14 mart 2015-ci il
http://www.amu.edu.az
3
u
Martın 12-də Azərbaycan Tibb
Universitetinin Tədris Terapev-
tik Klinikasında Dünya Böyrək Gününə
həsr olunmuş elmi-praktiki konfrans
keçirilib. Tədbirdə respublikamızın di-
aliz mərkəzlərinin, həmçinin özəl dia-
liz mərkəzlərinin həkimləri, Mərkəzi
Neftçilər Xəstəxanasının hemodializ və
böyrəkköçürmə şöbəsinin əməkdaşları işti-
rak ediblər.
ATU-nun Tədris Terapevtik Klinikası-
nın direktoru, professor Surxay Musa-
yev bildirib ki, ənənəvi keçirilən konf-
ransın məqsədi əsas diqqəti böyrək
patologiyasına, böyrək xəstəsi olan
insanlara yönəltməkdir:
“Artıq 10cu
dəfədir ki, belə bir tədbir keçirilir.
Azərbaycan hökuməti bu məsələni
həmişə diqqət mərkəzində saxlayır.
2010cu il noyabrın 26da Nazirlər
Kabinetinin sərəncamı ilə 20112015
ci illərdə xroniki böyrək çatışmazlığı
üzrə tədbirlər proqramı təsdiqlənib”.
Onun sözlərinə görə, Azərbaycanda
böyrək çatışmazlığından əziyyət çəkən
xəstələrin sayı hər il artır: “Hər il dializ
xəstələrinin sayında orta hesabla 20-
25 faiz artım qeydə alınır. Bunu nəzərə
alan Azərbaycan hökuməti tərəfindən
ölkədə belə xəstələrin müalicəsi üçün
dializ mərkəzləri yaradılır. Çünki bu
xəstəlikdən əziyyət çəkən xəstələrin öz
hesablarına uzun müddət dializ qəbul
etməsi çətin məsələdir. Bu səbəbdən
Azərbaycan Tibb Universitetində də bu
məsələyə ciddi diqqət yetirilir”.
S.Musayev qeyd edib ki, hazırda ATU-
nun Tədris Terapevtik Klinikasında Nef-
rologiya şöbəsi fəaliyyət göstərir: “Klini-
kanın bütün çarpayıları işləyir, xəstələri
növbə ilə qəbul edirik. Bir klinika rəhbəri
kimi bu hal məni razı salmalıdır. Amma
bir həkim, bir insan kimi əhalinin belə
xəstə olması məni çox narahat edir.
Amma xəstələr varsa, onların müalicəsi
üçün belə mərkəzlər yaratmalıyıq”.
Sonra
akademik
M.Cavadzadə
adına Respublika Klinik Uroloji
Xəstəxanasının hemodializ şöbəsinin
müdiri Fariz Babayev “Azərbaycanda
böyrək əvəzedici terapiyanın 2014-
cü il registri” mövzusunda məruzə
ilə çıxış edib. Onun sözlərinə görə,
Azərbaycanda bu günə qədər müalicə
olunan 2 635 dializ xəstəsinin 356
nəfərində Hepatit C, 152 nəfərində He-
patit B, 49 nəfərində isə mix-infeksiya
(HBV+HCV) aşkar olunub.
Həkim bildirir ki, hemodializ müalicəsi
qəbul edən xəstələr müxtəlif instru-
mental, invaziv müdaxilələrə məruz
qaldığından, onlar daha tez hepatit vi-
rusuna yoluxurlar.
Xəstəliyin sıxlığına gəlincə, hazır-
da Azərbaycanda bir milyon əhaliyə
450-550 böyrək çatışmazlığından
əziyyət çəkən xəstə düşür. Onlardan
da təxminən 255-270 nəfəri hemo-
dializ müalicəsinə cəlb olunur. Onun
sözlərinə görə, ən yüksək xəstə sıxlığı
Gəncə, Şəmkir, Mingəçevir və Bərdə
zonasında müşahidə olunur:
“Həmin ərazilərdə bir milyon əhaliyə
təxminən 253 xəstə düşür. Bu göstərici
regionlarda xəstəliyin daha çox yayıl-
ması deyil, əksinə, həmin bölgələrdə
insanların sayının daha çox olması ilə
bağlıdır”.
Son illər ərzində Bakıda və regionlar-
da 26 yeni dializ mərkəzinin istifadəyə
verildiyini deyən şöbə müdiri vurğulayıb
ki, bu il daha 3 yeni dializ şöbəsinin açıl-
ması planlaşdırılır: “Bu gün respublika-
da 486 dializ aparatı fəaliyyət göstərir
və hər bir aparat 3 növbəli iş rejimində 6
xəstəyə xidmət edir. Ötən il ərzində 352
416 hemodializ seansı aparılıb. Onlar-
dan da 155 037-si Bakıda, 197 379 se-
ansı isə bölgələrdə həyata keçirilib”.
Şöbə müdiri qeyd edib ki, 2010-cu
ildən etibarən Azərbaycanda böyrək
köçürmə əməliyyatları bərpa olunub.
Və bu günə qədər canlı donordan 197
böyrək transplantasiyası əməliyyatı
aparılıb: “2014-cü ildə isə 68 belə
əməliyyat həyata keçirilib. Bu gün res-
publikada 561 böyrək köçürülən xəstə
dispanser qeydiyyatındadır”.
Daha sonra Səhiyyə Nazirliyinin Baş
nefroloqu Mehman Ağayev, ASHTİ-
nin nefrologiya kafedrasının müdiri
Fuad Sərdarlı və digər mütəxəssislər
çıxış ediblər. Tədbirdə “Hemodia-
liz və hemodiafiltrasiya tətbiqinin
əsas xüsusiyyətləri”, “”FSQS komp-
leks
müalicəsində
plazmaferezin
tətbiqi”, “BXX xəstələrində virus
hepatitləri”, “Sidik yollarının infeksiya-
sının müalicəsində Selvirinin tətbiqi”,
“Xroniki
böyrək
çatışmazlığının
kəskinləşməsində hemodializin tətbiqi”
və s. mövzular ətrafında müzakirələr
aparılıb.
Günel ASLANOVA
u
Azərbaycan Tibb Universitetinin (ATU)
həkimləri Uludağda keçirilən 8-ci “Uludağ
Dermotokosmetoloji Günləri”ndə iştirak ediblər.
Dermotokosmetoloji Dərnəyi və Uludağ Universi-
teti Tibb fakültəsinin dəri-zövrəvi xəstəliklər kafed-
rasının birgə təşkilatçılığı ilə baş tutan simpozium 4
gün davam edib. Simpozium çərçivəsində keçirilən
dəriyə qulluqla bağlı kurslara (gözaltı, üz, saç
mezoterapiyası, üz pilinqi, piftinq və s.) ATU-nun
dermatovenerologiya kafedrasının dosenti Elşad
Novruzov və həmin kafedranın assisenti Maqsud
Agazadə də qatılıblar. Onlar təşkilatçılar tərəfindən
sertifikatla mükafatlandırılıblar.
ATU-nun həkimləri 8-ci
«Uludağ Dermotokosmetoloji
Günləri»ndə iştirak ediblər
Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib
u
Gəncə
Pediatrlar
Cəmiyyəti “Tibbin müa-
sir aspektləri” mövzüsünda el-
mi-praktik konfrans keçirmiş-
dir. Bu barədə məlumatı Gəncə
Şəhər
Səhiyyə
İdarəsinin
mətbuat xidməti yayıb. Verilən
məlumata görə, tədbirdə qərb
bölgəsinin şəhər və rayonla-
rından 100-ə yaxın həkim- pe-
diatr və terapevt iştirak edib.
Tədbiri giriş sözü ilə Gəncə
Şəhər Səhiyyə İdarəsinin rəisi,
tibb elmləri doktoru, professor
Əlikram Məmmədov açmış-
dır. Qeyd etmişdir ki, bu gün
Azərbaycanda səhiyyənin inki-
şafı, insanlarımızın sağlamlığına
göstərilən diqqət və qayğı ölkə
başçısı cənab İlham Əliyevin
gərgin zəhmətinin nəticəsidir.
Belə vacib və təbabətin aktu-
al problemlərinin həllinə həsr
olunmuş elmi-praktik konfransın
Gəncədə təşkilində göstərdiyi
dəstəyə görə Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar
Vəliyevə minnətdarlığını bildirən
professor Ə.Məmmədov qonaq-
lara və konfrans iştirakçilarına
müvəffəqiyyətlər arzulamışdır.
Şəhərin “Ramada Plaza”
otelində təşkil olunan konf-
ransda Azərbaycan Tibb Uni-
versitetinin uşaq xəstəliklərinin
proredevtikası
kafedrasının
müdiri, tibb elmləri doktoru,
professor İbrahim İsayev və
Akademik C.Abdullayev adı-
na Elmi-Tədqiqat Kardiologiya
İnstitutunun kardioloqu, tibb
elmləri namizədi Rafiq Yusifli
çıxışlar etmişlər. Professor İb-
rahim İsayev “Kəskin revmatik
qızdırma:klinika,
diaqnostika,
müalicəsinə dair müasir
yanaşmalar” mövzusunda
mühazirə ilə çıxış etikdən
sonra yerli həkimlərin su-
allarını cavablandırmışdır.
Tibb elmləri namizədi Ra-
fiq Yusifli isə “Xroniki ürək
çatışmazlığı və arterial hi-
pertoniyanın müalicəsində
aldosteron antaqonistlərin
istifadəsinə müasir baxış”
mövzusunda
mühazirə
söylədikdən sonra birgə fi-
kir mübadiləsi aparılmışdır.
Sonra Gəncə Pediatrlar
Cəmiyyətinin sədri Asif
Məmmədov
“Respirator
distress sindrom” mövzu-
sunda çıxış etmiş və ümu-
mi diskussiya aparılmışdır.
Tədbirin sonunda profes-
sor
Əlikram
Məmmədov
konfransın təşkilində göstər-
diyi dəstəyə görə WORLD
MEDICINE şirkətinin rəhbərliyi-
nə, professor İbrahim İsayevə
və tibb elmləri namizədi Rafiq
Yusifliyə minnətdarlığını bidir-
miş və belə tədbirlərin davamlı
olacağına
ümid
etdiyini
söyləmişdir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
Qərb bölgəsinin pediatrları Gəncədə