METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Bir marka abraziv kağızından digərinə keçdikdə, nümunənin səthi abrazivlər-dən təmizlənir və cilalanma istiqaməti 900 dəyişilir.Cilalama hər bir kağızda o vaxta-dək aparılır ki, ondan əvvəlki cilalamada şlifdə yaranmış cızıqlar yox olsun.
Burada nəzərə almaq lazımdır ki, kəsmə və cilalama zamanı sürtünmə nəticə-sində temperaturun artması və struktur çevrilməsi baş verə bilər. Odur ki, temperatu-run artmasına imkan verməmək üçün kəsmə, cilalama və s soyudulma ilə aparılmalı-dır. Yumşaq metal və ərintilərdən kəsilmiş nümunələri cilaladıqda kağızı yüngülcə is-latmaq və ya səthini parafin yağı ilə örtmək məsləhət görülür.
Axırıncı sumbata kağızında emaldan sonra nümunənin səthini təmizləyərək (təmizləmə spirt və ya su ilə aparılır) cilalanmanın keyfiyyəti mikroskopla yoxlanılır. Bu halda şlifin səthində bir-birini kəsən və dərin cızıqlar, paslanmanın məhsulu, mik-roçatlar və s olmamalıdır. Bundan sonra nümunənin səthində qalan kiçik cızıqları yox etmək üçün onu pardaxlanmaya əməliyyatına uğratmaq lazımdır.
Pardaxlama. Şlifləri pardaxlamaq üçün bir çox metodlardan istifadə edilir.Bunlardan mexaniki, kimyəvi-mexaniki, elektrolitik və s pardaxlama metodlarını göstərmək olar. Metalların mexaniki pardaxlanması elektrik mühərriki ilə fırlanan və diametri (200-250) mm olan metallik diskə bərkidilmiş keçə, səthini və ya məxmər parçaya nümunə-nin öyrəniləcək səthini yavaş sıxmaqla aparılır.
Dostları ilə paylaş: |