Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib



Yüklə 287,85 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix30.12.2017
ölçüsü287,85 Kb.
#18687
1   2   3   4   5   6

http://www.amu.edu.az

14 mart  2015-ci il

6

Azərbaycan Tibb Universitetinin profes-



so ru, tibb elmləri doktoru, “Qızıl Qələm” me-

dia və “İbn Sina” beynəlxalq mükafatları lau-

reatı Sərvər Nəriman oğlu Alimetovun 75 yaşı 

tamam oldu. 

 

S.Alimetov  1940-cı  ilin  martın  12-də 

Azərbaycan Respublikası Qusar rayonu-

nun  Düztahir  kəndində  anadan  olmuş-

dur.  O,  1946-cı  ildə  Düztahir  kənd  orta 

məktəbinə daxil olmuş və buranı 1956-cı 

ildə qızıl medalla bitirmişdir. Sözügedən 

məktəb  1946-cı  ildə  Düztahir  kəndi  və 

onun ətraf kəndləri üçün, İkinci Dünya və 

Böyük Vətən müharibələri qurtardıqdan 

sonra  açılmış  və  kənd  əhalisi  arasında 

“kənd  akademiyası”  adlanırdı.  Burada 

o zaman tətbiq olunan vahid proqressiv 

proqram  üzrə  qabaqcıl  fənlər  yüksək 

ixtisaslı  müəllimlər  tərəfindən  tədris 

olunurdu, ciddi nizam-intizam gözlənilir, 

təlim-tərbiyə  aparılır,  patriotluq  aşılanır 

və daim canlı həyat ruhu hiss olunurdu. 

Hər  tərəfli  olaraq,  orta  təhsil  biliklərinə 

dərindən  nail  olmuş  S.Alimetov  1956-

cı  ildə  N.Nərimanov  adına  Azərbaycan 

Tibb  İnstitutunun  pediatriya  fakültəsinə 

daxil  olmuşdur.  1962-ci  ildə  ali  təhsilini 

əla  qiymətlərlə  başa  vurduqdan  sonra, 

onun  Azərbaycan  Tibb  Universitetində, 

uşaq cərrahiyəsi kafedrasında saxlanıl-

ması  haqqında  Elmi  Şuranın  qərarına 

baxmayaraq, o, kəndə təyinat götürmüş-

dür.

1962-1970-ci  illərdə  Azərbaycan  Res-



publikası  Qusar  rayonu  Şirvanovka 

Regional  Xəstəxanasında  baş  həkim 

vəzifəsində  çalışmışdır.  Bu  xəstəxana 

Nabran,  Yalama,  Şirvanovka,  Samur 

qəsəbəsi olmaqla Azərbaycan-Dağıstan 

sərhədi  boyunca  20-dən  çox  kənd  və 

obalara  tibbi  xidməti  çox  istiqamətli 

şəkildə  göstərirdi.  Həmin  illərdə  əhali 

arasında müxtəlif parazitar və infeksiya 

mənşəli xəstəliklər, yüksək uşaq ölümü 

göstəricisi, səhiyyə-maarif işinin yoxluğu 

xüsusilə  baş  alıb  gedirdi.  S.Alimetovun 

7 il ərzində bu sahədə peşəkar kollektiv 

və əhalinin fəallığı ilə birlikdə göstərdiyi 

gərgin təşkilatçılıq, səhiyyə, diaqnostika, 

müalicə və profilaktik əməyi sayəsində, 

yüksək nəticələr əldə edilmiş, uşaq ölü-

mü xeyli aşağı endirilmiş, Nabran turistik 

bazasında tibbi xidmət yaxşılaşdırılmış-

dır.


1970-ci  ildə  səhiyyə  sahəsində  böyük 

praktik  təcrübə  qazanmış  S.Alimetov 

Azərbaycan Tibb İnstitutunun, akademik 

C.Abdullayevin  rəhbərlik  etdiyi  hospital 

terapiya kagedrasına aspiranturaya çox 

gərgin konkurs üzrə daxil olmuşdur. 

S.Alimetov  1972-ci  ildə  Azərbaycan 

Tibb  İnstitutunda  “Öd  kisəsi  və  öd-

çıxarıcı  yolların  xəstəliklərində  su  və 

elektrolit  mübadiləsinin  dinamikası” 

mövzusunda, tibb elmləri namizədi dis-

sertasiyasını,  vaxtından  erkən  olmaqla 

müvəffəqiyyətlə  müdafiə  etmişdir.  Bu 

dissertasiya üzrə duodenal zondun mo-

difikasiyasını və öddə elektrolitlərin alov-

lu fotometr vasitəsilə müəyyən edilməsi 

üsulunu işləyib hazırlamışdır.

Tibb  elmləri  namizədi  dissertasiya-

sının  müdafiəsindən  sonra,  aspirantu-

ranı  vaxtından  əvvəl  müvəffəqiyyətlə 

başa  vurmuş  kadr  kimi  o,  Azərbaycan 

Tibb  İnstitutunun  hospital  terapiya  ka-

fedrasında  assistent,  müxtəlif  illərdə 

pediatriya  fakültəsində  elmi  işlər  üzrə 

dekan  müavini,  internatura  şöbəsinin 

müdiri, 


Azərbaycan 

Respublikası 

Tibb-Məhkəmə  Ekspertizasında  tera-

pevt-ekspert,  Səhiyyə  maarif  müşaviri, 

fakültə partiya təşkilatının katibi və sair 

məsul  vəzifələrdə  işləmişdir.  Onu  da 

qeyd edək ki, o illərdə dekan ilə partiya 

təşkilatı katibi bərabər yüklü vəzifələr sa-

yılırdı. 1976-cı ildə Azərbaycan Tibb İns-

titutu  daxili  xəstəliklər  kafedrasına  do-

sent  vəzifəsinə  seçilmişdir.  1977-1980-

ci  illərdə  xüsusi  xarici  ezamiyyət  üzrə, 

Afrika  qitəsində  Əlcəzairdə,  3  il  həkim 

vəzifəsində,  Benisaf  mərkəzi  çox  pro-

filli  xəstəxanada  işləmişdir.  Bu  müddət 

ərzində Əlcəzair, Mərakeş, Tunis, Maca-

rıstan, Bolqarıstan, Rusiya, Yaponiya və 

digər ölkələrdə keçirilmiş elmi konfrans, 

konqress və simpoziumlarda fəal iştirak 

etmişdir.

S.Alimetov  1998-ci  ildə  “Xronik  ürək 

çatışmazlığında hemodinamik və home-

ostaz pozğunluqlarının xüsusiyyətləri və 

korreksiyası”  müvzusunda,  tibb  elmləri 

üzrə doktorluq dissertasiyasını müdafiə 

etmişdir.  Burada  ürək  çatışmazlığı-

na  düçar  olmuş  xəstələrdə  bəzi  toksiki 

mikroelementlərin  çoxluğu  sayəsində 

toksikozlar,  bradikardiya,  hipotoniya, 

refrakter  vəziyyətlərdə  rekompensasiya 

üsullarını  işləyib  hazırlamışdır;  yeni  kli-

nik  əlamət,  Alimetov  simptomu  adı  al-

tında  təsvir  edilmişdir  (“Tibb  terminləri 

və  klinik  simptomlar”).  1971-ci  ildən 

Azərbaycan  və  Rusiya  terapevtlər,  kar-

dioloqlar cəmiyyətlərinin üzvüdür.

Türkiyə,  Rusiya,  Orta  Asiya,  Avro-

pa  və  Amerika  ölkələrində  çap  olun-

muş  onlarla  elmi  məqalənin,  300-dən 

çox  elmi  işin,  50-dən  çox  kitabın,  o 

cümlədən  20-dən  çox  dərsliyin,  el-

mi-praktik  vəsaitin,  monoqrafiyanın, 

metodik  tövsiyənin,  7  səmərələşdirici 

təklifin  müəllifidir.  Azərbaycan  Tibb 

Universitetində 

fəaliyyət 

göstərdiyi 

45  ilin  ərzində  yüzlərlə  tələbə,  gənc 

əməkdaş və dissertantların elmi işlərinin 

yerinə yetirilməsində və formalaşmasın-

da onun yaxından köməyi olmuşdur.

S.Alimetov “Qızıl Qələm” media və “İbn 

Sina” beynəlxalq mükafatları laureatıdır, 

2005-ci ildə ilin ən yaxşı tədqiqatçı alimi 

sayılmışdır.

Böyük  vətənpərvər,  gözəl  insan  və 

valideyn,  dərin  bilikli  və  bacarıqlı  tera-

pevt  və  kardioloq,  məhsuldar  alim  və 

yorulmaz  müəllim  S.Alimetov  hazırda 

Azərbaycan  Tibb  Universitetində  Daxili 

xəstəliklər kafedrasında yaradıcılıq işini 

davam etdirməkdədir.



Kafedranın əməkdaşları

BMT-nin Nyu-Yorkda-

kı 

qərargahında 



“Bir  qadın,  bir  uşaq” 

təşəbbüsün 

həyata 

keçirilməsi  ilə  bağlı 



toplantı keçirilib.

“Bir  qadın,  bir  uşaq” 

kampaniyası 

uşaq 


və  qadın  sağlamlığının  qlobal  mühafizəsi 

strategiyası  çərçivəsində  BMT-nin  Baş 

katibi Pan Gi Mun tərəfindən elan olunub. 

Təşəbbüs 2010-cu ildə BMT Baş Məclisinin 

sessiyasında təsdiq olunub. Onun məqsədi 

tibbi  xidmətlərin  göstərilməsi  sisteminin 

yaxşılaşdırılması,  bu  sahəyə  ayrılan 

maliy yənin  artırılması  və  siyasi  iradənin 

gücləndirilməsi  yolu  ilə  beş  yaşına  qədər 

daha  15  milyon  uşağın,  570  min  qadının 

hamiləlik  və  doğuş  zamanı  ölümünün 

qarşısını almaqdır.

“Beş ildən sonra da bu tərəfdaşlıq davam 

edir  və  böyüyür”,  -  Pan  Gi  Mun  deyib.  O 

vurğulayıb  ki,  2010-cu  ildən  başlanan  bu 

təşəbbüsə  dünyanın  bir  çox  ölkələrindən 

300 tərəfdaş qoşulub. Onlar qadınların və 

uşaqların sağlamlığının yaxşılaşdırılmasına 

yönəldilmiş 400 konkret öhdəlik götürüblər.

Bu  təşəbbüs  sayəsində  beş  il  ərzində 

2,4  milyon  qadın  və  uşağın  həyatını 

xilas  etmək  mümkün  olub.  Uşaqlar  ishal 

əleyhinə dərmanlarla təmin olunub, onların 

çoxu  düzgün  qida  almağa  başlayıblar. 

Kampaniya  əsasən  ana  südünün  faydası 

haqqında əhalinin məlumatlandırılması üzrə 

aparılıb. Bu gün qadınların əksəriyyəti tibb 

müəssisələrində  uşaq  doğur,  o  cümlədən 

qadınlara və qızlara bu müəssisələrdə tibbi 

xidmət göstərilir.



“Bir qadın, bir uşaq” 

təşəbbüsü davam edir



 



Fərəhli 

haldır 

ki, 

Azərbaycan 

dilində 

ilk  dəfə  “Ortodontiya” 

dərsliyi işıq üzü gördü.   

Dərslik  Azərbaycan  Tibb  Universite-

tinin  stomatologiya  fakültəsində  orto-

dontiya fənnin tədris proqramına uyğun 

olaraq yazılmışdır.

Ortodontiya  kliniki  təbabətin  bir 

sahəsi  olub,  əsas  məqsədi  dişlərin, 

çənələrin,  üz  skeletinin  inkişaf  və 

böyüməsi,  diş-çənə  anomaliyalarının 

etiologiyası,  patogenezi,  diaqnostika-

sı,  profilaktika  və  müalicə  üsullarını 

öyrənməklə  yanaşı,  müasir  ortodontik 

aparatlar  və  avadanlıqlardan  istifadə 

etməklə  yeni  müalicə  üsulları  işləyib 

hazırlamaqdan  ibarətdir.  “Ortodonti-

ya” termini yunan dilində orthos (düz) 

və  odontos  (diş)  söz  birləşməsi  olub 

düz  diş  mənasını  verir.  Ortodontiya-

nın  tədqiqat  obyektinə  yuxarı  və  aşağı 

diş qövslərində dişlərin düzülüşü, qöv-

sün  forması,  diş  qövslərinin  qarşılıqlı 

münasibəti,  əng  və  çənə  sümüklərinin 

kəllə skeletinə görə vəziyyəti və s. aid-

dir. 


Ortodontiya  elmi  son  illərdə  sürətli 

inkişaf  mərhələsi  keçmişdir.  Stoma-

tologiya  elminin  bu  vacib  sahəsində 

istifadə  olunan  diaqnostika  və  müalicə 

üsulları daha da təkmilləşdirilmiş, diş-

çənə anomaliyalarının etiologiya və pa-

togenezinin öyrənilməsində, ortodontik 

və  kompleks  müalicəyə  ehtiyacı  olan 

xəstəlik  qruplarının  ayırd  edilməsində 

böyük nailiyyətlər əldə edilmişdir. Yeni 

materialların və müasir müalicə texno-

logiyalarının klinikada tətbiqi ortodon-

tik müalicədə daha effektli və davamlı 

nəticələrin əldə edilməsinə zəmin yara-

dır. 

Azərbaycan  Tibb  Universitetinin  or-



topedik  stomatologiya  kafedrasının 

professoru  Z.Qarayev,  uşaq  stomatolo-

giyası  kafedrasının  müdiri,  professor 

R.Əliyeva və tibb üzrə fəlsəfə doktoru, 

dosent  Z.Novruzovun  nəşr  etdirdikləri 

“Ortodontiya”  fənnindən  dərslik  or-

todontiya  fənninin  tədrisinin  bütün 

aspektlərini  özündə  əks  etdirən  funda-

mental  dərslikdir.  Dərsliyin  məqsədi 

tələbələrə  ortodontiyada  diaqnostika-

nın  əsaslarını  dərk  etməyi,  diaqnozu 

əsaslandırmağı, xəstənin müalicə planı-

nı müəyyənləşdirməyi, müxtəlif profilli 

həkimlərlə məsləhət aparmağı və müasir 

ortodontik  aparatlarla  diş-çənə  anoma-

liyalarını  müalicə  etməyi  öyrətməkdir. 

Tam  əsaslandırılmış  klinik  və  xüsusi 

müayinə  üsullarını  seçmək,  ortodon-

tik müalicənin gedişi və xəstəyə qullu-

ğu  düzgün  planlaşdırmaq  ortodontik 

müalicəni  müvəffəqiyyətlə  başa  çatdır-

maq üçün vacib şərtdir.

Dərsliyin əsas özəlliklərindən biri də 

müəlliflərin  müşahidələrini  əks  etdirən 

çoxsaylı  rəngli  şəkillər,  klinik  situasi-

yalar  və  təcrübi  vərdişlərə  verilən  üs-

tünlükdür.  Dərslik  13  fəsil,  195  şəkil, 

11  cədvəl  olmaqla  17  çap  vərəqindən 

ibarətdir.

Dərslik  ortodontiya  elminin  tarixi, 

böyümə və inkişaf, üz-çənə sisteminin 

funksional  anatomiyası,  ortodontiyada 

müasir müayinə üsulları, diş-çənə siste-

mi  anomaliyalarının  etiologiyası,  pato-

genezi,  diaqnostikası,  profilaktikası  və 

ortodontik müalicə üsullarını əhatə edir.

Azərbaycan  Tibb  Universitetində 

təhsil  alan  tələbələr  üçün  Azərbaycan 

dilində ortodontiya dərsliyinin olmama-

sı ciddi çətinliklər yaradırdı. Bu baxım-

dan  stomatologiya  fakültəsində  tədris 

olunan ortodontiya fənninin proqramını 

tam  əhatə  edən  dərsliyə  böyük  ehtiyac 

yaranmışdır. Bu çatışmazlığı aradan qal-

dırmaq məqsədilə Z.Qarayev, R.Əliyeva 

və  Z.Novruzovun  birgə  müəllifliyi 

ilə  yazılan  “Ortodontiya”  dərsliyi 

Azərbaycan  Tibb  Universitetinin  və 

digər  ali  tibb  təhsili  müəssisələrinin 

stomatologiya  fakültəsinin  tələbələri 

üçün  çox  faydalı  olacaqdır.  Kitab-

dan  həmçinin  rezidentlər  və  praktik 

həkimlər də yararlana bilərlər.

Elxan  Kərimov,

Ortopedik stomatologiya 

kafedrasının müdiri, ə.e.x. professor

«ORTODONTİYA» FƏNNİNDƏN 

DİLİMİZDƏ İLK DƏRSLİK

Sərvər Nəriman oğlu Alimetov-75

Yeni nəşrlər

Məhsuldar alim, yorulmaz müəllim



Yüklə 287,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə