təyin olunurdu.



qadın.az

 

N.Abbasov 17 iyun 1941-ci ildə Bakı 

şəhərində, qulluqçu ailəsində anadan 

olmuş, 1949-cu ildə Bakı şəhəri, Okt-

yabr  rayonu  17  saylı  məktəbin  1-ci 

sinfinə qəbul olaraq bu məktəbi 1959-

cu ildə bitirmişdir. 

O,  1959-cu  ildə  N.Nərimanov  adı-

na  Azərbaycan Tibb İnstitutuna daxil 

olub, təhsilini 1965-ci ildə başa çatdır-

mışdır. O, Tibb İnstitutunu bitirdikdən 

sonra  əvvəlcə    Yardımlı  rayonunda 

birləşmiş rayon xəstəxanasında, son-

ra isə Bakı şəhəri  4 №-li tibbi səhiyyə 

hissəsində  terapevt  vəzifəsində  ça-

lışmışdır.  1966-ci  ilin  noyabr  ayında 

N.Abbasov  Elmi  Tədqiqat  Kliniki  və 

Eksperimental  Təbabət  İnstitutunun 

anesteziologiya-reanimatologiya labo-

ratoriyasında kiçik elmi işçi vəzifəsinə 

seçilərək, burada öz əmək fəaliyyətini 

davam  etdirmişdir.  N.Abbasov  4  illik 

fəaliyyəti  ərzində  “Müxtəlif  cərrahi 

müdaxilələrdən  sonrakı  dövrdə  xa-

rici  tənəffüs  funksiyasının  vəziyyəti” 

adlı  namizədlik  dissertasiyasını  ye-

kunlaşdırmış  və  onu  1973-cü  ildə 

müvəffəqiyyətlə  müdafiə  edərək  tibb 

elmləri  namizədi  alimlik  dərəcəsinə 

layiq  görülmüşdür.    O,  1973-1975-ci 

illərdə  Elmi  Tədqiqat  Vərəm  institu-

tunda  baş  elmi  işçi  vəzifəsində  ça-

lışmış, klinikada tənəffüs və ürək ça-

tışmazlığı  olan  xəstələrin  müalicəsi 

ilə  məşğul  olmuşdur.  1975-ci  ildə 

elmi  pedaqoji  fəaliyyətə  başlaya-

raq həmin ilin avqust ayından 1994-

cü  ilin  noyabr  ayının  sonuna  kimi  o, 

N.Nərimanov adına Azərbaycan Tibb 

Universitetinin 

ftiziopulmonologiya 

kafedrasında  assistent  vəzifəsində 

çalışmışdır.  N.Abbasov  1992-ci  ildə 

Kiyev şəhərində, Ukrayna Prezidenti 

yanında  Elmlər  Akademiyasının  Döş 

cərrahiyyəsi  və  Vərəm  İnstitutunda 

“Exokardioqrafik  müayinə  vasitəsilə 

ağ ciyər ürəyi olan vərəmli xəstələrdə 

ürəyin  yığılma  qabiliyyətinin  və 

ağciyər hipertenziyasının diaqnostika-

sı” mövzusunda doktorluq dissertasi-

yasını müdafiə etmiş   və tibb elmləri 

doktoru  alimlik  dərəcəsinə  layiq  gö-

rülmüşdür.  1994-cü  ilin  noybr  ayının 

sonunda  Azərbaycan  Tibb  Univeris-

tetinin Böyük Elmi Şurasının qərarına 

əsasən N.Abbasov müsabiqə yolu ilə 

ftiziopulmonologiya kafedrasının pro-

fessoru  vəzifəsinə  seçilmiş,  1999-cu 

ildə  Azərbaycan  Respublikası  Prezi-

denti yanında AAK tərəfindən profes-

sor elmi adı təsdiq edilmişdir. İşlədiyi 

müddət  ərzində  120  elmi  əsəri    çap 

edilmişdir.  Bu  işlərdən  20-si  doktor-

luq  dissertasiyasının  mövzusu  üzrə 

olmuş, 8 metodik vəsaitin və 4 kitabın 

müəllifidir.  Namiq  müəllimin  5  dis-

sertantı vardır ki, bunlardan iki nəfər 

dissertant müdafiə etmiş və tibb üzrə 

fəlsəfə doktoru elmi adına layiq görül-

müşdür, digər üç  iş üzrə isə tədqiqat 

davam  etdirilir.  Azərbaycan  Prezi-

dentinin  20  sentyabr  2010-cu  il  ta-

rixli sərəncamı  ilə Namiq Abbasova 

əməkdar müəllim fəxri adı verilmişdir. 

N.Abbasov    tənəffüs  və  ürək  da-

mar  xəstəliklərinin  diaqnostikası  və 

müalicəsi  metodlarına  mükəmməl 

yiyələnmiş  bir  mütəxəssis  idi.  O,  ali 

məktəb  müəllimi  və  kafedra  müdi-

ri  kimi  kollektivə  və  tələbələrə  qarşı 

tələbkarlığı və prinsipiallığı ilə seçilirdi.  

Namiq  müəllim  həssas  və  təvəzökar 

bir insan  idi. 

N.Abbasovun  3  övladı  var,  hər  üç 

övladı  ali  təhsillidir.  Oğlu  tarix  üzrə 

fəlsəfə  doktorudur,  qızları  isə  dövlət 

qulluqçularıdır. 

Ağ  ciyər  xəstəlikləri  kafedrası-

nın  əməkdaşları  Namiq  müəllimin 

vəfatından  kədərləndiklərini  bildirilər 

və  onun  ailəsinə  dərin  hüznlə  baş 

sağlığı verirlər.

Allah rəhmət eləsin!



Ağ ciyər xəstəlikləri kafedrasının 

əməkdaşları  

Namiq Əbdülsəməd oğlu Abbasov

B

u günlərdə Ağ ciyər xəstəlikləri kafedrasına ağır itki üz 

vermişdir. Kafedranın müdiri, əməkdar müəllim, professor 

Namiq Əbdülsəməd oğlu Abbasov  ömrünün 74 ilində vəfat 

etmişdir. 



 



Məlum olduğu kimi Yer planeti Günəş siste-

minin bir hissəsidir. Bu sistem kainatdakı 

digər ulduzlara görə orta böyüklükdə olan 

Günəşin ətrafında dövr edən 8 planetdən və onla-

rın 54 peykindən ibarətdir. Yer kürəsi bu sistemdə 

Günəşə ən yaxın üçüncü planetdir.

Günəşin diametri Yerin diametrinin 103 mis-

li qədərdir. Bunu bir bənzətməylə açıqlayaq. Əgər 

diametri 12.200 km olan Yer kürəsini üzüm dənəsi 

böyüklüyünə gətirsək, Günəş də futbol topunun iki 

misli böyüklüyündə olan kürə halına gələr. Amma 

daha maraqlı olan aradakı məsafədir. Həqiqətə uyğun 

model qurmaq üçün üzüm dənəsi böyüklüyündəki 

Dünya ilə top böyüklüyündəki Günəşin arasını 

təxminən 280 metr etmək lazımdır. Günəş sisteminin 

lap xaricində olan planetləri isə kilometrlərlə uzağa 

aparmaq lazım olacaq.

Ancaq bu qədər nəhəng ölçüyə sahib Günəş sistemi 

yerləşdiyi Südyolu qalaktikasına nisbətdə olduqca kiçik 

ölçüdədir. Çünki Südyolu qalaktikasında Günəş kimi 

və ondan daha böyük təxminən 250 milyard ulduz var. 

Bu ulduzlardan Günəşə ən yaxın olanı Alfa Sentavra-

dır (Alpha Centauri). Əgər Alfa Sentavranın bayaqkı 

nisbətə, yəni Dünyanın üzüm dənəsi böyüklüyündə 

olduğu və Günəş ilə Dünya nın arasının 280 metr oldu-

ğu nisbətə yerləşdirsək, onu Günəşdən 78 min kilometr 

uzağa yerləşdirməyimiz lazımdır!

Modeli bir az da kiçildək. Dünyanı gözlə çətin 

görülən bir toz zərrəsi edək. Onda Günəş qoz 

böyüklüyündə olub Dünyaya üç metr məsafədə 

yerləşəcək. Bu halda Alfa Sentavra Günəşdən 640 km 

(bəli, kilometr) uzaqda  olmalıdır.

Südyolu qalaktikasında aralarında bu cür nəhəng 

məsafələr olan 250 milyard ulduz mövcuddur. Spiral 

şəklindəki bu qalaktikanın qollarının birində bizim 

Günəşimiz yerləşir.

Ancaq maraqlısı odur ki, Südyolu qalaktikası da 

kosmosa nisbətən çox “kiçik” yer tutur. Çünki kosmos-

da təxminən 200 milyarda qədər başqa qalaktikalar da 

var. Bu qalaktikaların arasındakı boşluqlar isə Günəş 

ilə Alfa Sentavra arasındakı boşluğun milyonlarla misli 

qədərdir.

Corc Qrinşteyn (George Greenstein) bu heyrətamiz 

böyüklüklə bağlı “The Symbiotic Universe” (Simbi-

yotik Kainat) adlı kitabında belə yazır: “Əgər ulduzlar 

bir-birlərinə bir az daha yaxın olsaydılar, astrofizika 

çox da fərqli olmazdı. Ulduzlarda, nebulalarda və digər 

göy cisimlərində davam edən təməl fiziki proseslərdə 

heç bir dəyişiklik olmazdı. Uzaq məsafədən baxdıq-

da qalaktikamızın görünüşü də indikiylə eyni olardı. 

Gecə çəmənlər üzərinə uzanıb izlədiyim səmada çox 

sayda ulduz görünərdi. Amma üzr istəyirəm, bəli; 

bir fərq daha olardı: Bu mənzərəni seyr edən “mən” 

olmazdım… Kosmosdakı bu nəhəng boşluq, bizim var 

olmağımızın vacib şərtidir.” (The Symbiotic Universe. 

s. 21)

Qrinşteyn bunun səbəbini də açıqlayır; kosmosda-



kı böyük boşluqlar, bəzi fiziki dəyişikliklərin insan 

həyatına ən uyğun şəkildə formalaşmasını təmin edir. 

Eyni zamanda Dünyanın kosmos boşluğunda hərəkət 

edən nəhəng göy cisimləri ilə toqquşmasına maneə 

olan faktor da kainatdakı göy cisimlərinin arasında bu 

cür böyük boşluqların olmasıdır.

Kainatın böyüklüyü və sahib olduğu həssas taraz-

lıqlar, üstün yaratma sənətinin açıq-aşkar dəlilləridir. 

Müasir elmin gəldiyi bu nəticə Quranda bundan 14 əsr 

əvvəl xəbər verilmiş həqiqətin təsdiqindən ibarətdir.



“Doğrudan da, göyləri və yeri altı gündə yaradan

sonra Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib 

edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları 

Öz əmrinə tabe edən Odur. Əslində yaratmaq da, əmr 

etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə 

qədər xeyirxahdır”. (“Əraf” surəsi, 54)

Yer kürəsi bu sistemdə Günəşə 

ən yaxın üçüncü planetdir

Novruz gəlir, yaz gəlir...


http://www.amu.edu.az

14 mart  2015-ci il



 



Kahı göyərti deyil, 

yarpaq tərəvəzi sayılır. 

Kahının müxtəlif 

növləri var - açıq yaşıl tünd - 

qırmızı rənginə kimi. Kahının 

bütün növləri olduqca faydalıdır.

Kahı bir çox faydalı vitamin 

və mikroelementlərlə zəngindir. 

Kahıda A, B qrupu, E, PP,C ka-

rotin kimi vitaminlər, kalsium, 

maqnezium, kalium, fosfor və s. 

faydalı mikroelementlər var.

Yaz aylarında insan orqanizmi 

avitaminozdan əziyyət çəkir. Bu 

vəziyyətdə kahı kimi zəngin vi-

tamin-mineral mənbəyi bizə çox 

yaxşı kömək edə bilər.

Kahının tərkibində çox az 

məhsullarda rast gəlinən fol 

turşusu da var. Fol turşusu 

qanyaratma, sinir sistemi üçün 

çox vacibdir. Hamilə qadınlar 

üçün bu vitamin ən əsas rollardan 

birini oynayır. Sübut olunub ki, 

fol turşusu dölün sinir sistemində 

qüsurların inkişafının qarşısını 

alır. Məhz bu səbəbdən qadınlara 

hələ hamiləliyin planlaşdırılması 

mərhələsində və sonra hamiləliyin 

ilk günündən sonuna kimi fol 

turşusu təyin olunur.

Uşaq əmizdirən analar da ka-

hını daim öz qidalanmasına daxil 

etməlidir. Belə hesab olunur ki, 

kahı südün ifrazını artırır.

Kahı təbii liflərlə zəngindir 

və bu səbəbdən bağırsaqların 

fəaliyyətinə çox müsbət təsir 

edir, həzm prosesini yaxşılaş-

dırır, qəbizliklə mübarizədə 

kömək edir, orqanizmdən 

duzları, şlakları, toksinləri, 

artıq xolesterini və digər ziyanlı 

maddələri çıxardır.

Kahı həmçinin qanın laxta-

lanmasını yaxşılaşdırır, anemiya 

zamanı kömək edir.

Kahı qanda şəkərin səviyyəsi-

nin tənzimlənməsinə kömək edir 

və bu səbəbdən şəkərli diabet 

xəstəliyi olan insanlar üçün fay-

dalıdır.

Kahı insanın sinir sisteminə 

də müsbət təsir göstərir, yuxunu 

tənzimləyir.

Ağır xəstəlik, əməliyyat keçir-

miş insanların qidalanmasında bu 

faydalı tərəvəz mütləq olmalıdır. 

İdmançıların qidalanmasına da 

bu tərəvəzi daim daxil edirlər. 

Kahı orqanizmin daha tez bərpa 

olunmasına kömək edir.

Öskürək və bronxit zamanı kahı 

şirəsi çox yaxşı bəlğəmgətirici 

təsir edir.

E, A, C kimi antioksidant-

vitaminlərlə zəngin olan kahı 

orqanizmdə gedən qocalma pro-

sesini ləngidir.

Kahı azkalorili məhsuldur və bu 

səbəbdən artıq çəki ilə mübarizə 

aparan insanlar kahını müxtəlif 

salatlarda, buterbrodlarda istifadə 

edə bilərlər.

Kahını bıçaqla doğramaq 

tövsiyə edilmir, əllə bölmək la-

zımdır. Kahını müxtəlif salatlarda 

istifadə edin. Salatlara mütləq 

bitki yağı və ya xama əlavə 

edin. Bu A vitaminin daha yaxşı 

mənimsənilməsinə kömək edir.

Vitamin və minerallarla zəngin 

olan kahı müxtəlif kosmetik 

maskaların tərkibində də istifadə 

olunur. Belə maskalar dərini 

nəmləndirir, daha elastik edir, 

təravətləndirir, cavanlaşdırır. 

Bu kimi maska hazırlamaq olar: 

kahı yarpaqları blenderdə əzilir, 

1 xörək qaşığı xama əlavə olunur, 

yaxşı qarışdırılır və təmiz üz 

dərisinə çəkilir. 20 dəqiqədən 

sonra maskanı ilıq su ilə yuyulur.



Ən sadə resept:

 kahı yarpaq-

larını bir qədər əzin və təmiz üz 

dərisinə qoyub, 20 dəqiqə uzanın.



 

Google Glass 

kompüterləşmiş 

eynəyinin ikinci 

nəslinin sınaq tədarükünə 

başlanılıb.

Google internet şirkətinin 

yaydığı məlumata əsasən 

bu cihaz eksperimental 

mərhələdədir və kommersiya 

istifadəsi üçün nəzərdə tutul-

mayıb.

 2015-ci ilin yanvarında Google internet şirkəti 



Glass Explorer proqramını dayandırmağa qərar 

verib. 1500 dollara satılan ağıllı qurğu satışdan 

çıxarıldı. Bundan sonra yayılmış şaiyələrə əsasən, 

şirkət sözügedən cihazın birinci 

versiyasını uğursuz hesab edərək 

yeni nəsil üzərində məşğul olmağa 

qərar verib.

 Google Glass ağıllı eynəyinin 

yeni modifikasiyası erkən hazır-

lanma mərhələsindədir. Cihazın 

ilk prototipləri Googlenin məhdud 

tərəfdaş dairəsində nümayiş etdiri-

lib. Kompüterləşmiş eynək və şlem 

bazarı tədricən genişlənir. İndi sözügedən bazarda 

Oculus VR (Oculus Rift), Sony (Project Morpheus, 

SmartEyeglass), Samsung (Gear VR) və Microsoft 

(HoloLens) kimi şirkətlər mövcuddur. Şaiyələrə 

görə, Apple da bu bazara daxil olacaq.

I müalicə-profilaktika  fakültəsinin IV kurs,  142

a

  qrup tələbəsi  Məmmədli 



Aygül Yaşar qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.  

Hüseynov  Qaçay  Əli  oğluna  1986-cı  ildə  Azərbaycan  Tibb  Universiteti  

tərəfindən pediatr ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün eti-

barsız sayılır.

II müalicə-profilaktika  fakültəsinin II kurs,  295

 qrup tələbəsi  Musa Al-



buhisinin adına verilmiş tələbə bileti və qiymət kitabçası itdiyi üçün etibarsız 

sayılır.  

II müalicə-profilaktika  fakültəsinin I kurs,  235

a

  qrup tələbəsi İbişzadə 



Aysel Nazim qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.  

I  müalicə-profilaktika    fakültəsinin  IV  kurs,    141

b

    qrup  tələbəsi  Əsədli 



Azad Azər oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.  

I müalicə-profilaktika  fakültəsinin VI kurs,  9

b

  qrup tələbəsi Sona Noshir-



van Hosein qızına Azərbaycan Resbuplikasının ərazisində müvəqqəti yaşa-

mağa görə verilən icazə vəsiqəsi itdiyi üçün etibarsız sayılır.  

II müalicə-profilaktika  fakültəsinin IV kurs, 340

b

  qrup tələbəsi Qasımov 



Anar Zaman oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Baş redaktor



ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə bilər.

Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 100

2-ci mərtəbə,

Tel.: 595-24-97

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 4000

Sifariş: 218

Google eynəyinin 2-ci nəsli hazırlanır

Kahının inanılmaz faydaları



Həyat yoldaşınıza hörmət edin. Həyat yoşdaşınızı əziz 



tutun. Xanımların əziz olmağa həmişə ehtiyacları var-

dır. Bu, həyat yoldaşları üçün birinci vəzifə olmalıdır. Yəni, 

elə iş görməlidir ki, xanımı onu sevdiyini bilsin.

Kişilər isə həmişə xanımları tərəfindən hörmət edilməyə eh-

tiyac duyarlar. Evə gələn zaman istəyirlər ki, ən azı bir nəfər 

bu  həyatda  onun  ləyaqətli  bir  insan  olduğunu  qəbul  etsin.  O 

zaman ki, əriniz evə gəlir, telefonu söndürüb, onu qarşılamağa 

gedin.


Bir-birinizlə yaxşı dost kimi rəftar edin.

Ərlə arvad gərək bir-birinin dostu olsun. Əsl dostluq budur ki, 

iki tərəf qarşı tərəfin hiss və ehtiyaclarına ehtiramla yanaşsın. 

Yəni,  hər  nə  sənin  üçün  mühümdürsə,  mənim  üçün  də  mü-

hümdür. Həyat yoldaşınız həqiqi bir dostu olduğunu bilməlidir.

Dörd qızıl əməl.

Dörd  qızıl  əməli  yadınızda  saxlayın:

 qulaq asmaq, razılaş-

maq, qurucu olmaq, təşəkkür etmək.

 

Qulaq asmaq:

 Bu əməl problemləri həll etmək üçün mühüm-

dür. Həyat yoldaşınıza icazə verin ki, sözünü axıra qədər desin 

və sözünü ortada kəsməyin. Sonra dediklərini təkrar edin. Bu 

qarşı tərəfi əmin edəcəkdir ki, sözlərinə dəyər verilir.



Razılaşmaq:

 Problemlərinizi elə həll edin ki, iki tərəf də razı 

qalsın.  Sizlərdən  heç  biri  məcbur  qaldığı  üçün  qarşı  tərəfin 

rəyini qəbul etməməlidir. Qəbul etdiyiniz rəy hər iki tərəfin ra-

zılığı ilə olmalıdır.

Qurucu  olun:

  Əgər  qarşı  tərəfə  ruhi  zərbə  vurmusunuzsa, 

gərək  bu  qəlb  sındırmanı  aradan  qaldırasınız.  Gərək  qurucu 

olasınız. Qəzəb və əsəbilikdən uzaq olun. Çünki qəzəb, kin və 

küdurəti artırar.

Təşəkkür edin:

 Heç bir zaman lazımlı şəkildə həyat yoldaşını-

za təşəkkür edə bilməzsiniz. Çalışın ki, sizin üçün gördüyü hər 

bir işə görə təşəkkür edəsiniz.

Həyat  yoldaşınız  sizin  üçün  birinci  sırada  durmalıdır. 

Valideynləriniz,  övladlarınız,  dostlarınız,  qohumlarınız  sonra-

kı  sırada  olmalıdır.  Ailə  divarlarınızı  möhkəm  edin  ki,  evliliyə 

dəyər verdiyinizi hiss edə bilsin. Heç bir zaman icazə verməyin 

ki, bu divar zəifləsin.

Valideynlərinizin,  övladlarınızın  ehtiyacını  ödəməkdən  əvvəl 

həyat yoldaşınızın ehtiyacını ödəyin. Bir-birinizə müəyyən vaxt 

ayırın.


Hər gün həyat yoldaşınızı sevindirməyə çalışın. Bunu bir gül, 

bir söz, bir hədiyyə, bir təbəssümlə edə bilərsiniz. Bu işi hər 

gün təkrar etməyə çalışın.

Ailədə məhəbbət necə 

yaranır?

u

 



Tbilisidə yoluxucu xəstəliklərin vaxtında 

aşkarlanması, qarşısının alınması və profi-

laktikasına həsr olunmuş treninq keçirilib.

Almaniyanın “EUROİMMUN” şirkətinin 

təşkilatçılığı ilə keçirilən, Azərbaycan 

həkimlərinin də qatıldığı treninqdə əsasən “Eu-

rostar 3” mikroskopu ilə işləmə, bu yeni texniki 

avadanlığın köməyi ilə yoluxucu xəstəliklərin və 

virusların dəqiq müayinəsi, diaqnostikası barədə 

məlumat verilib.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 

Respublika Taun Əleyhinə Stansiyasının həkimi 

Fərhad Həsənov deyib: “Treninqdə əsasən “Euros-

tar 3” (Lummersentni mikroskopu) mikroskopu 

ilə işləmə metodlarını öyrənirik. Müasir tələblərə 

cavab verən bu aparat vasitəsilə eyni vaxtda 

bir neçə analizin cavabını almaq mümkündür. 

Hazırda istifadədə olan aparatla isə yalnız bir 

müayinə aparmaq mümkün idi. Yeni mikroskopu 

bir yerdən başqa yerə daşımaq da çox asandır. 

Bu təlimdən sonra biz həmkarlarımızla birgə 

yoluxucu xəstəliklər barədə qarşılıqlı informasiya 

mübadiləsi aparacağıq və qorxulu xəstəliklərin 

yayılmasının qarşısının alınması ilə bağlı yeni 

metod və üsullar üzərində çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epide-

miologiya Mərkəzinin əməkdaşları da treninqdə 



iştirak ediblər.

Azərbaycanlı həkimlər Tbilisidə keçirilən 

treninqdə iştirak 

ediblər

Yüklə 287,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə