Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib



Yüklə 287,85 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix30.12.2017
ölçüsü287,85 Kb.
#18687
  1   2   3   4   5   6


 

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 05 (1602) 14 mart 2015 - ci il                           Qiyməti 40 qəpik

Azərbaycan 

Tibb 

Universitetində 

Dünya Böyrək 

Günü qeyd 

edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də 



Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya 

komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişafı, 

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  ilə  bağlı 

danışıqlar  prosesi  və  münaqişənin  nizama  salınması  perspektivlərinə 

dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



2

u

 



Azərbaycan Tibb 

Universitetinin 

tədris işləri üzrə prorekto-

ru, professor Sabir Əliyev 

kollektivin bir qrup 

qadın üzvi ilə görüşüb. 

S.Əliyev ATU-nun xanım 

əməkdaşlarını və tələbə 

qızları 

Beynəlxalq 

Qadınlar Günü

 

münasibətilə universi-



tet rəhbərliyi, şəxsən 

akademik Əhliman 

Əmiraslanovun adın-

dan təbrik edib. Sabir 

Əliyev ATU-nun qadın 

üzvlərinə cansağlığı, hər 

kəs üçün önəmli olan 

ailə səadəti arzulayıb: 



“Qadınlarımız ildə bir dəfə yox, ömür boyunca diqqət və qayğıya layiqdirlər. Mən 

də sizə həmişə diqqətlə əhatə olunmağı, özünüzlə və övladlarınızla bağlı bütün 

arzularınızın həyata keçməsini diləyirəm!”

Azərbaycan Prezidenti İlham Əliyev 

AŞPA-nın siyasi işlər və demokratiya 

komitəsinin məruzəçisini qəbul edib

BU  SAYIMIZDA

YENİ RAZILAŞMALAR 

ƏLDƏ EDİLİB

2

3

Azərbaycan və Pakistanın Tibb 

Universitetləri arasında saziş imzalandı

Àçÿðáàéúàí Òèáá Óíèâåðñè òåòèíèí ðåêòîðëóüó, Ùÿì­

êàð ëàð Èòòèôàãû Êîìèòÿñè óíèâåðñèòåòèí ïðîôåññîð­ìöÿëëèì 

ùåéÿòèíè, áöòöí  ÿìÿê äàøëàðûíû âÿ òÿëÿáÿëÿðèíè  

Íîâðóç 

Áàéðàìû


  ìöíàñèáÿòèëÿ ñÿ ìè ìè ãÿëá äÿí òÿáðèê åäèð, 

îíëàðûí ùÿð áèðèíÿ ìþùêÿì úàíñàü ëûüû, ôèðàâàí ùÿéàò, áîë­

áîë ñåâèíú àðçóëàéûðëàð!



http://www.amu.edu.az

14 mart  2015-ci il

2



Martın 2-də Azərbaycan 

Tibb Universitetinin rekto-

ru, millət vəkili, akademik 

Əhliman Əmiraslanov Qazi 

Universitetinin rektoru, pro-

fessor Süleyman Büyükberbe-

rin başçılıq etdiyi nümayəndə 

heyətini qəbul edib.

Görüş  zamanı  Ə.Əmiraslanov 

qonaqlara  son  illər  universitetdə 

görülən işlər, açılan yeni klinikaların 

fəaliyyəti  haqqında  ətraflı  məlumat 

verərək  Universitetin  Stomatolo-

ji,  Onkoloji,  Tədris-terapevtik  və 

Tədris-cərrahiyyə  klinikalarının  hər 

birində  ən  müasir  tibbi  avadanlıq-

ların  quraşdırıldığını  vurğulayıb. 

Dünyanın aparıcı şirkətlərinin isteh-

salı  olan  bu  cihazların  müayinə  və 

müalicə  işini  ən  yüksək  səviyyədə 

həyata  keçirməyə  tam  imkan  ver-

diyini diqqətə çatdıran rektor klinika 

üçün yaxın gələcəkdə bir sıra yeni 

avadanlıqların  alınmasının  planlaş-

dırıldığını da bildirib.

Akademik  Ə.Əmiraslanov  onu  da 

qeyd  edib  ki,  Qazi  Universiteti  ilə 

münasibətlərin  tarixi  20  ildən  artıq 

müddətə  dayanır:  “Artıq  bu  univer-

siteti  özümüzə  doğma  sayırıq.  Bir 

neçə  dəfə  birlikdə  telekörpü  təşkil 

etmişik.  Rezidentlərimiz  mübadilə 

proqramları  çərçivəsində  Qazi 

Universitetində rotasiya keçirlər. Bu 

əlaqələri  daha  da  genişləndirmək, 

Qazi  Universitetinə  daha  çox  rezi-

dent göndərmək niyyətindəyik”.

Öz  növbəsində  Süleyman  Bü-

yükberber  də  Qazi  Universitetinin 

nəzdində  yeni  xəstəxana  tikildiyini, 

bu  səhiyyə  ocağının  Avropanın  ən 

böyük  təcili  yardım  xidməti  olaca-

ğını söyləyib. Onun sözlərinə görə, 

hazırda  80  min  tələbəsi  olan  Qazi 

Universitetinin 

xəstəxanasında 

azərbaycanlı assistentlər də işləyir: 

“Ümumi  cərrahiyyədə  işləyən 

azərbaycanlı  rezidentlərdən  çox 

razıyıq.  Biz  Azərbaycan  Tibb 

Universitetindən daha çox reziden-

tin,  həkimlərin  Türkiyəyə  gəlməsini 

istəyirik”.

Daha  sonra  Türkiyəyə  göndərilən 

rezidentlərin  sayının  artırılması  ilə 

bağlı müzakirələr zamanı qərara alı-

nıb ki, həm Mövlanə Mübadilə Proq-

ramı,  həm  də  universitetlərarası 

saziş  əsasında  Qazi  Universitetinə 

göndərilən 

rezidentlərin, 

assistentlərin sayı artırılsın.

Bundan  əlavə,  hər  iki  universi-

tet  arasında  proqramların  uyğun-

laşdırılması  məsələsi  ilə  bağlı  il-

kin  müzakirələr  aparılıb.  Bunun 

sayəsində  gələcəkdə  bu  iki  təhsil 

ocağının  tələbələrinin  hər  iki 

universitetdə  təhsil  alması,  hər  iki 

yerdən diplom alması mümkün ola-

caq.


Qeyd  edək  ki,  Azərbaycan  Tibb 

Universiteti və Qazi Universiteti ara-

sındakı əməkdaşlıq müqaviləsi aka-

demik heyətdə çalışan əməkdaşların 

və tələbələrin mübadiləsi, müştərək 

konfranslar,  seminarlar,  müxtəlif 

tədbirlərin təşkili və digər sahələrdə 

qarşılıqlı  fəaliyyətə  dair  məsələləri 

özündə əks etdirir.

Görüşdə  ATU-nun  tədris  işləri 

üzrə  prorektoru  Sabir  Əliyev,  elmi 

işlər üzrə prorektor İbrahim İsayev, 

beynəlxalq  əlaqələr  üzrə  prorektor 

Rəhimə Qabulova, tədris hissəsinin 

müdiri Nəsimi Qasımov, beynəlxalq 

əlaqələr  şöbəsinin  müdiri  Nadir 

Zeynalov iştirak ediblər. 

Görüşdən  sonra  qonaqlar  ATU-

nun Tədris Cərrahiyyə Klinikasında-

kı şəraitlə də tanış olublar.



Arif MƏMMƏDLİ

YENİ RAZILAŞMALAR 

ƏLDƏ EDİLİB



Azərbaycan Tibb Uni-



versitetinin rekto-

ru, millət vəkilil, akademik 

Əhliman Əmiraslanov Pakis-

tan Prezidenti cənab Məmnun 

Hüseynlə Azərbaycana gəlmiş 

nümayəndə heyətinin üzvü

Pakistanın Şəhid Zülfüqar Əli 

Bhutto adına Tibb Universiteti-

nin prorektoru, Pakistan Tibb 

Elmləri İnstitutunun Klinika-

sının müdiri, professor Cavid 

Əkrəmi qəbul edib.

Görüş 


zamanı 

Ə.Əmiraslanov  uzun  illər 

boyu  Azərbaycan  və  Pa-

kistan  xalqlarının  sülh, 

əməkdaşlıq  və  dostluq 

şəraitində  yaşadığını  qeyd 

edib.  Onun  sözlərinə  görə, 

bu gün ölkələrimiz müstəqil 

dövlət  kimi  hər  bir  sahədə, 

o  cümlədən  tibb  və 

təhsil 

sahəsində 



də 

əməkdaşlıq 

edir lər: 

“Bu  səfər 

çərçivəsində 

ke­

çi  rilən  yüksək  sə­

viyyəli 

görüşlər, 

imzalanan  sənədlər 

də  bunu  sübut  edir 

ki,  iki  qardaş  ölkə 

arasındakı  əla qələ­

ri miz  gün bəgün  ge­

n i ş l ə n  m ə k d ə d i r . 

Biz  Pakistan  döv­

lə ti ni 

özü müzə 

qar daş  ölkə  hesab 

edi rik. 

Pakistan 

Azərbaycanın  müs­

təqil liyini  tanıyan 

ilk ölkə dir”.

Ə.Əmiraslanov 

bütün 

sahələrdə  tibb  təhsili  ilə 



bağlı  Azərbaycanın  Pakis-

tanla  əlaqələrini  daha  da 

genişləndirmək  niyyətində 

olduqlarını  açıqlayıb:  “Bili-

rik  ki,  Pakistanın  əczaçılıq 

sahəsində  xüsusi  uğurları 

var.  Gələcəkdə  əlaqələri 

dərinləşdirsək,  hər  iki  ölkə 

səhiyyə  sahəsindəki  uğur-

lardan bəhrələnə bilər”.

Daha  sonra  akademik 

Ə.Əmiraslanov  Azərbaycan 

Tibb 

Universiteti 



haq-

qında  qısa  məlumatı  qo-

naqların  diqqətinə  çat-

dırdı.  Qeyd  olundu  ki, 

ATU  Azərbaycanda  tibb 

və  əczaçılıq  təhsili  verən 

yeganə müəssisədir ki, bu-

rada  160-dan  çox  profes-

sor  çalışır.  1930-cu  ildən 

müstəqil  universitet  kimi 

fəaliyyətdə  olan  Tibb  Uni-

versitetinin  hazırda  8000-ə 

yaxın  tələbə  və  rezidenti 

var. Universitetdə təhsil alan 

1000-dən  çox  xarici  tələbə 

arasında  Pakistandan  olan 

gənclər də var: “Gələcəkdə 

bu  tələbələrin  sayı  artsa, 

buna  yalnız  sevinə  bilərik”. 

Rektor  həmçinin  ATU-nun 

nəzdindəki klinikalar barədə 

məlumat  verərək  bildir-

di  ki,  bu  klinikalar  əhaliyə 

yüksək ixtisaslı tibbi xidmət 

göstərməklə  yanaşı,  həm 

də  tədris  müəssisəsi  kimi 

fəaliyyətdədir.

Sonra qonaq Cavid Əkrəm 

də öz növbəsində ATU-nun 

rektoruna  təşək kür  etdi. 

O,  ölkələrimiz  arasında 

siyasi  əlaqələrlə  yanaşı, 

tibb  və  səhiyyə  sahəsində 

də  əlaqələrin  çox  yüksək 

səviyyədə 

olduğundan 

məmnunluğunu 

bildirdi. 

Cənab  Əkrəm  prorektoru 

olduğu  Tibb  Universiteti-

nin  1  ildir  yaradıldığını  və 

bu  ali  təhsil  müəssisəsinin 

rektorunun  Pakistanın  Pre-

zidenti  olduğunu  da  vurğu-

ladı.  Onun  sözlərinə  görə, 

universitetin  nəzdində  tibb 

kolleci, həm də Tibb Elmləri 

Klinikası  fəaliyyət  göstərir: 

“Çox yaxşıdır ki, bizim təmsil 

etdiyimiz 

universitetlər 

yalnız  tibb  təhsili  verir. 

Dünyada  belə  ali  təhsil 

müəssisələrinin sayı azdır”. 

Prorektor  Cavad  Əkrəm 

ATU-nun  mütəxəssisləri  ilə 

birlikdə  müştərək  təşkilat 

yaratmaq arzusunda olduq-

larını, həm müalicə, həm də 

akademik  tibb  sahəsində 

qarşılıqlı  əlaqələr  qurma-

ğı,  azərbaycanlı  alimlərin 

məqalələrinin 

Pakistanın 

elmi  jurnallarında  dərcinin 

təşkil olunması istəyində ol-

duqlarını bildirdi.

Görüşdə  ATU-nun  tədris 

işləri  üzrə  prorektoru  Sabir 

Əliyev,  Tədris  Terapevtik 

Klinikanın  direktoru  Surxay 

Musayev, 

Stomatologiya 

Klinikasının  direktoru  Alqış 

Səfərov,  Tədris  Cərrahiyyə 

Klinikasının  direktoru  Hacı-

qulu Bağırov və Beynəlxalq 

əlaqələr  şöbəsinin  müdiri 

Nadir  Zeynalov  da  iştirak 

ediblər. 

Görüşün 

sonunda 


Azərbaycan  Tibb  Univer-

siteti  ilə  Pakistanın  Şəhid 

Zülfüqar  Əli  Bhutto  adına 

Tibb  Universiteti  arasın-

da  qarşılıqlı  əməkdaşlığa 

dair  saziş  imzalandı.  Sa-

ziş  universitetlər  arasın-

da  əməkdaşlığın  bütün 

istiqamətlərini  əhatə  edir 

və  tibb  təhsili  sahəsində 

münasibətlərin 

inkişafı-

na  xidmət  edir.  Bu  sənəd 

həmçinin  iki  ali  təhsil 

müəssisəsi  arasında  birgə 

rezident  və  mütəxəssis 

mübadiləsinin 

təşkilini 

nəzərdə tutur.

Görüşdən  sonra  Pakis-

tandan  gələn  nümayəndə 

heyəti ATU-nun klinikaların-

da  yaradılan  şəraitlə  tanış 

olublar.


ATU-nun mətbuat xidməti

Fotolar Cənnətalı Çingizindir

Azərbaycan və Pakistanın Tibb 

Universitetləri arasında saziş imzalandı


Yüklə 287,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə