Azərbaycan texniKİ universiteti metallurgiya və metalşÜnasliq kafedrasi materiALŞÜnasliq bakı : 2013


METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI



Yüklə 152,88 Kb.
səhifə6/10
tarix13.03.2022
ölçüsü152,88 Kb.
#84474
1   2   3   4   5   6   7   8   9   10
1.Laboratoriya işi N 1 20220226 061252

METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI

Vanna içərisində pardaxlanacaq səth katoda doğru yönəldilir. Katodla emal ediləcək səth arasında təxminən (5-6) mm məsafə saxlanılmaqla dövrədən sabit cərə-yan buraxılır.Burada prosesin parametrləri (cərəyanın sıxlığı, müddəti və s) elə seçilir ki, cilalanmadan sonra nümunənin səthində alınan çıxıntılar elektrolitdə az bir müd-dətdə həll olsun. Boz çuqundan götürülmüş nümunələri elektropardaxlamadan sonra qrafitin əmələ gətirdiyi nahamarlığı (bu qrafitin elektrolitdə çox çətin həll olması ilə əlaqədardır) yox etmək üçün yüngül mexaniki pardaxlamaya uğratmaq lazım gəlir.

Hazırda metal və ərintilərin elektropardaxlanmasında bir çox elektrolitlər və müxtəlif rejimlər tətbiq olunur.Məsələn, polad, çuqun, nikel və alüminium əsaslı ərin-tilər üçün, tərkibi 200sm3 xlorid turşusu, 800 ml etil spirtindən ibarət universal elek-trolit tətbiq edilir.Bu halda cərəyanın sıxlığı J = (1-4)·10A/m2, gərginlik isə, ψ=30V və pardaxlama müddəti τ =(10-30) san götürülür.

Pardaxlanmış mikroşlif yuyulub spirtlə təmizləndikdən sonra mikroskopun stolu üzərində yerləşdirilir.Okulyar və obyektiv elə seçilir ki, böyütmə x100-ə bərabər alınsın. Belə bir böyütmədə pardaxlanmış mikroşlifi mikroskopda tədqiq etməklə nü-munənin səthində olan qüsurları (məsələn,qaz koğuşlarını,müxtəlif təbiətli mikroçatla-rı və s) və qeyri-metal içqarışıqları (posa,qrafit,oksidlər,sulfidlər,nitridlər) öyrənmək olur. Mikroskopda pardaxlanmış nümunəyə baxdıqda, müxtəlif təbiətli qeyri-metal iç-qarışıqları rənglərinə, formalarına, ölçülərinə və s əlamətlərinə əsasən bir-birindən seçmək mümkündür.




Yüklə 152,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə