Azərbaycan texniKİ universiteti metallurgiya və metalşÜnasliq kafedrasi materiALŞÜnasliq bakı : 2013


METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI



Yüklə 152,88 Kb.
səhifə5/10
tarix13.03.2022
ölçüsü152,88 Kb.
#84474
1   2   3   4   5   6   7   8   9   10
1.Laboratoriya işi N 1 20220226 061252

METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI

Pardaxlanmanı tezləşdirmək məqsədi ilə disk üzərinə vaxtaşırı, həddən artıq kiçik ölçüyə malik abraziv tozlarının suda məhlulu tökürlər.Abraziv tozu olaraq alü-minium oksidi, xrom oksidi və ya dəmir oksidindən istifadə edilir.Pardaxlayıcı maye 1 litr suya (10-15) qram xrom oksidi və ya 5 qram alüminium oksidi qatmaqla alınır. Bəzi bərk ərintilərdən olan şliflərin pardaxlanmasında almaz tozundan (ölçüsü 8 mkm) olan abrazivlər götürülür. Bu halda diskə çəkilmiş quru mahud üzərinə almaz tozunu töküb, bərabər yaydıqdan sonra səth nazik parafin qatı ilə örtülməlidir.

Pardaxlamada nümunə, az qüvvə tətbiq etməklə fırlanan (700-800 dövr/dəq) diskə səlist sıxılmalıdır. Əldə nümunə elə tutulmalıdır ki, onun bütün səthi mahudla görüşsün. Bu proses avtomatik pardaxlayıcılarda aparılarsa, nəticə daha dəqiq alınar. Pardaxlanma aparıldıqca, nümunə əldə tədricən fırladılır. Adətən, pardaxlama prosesi (3-5) dəqiqədən çox aparılmır. Əks halda səthdə az möhkəmliyə malik içqarışıqları xırdalanaraq çuxurlar yaradır və bütün səthi oksidlər və nitridlərlə zəngin döyənəklən-miş təbəqə ilə örtərək aşkar etməyi çətinləşdirir. Pardaxlama o vaxt qurtarmış hesab edilir ki,nümunənin səthində axırıncı cızıq yox olsun.Bundan sonra mikroşlif su ilə təmizlənib, spirtlə yağsızlaşdırılır və suçəkən kağızla qurudulur.

Elektropardaxlama anodun elektrolit vannasında həll olmasına əsaslanmışdır. Bu üsulda tədqiq edilən nümunə cilalandıqdan sonra elektrolit vannasında elə yerləş-dirilir ki,onun özü anod rolunu oynasın. Katod olaraq isə, paslanmayan polad lövhə və s götürülür.




Yüklə 152,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə