Azərbaycan texniKİ universiteti metallurgiya və metalşÜnasliq kafedrasi materiALŞÜnasliq bakı : 2013


METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI



Yüklə 152,88 Kb.
səhifə8/10
tarix13.03.2022
ölçüsü152,88 Kb.
#84474
1   2   3   4   5   6   7   8   9   10
1.Laboratoriya işi N 1 20220226 061252

METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI

Mikroskopda strukturun böyütmə dərəcəsindən asılıdır. Mikroskopda struk-turun böyütmə dərəcəsi artdıqca aşınma müddəti azalır.Aşınmanın sonunda mikroşlif qısa müddətdə suda və sonda spirtlə təmizlənir.Nəhayət, suçəkən kağızla (kağız səthə sürtülməməlidir) mikroşlifin səthi qurudulur.Cilalama və pardaxlama düzgün aparıl-mışdırsa,şlifin səthində nazik döyənəklənmiş qat alınır. Bu halda kimyəvi aşınma me-talın strukturunu zahirə çıxartmaq əvəzinə tutqun ləkələrin yaranmasına səbəb olur.

Aşındırıcıların əksəriyyəti suda və ya spirtdə durulaşdırılmış turşu məhlulun-dan ibarət olur.Məsələn,dəmir-karbon ərintilərinin mikrostrukturlarının aşkar edilmə-sində (0,5-6) qram pikrat turşusu ilə 100 ml etil spirti məhlulundan və ya Rejeşotroski reaktivindən (1-5 ml azot turşusu, 100 ml etil spirti) istifadə edilir.

Təmiz metalı (məsələn, dəmiri) birfazalı bərk məhlullu reaktivə (məsələn, HNO3 məhluluna batırdıqda ilk dəfə daha yüksək kimyəvi aktivliyə malik dənələrin sərhədləri aşılanır.Beləliklə, dənələrin sərhədlərində qısa müddətli aşınma nəticəsində daha böyük dərinliklər (mikrorelyeflər) yaranır. Bu dərinliklərə düşən işıq,şüaları müxtəlif bucaqlar altında əks olunaraq dağıldığı halda,dənənin səthindən əks olunan şüalar okulyara daxil olurlar (şəkil 1.a,b).

Sərhədlərə düşən işıq şüasının dağılması mikroskopda sərhəddin tutqun xətt şəklində dənələrdən ayrılmasına səbəb olur. Bu isə,bir fazalı ərintinin ümumi struk-turunu aşkar etməyə imkan verir (şəkil 1.c).


Yüklə 152,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə