§ 19. ALBANİYA DÖVLƏTİNİN YARANMASI
Əhali. Albaniyanın əhalisi türkdilli və Qaf-qazdilli tayfaların birliyindən ibarət idi. Bu tayfaların
arasında albanlar çoxluq təşkil edirdilər. Qaynaqlarda Albaniyada 26 dildə danışan tayfaların
yaşaması göstərilir. Albaniya ərazisində albanlardan başqa leqlər, kadusilər, kaspilər, amardlar,
utilər, qarqarlar və b. tayfalar da yaşamışlar.
Hazırda Azərbaycanda Qafqazdilli tayfalar: Qəbələ rayonunun Nic kəndində udilər, Quba
rayonunun Xınalıq kəndində xınalıqlılar, Buduq kəndində buduqlular yaşayırlar.
Ərazi. Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə Əhəmənilər imperiyası
dağıldı.
Qədim yunan
tarixçisi Strabon Kür
çayının Albaniya
ərazisi ilə axaraq
dənizə töküldüyünü
və Kaspiana
vilayətinin
Albaniyanın tərkibinə
daxil olduğunu qeyd
edirdi. Xəzər dənizi
Alban dənizi də
adlanırdı.
Bu imperiyanın dağılmasından sonra onun ərazilərində yaranan müstəqil
dövlətlərdən biri də Albaniya dövləti idi. Albaniya dövləti e.ə. IV əsrin
axırı — III əsrin əvvəllərində yaranmışdı.
Albanlar İberiya (Gürcüstan) ilə Xəzər dənizi arasındakı ərazidə
yaşamışlar. Şimalda bu ərazi Qafqaz dağları, cənubda Atropatena ilə
həmsərhəd idi.
Albaniya dövlətinin ərazisinə Azərbaycan Respublikasının ərazisi,
indiki Ermənistan (Qərbi Azərbaycan), Dağıstanın cənub rayonları və
Gürcüstanın Alazan (Qanıx) vadisi daxil idi.
Antik şəhərin qala divarlarının
qalıqları (Qarabağ. Qalatapa) Albaniyanın ictimai və siyasi quruluşu. Albaniyada şəhərlər
möhkəm müdafiə divarları ilə əhatə olunurdu.
Bəzi yaşayış evləri daha geniş olub, tikintisində çiy və bişmiş kərpicdən, yonulmuş daş
materialından istifadə olunmuşdur. Evlərin üstü kirəmitlə örtülmüşdür. Belə evlər varlılara
məxsus olmuşdur. Yoxsulların evləri isə çiy kərpicdən tikilmiş, damı torpaqla, qa-mışla
örtülmüşdür.
Əhali arasında olan bərabərsizlik qəbir abidələrində də aydın görünür. Xristianlıq və İslam dini
qəbul edilənədək dəfn zamanı qəbirlərə geyim, qabqacaq, əmək alətləri, silah, bəzək şeyləri
qoyulurdu.
Arxeoloji qazıntılar zamanı aşkar edilmiş yaşayış binaları, qəbir abidələrindən əldə olunmuş
maddi mədəniyyət nümunələri Albaniyada əhali arasında təbəqələşmə olmasını təsdiq edir.
Əhalinin varlı təbəqəsinə məxsus olan qəbirlərdə məişət
əşyaları, qızıl və gümüşdən bəzək əşyaları, silahlar aşkar
olunmuşdur.
Strabon yazırdı ki, hazırda bütün alban qəbilələrinə bir padşah
başçılıq edir. Əvvəllər isə hər tayfanın öz padşahı var idi.
Albaniyada padşahdan sonra ən hörmətli şəxs Ay məbədinin
kahini idi. Strabonun məlumatından Albaniyanın mərkəzləşmiş
dövlət olması aydın görünür. Albaniyanın əhalisi ictimai
vəziyyətinə görə dörd təbəqəyə bölünürdü.
Birinci təbəqəyə padşah, ordu başçısı və hakim, ikinci təbəqəyə
din xadimləri (kahinlər) daxil idilər. Üçüncü təbəqəyə
hərbçilər, dördüncü təbəqəyə isə təsərrüfatda işləyənlər aid
edilirdi.
Kənd təsərrüfatı, sənətkarlıqla və ticarətlə məşğul olanlar,
əsasən, azad insanlar idilər. Hökmdarın və yuxarı təbəqənin
təsərrüfatında və sənətkarlığın bəzi sahələrində qul əməyindən
is t ifadə olunurdu. Buna baxmayaraq, Albaniyada quldarlıq
Şərq dövlətlərindəki səviyyəyə qalxmamışdır.
Arxeoloji qazıntılar zamanı tapılan çoxlu silah nümunələrindən
məlum olur ki, Albaniya əhalisi çox döyüşkən, cəsur xalq
olmuşdur.
Silah nümunələri (Ağsu)
Albaniya əhalisinin ictimai
vəziyyəti:
1- ci TƏBƏQƏ * padşah
* ordu başçısı
* hakim
2- ci TƏBƏQƏ * din
xadimləri
3- cü TƏBƏQƏ * hərbçilər
4- cü TƏBƏQƏ *
təsərrüfatda işləyənlər
Tunc dəbilqə
(Qabala)
Alban döyüşçüləri zirehli paltar (geyim) geyir, başlarına dəbilqə qoyur, ox-yay, xəncər, nizə,
qalxan, qılınc ilə silahlanırdılar.
SUAL VƏ TAPŞIRIQLAR
1. Albaniya əhalisini təşkil edən tayfaların adlarını söyləyin.
2. Alban dövləti hansı şəraitdə yarandı?
3. Albanlar hansı ərazilərdə yaşamışlar? Xəritədə göstərin.
4. Qədim yunan tarixçisi Strabon Albaniya haqqında hansı məlumatı verir?
5. Albaniyada ictimai quruluş necə idi?
6. Albaniyada dövlət necə idarə olunurdu?
7. Əhali necə təbəqələşmişdi?
8. Cədvəli dəftərinizə çəkib tamamlayın.
Qədim Albaniya
Yaranması
Ərazisi
Əhalisi
İdarəetmə
Təsərrüfat həyatı
«Albaniyada əhali necə təbəqələşmişdi?» mövzusunda mətn tərtib edin.
Albaniyanın ərazisi və əhalisi, leqlər, kadusilər, kaspilər, utilər, amardlar, qarqarlar və s.
§ 20. ALBANİYADA ƏHALİNİN TƏSƏRRÜFAT
HƏYATI
Əhalinin məşğuliyyəti. Yunan-Roma müəllifləri Albaniya torpaqlarının
çox bərəkətli, əhalisinin isə sıx olduğunu yazırdılar.
Albanlar əkinçilik, bağçılıq, bostançılıq, üzümçülük, maldarlıqla məşğul
olur, arpa, buğda, darı yetişdirirdilər. Taxılı dəmir oraqla biçir, xırmanda
ağac vəllə döyürdülər. Ehtiyat taxılı iri saxsı küplərdə və xüsusi
quyularda saxlayırdılar. Dənli bitkiləri, əsasən, dən daşları ilə
üyüdürdülər. Əl dəyirmanlarından da istifadə edirdilər.
Eramızın ilk əsrlərindən Albaniyada su dəyirmanlarından istifadə
olunmuşdur. Təsərrüfatda üzümçülük və şərabçılıq xüsusi yer tutmuşdur.
Albaniyada çoxsaylı mal-qara sürüləri, at ilxıları var idi. Minik
atlarından hərbi işdə geniş istifadə olunurdu. Atlı (süvari) hərbi dəstələr
yaradılmışdı.
Təsərrüfat həyatında balıqçılıq mühüm yer tuturdu. Kaspilər balıq
ovlayır, onu duzlayır, qurudur, dəvələrə yükləyib başqa şəhərlərə
aparırdılar. Balığın piyindən sürtkü yağı, içalatından isə xüsusi yapışqan
hazırlayırdılar.
Sənətkarlıq və ticarət. Albaniya ərazisində aparılan arxeoloji qazıntılar
zamanı çoxsaylı əmək alətləri, silahlar, məişət əşyaları, bəzək şeyləri və
s. tapılmışdır.
Albaniya şəhərlərində sənətkarlığın müxtəlif sahələri inkişaf etmişdi.
Peşəkar sənətkarlar, əsasən, şəhər emalatxanalarında işləyirdilər.
Albaniyada metalişləmə sənəti geniş inkişaf tapmışdı. Zəngin yerli filiz
yataqlarının olması metalişləmə sənətkarlığının inkişafına zəmin
yaratmışdı.
Dəmir oraq
Alban silahları
Dostları ilə paylaş: |